Elə bu an qapı açıldı və Ümüd otağa daxil oldu. Üzündə qorxu və kədər ifadəsi var idi. Leyla qaşığı yerinə qoydu "Ümüd haradaydın? Nolub sənə?" Ümüd Narahat halda "Sabit ilə yada Mehdi ilə əlaqə saxlayanınız olub??" Leyla masadan qalxdı telefonunu əlinə alaraq "Yox səndə danışmamısan?" Bir daha Leyla Sabiti yığdı. Yenə cavab verən olmadı. Ayan'da Mehdi'yə yığmağa cəhd etdi. Lakin onuda açan olmadı. Sofia'nın planları suya düşdüyünə görə keyfi pozulmuşdu. Ümüd Sofia'nı görüb "Aa səndə buradasan? Sən danışmısan onlar ilə?" Sofia üzünü narahat kimi göstərərək "Yox məndə neçə dəfə yığdım açan olmadı." Leyla hələ də zəng etməyi yoxlayırdı. Leyla sevinclə telefonu qulağına qoydu"Mehdi haradasız??" "Sabit sənsən?" "Mehdi'nin telefonu niyə səndədir? Sənə niyə zəng çatmır?" "Yaxşı gəl danışarıq" "Hardasan?" "Başa düştüm Ümüd'ü göndərirəm at konumunu" Ümüd'ə dönərək ala bu telefonu get götür qardaşımı." Ümüd başı ilə təsdiqləyib qapıya yönəldi. Lakin bir anda döndü. "Yemək bişirmisiz? Yeyib elə gedim bəlkə?" Leyla əsəb ilə "Yeri--" Sofia sözünü kəsdi "Olmaz! Yəni əvvəl get Sabit'i götür sonra yeyərsən." Ümüd incimiş formada qapıdan çıxdı. Sofia Ümüd çıxan kimi "Gəlin qızlar yeməyimizi yeyək." Leyla qorxu ilə "Olmaz! Sabit'in səsi normal deyildi. Qorxuram nə isə olub!" Sofia əsəbləşmişdi amma bildirmədi. "Gəlin yeyək." Leyla ciddi tərzlə "Mən yemirəm çox istəyirsizsə siz yeyin" Ayan'da Leyla ilə oturmağı seçdi. Heç kim yemək yemədi.
Ümüd'ün gözündən.
Maşınına minib Leyla'nın telefonunda ki, konumu açdı. Açar ilə maşını işlək vəziyyətə saldıqdan sonra Sabit'in olduğu yer haqda deyinməyə başladı."Sənin o məzarlıqda nə işin var Sabit. Nəyə görə Mehdi'nin telefonu səndədir!" Deyinə deyinə yolu yarılamışdı.bir yarım saat bir saat sonra həmin məkana çatmışdı. Leyla'nın telefonu ilə Mehdi'nin nömrəsinə yığdı. Sabit telefonu açmadı. Buna görə özü maşından enib onları axtarmalı oldu. Maşından endi və məzarlığın giriş qapısına yönəldi. "Buranın çox qəribə bir havası var. Qəribə hiss edirəm. Bura niyə gəlmisən axı ay qardaş. Off. İnş Allah Mehdi'də onunla birlikdə olar." Yavaş addımlar ilə qapıdan içəri istiqamətdə irəlilədi. Mezarlıq qaranlıq idi. Əlində ki telefonun arxa ışığını yandırmalı oldu. Ürəyini gəmirən hiss onu rahat buraxmayacaqdı. Ümüd içində heç anlaya bilmədiyi bir qorxu hissi ilə məzarlıqda irəliləyirdi. Onun arzusu Mehdi və Sabit'i sağ-salamat evə Leyla'nın, Ayan'ın yanına geri aparmaq idi. Lakin bilmədiyi bir şey var idi. Və bunu çox yaxın bir müddətdə anlayacaqdı.Qızlar.
Sofia planı suya düşdüyü üçün keyfi pozulmuşdu. Leyla'nın içi qorxu ilə dolmuşdu. Ayan isə masanın üstünü yığışdırdı. Sofia hələdə yemək barədə təkliflərinə davam edirdi. Ayan bir anlıq Ümüd'ə yığmaq qərarına gəldi. Telefonu əlinə aldı. Nömrəni yığdı. Telefonu qulağına qoydu. Lakin açan olmadı. Yenə narahat anlar başlamıştı. Leyla'nın xəstəliyi vardı ona çox stres olmaz əslində lakin bu an o bir illik stresini yaşayırdı. Onun xəstəliyi tam nə olduğu hələ aşkar olunmamışdı. Bir həftə sonra həkim müayinəsinə gedəcəkdi özüdə Sabit'in işi olduğundan Mehdi ilə gedəcəkdi.Məzarlıq.
Ümüd yavaş yavaş məzarlığa tərəf irəliləyirdi. Hər bir tərəfdən səslər gəlirdi. Qarğa səsləri, cürbəcür quş səsləri və ağacların xışıltı səsi yüksəlirdi. Və bu səslər çox dözülməz bir hadisənin xəbərcisi idi sanki. Ümüd daha da Narahat hiss etməyə başladı və addımlarını sürətləndirdi. O bir müddət sonra qaçmağa başladı.Elə bu an Ümüd'ə zəng gəldi, o telefonu açmadı. Çünkü qarşısında ki səhnə qarşısında donub qalmışdı. Onun qarşısında ki səhnə dözülməz anlaşılmaz bir an idi. Onun qarşısında başı bədənindən ayrılmış formada yerdə cansız vəziyyətdə uzanan Mehdi'ni gördü. Bir yanda isə o istiqamətə yönəlmiş baxışlarla ölü kimi durmuş Sabit var idi. Sabit orda eləcə dayanmıştı hərəkət belə etmirdi. Ümüd Mehdi'nin ölümünü qəbullana bilmədən. Sabit'in yerə yıxıldığını hiss etdi. Ümüd heç nə edə bilmədən yerində eləcə dayanmışdı. Gözündən bir damla yaş gəldi. Ayaqları boşalmışdı bir anda yerə yıxıldı.Dizləri üzərinə çökərək Mehdi'nin meyitini qucaqladı. Ümüd'ün telefonuna düz bir saat zəng gəldi. Ümüd'ün psixologiyası darmadağın olduğundan telefona cavab vermədi. Sabit də bir kənarda ölüymüşcəsinə yatmışdı. Hərəkət belə etmirdi. Ümüd düz 2saat sonra özünə gələ bildi. Özünə gələn kimi Sabitə qaçdı. Sabit'in bədəninə baxaraq ağlamağa davam etdi. O həyatında ikinci dəfə bu gün ağlamışdı.Ümüdün uşaqlığı.
Axırıncı dəfə uşaqlığında atası tərəfindən döyülərək öldürülən anasının meyitini basdıranda ağlamışdı. Ondan sonra özünə ağlamamaq barədə söz vermiş və hətta atasını öz əlləri ilə yatağında boğaraq qətlə yetirmişdi. Qəbr üstündədə gülərək atasının meyitini torpağa gömmüşdü. Elə həmin gün Ümüd'ə qohumları xəstə demiş dəli xəstəxanasına yatırtmışdılar. Ümüd orada Mehdi ilə tanış olmuşdu. Mehdi'nin babası orada həkim işləyirdi. Ümüd Mehdi ağlarkən ona yaxınlaşmış və dostluq qurmuşdu. Mehdi'nin ağlama səbəbi balacalığından bəri ona baxmış, onu böyütmüş olan babasının bir xəstəsi tərəfindən öldürülməsi idi. Ümüd bunu öyrənəndə Mehdi ilə qoşalaşıb həmin xəstəni öldürmüşdülər. Lakin həkimlər bundan xəbər tutmuş və onları uşaq həbsinə göndərməyi planlamışdılar. Bu ikili xəstəxananı Alova verib oradan qaçmağın yolunu tapdılar.Bu xəstəxanada balaca bir qız uşağıda vardı. Bu qız Mehdi'nin ən yaxın dostu idi,yəni Ümüd gəlmədən qabaq.Bu qızın adı.Nemesis
İdi.