FİNAL( Qanlı Son)

39 3 0
                                    

Sevdanın ağzından

Birdən silah səsi gəldi.
Aysu əlindəki silahla Kərəmi vurmuşdu. Fürsətdən istifadə edib maşına getdik. Orxan Kərəmə axırıncı dəfə təpik vurub gəldi.

Orxan :Artıq qabağımızda heç bir əngəl yoxdur. Rahat gedə bilərik.

Sevda :Mən yenə də qorxuram, nəsə olar.

Orxan :Xeyr, heç nədən qorxma, artıq mən yanındayam.

Aysu:Kəmərlərinizi bağlayın, Bakıya uçuruq.

Fərhadın ağzından

Fərhad:Ayy Fateh olanı deyirəm də, Orxanla Bakıya gedirlər.

Fateh :Aysu da yanlarında eləmi?

Aysel :Sən canı demə, yadıma salanda əsəb keçirirəm.

Fərhad :Adəm şərəfsizi getdiyinə görə aramızda bütün problemlər həll olundu.

Aysel :Əlbəttə.

Sevdagilin ardından biz də Bakıya gəlirdik.

Asəfin ağzından

Aytən:Eləmə Asəf, olan sənə olacaq

Asəf :MƏNƏ DƏYMƏYİN, MAHİR SİLAHLARI YIĞ MAŞINA

Aytən:Silahları neynirsən.

Asəf :Qətliam edəcəm onun üçün.
Orxan da öldürəcəm, Sevda mənlə gəlmək istəməsə öləcək.

Aytən :Sən onun yoxluğuna dayana bilərsən?

Asəf :Yox, buna görə də mən də onun arxasınca gedəcəm, haqqınızı halal edin.

Akif :Bəsdir, bu günə kimi etdiyin hər şeyə susdum, buna yox. Özünə gəl, qoy qız rahat yaşasın, səni istəmir, ANLA BUNU.

Asəf :Akifim, qardaşım Aytən sənə əmanət.

Adamlarımı toplayıb Bakıya yola düşdük.

Sabirin ağzından

Səbinə:Niyə gəldin?

Hüseyn :Peşmanam, hər şeyə görə, sizə, Sevdaya, Zeynəbə elədiklərimə görə.

Səbinə:O qızlar səndən çox şey yox, bir az sevgi istəyirdi. Zeynəb qorxudan heç bir sözünü qulaq ardı etmədi, hələ Sevda, sənin gözünə girmək üçün nə qədər çalışdı alınmadı.
O da sevgisini başqasında axtardı.

Hüseyn :Həyatda qalan son qızıma sahib çıxmaq istəyirəm, Əsmər Toğrulu da, pulları da hamısını götürüb qaçıb, artıq sizdən başqa heç kimim yoxdur.

Sabir:Tamam, onda düşün qabağıma Sevdanın toyuna Bakıya gedirik.

Sevdanın ağzından

Bir neçə saat sonra bütün ailə toplanmışdı. Hamı deyir gülür, əylənirdi. Ancaq Sabirgil hələ də gəlmirdi.

Fateh :Bu neçənci dəfə gəlinlik geyinməyindi ?

Sevda :İki.

Aysel :Bu gəlinlik o birindən qəşəngdir.

Fərhad:Boş verin gəlinliyi, bir ətrafınıza baxın.

Aysu :Nə olub ki?

Fərhad:Bütün dostlar bir arada..

Sevda :Qrupumuz bərpa olundu.

Fateh:Eynən, Aysu da daxildir?

Aysel :Başlarda sevməsəmdə indi sənə isinməyə başlayıram.

Aysu:Nə gözəl.

Fərhad:Aysu da qrupa qatıldı. Lap əla.

Birdən qapı döyüldü. Açanda Sabirgil gəlmişdi.

Sevda :Ata, sən?

Hüseyn :Bağışla məni Sevdam, üzr istəyirəm etdiklərimə görə, səni oxuda bilmədiyimə görə.

Sevda :Nəhayət öz səhvini anladın.
Səni bağışlayıram.

Atamı qucaqlayan zaman gözlərim doldu. 17 ildir üzümə baxmayan atam saçımı sığallayırdı .

Sabirlə, Səbinəylə də qucaqlaşdım .

Səbinə:Üzr istəyirəm, sənə yaxşı ana ola bilmədim.

Sevda :Bunları danışmayaq. Keçək içəri.

Bir azdan nigah məmuru gəldi. Orxan la hələrimizi deyəndən sonra evləndik.

Hamı oturub deyib gülüb, yemək yeyirdi.
Birdən beş maşın qapının ağzına gəldi.

Asəf :Salamlar hamıya, necəsiniz, kefiniz kökdü?

Sevda :Asəf, sənə pis xəbərim var, mən Orxanla evləndim.

Asəf :Sən qələt elədin.

Orxan :Mənə bax ey, şərəfsizlik edib beynimi çöndərmə Sevda mənim həyat yoldaşımdır. Danışığını bil.

Asəf :Puahh, sən hələ bir dünənki cücəyə bax.

Birdən həyətə polislər tökülmüşdü.

Polis :Vətəndaş Asəf, etdiyiniz bütün illegal işlər Açığa çıxdı. Bizimlə gəlirsiniz.

Sevda :Axxx, sağ ol Asəf, artıq orda adımı səyaqlayarsan.

Birazdan hamı rəqs etdi. Hər şey artıq yolunda idi.

Orxan alnımı öpüb saçımı sığalladı.

Orxan :Sevdam , kifayət qədər qəm qüssə yaşadıq. Artıq xoşbəxt olmaq vaxtıdır.............
Yazıçının ağzından

Asəf :Sevda harda qaldın, tez 20 dəqiqəyə aşağıda ol.

Sevda kitabın sonunu tamamlayıb
əlindəki qələmi yerə qoydu.

Qurduğu ssenarilərə baxıb dərin iç çəkdi.

Əslində hər şey sadəcə xəyal idi.

Sevda ilə Asəfin toy günü Orxan köməyə gəlməmişdi.

Sevda ilə Asəf həmin günü evlənmişdilər.

Asəf Orxanı öldürmüşdü.
Aysel xərçəng xəstəliyindən dünyasını dəyişmiş, Fərhad Rusiyaya qayıtmışdı.

Ancaq Sevdanın xəyallarında reallıqlar da var idi.

Adəm həqiqətən Kərəmin bacısını öldürmüş, Kərəm isə Sevdadan qisas alacaqdı.

Amma Asəf onu öldürdü.

Sabir anasını, Səbinəni də alıb Gəncəyə köçmüş, Hüseyn isə Əsmərlə evlənmişdi.

Sevda isə Asəflə olan evliliklərində
heç cürə xoşbəxt ola bilmirdi. Ən balaca səhvinə görə Asəf onu ağır cəzalandırırdı .

Ancaq bu qurduğu ssenarilər onu xoşbəxt edirdi.
Lakin o kitabı yazıb qurtarmışdı. Onu xoşbəxt edəcək heç bir şey yox idi.

Bıçağı götürüb qollarını kəsdi....

Otağa Asəf hirslə daxil olanda artıq hər şey gec idi.

Asəf :Sevda aç gözünü, mələyim aç gözünü, SEVDAA, YOXX.

Sevda ölmüşdü, Asəf isə Sevdanın ölümündən sonra huşu getmiş, dəlixanaya düşmüşdü.

Asəf :Siz gedin, GEDİN, Sevda gələcək məni aparacaq, Sevda gələcək məni aparacaq.......

Hər şey zəhərli sarmaşıq kimi bir birinə dolanmışdı.....

Bu günə qədər dəstək olan hamıya təşəkkür. Son dəfə vote atmağı unutmayın 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔



Zəhərli sarmaşıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin