Mehdi arxasında bir nəfəs hiss etdi. Bu onu Narahat etmişdi telefonu ilə Sabit'i yığdı. Sabit telefonu açdı amma Mehdi səsini çıxarmırdı. Sabit bir problem olduğunu anladı. O telefon ilə məkanı tapmaq üçün programına daxil oldu amma bu ən az yarım saatını alacaqdı və bu müddətdə Mehdi yaşamına son verə bilərdi. Mehdi sakit sakit arxasına döndükdə tanımadığı bir gənc ilə qarşılaşdı. Bu gənc Mehdi'yə silah istiqamətləmişdi. Mehdi hoteldən tez bir vəziyyətdə çıxdığına görə silahı və ya başqa hər hansı özünü qoruya biləcəyi bir əşyası yox idi. Mehdi gözaltı ətrafa nəzər yetirdi. Gənc silah ilə yavaş yavaş yaxınlaşırdı. Mehdi tez hərəkət etməsə elə bura basdırılacağını anlayıb qaçmağa başladı. Gənc qəribə halda arxasınca nə atəş açdı nə də qaçdı. Heç nə. Mehdi qurtulduğunu düşündüyü anda hər şey, dünyası başına yıxıldı. Mesajın Mallory tərəfindən göndərildiyini xatırladı. Və bu onun bütün yaşam sevincini itirməsinə səbəb oldu. Mehdi artıq yaşamaq üçün bir səbəb düşünməyə başladı və Sabit'i, Ümüd'ü və digərlərini xatırladı. Və onların təhlükədə olduğunu bildiyindən daha sürətlə qaçmağa başladı. Bir anlıq arxasına dönüb baxdıqda o gəncin onu təqib etmədiyini gördü. Mehdi qəribə hiss edirdi artıq öləcəyindən əmin idi. Çünkü arxadan tanış bir səs ucaldı bu Mallory idi. O qorxu dolu bir səs ilə onu çağırırdı. Mehdi qaçaraq onu tapmaq qərarına gəldi onu xilas edə bilsəydi əgər o mesajın səbəbinidə anlaya bilərdi.
Sabit və grupu.
Sabit programdan məkanı təyin etdi. Mehdi ilə əlaqə saxlaya bilmədiyindən grupunu da yığa bilmədi. Özü tək getməli oldu. Bu hər ikisinində canına bərabər ola bilərdi lakin Sabit buna diqqət yetirmədən yola çıxdı. Məzarlıq yaxın olduğundan tez gələ bildi lakin Mehdi'ni tapmaq bu qədər asan olmadı. Çünkü Mehdi qaçarkən telefonunu yerə salmışdı. Sabit telefonu tapdı və sonrasında Mehdi'ni axtarmağa başladı. Və qışqırıq səsi eşitdi bu Mehdi deyildi bir qız səsi idi. Bu Mallory idi. Sabit qaçaraq həmin əraziyə çatdı. Qarşısında ki səhnə heç təxmin etməyəcəyi bir hal idi. Ağ Meduza əlində ki qılınc ilə Mehdi'yə tərəf irəliləyirdi. Mallory iki gənc tərəfindən tutulmuşdu. Qaçmasına imkan belə yox idi. Ağ Meduza Sabit'ə baxaraq :"Daha çox qəbr lazım olacaq!"
Sabit qorxu ilə "Bunu niyə edirsən?! Biz sənə heç nə etməmişik!!" Ağ Meduza gülərək "Sən heç nə etməmisən amma o edib. Mənim olana toxunmamalı idi ama toxundu. Mallory mənimdir!!!"
Bu sözdən sonra Mallory bir an xatırladı.
Mallory sevinc ilə "Nemesis mənim Mehdi'dən xoşum gəlir" Nemesis "Olmaz!" Mallory " Mehdi ilə bir birimizi sevirik necə yəni olmaz!?" Nemesis "İcazə vermirəm" Mallory ciddi tonda "Səndən icazə istəmirəm. Xəbər verirəm!" Nemesis gülərək "Onu öldürsəm nə edə bilərsən ki?!" Mallory qorxu və əsəb ilə "Olmaz! Buna icazə verə bilmərəm!" Nemesis ciddi tonla ona yaxınlaşaraq "Səndən icazə istəmədim. SƏNİN İSTƏMƏDİYİN KİMİ!"
Məzarlıq
Mallory ağlayaraq " Mənə görə oldu. Mehdi bağışla. Sənin bu halda olmağının səbəbkarı mənəm. Bağışla məni Mehdi. Mən Nemesis'ə səndən danışmasaydım..."
Mehdi qarşısında qılınc tutan qadını bir anlıq unutmuşdu sanki. Mallory'in qəhvə rəngi olan gözləri onu valeh etmişdi. Mehdi Mallory'ə baxaraq " Məndən gizlədiyin nə isə var idi? Var idisə bu nə idi. Onsuzda öləcəm başqa yol yoxdu ən azından səni tam dəqiq bilib gözlərimi yumum."Nemesis dözə bilmədi "Bəsdirin drama tutdunuz! Siz necə deyirdiz? Hə. Son duanı elə!!" Mallory o an qışqıraraq " Mehdi səni çox sevirəm! Mən.." səs tonu qalınlaşdı. Sanki düşmanına müraciət edirdi. "Mən əslində sənə yalan demişəm. Səndən nifrət edirəm!!"
Mehdi'nin dünyası başına yıxılmışdı. Artıq ölməyə can atırdı. Amma Mallory'in gözlərində ki, sevgini görmüşdü bu sözlər onun içindəkilər ola bilməzdi. Bu o Mehdi'nin sevdiyi qadın ola bilməzdi. Çünkü onun sevdiyi qadın həmişə ona, nemesis'ə sevgi ilə baxardı. Lakin bu dəfə nemesis'ə nifrət dolu baxışlar yönəldirdi. Və bunun altında daha böyük bir İNTİQAM HEKAYƏSİ yatırdı.Nemesis qılıncını çəkti və Mehdi'nin boynunu bədənindən ayırdı. Hər yer qan içərisində idi. Mehdi'nin ölümdən qabaq ki sözü "Sevdiğim qadın sizə əmanət Sabit,qoyma yanıma gəlsin!" Olmuşdu. Sabit gözləri dolmuş halda silahını çəkib Nemesis'ə istiqamətlədi. Sabit onu vuracaq hesab olunarkən Mallory bir taxta çubuq ilə Sabit'in əlinə ağır bir zərbə endirdi. Bu zərbə əlində ki, silahın düşməsi ilə nəticələndi. Bu hərəkəti ilə Mallory hələ də Nemesis'in yanında olduğunu bildirdi. Sabit'in əli qan içərisində idi. Taxta çubuqun üzərində ki çıxıntılar Sabit'in əlini zədələmiş və dərisinin dərin bir hissəyə kimi soyulmasına səbəb olmuşdu. Artıq uzun müddət o əlindən istifadə edə bilməyəcəkdi. Bu an Sabit "Bağışla Mehdi səhv qadını sevmisən. O səni yox qatil əclaf dostunu seçdi!!!" Elə bu an Nemesis'in əl işarəsi ilə arxasından bir zərbə endirildi Sabit'ə. Sabit yerə yığıldı bu an onun gözlərində ki İNTİQAM alovu çox rahat gözə görünürdü.
Sabit uzun müddət sonra özünə gəldi. Ətrafına baxındı amma nədənsə eyni məzarlıqda tək idi. Nə Nemesis var idi, nə də onun adamları. Heç kim. O burada tək idi. Lakin Nemesis və qatil qrupu Sabit'in telefonu və silahını götürmüşdülər. Maddi və mənəvi cəhətdən bir problem yaratmasada fiziki və psixologiya cəhətdən problem olacaqdı. Çünki Sabit Mehdi'nin boynu kəsilmiş meyiti ilə birgə idi. Və onların burada olduğunu bilən heç kimdə yox idi. Daha pisi Sofia bu dəqiqə Ayan və Leyla'nın evində idi. Əlbətdə ki, Sabit hələ də Sofia'dan Şüphələnmirdi. Onu Narahat edən Mallory idi. Sevdiyi adamı öldürən birinə necə hələ hörmət və qayğı göstərə bilər ki?
Leyla'nın evi
Sofia və Ayan yemək hazırlayırdılar. Leyla qardaşı ilə əlaqə saxlamağa çalışırdı. Lakin telefona cavab vermirdi. Sabit ilə birlikdə sinema planı qurmuşdular. Lakin Sabit ortalıqda yox idi.Leyla çox Narahat olmuşdu. Ayan mətbəxtdən çıxıb Leyla'ya yaxınlaşdı. "Nolub Leyla niyə narahatsan? Və Ümüd və Mehdi nə əcəb yoxdu. Normal da play station oynamalı idilər. Amma yoxdular.? Haradadılar?" Leyla narahat halda "onlarda yoxdular? Bunlar Hara yoxa çıxdılar?!" Ayan Təəccüblə "Sabit'də yoxdu?" Leyla " yox! Zəng vururamda açmır!! Dəli oldum burda".Sofia mətbəxdə.
Sofia qapıdan Leyla və Ayan'ın nə etdiyini yoxladı. Ayan Leyla'ya təsəlli verirdi. Sofia bu andan istifadə edərək cebindən bir cam bir dərman çıxardı və öz-özünə "Artıq bu iş burda bitti. Eyni gündə üç itki. Bundan necə özünə gələ bilərsən ki, Sabit!" Dedi və əlindəki dərmanı Ayan'ın hazırladığı yeməyə töktü və qarışdırdı. Sonra digərlərinin yanına getdi. Ayan'a görə Leyla artıq narahat deyildi. Sofia yanlarına gəlib süfrə hazırlamağa başladı.əlində 3 boşqab ilə gəldi və onları masanın üzerinə yerləşdirdi. Sonra gedib hazır olan yeməyi ocaqdan götürüb masaya gətirib qoydu və qızları masaya çağırdı. "Ayan, Leyla gəlin yemək yeyək narahat olmayın onlar başlarının çarəsinə baxa bilərlər." Leyla və Ayan ayağa qalxıb masa başına əyləşdilər. Sofia sürətlə yeməyi boşqablara süzdü. Sofia içindən bir səs ilə " Bu zəhər çox güclüdür bir damcısı adamı ölümə gətirib çıxara biləcəkkən. Tamamı adamın bədənini çürüdə bilər." Boşqabları doldurdu və qızların qarşısına qoydu. Leyla yeməyindən bir qaşıq aldı.