Öncəliklə hər birinizə Salam.Bu hekayə mən yazdığım ilk hekayədir.Yazıda bəzi səhvlər etdiyimə görə üzrlü sayın .Və son olaraq vote düyməsinə basmağı və şərh yazmağı unutmayın ♥️♥️♥️
Sevdanın ağzından
Dünən ağır yatmışdım.Asəf gün boyunca mənimlə maraqlanmışdı.Onunla olan münasibətimi ciddi hesab edirdi.
Orxanla olan planımı həyata keçirməliydim.Aysu ilə yaxınlığına görə ağzının payını da verəcəkdim.Ancaq birinci onu tapmalıydım.Bazar günü olduğundan evdə idim.Ona görə onu görə bilmirdim.Zəng elədim,açmadı.
Bir daha zəng elədim,açmadı.
Ən yaxşısı qrupdan soruşmaq idi.Sevda: Uşaqlar,Orxan hanı bilmirsiniz
Fateh:Cibimdə gəl götür 😒
Sevda:Axx Fateh həmişəki kimi zarafatcılsan😝
Fateh:Ay qızz sən safsan, yoxda tipin ele göstərir,Orxan başqa qızlarla yeməkdədi,bu durub Orxan axtarır.
Aysu: Doğrudan hanı ye bu uşaq ,dünəndən bəri zəng edirəm açmır.🥺
Sevda:Sənə mi qalıb ona zəng eləmək😠
Aysel:Uşaqlar Orxanı boş verin görün sizə nə deyirəm .Bu qrupda sevgili olan 2 nəfər var idi ee Orxanla Sevda
Sevda:Hee nə olub?
Aysel:2 nəfəri daha əlavə edin.Mənlə Fərhad sevgiliyik.🥰🥰
Sevda:Nəəəəəəəə, zarafat eliyirsiniz,
Ay çox sevindim😚😚
Aysu:Siz nə ara sevgili oldunuz
Aysel:Səni maraqlandırmır,Qrupda hamı bir biri ilə sevgili olur, səndə Fatehlə sevgili ol
Fateh:Allahım sən nəsib etMƏ
Fərhad: Uşaqlar onu bunu boş verin,Orxanın evinə getdim ,evdədə yoxdur,hara gedib buu
Sevda:Mən axtarmağa çıxacam ,-deyib hazırlaşdım.Otaqdan çıxıb, aşağı düşdüm .
Hüseyn:Azzz , səhər səhər hara gedirsən ?
Sevda:Sənin də sabahın xeyir Ata ,-üzünü öpmək istəyəndə məni itələdi.
Hüseyn: Hansı cəhənnəmə gedirsən?
Ona Orxanı axtarıram deyə bilməzdim,bir yalan uydurdum
Sevda: Asəfin yanına,səhər yeməyinə çağırıb məni.
Hüseyn:Lap yaxşı,mənə bax oğlanı çox bezdirmə ,yorma nə deyirsə başım gözüm üstə de keç,işdən düz-əməlli pul qazana bilmərəm,onun verdiyi pulnan keçinirik.
Bir dəə tez gəl axşam qardaşıngil Rusiyadan gəlir.
Sevda: yaxşı,-deyib evdən çıxdım.Məni niyə sevmirdi axı,mən ona neyləmişəm.Atam olmağına rəğmən özümü niyə atasız hiss edirəm deyə düşünüb ağlayırdım.
Bir dəfə , çox yox ,bir dəfə saçımı sığallasın deyə çox çalışdım, alınmadı.Heç nə olmaz,sizin vermədiyiniz sevgini Orxan verir mənə.İçim içimi yeyirdi,təzdən mesaj atdım.Cavab yazdı
Orxan:Sevda sənə atacağım adresə gəl.
Bircə dəqiqə Orxan mənə adımla çağırmazdı,mələyim deyərdi .Nəsə bir iş var idi.Atdığı konuma taksi ilə gəlib,çatdım .
Meşəlik kimi bir yer idi.Qabağımda bir obyekt var idi .Orxan həmin obyektdən çıxdı.Qaça qaça boynuna sarıldım.
Üzünə baxanda üzü yara içində idi.
Sevda:Hiiiiii,üzünə nə olub?
Orxan: Boş ver mələyim,tez gedək burdan.
Asəf:Aaaa ayıb olar pürrəngi çay dəmləmişəm .İçmədən hara gedirsiz?
Sevda:Asəf ,sən elədin həə,səndən adam olmaz ,onun günahı nə idi ?
Asəf:Onun günahı mənim sevdiyimə yan gözlə baxmaq idi,amma narahat olma,-deyib cibindən silah çıxardı.
Asəf:Onun o gözlərini deşəcəm.
Tez Asəfin qabağına keçdim.
Sevda: Asəf yalvarıram, xahiş edirəm, yalvarıram ona heç nə etmə
Orxan: 'Mələyim çəkil qabağından
Sevda:Nə istəsən eliyərəm, razıyam ona zərər vermə,-deyib silahı əlindən almağa çalışdım.Silah səsi gəldi.
Qolumdan qan axırdı.
Asəf: SEVDA,Sevda özünə gəl qurban olum.
Orxan:Mərmi qoluna gəlməyib,qolunu sıyırıb.
Gözlərim qapanırdı,amma huşum yerindəydi.
Bir əl məni qucağına aldı,maşına mindirdi.
Asəf:Sən gəlmirsən, Nə oldusa sənin ucbatından oldu.
Orxan: Silahı çəkən mən deyildim.
Asəf : Heç kimə heç nə demə .
Bu hadisə burda olub ,bitdi.
Asəf maşını işə saldı.Maşın dayananda gözlərimi açdım.
Asəf:Gözəlim ,dayan həkim sağaldacaq səni.
Ətrafa baxanda Asəfin evinə gəlmişdik.
İçəri keçəndə həkim paltarında olan Akifi gördüm.Akif ,Asəfin qardaşı idi.
Uşaq vaxtı aramız çox yaxşı idi.Hətta Asəf qısqanclığından Akifi buna görə döymüşdü.
Akif :Bibiqızı nə olubdu sənə
Asəf:Sənə qalmayıb,sən işini gör.
Akif qoluma baxdı ,yaramı sarıb,krem yazdı.
Akif:Elə ciddi bir şey yoxdu.Yazdığım kremi çəkərsən fso.
Asəf: Yaxşı dur çıx get
Sevda: Çox sağ ol,sənə də zəhmət verdim
Akif:O nə sözdü mənim borcumdur,axşama qardaşların gəlir gözün aydın
Asəf:Bu gün gəlir?
Sevda:Hə axşam gəlir ,evdə olmalıyam axşama.
Asəf:Apararam
Akif:Hee bizdə gələrik
Asəf:Sən niyə özünü qatırsan
Akif:Mənimdə qohumluq əlaqəm var onlarla,nəysə axşam sizdəyəm deyib getdi.
Asəf:Gələk sənə xanım qız,Mən səndən bezdim
Sevda:Nə gözəl,bezmisənsə evlənməyək.
Asəf:O şərəfsizlə görüşmək üçün ailənə yalan demisən.Guya səhər yeməyə çağırmışam elə mi
Sevda: üzr istəyirəm,elədiyim düzgün deyil qəbul edirəm,amma çox yorğunam icazə ver bir az yatım
Asəf: Yaxşı,-deyib yanıma uzandı.
Sevda: Neyniyirsən,get başqa yerdə yat
Asəf:Mənə qarşı gəlmə ,-dedi başımı sinəsinə çəkdi, gözlərim özündən qapanırdı.Orxanın ağzından.
Sevda vurulandan sonra məcbur olub getdim, telefonumu götürəndə uşaqların narahat olduğunu gördüm.Onlara yaxşı olduğuma dair mesaj atdım.Aysudan mesaj gəldi.
Aysu:Yaxşısan, dünəndən bəri çox narahat oldum.
Orxan: Narahat olma şükür Allaha yaxşıyam.
Aysu:Gözüm görmədən inanmaram, yanına gəlirəm.
Orxan:Gəl,sənə çox ehtiyacım var,-deyib telefonu bağladım.Aysu gələnə kimi çimməyə qərar verdim.Sevdanın ağzından
Gözlərimi açanda Asəfin yatdığını gördüm.Saata baxanda 4 olduğunu gördüm.Telefonumu götürüb Orxana mesaj atacaqdım ki Asəf qolumdan tutdu .
Asəf: Neyniyirsən?
Sevda:Anama mesaj atacaqdım.
Asəf: Ağrın yoxdu?
Sevda:Yooo ,mən çox açmışam ,evimə gedək,anam nə yeməklər bişirib indi
Asəf:Get əlini üzünü yu ,mən də ona kimi maşını hazırlayım.
Hamam otağına gedəndə telefonumu gizlin götürüb mesaj atdım .
Sevda: Sevgilim, necəsən səninlə danışmalıyam.
Mesaj atıb tez aşağı düşdüm.
Maşına minib evimə getdik.
Evə girəndə bacım Zeynəbgilin gəldiyini gördüm.
Sevda: Zeynəb
Zeynəb:quzum ,-deyib qucaqlaşdıq ,onun üçün çox darıxmışdım.
Əri Əhməddə gəlmişdi
Əhməd: Nətərsən Sevda
Zəhləm getmiş,anam göz qaş elədi.
Sevda: Yaxşı
Hüseyn:Asəf oğlum xoş gəlmisən
Asəf:Xoş gördüm Hüseyn dayı
Hüseyn:Gedim manqal qalayım, uşaqlar xoşlayır kababı.
Sevda,:Mən də sənə kömək edim.
Hüseyn: Lazım deyil sənin köməyin tupoy kimi heç nədən başın çıxmır.
Gözlərim doldu.Otağıma çəkildim.Asəf də arxamca gəldi
Yatağıma uzananda gözüm dərs kitablarıma sataşdı.Qarışıqliqdan dərslərimi unutmuşdum.
Asəf: Nə oldu?
Sevda:Məni tək burax
Bir az oturub getdi.Telefonum da yanımda yox idi .Ən yaxşısı yuxuya getməkdirGözlərimi çoxlu səs küylə açdım.Boyukk ehtimal qardaşlarım gəldi.Asagıya düşəndə Qardaşlarım və Akif gəlmişdi
Atam onları elə qucaqlayırdı ,məni heç vaxt elə qucaqlamamışdı.
Sabir (böyük qardaş): necəsən gözəllik abidəm?
Sevda: Yaxşı, sən necəsənl?
Sabir: Yaxşı deyib yaxşı olaq
Adəm(balaca qardaş):Biz gedəndən sonra hoqqa çıxarmadın.
Sevda:Nə hoqqa çıxardacam.
Deyib qucaqladım.Sabir mənə qarşı çox yaxşı davranardı.Amma Adəm üçün eyni şeyi deyə bilmərəm .
Nəhayət masa arxasına keçdik.
Yanımda Asəf, digər yanımda bacım otururdu.
Hamının başı söhbətə qarışmışdı ki birdən atam dilləndi.Hüseyn:Sizinlə bir məsələ barədə danışmaq istəyirəm . Oğullarım da gəldiyinə görə bu işi uzatmağın mənası yoxdu.(Asəfə dönərək)Sabah gəlin elçilik olsun .Bu iş burda da bitsin.
Səbinə: Kişi düz deyir,məndə qardaşımgillə danışıb sabahı həll edəcəm.Onların dedikləri qarşısında gözlərim doldu.Asəfə baxanda gülə gülə mənə baxırdı.
Orxanla olan hekayəmiz,bu burda bitməməliydi....Hekayə xoşunuza gəlirsə, zəhmət olmasa şərh bildirin.
Vəə çox çox xahiş edirəm ulduz işarəsinə basmağı unutmayın ♥️ ♥️ ♥️ ♥️
.
ŞİMDİ OKUDUĞUN
Zəhərli sarmaşıq
AkčníHekayədə azərbaycanlı qızın həyat hekayəsindən,yaşadığı çətinliklərdən, xoşbəxtliklərdən danışılır.