Salam dostlar,bu bölümü bəyənmədiyim üçün təzdən yazma qərarı aldım.Ümid edirəm bəyənərsiniz.
Sevdanın ağzından
Yaşıllığın üstünə oturub,günəşi seyr edirdik.Bu qədər yaşadığımız çətinliyə rəğmən bir-birimizin yanında idik.Başımı onun çiyninə qoydum.Əlləri saçlarımı sığalladı.
Orxan:Bitti mələyim,hər şey bitti.
Artıq bizi qabaqda gözəl günlər gözləyir.
Sevda: Nəhayət,qovuşduq bir-birimizə
Asəf:Ooooo maşallah nə mehribansız , Allah xoşbəxt eləsin -deyib silahı çıxardı.
Sevda: Asəf sən bizi necə tapdın, xahiş edirəm əlindəkini yerinə qoy.
Asəf: Narahat olma gözəlim,sənə qıymaram mən,mənim dərdim yanındakı şərəfsizlədi-deyib Orxana 3 dəfə atəş açdı.
Sevda: ORXAN ORXAN YOX YOOOX ,-deyib oyandım.Yuxu imiş.
Asəf:O şərəfsizin adını sayıqladığına görə yuxunda görmüsən,nə gördün?
Sevda: Boş ver çox vacib bir şey deyil.
Məktəbdən sonra Asəf məni evinə aparmışdı.Dərslər yorucu keçdiyindən yatıb qalmışdım.
Sevda:Evə getmək istəyirəm
Asəf:Get ,bunu da deyim 1 həftə sonra toyumuzdu.
Sevda:Tez deyil?
Asəf:Nə qədər tez o qədər yaxşı,aparım səni
Sevda: Yox özüm gedərəm.
Asəf:Aparardım ee qonağım gələcək.
Sevda:Eybi yoxdu,-deyib, sağollaşıb evdən çıxdım.
Yolda gedərkən güclü yağış başladı.Amma mən bu yağışı sevirdim.Lənkəran yağışının gözəlliyi bir ayrı idi.Bu zaman qara maşın yanımda yavaş yavaş hərəkət edirdi.
Pəncərə açılanda cavan bir oğlanın mənə baxdığını gördüm.
Kərim: Salam xanım, yağış güclü yağır. Ən yaxşısı maşınıma minin sizi istədiyiniz yerə aparım
Sevda:Başa düşmədim siz məni nə hesab edirsiniz
Kərim;Səhv başa düşməyin , yağış güclü yağır, kömək etmək istədim .
Sevda: Tanımadığım insanların maşınına minmirəm.
Kərim: Əslində tanışıq,mən qardaşınız Adəmin dostuyam.
Telefonunu çıxarıb Adəmlə şəkillərini göstərdi.
Sevda: Üzrlü sayın
Kərim:Əstafurullah ,keçin oturun .
Maşına mindim.
Kərim: Eşitdiyimə görə bu yaxınlarda evlənirsiniz.Yaşınız çatmır axı.
Sevda:Siz deyəsən buralara təzə gəlmisiniz , burda belə şeylər normal qarşılanır.
Kərim:Normal qarşılanır deyə susmaq mı lazımdır? Sizin hüquqlarınız ,onlar nə olacaq?
Sevda:Mənim hüquqlarım deyə bir şey mi qalıb?
Kərim: Hər nə olubsa olsun yenə də özünüzü düşünün heç kim sizdən daha dəyərli deyil
Danışa danışa evə gəlib çatmışdıq.
Sevda :Gəlin bir stəkan çay için, Qardaşım da evdə idi.
Kərim: Çox sağ ol ,işlərim var ,bir daha görüşmək ümidi ilə sağ ol
Sevda:Məni evimə kimi gətirdin sən sağ ol -deyib evə girdim.
Sevda: Salam,evdə kim var ,kim yox
Sabir: Əleykum salam mənlə Adəm var,ana ilə ata yox
Sevda:Harasa gediblər?
Sabir:Bazara gediblər,səni maşınla gətirən Asəf idi?
Sevda:Yooo,Adəmin dostu Kərim.
Adəm:Bıyy siz harda qarşılaşdınız?
Sevda:Yolda gedirdim,məni gördü dedi gəl aparım səni yağış yağır,məndə mindim.
Sabir:Sən hər qabağına gələnə mi güvənirsən
Adəm: Kərim yaxşı uşaqdır,birazdan zəng edib çox sağ ol deyərəm.
Yuxarı çıxıb əynimi dəyişdim, aşağı düşəndə Sabirin yemək stolu hazırladığını gördüm.
Sabir:Gəlin oturun.
Adəm:Yenə yaratmısan da ,arada Sevdaya yemək bişirməyi öyrət.
Sevda:Ehh,mən pis yemək bişirirəm ki?
Adəm:Sənin bişirdiyini yeyəndə mədəm qıcqırır.
Sevda:O sənin mədənin problemidir.
Sabir:Yenə didişməyin.
Birdən telefonuma bacımdan zəng etdi.
Sevda:Aloo Zeynəb,necəsən
Zeynəb: Şükür sən necəsən.
Sevda: Sabir. Adəm ,mən oturub tıxınırıq.
Mikrofonu açdım.
Zeynəb:Kaş orda olsaydım
Sabir: Vaxt elə uşağını götürüb gel,gələ bilmirsən gətirim.
Zeynəb:Hazır ana ata yoxdu sizə söz deməliyəm.
Sevda:Nəsə olub
Zeynəb: Uşaqlar mən boşanmaq istəyirəm.
Adəm :Nəəə,nə boşanmağı
Zeynəb:Dayana bilmirəm ,hər gün döyülürəm,uşağıma görə dözürdüm,amma taqətim qalmayıb döyülməkdən.
Sevda:Boşan,arxandayam
Adəm:Qələt eliyirsən.
Sabir:SUSUN, Zeynəb ata ,ana gəlsin bu məsələni onlarla da həll edək,ondan sonra boşanarsan
Zeynəb: Yaxşı sən deyən olsun,Səbinəni bağçadan götürməyə gedirəm.ondan sonra danışarıq -deyib telefonu söndürdü.
Adəm:Sizə deyəcək sözüm yoxdu,nəslimizdə boşanmış qıza necə baxırlar bilirsiz?
Sabir:Bacıma elə baxanların gözünü çıxardaram,o Əlmədin də var-yoxunu....
Sevda:Adəm,elə danışırsan bacım elə bir səhv iş görüb.
Bu zaman qapı açıldı.Atamla anam içəri girdi.
Hüseyn:Səsiniz çöldən gəlir ,nə olubdu.
Adəm:Mən sənə deyim nə olub sənin o gözəlçə qızın Zeynəb boşanır.
Səbinə:Boouyyyyyy,öyümüz yıxıldı ay Allah
Hüseyn:Nə boşanmağı başını kəsərəm onun ,mən ona toy günü dedim.O evdən meyidin çıxana kimi qalassan.
Sabir:Nə gözlüyürsünüz,qızı öldürməsinimi ,qızı hər gün döyür o əclaf
Səbinə:Ər arvad arasında olar elə şeylər
Sevda:Atam səni döysə,səsini çıxarmazsan?
Səbinə:Həddini aşma,lap elə şey olsa belə ərimdi,döyməyə haqqı var(bu hissəni yazanda əsəbdən ölürəm)
Sevda: Özünü bu qədər alçaltma
Gözləmədiyim bir şey oldu.
Anam şillə vurdu.
Sabir:Ana ,bəsdirin,Sevda sən çıx yuxarı gözəlim.
Yuxarı çıxdım.Mən niyə bu ailəyə gəldim axı,kaş insanlara öz ailəsini seçmək hüququ verilsəydi,bəlkə mən də bacım da bədbəxt olmazdıq........💔💔💔💔💔Orxanın ağzından
Evdən çıxıb,Aysunun yanına getdim.
Özünə xəbər verməmişdim Sürpriz edəcəkdim.
Dükana girdim.Özümə siqaret alanda kənarda duran şirniyyat yerindən Sevdanın ən sevdiyi şirniyyat gözümə sataşdı.Onun üçün darıxmışdım.Bir həftə sonra toyu idi.Şirniyyatı almaq qərarına gəldim.Dükandan çıxıb siqaret yandırdım.Hər şey niyə belə qarmaqarışıq oldu, bilmirəm.
Bunları düşünə düşünə evə çatdım.İçəri səssiz səssiz keçəndə bir cüt kişi ayaqqabısı var idi.
Qonaq otağından Aysu ilə bir adamın qışqırıq səsləri gəlirdi.
Asəf:Onun ağlı hələ o zibildədi,O əclafın da ağlı Sevdadadır.
Aysu:MƏN NƏ EDİM,Sevdanı unutmur mənim günahım deyil.
Asəf:Mənə dəxlisi yoxdur,nə elə ORXANLA SEVDANI TAMAM AYIR,ARALARINDA SALAM SAĞ OL BELƏ OLMASIN,yoxsa maaşından kəsərəm .Gördüyün iş elə olsun ki verdiyim pula dəysin.
Qulaqlarım uğuldayırdı.Sevda ilə bizim aramızı Asəf pozubmuş ,özü də Aysuya rüşvət veribmiş.
Sakit qalmalı idim .Özümü heç bir şey olmamış kimi apardım,sanki təzə gəlmişəm,və özümü elə aparmalıydım ki sanki Sevdanı unudub,Aysunu sevirəm.
Qapını açıb bağladım.
Orxan:Gözəlim?
Otaqdan çıxmışdılar.
Aysu:A Orxan nə yaxşı oldu gəldiyin
Aysunun yanına gedib yanağından öpdüm .
Orxan:Gözəlim üçün darıxmışam,Sənin nə işin var burda
Asəf:Heç ,işlə bağlı danışmağa gəlmişdim.
Orxan: Təbriklər,1 həftə sonra toyunuzdu
Asəf təəccüblə baxdı.
Asəf: Çox sağ ol
Orxan:Bizi də çağırırsan yəqin.
Asəf : Əlbəttə,nə isə mən gedim ,sizi tək buraxım-deyib getdi .
Aysu:Gəl çox qəşəng yemək bişirmişəm,əlindəki nədir?
Orxan:Gələndə şirniyyat almaq istədim.
Aysu:Ən sevdiyim şirniyyatı almısan.
O an içimdən özümə lənət oxudum.Sevdanın ağzından
Oyananda gecə saat 3 idi.Evdəkilərdən beç kim oyandırmamışdı.Telefonuma Orxandan mesaj gəldiyini gördüm.
Əvvəlki günlərdəki kimi xoşbəxt olacayıq sevgilim,az qaldı deyib əvvəl çəkdirdiyimiz şəklimizi göndərdi.Sevda:Yenə sərxoş olmusan?
Deyib mesaj atdım.Baxdı,ancaq cavab yazmadı.Təzdən yuxuya getdim.
Oyananda saat 7:30 idi.
Əynimi geyindim,bu gün məktəbdən gəzintiyə gedəcəkdik.Evdən çıxdım, Asəf maşında gözləyirdi.Maşına mindim.
Asəf: Sabahın xeyr gözəlim,sənə sürprizim var ,-deyib mənə qutu verdi.
Sevda: Bunun içində nə var?
Asəf:Aç bax
Açanda qutuda gəlinlik olduğunu gördüm.
Asəf:Gəlinliyi özüm almaq istədim.
Sevda:Afərin sənə əhsən sənə ,medal asacam indi.
Asəf:Bu nə danışıqdı ?Nə demək istəyirsən
Sevda:Boş ver ,nə danışdığıma fikir vermə, onsuzda toy yaxınlaşır.Bu gün məktəbdə gəzinti var ,evə özüm gedəcəm.
Asəf:Məndən icazə almısan?
Sevda:Xeyr , ürəyim getmək istəyir ,mən də gedirəm.
Asəf:Ya səbir,evlənəndə bunların heç biri olmayacaq.
Məktəbə çatanda həyətdə uşaqların toplandığını gördüm.Asəflə sağollaşıb bizim dəstənin yanına getdim.
Sevda:Salam dosdarrrrr
Fateh:Nişanlının qəşəng Range Roveri var.
Sevda:Neyniyim.
Fərhad:Orxangil hanı
Sevda:Nə bilim hansı cəhənnəmdədilər.
Fərhadla Fateh yemək almağa getdilər,Ayselə baxanda üzünün solğun olduğunu gördüm.
Sevda: Aysel ne olub sənə
Aysel:Heç bir şey
Sevda: Yalançı üzün solğunlaşıb
Aysel:Sənə bir şey deyəcəm heç kimə demə
Sevda: Ay de görüm
Aysel:Seva, sənin qardaşın var ee Adəm.
Sevda: Təəssüf ki var , nə olub
Aysel:Məni narahat edir,evimə güllər çiçəklər göndərir.Ona denən məni narahat etməsin.Sevgili olmağımız üçün mənə ölümlə hədə qorxu gəlir, Fərhadın qulağına getməsin.
Sevda:Aysel,mən üzr istəyirəm onun adından,özüm onunla mütləq danışacam , deyib qucaqladım.
Kərim : Salam xanım qız
Sevda:Sən ,nə işin var burda
Kərim:Bugünkü gəzintidə mən başınızda duracam........Bu bölüm haqqında nə düşünürsünüz?
Əvvəl yazdığım bölümə nəzərən məncə yaxşıdır
Voteeee atın plsss 😚 😚 😚
ŞİMDİ OKUDUĞUN
Zəhərli sarmaşıq
AkcjaHekayədə azərbaycanlı qızın həyat hekayəsindən,yaşadığı çətinliklərdən, xoşbəxtliklərdən danışılır.