11 -ci bölüm

37 5 2
                                    

Multiyə ilk dəfə Azərbaycan mahnısı qoyuram)

Sevdanın ağzından

Bakıya çatandan sonra Orxanın evinə gəlmişdik.Orxanın valideynlərinin baxışlarını üstümdə hiss edirdim.

Rəna (Orxanın anası): Deyəcək sözüm yoxdu,2 ildir Bakını qoyub Lənkəranda oxumağa gedirəm deyirsən,gələndə də qıž qaçırıb gəlirsən.

Orxan:Ana başa düşmürsən, Sevda ilə biz 2 ildir sevgilik,ailəsi Sevdanı istəmədiyi adamla evləndirirdilər,məndə qaçırdım.

Elmar(Orxanın atası):Qaçırdın da noldu başımıza mafiya zibilini saldın,biz səni belə böyütməmişdik,bizim başımıza oyun açmaq kim,sən kim
Allah bilir bu kənd uşaqlarından götürmüsən

Fərhad:Kənd uşaqları deyə alçaltdığınız uşaqlar sizin etməli olduğunuz şeyləri elədi.

Aysel:Bu boyda imkanlı ailəsiz, uşağınıza dəstək göstərmədiniz, Orxan Lənkərana gələndə parasız ,pulsuz idi.O vaxt uşağınızı düşünmədiz indi mi düşünürsünüz?

Orxan: Uşaqlar,tamam bitdi.Sizə gələndə ana Sevda ilə bir həftədən sonra toyumuzdu.Qızınız kimi qəbul etdiniz etdiniz,etmədiniz sizin mənim kimi oğlunuz yoxdu.

Fərhad: Çox gözəl məsələ həll oldusa,biz gedək oteldə qalacayıq,Fateh siz də Tofiqin dediyi yerdə qalın.

Orxan:Əşi bu gün qalın sonra düşünərsiz,harda qalacaqsız

Tofiq: Yox, Fatehgili götürüb,gedərik təzə tutduğum evimə,qaçqın köşkünə döndərmək fikrim var)

Sevda: Qaçqın köşkü nədi?

Orxan :Sonra danışaram,uzun məsələdi.

Uşaqlar yavaş yavaş dağılırdı.

Tofiq: Normalda belə şeyləri vecimə almıram,amma bir qız tanışım var o da sənin kimi müəyyən problemlər yaşayıb,buna rəğmən çox güclüdür.
Sənə ən yaxşı məsləhəti o verər ,nəsə lazım olsa bu nömrəyə yığ.

Mənə üzərində nömrə yazan kağız verdi.

Tofiq:Qızın adı Leyladır,nəsə lazım oldu çəkinmə.

Sevda: Tofiq çox sağ ol, qardaş kimi dəstəyinə görə.

Tofiq:Köməyim dəydi sə lap yaxşı.

Uşaqlar gedəndən sonra Orxan əlimdən tutub , otağına apardı.

Sevda:Bura sənin otağındı?

Orxan: Xeyir,bundan sonra bizimdir, sadəcə bir həftə sən burda qalacaqsan,eyni otaqda qalmağımız düz çıxmır.

Sevda:Tamam

Orxan: Yaxşı ki qaçmısan mənə , deyib başımı sinəsinə çəkdi.
O anda Rəna xala otağa girdi.

Rəna:Yəqin ayrı otaqlarda qalarsınız .

Orxan:Hə elə olmalıdır.Nəysə mən gedim görüləsi işlər çoxdur.
Alnımdan öpüb çıxdı.

Rəna: Orxan da getdiyinə səninlə danışa bilərik.Bax qızım,nə qədər istəsən verərəm,oğlumun gözünü boyama.

Sevda:Mən sizi başa düşmürəm,nəyi nəzərdə tutursunuz?

Rəna: Oğlumun pulundan gözün olduğunu.

Sevda:İnanın mənə Rəna xanım,əgər gözüm həqiqətən pulda olsaydı,Mən Orxana qaçmayıb , Asəfə ərə gedərdim.Amma etmədim çünki oğlunuzu sevirəm.

Zəhərli sarmaşıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin