5-ci bölüm

83 6 1
                                    

Orxanın ağzından

Səhər tezdən oyananda saatın 11 -ə çatdığını gördüm.Məktəbə gecikmişdim.Əynimi geyinib,Aysuya da xəbər verdim.Aysu dünən gələndən sonra oturub dərdləşmişdik.Saat gecə olandan sonra başqa otaqda yatmışdı.Evdən çıxdıq ,yolda bir şeylər alıb ,səhər yeməyimizi yedik.Məktəbə çatanda bufetə getdik.Gözlədiyimiz kimi uşaqlar orda oturmuşdular.Sevda bizi görüb ,tərs tərs baxdı.Yanlarına gedib,salam verdik.
Orxan: Salam uşaqlar
Fərhad: Əleykum salam, hardasan sən? dünən səni axtarırdıq.
Orxan:Bəzi xoşa gəlməz hadisələr baş verdi.Başım qarışıq idi.
Sevda:Siz ikiniz bir gəldiniz?-deyib mənlə Aysunu göstərdi.
Aysu:Həə , Orxan gəldi məni oyandırıb ,dedi ki saat 11 dir gecikmişik,tez bir yerdə çıxdıq.
Fateh:(pıçıltı ilə) Orxanın ruhuna əl fatihə
Sevda:Başa düşmədim siz eyni evdə qaldınız?
Aysu:Həə Orxan dünən məni yanına çağırdı,məndə getdim, oturub söhbət elədik ,saat gec olandada orda qaldım.Zəng vurulanda uşaqlar dağılışdı.
Sevda:Orxan mənə 5 dəqiqəni ayıra bilərsən?
Orxan:buyur
Sevda: Aramızdakı soyuqluğun səbəbi nədir?
Orxan:Nə soyuqluğu mən niyə görmürəm.
Sevda dərindən köks ötürdü .
Sevda:Bir Aysu gəlməmişdən əvvəlki münasibətimizə bax,birdə sonraya
O qız gələndən bəri əvvəlki kimi mənimlə maraqlanmırsan,silahla vurulanda belə mənimlə maraqlanmadın,indi də o qızla eyni evdə qalırsan,dünən mesaj atmışam ona baxmamısan ,mənim başıma nələr gəlib xəbərin var?
Orxan: Offf Sevda , bezdim artıq anlayırsan bezdim,səndən də ,sənin axmaq problemlərindəndə .
Sevda: Bezdin eləmi,ayrılaq onda,bu münasibəti davam etdirməyin mənası yoxdu.
Orxan:Mən elə demək istəməzdim.
Sevda:Mən çox yaxşı başa düşdüm.Bundan sonra görüşməyək hə görüşmək istəyirsənsə Asəflə toyumda görüşərsən -deyib getdi.

Sevdanın ağzından

Orxanın yanından ayrılıb,dərsə girdim.Ağlım heç orda deyildi.Dərsdən çıxandan sonra Fərhadla danışmaq qərarı aldım.
Ancaq Aysellə əl -ələ görüşüb getdilər.Məktəbdən çıxanda Fatehi gördüm.İçimi tökməyə adam axtarırdım ,ancaq Fatehlə aram yaxşı deyildi .Çıxışda Orxanla Aysu qol qola çıxdılar.Orxanın baxışları mənə baxanda başımı çevirdim.Heç mi sevməmişdi məni?
Məndən ayrılandan sonra həmin dəqiqə mi o qızın yanına getdi?
Bir az sonra Fateh yanıma gəldi.
Fateh:Noldu saf toyuq sevgilin səni qoyub başqasına mı qaçdı,-dedi gülə gülə.
Sevda: Fateh,onsuzda əsəblərim yerində deyil,sən də üstümə gəlmə ,-dedim qəmgin çıxan səsimlə.
Fateh:Ayrıldınız?
Başımı salladım,üzü ciddiləşdi, yanıma oturdu.
Fateh: Niyə o şərəfsizliyi niyə elədi.Başımı 2 yana yellədim.
Sonra məktəbin həyətinə Range Rover girdi.İçindən Asəflə anam çıxdı.Fatehlə sağollaşıb.yanlarına gəldim.
Sevda:Siz niyə gəldiniz?
Asəf:Sənə də Salam xanım qız.Toydu nişandı, paltar falan lazımdır, ona görə gəldik səni götürüb bazara aparmağa
Sevda:Mən istəmirəm.
Asəf: Səndən xahiş etmirəm,əmr edirəm.
Səbinə:Ay oğlum nə baxırsan ona boş ver -,deyib mənə qaş göz elədi.
Məcbur maşına minib bazara gəldik.
İstədiyim istəmədiyim hər şeyi almışdılar.Gəlinlik yerinə gələndə gözlərim doldu.Kaş Orxan üçün gəlinlik geyinsəydim.Asəf gözlərimin dolduğunu görüb,yanıma gəldi.Söz soruşacaqdı ki zəng gəldi.Yanımdan gedib danışdı.Anam geyinməyim üçün yalvar yaxar edir,mənsə istəmirdim.Birazdan Asəf gələndə üzü gülürdü.
Asəf: Nəsə olub?
Səbinə: Gəlinlik geyinmək istəmir.
Asəf:Eybi yoxdu istəməsin qaçmır ki ,başqa vaxt alarıq -,dedi .Normalda əsəbləşərdi ,amma çox sakit və gülərüzlü idi.Alış- verişdən sonra anam yorğun olduğunu deyib bizi tək buraxdı.
Restoranda oturub yemək yeyirdik.Çox acmışdım,Orxandan ayrılandan sonra lap iştahım artdı.
Qəmgin olanda özümü yeməyə verərdim.Asəf bunu görüb,dedi.
Asəf:Azzz yavaş ye ,əlacın olsa məni də yeyərsən.
Sevda:Nə yemişəmki bir qırıq bir şey yedim.
Asəf:3 pors qamburger,2 qab yarpaq dolması,2 qab kabab, lahmacun.
Sevda:Yediklərimin pulunu hesablıyırsan deyəsən,kasıblamısan yoxsa?
Asəf:Qoyunda yun ,məndə pul çoxdu, narahatçılığın olmasın.
Ağlıma gələn sualı soruşdum.
Sevda: Asəf bir şey soruşacam.
Asəf:Soruş ürəyim
Sevda:Mən gəlinlik geyinməyən də əsəbləşirdin ,nə oldu əsəbləşmədin?
Asəf:Gəlinlik qaçmır ki əvvəl axır geyinəssən, Orxandan da ayrılmısan
Sevda:Sənin hardan xəbərin var?
Asəf: Quşlar dedi
Sevda: Diqqət elə o quşlar gəlib səni dimdikləməsin.
Asəf:Sən heç narahat olma.
Sevda: bir az keçəndən sonra sıxıldım,evə getmək istədiyimi dedim.
O da məni evə apardı.Evə gələndə bacımgil çoxdan getmişdi.Adəm dostları ilə görüşməyə getmiş,Sabir isə divanda yatıb ,qalmışdı.Üstünü örtəndən sonra otağıma çıxdım.Otağa girəndə atamın əlində kəmər məni anamla biryerdə gözlədiyini gördüm.
Hüseyn: Xoş gəldin ,yaxşı oldu gəldiyin ,sənə sözüm var idi,-deyib ayağa qalxdı.
Səbinə :A kişi etmə ,eləmə bir qələtdi eləyib
Hüseyn:Sən qarışma,deməli gəlinliyi geyinmədin eləmi ,-deyib saçımı dartdı.Ağzımdan güclü qışqırıq çıxdı.
Sevda:Ata eləmə , xahiş edirəm vurma
Hüseyn:KƏS ,SƏNƏ NƏ DEDİM,O UŞAQ NƏ DESƏ ONU ELƏ DEDİM,SƏN NEYNƏDİN ÖZÜNÜ NAZA ÇƏKDİN,-deyib kəmərlə vurmağa başladı.Anama baxanda əcəb olur deyirdi.Sabirin səsi gələndə atam otağın qapısını kilidlədi.
Sabir:Ata aç qapını neyniyirsən qıza
Hüseyn:SİZƏ DEDİM QARIŞMAYIN
Şillə ,kəmər ,təpik yedikdən sonra ağzım gözüm qan oldu.Tərpənəcək halım yox idi.
Hüseyn:Buda sənə dərs olsun deyib çıxıb getdi . Qapını açanda Sabir mənim halıma baxıb qışqırdı.
Sabir:Bu nədi qızı nə günə qoymusan
Hüseyn: Oğlum sən qarışma öz elədiyi qələtin cezasını çəkir,-deyib çıxdı.
Səbinə:Özünü dartmasaydın belə olmazdı.
Sabir:Ana ,başlama yenə
Anam otaqdan çıxdı.Sabir məni qucaqlayıb yatağa uzandırdı.
Sevda:Bezdim artıq öldürəcəm özümü.
Sabir:Şştt elə bir söz çıxmasın ağzından .
Sevda:Niyə axı niyə səni ,Adəmi çox istəyirlər mənlə bacımı yox.
Sabir:Elə bir şey yoxdur,hamımızı çox istəyirlər,Atam sadəcə əsəbidir, əsəbləşdirəcək hərəkət etməsən heç nə etməz
Sevda:Siz gəlməmişdən əvvəl üzünü öpmək istəyəndə məni itələdi,qoymadı,niyəə?
Sabir:Bəlkə sevgisini göstərməkdən çəkinir .
Sevda:Sizdə çəkinmir amma
Sabir:Ayy nə çox danışırsan Asəfə yazığım gəldi,-deyib yaralarıma krem vurdu.

Asəfin ağzından

Gözəl Sevdamdan ötrü darıxmışdım bu gün görməyimə rəğmən.Aysu bu gün zəng eləmişdi. İkisinin də ayrıldığını eşidəndə dünyalar mənim oldu.Kameranı açıb ona baxdım.
Kamerada Hüseynin Sevdanı döydüyünü gördüm.Qan beynimə sıçradı.Mənim olana əlini qaldıranı əlini qıraram .Gəlinlik geymədiyinə görə vurmuşdu əclaf.Üzü gözü qan içində idi.Tez maşına minib yola düşdüm.Çatanda qapını bütün gücümlə vurdum.
Açanın Sabir olduğunu gördüm.Onlara Sevdanın otağına kamera qoyduğumu deyə bilməzdi.
Sabir: Xoş gəldin Asəf.nəsə olub?
Asəf:Olub ,Sevdanı görməliyəm.
Sevda otaqdan çıxanda ürəyim ağrıyırdı. O əclaf gözəlimi nə günə qoymuşdu.
Sevda: Asəf niyə gəldin?
Asəf: Üzünə nə olub?
Sevda:Yıxılmışam.
Asəf:YALAN DEMƏ
Səsimizə Hüseyn lə bibim gəldi.
Səbinə: Asəf, oğlum niyə qışqırırsan?
Hüseyn:Sevda nəsə edibsə cəzasını verim.
Özümü saxlaya bilmədim,üzünə möhkəm yumruq atdım.
Sabir:Asəf dur
Asəf:Əclaffff,qızı nə hala salmısan oğraş,
Hüseyn:Mən sənə hörmətsizlik edib deyə ...
Asəf:Sənə qalmayıb, cəzasını özüm verərəm,bir də Sevdaya əl qaldırsan özüm öz əllərimlə öldürərəm,-dedim.

Sevdanın alnından öpüb,çıxdım.
Sakitləşməyə ehtiyacım var idi .İçki məni özümə gətirər deyə düşünüb bara getdim.

Sevdanın ağzından

Otağına çıxıb , uzandım.Fatehdən mesaj gəldi.
Fateh:Sevda bilirəm başın qarışıqdı,amma köməyinə ehtiyacım var.
Sevda:buyur
Fateh:Bir qız varr ee sizin sinifdən Xədicə ,onla aramı düzəlt də ,Ayselə deyirəm,başı Fərhada qarışıb .
Xədicəni tanıyırdım.
Danışmadığı oğlan yox idi .Bir oğlanla 3 gün sevgili qalıb ayrılırdı.Amma Fateh elə deyildi,sevdiyi insana bağlanırdı.
Sevda:Bax Fateh bu qrupun Tom və Cerrisiyik.,tez tez dalaşırıq.Amma mən bir bacı olaraq sənin yaxşılığını istəyirəm.O qız belə münasibətlərdə ciddi deyil.Yəni başa düş ,o qız sənlik deyil.
Fateh:Hmmm "o qız sənlik deyil"inanmayacaqsan amma bu cümləni sən Orxanla təzə təzə sevgili olanda mən Orxana demişdim.
Anladım ,səndən bir xeyr gəlməz ,-dedi.

Çox yorğunam, insanların aqressiv davranışlarına qatlana bilmirəm.Sabah ilk işim Fərhadla danışmaq olacaq,çünki məni atıb getmiyən mənə sadiq qalan yeganə insan odur.

Ay millet voteeeeeeeeee atınnnnnn, şərh bildirin, oxuyanların sayı artdıqca daha çox həvəslənirəm.Özünüzə yaxşı baxın😘😘💞💕💋💋







Zəhərli sarmaşıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin