~*~ Ümid ~*~

4 2 0
                                    

- Lili!

 -dedi gənc oğlan. Sanki deyəcəyi sözlərin necə qəbul ediləcəyini çək-çevir edirmiş kimi idi.

- O yerdə..yəni o gecə klubunda..

Ağlında daha doğru kəlimələri seçməyə çalışdı. Lili isə bütün diqqətini ona vermiş kimi qaşlarını yuxarı qaldırıb, kinayə ilə ona baxırdı.

- Orada niyə işlədiyimi soruşacaqsan hə, səndə, digərləri kimi?!  

Vecsiz bir ifadə ilə baxışlarını ondan çəkib, uzağa dikdi.

- Və mənim cavabım sadədir, Vivian! - nəfəsini verib, -Buna məcburam sadəcə bu. Və..

Oğlan onun davam etməsinə icazə vermədi.

- Bunu bilirəm Lili. Niyə orada olduğunu, yada yaşadıqlarını bilirəm!

Dərin nəfəs aldı. Sanki doğru sözləri ehtiyyatla seçirdi.

- Bax.. demək istədiyim mən çalışaram, borcunu da ödəyəcəm, sadəcə sən...

Lili ani qəhqə səsi ilə onu susdurdu. Amma Vivianın üz ifadəsinin dəyişmədiyini görüncə gülüş səsi bir anda sükuta büründü.

- Yox, yox.. ciddisən sən?! 

Lili ilk təəccüblənsə belə, bir neçə saniyə sonra təəccübü yerini alçaldıcı bir ifadəyə verdi.

- Mənim orada olma səbəbimi bilirsənsə, onda onu da bilirsən ki, mən oradan heç vaxt qurtula bilmərəm. Və sən heç vaxt mənə kömək edə bilməzsən!

Hər dəfə əsəbləşəndə etdiyi kimi yenə qısa saç tellərinin arasında gəzdirdi nazik barmaqlarını. Vivian onu tanımırdı, amma onun haqqında hər şeyi bildiyini söyləyirdi və Lili ona inanmırdı.

- Buna görə sadəcə öz işinlə məşğul ol və mənə yazığın gəlməsin. Mən doğulduğum gündən yalnız idim. Və bu belə də davam edəcək.. -dedi, iztirab və çarəsizlik hiss edilən cılız səsi ilə. - Sadəcə səndə ailəm kimi, bir neçə gün mənimləymiş kimi davranıb, gedəcəksən! Buna görə boşuna məni düşünürmüş kimi davranma! Çünki buna heç vaxt inanmayacam!

Ayağa qalxıb öz otağına tərəf irəlilədiyində bir anlıq ayaq saxladı.

- Hə birdə, keçən gün yaşananlar və mənim axmaqca söylədiyim sözlərimin gerçəkliklə heç bir əlaqəsi olmadığını bilməlisən. O gün axmaq kimi davrandım və bu bir daha təkrar olunmayacaq!

Qapını açıb, otağa keçdiyində Vivian arxasından onun duya bilməyəcəyi bir şəkildə mırıldandı. "Sən heç vaxt yalnız deyildin Lili. Çünki mən hər zaman səninlə idim..sadəcə sən görmək istəmədin. İndiki kimi!"

Lily yatağına uzandığında bütün bu sözləri niyə dediyini, niyə Viviana qarşı bu qədər aqressiv olduğunu düşünüb durdu. Amma heç bir cavabı yox idi..
Qəribə bir hiss, ad verə bilmədiyi dərin bir duyğu  onun duyğulardan yoxsul, susuz qəlbini yenidən canlandırmışdı sanki. Və bu Lili üçün fərqli və gözləmədiyi bir şeydi. O ki, sadəcə ölü idi.. Duyğusuz soyuq bir cəsəd olduğuna özünü inandırmışdı. Amma indi, bu qəribə insanla qarşılaşandan bəri Lili hər gün dəyişirdi. Könlündə ümid qığılcımları oyanır, ruhunu parıltılarına bürüyürdü. Sinəsindəki çırpınışlar isə onu daha çox qorxudurdu. Ona güvənib, tərk edilmək düşünməyə belə cəsarət edə bilmədiyi bir şey idi..
Bir anlıq ona inanmaq və ona doğru uzanan əllərini tutmaq istəyirdisə də, qorxurdu. Bir gün əllərini buraxacağını və heçliyə qarışıb yox olacağını hiss edirdi. Hətta buna əmin idi. Və onu da bilirdi ki, hisləri onu yanıltmazdı. Və Vivianın bilmədiyi uzaqlara gedib, yox olacağı düşüncəsi cəhənnəmin qapılarını xəfif aralayarkən, Lili o getmədən onu öz əlləri ilə yox etmək istəyirdi...
"Sanki Vivian heç gerçək deyilmiş kimi davranmaq..."
Halbuki bilmirdi, qorxularının əsl səbəbi tanımadığı birinə belə çarəsizcə sığınması və ona tutunmağa çalışması idi. Və Lili bu səbəbdən elə o gün qəti bir qərara gəldi - bu şəxsdən ola bildiyincə uzaq durmalı və hər zaman olduğu kimi yaınızlığını tək başına yaşamalı idi! Amma Lili  bir şeyi nəzərə almaqda gecikmişdi ki, Vivian çoxdan onun həyatında silə bilməyəcəyi bir yerə yerləşmişdi...




❄❄❄

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jun 23, 2023 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

ButterFlyHikayelerin yaşadığı yer. Şimdi keşfedin