20-ci Bölüm (Asəfin Keçmişi)

37 4 0
                                    

Mənə dəstək olmaq üçün vote
düyməsini basmağı unutmayın..

Sevdanın ağzından

Əllərim - ayaqlarım bağlı, ağzım gözüm yara içində yerdə oturub məni bu hala salan məxluqa baxırdım.

Asəf :Necəsən, ümid edirəm yaxşı yatmısan.

Sevda :Allah bəlanı versin.

Asəf :Rəhmətlik nənəmi keçmisən, ondan daha çox qarğış edirsən. Deyib güldü.

Əllərimi, qollarımı açıb, məni qucağına aldı.

Asəf :Akif gəlir birazdan, ona kimi uzandırım səni, - deyib məni otağına apardı.

Ağrıdan dayana bilmirdim.

Sevda :Asəf, xahiş edirəm, dözə bilmirəm, çox ağrıyıram .

Asəf :Onu mənim arxamdan iş çevirərkən düşünəcəkdin? Haran ağrıyır?

Sevda :Qarnım.

Mənim arxama uzanıb, özünü mənə söykədi. Köynəyimi qaldırıb qarnımı masaj etdi.

Ağrımın azalması ilə yuxuya getməyim bir oldu.

Gözlərimi açanda Akiflə Asəf başımda durmuşdu.

Akif :Yazıq qızı nə günə qoymusan, niyə bunu etdin?

Asəf : O qardaşım deyə tanıdığın şərəfsiz Kərəm Sevdamı sevirmiş, Cəmilənin qisasını almaq istəyirmiş, Sevda da bununla əlbir olubmuş.

Sevda :Akif, halım yaxşı deyil, kömək elə.

Akif :Bilirəm, bunun üçünsə iynə vuracaqdım.

Sevda :Nəə, yox, iynə vurma, nə olar.

Asəf :Vur, bəlkə ağlı başına gələr.

Yataqdan çıxıb qaçırdım ki Asəf belimdən tutub yatağa uzandırdı .

Əlinə iynəni alıb mənə vurmağa çalışırdı.

Akif :Asəf, yavaş elə damarı partlayar.

Sevda :Asəf bıraxxx

İynəni möhkəm şəkildə qoluma vurmuşdu.

Hönkür-hönkür ağlayırdım.

Akif :Qızın damarını partlatmısan.

Asəf :Ağlı başına gəldi, yəqin ki.

Akif qolumu sardı, dərman yazıb otaqdan çıxdı.

Üzümü başqa tərəfə çəkib Asəfə baxmadım.

Asəf :Qardaşın həbsdədir.

Sevda :Nəə? Niyə?

Asəf :Cəmilə məsələsinə görə.

Sevda :Lap yaxşı, kaş səndə düşərdin .

Asəf :O iş bir az çətindir.

Sevda :Cəmiləni, dayını niyə öldürdün?

Asəf :Cəmilə manyak idi, onu yox səni sevirdim. Buna görə də səni öldürmək üçün planlar qururdu. Kərəmlə yaxın idim deyə bu işi Adəmə tapşırdım.

Sevda :Bəs dayını?

Yanıma gəlib köynəyini soyundu.
Asəfin kürəyində yanıq, bıçaq izləri var idi.

Asəf :Bunları dayım olan əclaf edib.
Onu öldürdüm çünki atamın, anamın qatili idi. Atamgil yola çıxmazdan əvvəl minəcəkləri maşını qəsdən xarab edib. Məqsədi mirasa sahib olmaq idi. Akif o vaxtlar balaca idi.

Zəhərli sarmaşıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin