* Proloq *

182 18 11
                                    

Multimedya:
BTS (방탄소년단) - House Of Cards


"Bəyaz möcüzə.." baxışları heyranlıqla bəyaza bürünmüş soyuq şəhərə baxırdı. "Səninlə qarşılaşdığım gündəki kimi soyuq.. Və bəyaz!" gülümsəməsi daha da böyüyərkən, buğlanmış gözləri həsrətlə parıldadı. "Mən sadəcə tanımaq istədim və tanımağını dilədim." Üzünün soyuq qar dənələri ilə hər təmasında, ondan uzqda olan bədənin üşüdüyünü və titrədiyini bilirdi. Lakin özü soyuğu heç cür hiss etmirdi. Bəlkədə, elə buna görə, bu soyuq bəyaz qarlar ona özünü xatırladırdı.. O da, bəyaz qar dənləri kimi, soyuq deyilmiydi ki?! Buna görə, bəlkədə sevirdi soyuğu..
"Hər şey bitdiyində.." dedi, titrəyən səsiylə, sanki, söyləcəyi sözlər əbədi içində gizli qalmaq üçün onunla mübarizə aparırdılar. Lakin gerçəklərdən qaçmaq, ya, da bu gerçəkləri görməzdən gəlmək mümkünsüz idi, onun üçün. ".. hər şey sona yetdiyində harada olacağımı bilmirəm." Sol gözündən bir damla yaşın yuvarlanaraq axdığını hiss etdi. "Kim olduğumu bilmədiyim kimi!" Sanki, sözlər o qədər ağır bir yük qoymuşdu ki, çiyinlərinə, bu yükün ağırlığı altında parçalara ayrılan buzlar kimi paramparça olacaqdı o da.. Buna baxmayaraq o, nə qədər ağır və çətin olsa belə bu cür yaşamağı seçəcək qədər sevirdi. Sevdiyi üçün də acı çəkməyə məhkum olunmuşdu.
"Gəldiyim yerə geri döndüyümdə, hər şey heç yaşanmamış kimi unudulacaq. Amma mən.." Baxışlarındakı hüzün gerçəklərin içində yaratdığı fırtınanının əksi idi. ".. mən unutmaq istəmirəm ki!" Səs tonundakı acı soyuq şaxta qədər kəskindi. Və bu acı onu məhv edirdi.
"Unutma onda!" Arxadan duyulan səslə, göz bəbəkləri böyüdü. Soyuğu hiss etməsə belə, indi arxadan ona heç buraxmayacaqmış kimi sarılan insanın bədəninin istiliyini qəlbinin dərinliklərində hiss edirdi. "Getmə." Ona sarılan insanın çarəsiz çıxan səsini təkrar duyduğunda, bütün vücudu titrədi. Onu heç vaxt bu qədər çərəsiz bir halda görməmişdi. Hər zaman parlayan gözlərinə indi baxmağa cəsarəti çatmadı.
"Biraz daha.. biraz daha burada qal." Təkrar fısıltı kimi duyduğu sözlərlə, içində bir şeylərin parçalandığını hiss etdi. "Yox.. yox! Sonuna qədər yanımda qal! Yalnız belə, mən yaşaya bilərəm!" Ona sarılan insanın ağladığı hıçqırıqlarından bəlli olurdu. O, hər nə qədər gizlətməyə çalışsada, artıq bu mümkünsüz idi. Amma hələ də, içindəki son ümid qığılcımları ilə inadla, sarıldığı bu insanı qərarından daşındırmağa çalışırdı. "Yalvarıram beləcə getmə.." Əsən güclü külək sözlərini duyulmaz hala gətirirdisə də, o, duyurdu, ona sarılan insanın fısıltı kimi çıxan hər bir sözünü. Lakin hər nə qədər çətin olsada, söyləməli olduğu tək bir söz olduğu gerçəyini də, görməzdən gələ bilməyəcək qədər çarəsiz idi. Buna görə əlləri ona sarılan zəyif qolların üzərində gəzdi, üzr istəyirmişcəsinə. Və ani bir hərəkətlə ona sarılan qollardan qurtulduğunda, qarları sovuraraq ətrafı görünməz hala gətirən küləyin vıyıltısına qarışan peşmanlıq və kədərin ahənginin aydın sezildiyi səsi duyuldu... "Bağışla!"

❄❄❄

ButterFlyHikayelerin yaşadığı yer. Şimdi keşfedin