3 ay sonra
Sevdanın ağzından
Bacımın ölümündən 3 ay keçmişdi.Bu 3 ay ərzində Əhmədə məhkəmə qərarı ilə 20 il cəza verilmişdi.Səbinə şoktan ayılmış bizimlə danışırdı.
Fərhadla Aysel Adəmin ucbatından ayrılmışdı.Adəm Ayselə sevgi mesajları göndərərkən Fərhad bunu tutmuş Aysellə dalaşmışdılar.
Fərhadla aramız buna görə yaxşı deyildi .Fateh Xədicə ilə sevgili olmuşdu.
Atamın isə anama xəyanət etdiyini öyrənmişdim, amma deməmişdim.Çünki anam Zeynəbin ölümündən sonra güclə toparlanmışdı.
Birdən telefonuma mesaj gəldi.Asəf: Salam gözəlim necəsən muştuluq ver 2 gündən sonra toyumuzdu.
Asəf bu 3 ayda mənə çox kömək etmişdi.Hətta ona qarşı hislərim yaranmağa başladı.Ancaq hər şey otağıma kamera qoyduğunu öyrənənə qədər idi.
Bir gün mübahisə edərkən ağzından qaçırmışdı.Sevda: İnanırsan sevincimdən tullanıb düşürəm amma kamera olmadığı üçün hardan biləsən?
Asəf:Səni o şərəfsizdən uzaq tutmaq üçün etdim.Həm də ki o gözəl bədən quruluşunu görmək üçün etdim.
Sevda:Səninkisi sevgi deyil manyaklıkdı.
Evdəkilərə xəbər verməli idim.Otağa girəndə hamı süfrəyə oturmuşdu.
Sevda: Sabahınız xeyir.
Sabir: Sabahın xeyr.
Sevda:Sizə bir xəbər verim, Asəf dedi ki 2 gün sonra toydu.
Hüseyn: Lap yaxşı nə qədər tez o qədər yaxşı.
Balaca Səbinə:Xala sən Asəf əmi ilə evlənəssən?
Sevda:Hə quzum mən evlənəndən sonra otağım sənə qalacaq -deyib göz qırpdım.
Sabir:Nə tez oldu ye,uşaq vaxtı ağzına soska alıb o tərəfə bu tərəfə qaçırdın indi də evlənirsən.
Hüseyn: Güya evdə oturub nə edəcəkdi getsin ərinin evində otursun,onun başını ağrıtsın.
Dolu gözlərlə atama baxdım.
Sevda: Narahat olma ata sənin evində qalıb yük olmaram sənə,sənin vermədiyin sevgini ərim mənə verər.
Hüseyn:Hədsiz bu nə danışıqdı, nankor yediyin qabağında yəmədiyin arxanda sən məni bəyənmirsən.
Sevda: Xeyr mən reallığı deyirəm.Nə mənim,nə Zeynəbin nə də anamın bir dəfə olsun hansımızı sevmisən
Hüseyn: Ay qızz sənin dilin yaman uzanıb evin kişisi qabağında durub qabağında danışığını bil.
Sevda:Evin kişisisənsə başqa qadınlara getməyəcəydin.
Səbinə (Ana):Nə başqa qadını nə danışırsan?
Sevda:Ana,atam sənə xəyanət edir.
Telefonu çıxarıb şəkli göstərdim.
Sabir:Ata ,bu nədi?Ayıp deyil ,sən yaşda kişiyə yaraşır?
Səbinə: Niyə getdin o q..hb..nin yanına
Hüseyn:Ehh , bəsdirin görüm,arvad olsaydın özünə baxardın
Sevda:Nəə necə adamsan sən, günahı anamda axtarırsan
Atam üstümə hiddətlə gəldi,mənə vuracaqdı ki bir qol məni geri çəkdi.
ŞİMDİ OKUDUĞUN
Zəhərli sarmaşıq
ActionHekayədə azərbaycanlı qızın həyat hekayəsindən,yaşadığı çətinliklərdən, xoşbəxtliklərdən danışılır.