Sevdanın gözündən:
Gecə saatın 3 olduğunu nəzərə almadan dərsimi oxumağa davam edirdim.Hər nə olursa olsun o universitetə girməliyəm.Ailəmin haqqımda olan düşüncələrini dəyişdirmək üçün oxumalıyam.Məni evləndirmək düşüncələri ağlıma gəldikcə dəli olurdum.Mən də sevdiyim insanla evlənmək xəyalları qururam .Amma onlar dayıoğlum Asəflə evləndirmək istəyirdilər.Təbii ki bu fikrə qarşı çıxdım.Uşaq vaxtı qardaş gözü ilə baxdığım insanla evlənmək istəmirdim.Birdən telefonuma mesaj gəldi:
Orxan:Yatmısan?
Sevda:Yox
Orxan: Bilirdim dərs oxuyursan özünü çox yükləyirsen , özünü də fikirləş, vaxtlı vaxtında yat
Sevda: Özün çox gözəl bilirsən ,nə üçün çalışdığımı,ikimizin də məqsədi eynidir.Yaxşı oxumaq universitetə girib yaxşı yerdə işləmək, sonra isə evlənmək.
Orxan:Hər şey o qədər asan deyil xanım qız ,sənin o atan icazə verə bilər səncə bunlara
Sevda:Asan deyil başa düşürəm,amma biz ikimiz bir-birimizə dəstək dursaq kimsə bizi aşa bilməz,bizim bir-birimizə olan sevgimizi nəzərə al ,o sevgini heç kim ayıra bilməz
Orxan:Sən istə sənin üçün hər şey edərəm.Nə olursa olsun səni heç vaxt buraxmıyacağam(bu cümləni unutmayın)səni sevirəm
Sevda:Mən də səni sevirəm.Telefonu yerə qoydum.Orxan həyatıma 2 il əvvəl daxil olmuşdu.
Onu çox sevirdim.Həyatımda ən çox güvəndiyim insanıydı.Otağımın qapısı
möhkəm açıldı:
Səbinə (Sevdanın anası): hələ yatmamısan sən
Sevda :Dərslərim çox idi ,gec qutardım
Səbinə:Oxuyub nə olassan axı , oxumaqla əlivə nə keçəcək,Asəf zəng elədi
Sevda :Yenə eyni məsələni açacaqsansa indidən deyim ,mən ona ərə gedən deyiləm
Səbinə:Ay Allah, bu qız niyə mənə oxşamadı getdi bibilərinə oxşadı
Ay qız ,evi var ,maşını var , imkanı var day nə istəyirsən
Sevda:Ana, başa düşmürsən,ha imkanı olsun ,maşını olsun mənə nə ,mən onu sevmirəm .Həm də ki özün bilirsən mənim kimi sevdiyimi
Səbinə :Ay qızz sevgi qarın doyurmur,Yapışmısan sümsük Orxandan,acından sürünür nə tapmısan onda ,nəysə mənə bax Asəf sabah gələndə gülərüzlə qarşılıyırsan,özünü naza çəkmirsən,yoxsa atanın əlindən almaram səni,- deyib otaqdan çıxdı.Mən nə eliyəcəm nətər eliyəcəm deyə düşünə düşünə yuxuya getdim
Səhər tezdən əlimi üzümü yuyub , paltarımı geyinib,yeməy üçün mətbəxə getdim.
Sevda :Sabahınız xeyir
Hüseyn (sevdanın atası):Niyə gec durdun ,bilmirsən səni məktəbə mən aparıram
Sevda: Ata,həmişə dediyim kimi məktəbə özüm gedəcək yaşa gəlmişəm
Ehtiyac yoxdu
Hüseyn:Mənim sözümə qarşı çıxırsan sən -deyə qışqırdı
Səbinə :A kişi heç elə şey olar,baxma bunun danışığına ,bu gün Asəf gələcək özünü göstərir də
Başımı aşağı salıb yeməyimi yedim . Ən yaxşısı onları yola verməkdir.
Yeməydən sonra atamla məktəbə getdik.
Hüseyn:Mənə bax bu paltar nədi geyinmisen
Sevda:Nəsə olub ki
Hüseyn:Nə olacaq özüvü qoymusan çölə ətəyinin qısalığına bax.
Geyindiyim paltar qısa deyildi ,amma onun dediklərin öyrəşmişdim.Nəhayət məktəbə çatandan sonra dostlarımın yanına bufetə getdim.
Fərhad: Salam yer cücəsi
Sevda:özünsən yer cücəsi sizə də Salam dostlar
Fateh: Əleykum salam yenə balaca bəbə kimi atan gətirib səni
Aysel:Adama deyərlər sənin nəyinə lazımdır,nəysə Seva fikir vermə ona
Sevda:Orxan hanı
Aysel:Şşey o şeydədi
Sevda:Hardadı?
Fərhad:Sinifdə gördüm onu
Fateh:Həə yanındada dünyalar gözəli bir qız var idi
Fərhad:Bəs di də ala
Sevda: Yanındakı qız kimdi?
Aysel:Təzə gəlib bizdə bilmirik
Sevda :Ən yaxşısı yanına gedib öyrənməkdir
Bunu deyib Aysellə sinifə çıxdıq .
Aysel:Fateh öküzünun dediyinə fikir vermə,Orxanın gözü səndən başqasını görməz
Sevda: Təbii ki sadəcə qızın kim olduğu məni maraqlandırır .
Sinifə girəndə qaraşın bir qızın Orxanın yanında oturduğunu gördüm
Sevda:Salam
Orxan:Salam gözəlim gəl sizi tanış edim sevgilim Sevda bu da sinifimizə təzə gələn Aysu
Aysu:Salam tanış olmağıma şadam
Sevda:Məndə
Aysu:Bu şəhərə təzə köçdüyüm üçün dostum yoxdur ,dost olarsan mənimlə
Sevda: Əlbəttə,gel sənə məktəbi gəzdirim.
Sinifdən çıxanda Aysel mənə ölümcül baxışlarını atdı.Dost barəsində qısqanc bir insan idi.
Koridorda gəzəndə Fərhadı gördüm biz tərəfə çox qəribə baxırdı ,daha doğrusu Aysuya
Fərhad: Seva getdin Orxanın yanına
Sevda: həə getdim sinifimizə təzə gələn qız var Aysu onunla oturubmuş
Fərhad: Salam xanım mənimdə adım Ferhaddır ,adınız ay kimi ağ ,su kimi durudur
Fərhadın bu dediyinə Aysu ilə bərabər gülmüştük .
Aysu çox sağ olun sizin də adınız gözəldi .
Bir -birilərinə çox qəribə baxırdılar.Dərsimiz bitəndən sonra uşaqlar və Aysu ilə kafedə oturmuşduq .
Fərhad qulağıma pıçıldadı:
Fərhad:Seva Allah rızası üçün bu qızla mənim aramı düzəlt nə istəsən eliyərəm.
Sevda:Dostum sən ciddisən? Təzə tanış olmusan qızla
Fateh:Bu gün qulağımıza xoş olmayan sözlər gəlib Aysu xanım
Aysu :necə xoş olmayan sözlər
Fateh:Orxanın yanında oturmusunuz bir az daha qalsa qucağ....
Aysu:Nə nə danışırsan sən
Sevda:ıı sən fikir vermə ona o boş boş danışar ancaq
Orxan:Məncə də Sənin bilmədiyin bir şey var Fateh bəy mənim gözüm Sevdadan başqasını görmür.
Gərginliyi yumşaltmaq məqsədi ilə başqa şeylərdən söz açdıq.
Fərhad :Aysu ürəyin başqa nəsə istəyirsə,de çəkinmə
Aysel:Qızın ağzı var dili var ürəyi nəsə istəsə deyər.
Fərhad:Sənə nə mən Aysudan soruşuram .
Aysel Aysuya qəribə bir şəkildə tərs tərs baxırdı.
Aysu : okey dostlar belə baxıram bir az daha qalsam aranı qatacam.Ən yaxşısı gedim,birdə ki məni qrupunuza daxil etdiyiniz üçün minnətdaram
Fateh:Nə qrupu?
Aysu:dostluq qrupu əvvəl 5 nəfər idiniz ,indi 6 nə gözəl,sağ olun
Aysu gedəndən sonra Aysel dilləndi:
Aysel: Başa düşmədim o qızı qrupa kim salıb
Fərhad:Mən salmışam nəsə problem var?
Aysel:Var ,o qızın mən dost olaraq görmürəm
Fateh:Məndə həmçinin
Fərhad: Fateh aydındı hər şeyə bir söz qoşandı , sənə nə olub ?
Orxan: Dostlar özünüze gəlin buna görə dalaşassız ?Ən yaxşısı hərə öz evinə getsin sakitləşsin ondan sonra danışarıq,okey
Aysel, Fateh,Fərhad:tamam
Orxan: Lap yaxsi sağolun sabaha görüşərik
Sevda: Sağ olun
Deyib ,Orxanla bərabər çıxdıq
Sevda:Məncə elə də pis qız deyil
Orxan:məncə də ona görə sinifə girəndə tərs tərs baxırdın ?
Sevda:sevgilim deyilsən əlbəttə qısqancam
Orxan: İmtahan qurtarsaydı evlənseydik
Sevda :Kaşşş ki dediyin kimi olsaydı
Orxan:Niyee elə deyirsən dünən mesajlaşmada elə demirdin
Sevda:Boş ver,valideynlərimi tanıyırsan
Orxan: Çox yaxşı tanıyıram,xüsusən də pul göz anavı
Sevda:Anam haqqında düzgün danış
Orxan: Yaxşı mələyim susuramsa bele senin xətrinə
Evimə gəlib çatmışdıq
Sevda:Sağ ol ürəyim
Orxan: Mən də gəlim sənlə
Sevda:Olmaz anam evdədir
Orxan:heç olmasa yanağımdan öp
Sevda:olmaz
Orxan:Niyə
Sevda: HARAMDI
Orxan:Olsun evlənəndən sonra razı olassan sağ ol mələyim,deyib alnımdan öpdü
Sağollaşıb evə girdim .Ancaq evde anamdan başqa da adam var idiGörəsən bu adam kim idi
Oxuyandan sonra fikrinizi bildirməyi unutmayın
Ulduz işarəsinə basmağı unutmayın ♥️♥️
ŞİMDİ OKUDUĞUN
Zəhərli sarmaşıq
ActionHekayədə azərbaycanlı qızın həyat hekayəsindən,yaşadığı çətinliklərdən, xoşbəxtliklərdən danışılır.