2 -ci bölüm

129 7 10
                                    

Sevdanın ağzından

Evə gələndə birdə nə görüm, Asəf gəlib , ayağının üstünə ayağını atıb çay içir.
Səbinə:Ay nə yaxşı oldu gəldiyin bizdə səndən danışırdıq.
Anam göz qaş elədi.
Sevda: Xoş gəlmisən
Asəf: xoş gördük gözəl qız,- deyib məni süzdü .
Səbinə:Siz oturun məndə sizə çay gətirim,- deyib mətbəxə getdi.
Asəf:Danış görək xanım qız hardan gəlirsən?
Sevda:Məktəbdən
Asəf:Bəs yanındakı oğlan kimiydi?
Sevda:Hansı oğlan?
Asəf :Alnından öpən alçaq
Sevda:Heeee Orxanı deyirsən, Orxan mənim sevgilimdi,indi düşündə sevgilisi olan bir qızla evlənmək istəyirsən
Bunu deyən kimi boğazımı sıxdı.
Asəf :Mənə bax o şərəfsizi sənin yanında görsəm,ikimizin də dərisini üzəcəm .
Sevda:Başa düşmürsən sevmirəm səni aramızda 15 yaş fərq var ,sən daha yaxşılarına layiqsən
Asəf: Sevirəm səni sən məni niyə anlamırsan , uşaqlığından bəri səni sevirəm ya mənimlə evlənərsən ,ya da Orxan şərəfsizini öldürərəm.
Anamın gəldiyini eşidəndə özünü yığışdırdı.
Səbinə:Nə oldu nə danışdınız
Asəf:Biz Sevda ilə qərar verdik,elçilik ,nişan, xına sonra Allahın izni ilə toy
Sevda:bəs mənim məktəbim, imtahanlarım onlar nə olacaq
Asəf:Gözəlim sən bunları düşünmə Mənim şirkətimdə işləyərsən.
Sevda:Axı mən özüm öz əziyyətimlə bir iş tapmaq istəyirəm
Asəf:Sözümün üstünə söz deyilməsini sevmirəm mən nə dedimsə o olmalıdır.
Səbinə:Baş üstə oğlum sən heç narahat olma

Mənim həyatım bundan ibarət idi.Hamı mənim adımdan danışar ,mənim yerimə qərar verir.
Bir az keçməmiş atam gəldi.
Hüseyn: Xoş gəlmisən Asəf ,nə yaxşı oldu gəldiyin,Səbinə yeznəmə qəşəng süfrə açın ə
Səbinə:Baş üstə deyib,-məni mətbəxə apardı.
Sevda:Barı məni bədbəxt etməyin
Səbinə: Nə danışırsan ay qız sən
Sevda:Deyirəm ki bacımın həyatını məhv etdiz, sıra mənə gəldi?
Səbinə: Biz heç nə etmədik,bacın arvadlıq etsəydi kişisinə , kişinin gözü başqa yerlərdə qalmazdı
Sevda:Sən nə danışırsan ana,o kişi bacıma xəyanət edir,günahkarı o mu olur,nə olardı bizi sevsəydiniz, bizə də oğullarınıza göstərdiyiniz sevgini göstərsəniz
Səbinə:Sus nankor, day sənin sevilmək yaşın keçib,ərə get ərin sevsin səni
Bu sözlərə qatlana bilməzdim ,gözlərim dolu otağıma getdim .Mən nə edəcəkdim,Orxandan necə ayrılacaqdım , xəyallarımı necə puç edəcəkdim.Bunu düşünə düşünə ağlayaraq yuxuya getdim .

Ayselin ağzından

Bugünkü davamızdan sonra Fərhadla danışmadım ,onu sevirdim dəli kimi sevirdim.Aysu ilə yaxınlığı ürəyimi ağrıdırdı.Onu sevdiyimi Fatehdən başqa heç kim bilmirdi.Evə gəlib , yemək yeyəndə telefonuma mesaj gəldi.Aysu qrupa mesaj atıb.

Aysu:Bir daha salam dostlar, ümid edirəm aranızda olan davaya son qoyulub.

Buna görə sizdən üzr istəyirəm

Fərhad:Boşş ver canımın içi Ayseldide  həyasız şeydi

Mənə həyasız dedi, hamının içində dedi.

Aysel: Danışığına fikir ver ,Eşq macəranı get başqa yerdə yaşa

Fərhad: Aysel düz deyir ,Aysu şəxsiyə gəl zəhmət olmasa

Aysu: Əlbəttə

Gözlərimin dolmağını istəmirəm,yox,ona görə ağlamayacam .Özümə maneə ola bilmədim.Fatehdən mesaj var idi.
Fateh:qrupdakı mesajları oxudum ,bunlar sevgilidirlər?

Gözümün suyundan mesajı düzgün oxuya bilmədim

Aysel:Elə görünür,məni niyə sevmədi ,mənim nə günahım var idi,yazıb hönkür hönkür ağladım.
Fateh:Bunlar sevgili olubsa,niyə ayırmırsan?
Aysel:Yuva yıxanın yuvası olmaz, onları ayırsam belə Fərhad mənimlə xoşbəxt olacaq?
Fateh: Başqa məktəbdən bir dostum var ,Aysu həmin məktəbdən gəlib, dediyinə görə araqatan qızdı , neçə dənə qızı sevgilisindən ayırıb bu ifritə
Aysel:Bilinir ,mənim eliyə biləcəyim heç bir şey yoxdur,-deyib telefonu bağladım.

Sevdanın ağzından:

Saçımın üzərində bir əlin gəzdiyini hiss edib , oyandım.Gözlərimi açanda Asəfin mənə baxdığını gördüm.
Sevda:Nə işin var sənin mənim otağımda
Asəf:Yemək hazır idi,dedim səni mən oyandırım,gözlərinə nə olub,ağlamısan ?
Sevda:Məni istəmədiyim insanla evləndirdilər ,gülüb əylənməyimi istəyirsən
Asəf:kaş məni sevsən ,sənə necə dəyər verdiyimi görsən.Amma söz verirəm evlənəndən sonra gözündən bir damla yaş axmıyacaq.
Bunu deyib,qolumdan qaldırdı ,otağa girəndə atamla anamın gülərüzlü şəkildə oturduğunu gördüm.İlk dəfə belə mehriban idilər.
Səbinə:Gəlin gəlin qəşəng yeməklər bişirmişəm.
Heç iştahım yox idi,qabımdakı yeməklə oynayırdım Yemək boyunca toy haqqında danışdılar.
Nəhayət Asəf gedirdi.
Asəf: Sağ olun Səbinə bibi çağırdınız , yaxşı oldu toy məsələsini danışdıq.

Cibindən çoxlu pul çıxardaraq atama uzatdı.
Asəf: Elçilik üçün yaxşı hazırlaşarsınız, -dedi .

Mənə göz qırpıb,getdi.İçəri keçdik .
Onların üzünə baxmaq istəmirdim.Otağıma keçdim ,nə olursa olsun Asəfə ərə getmərəm. Əvvəl oxuyacam sonra Orxanla evlənəcəm.
Telefonuma baxanda Orxandan 15 mesajın olduğunu gördüm.Zəng eləmək qərarına gəldim.
Sevda:Alo ,Orx...
Orxan: Hardasan sən həə neçə dəfə mesaj yazdım, baxmadın.
Sevda:Başım qarışıq idi,ona görə baxmadım üzürlü say
Orxan: pəncərəyə bax
Sevda:Niyə?
Orxan:Sən bax
Baxanda Orxanın aşağıda olduğunu gördüm.
Sevda:Sənin başın xarab olub? Nə işin var sənin burda?
Orxan:Sənin üçün gəldim.
Bunu deyib pəncərəmdən evə girdi.
Orxan:Salam gözəllik, darıxmışam sənin üçün
Sevda:Dəli olmusan sən,gecənin bir yarısı yanımda nə işin var?
Orxan:Məni buna məcbur etdin.
Səbinə:Sevdağğğ
Sevda:hiiiiiiiii,anam Orxan tez gizlən
Orxan:hara gizlənim
Sevda: gir şkafa
Anam içəri girdi.
Səbinə: Sabah məktəbdən sonra bazara gedək.
Sevda:Niyə?
Səbinə: Elçilik üçün paltar lazımdır necə yəni niyə
Axxx bunu deməməliydi.Orxan eşitsə qiyamət qopacaq.
Sevda: Yaxşı,narahat olma,sən get yat dincəl.
Anam çölə çıxdı. Orxan tərs tərs baxırdı.
Orxan:Nə elçiliyi Sevda anan nədən danışır
Sevda:Orxan sənə deyəcəkdim, fürsət olmadı
Orxan: Hansı oğraşla
Sevda: Asəf
Orxan: Bilirdim,o şərəfsizin səndə gözü var idi bilirdim
Sevda: Asəf sakit ol,mənim planım var
Orxan:nə kimi ?
Sevda:məni qaçırtmaq kimi
Orxan:düz deyirsən davay qaçdıq
Sevda :İndi deyil zamanı gələndə
Orxan: Nə zaman sevdiyimi evləndirəndə
Sevda:Bir qulaq as.
Sevda planını Orxana danışır.
Orxan:Tamam mən razı,amma o şərəfsiz sənə çox yaxın durmayacaq.
Sevda: Narahat olma
Orxan gedirdi ki telefonuna mesaj gəldi.
Sevda:Kimdi ?
Orxan:b boş v ver
Kəkələyirdi ,nəsə bir iş var idi.
Orxan: Nəysə sevgilim mən gedim bu günlük əsəb bu qədər bəsdir.
Sevda: sağ ol ürəyim
Orxan:sağ ol mələyim.

Orxan gedəndən sonra Fərhad mesaj atdı.
Fərhad:Səncə bu gün nə oldu
Sevda:Aysu ilə danışdın
Fərhad: aaa Seva hardan bilirsen
Sevda: qrup sağolsun
Fərhad: Bir şey deyəcəm bu gün görüşdüyümüz parka getdim.
Aysu ilə Orxanı çox səmimi gördüm.
Sevda:Nə demək istəyirsən
Fərhad: Orxana denən hərəkətlərinə diqqət etsin
Sevda:Nə danışırsan sən Orxan elə uşaq deyil,məncə sevgi sənin gözünü kor edib, qrupda gördüm Aysellə nə danışıqdı o sənin   neçə illik dostundu
,-deyib telefonu söndürdüm.
Orxan məni sevir,olursa olsun sevir.
Gözlərimi yumub günün ağırlığını üstümdən atdım

Ulduz işarəsinə basmağı unutmayın ♥️ ♥️

Zəhərli sarmaşıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin