- Bunu niyə etdirsən?! Niyə?!
Əsəbi halda barmaqlarını saçlarına keçirib, köhnə rəngi solmuş divanına oturaraq sakitləşməyə çalışdısa da;
- Çünki səni qurtaracağıma söz verdim, Lili! – deyə ciddi səslə təkrarladığı bu sözlər qızı daha da əsəbləşdirib, özündən çıxardı.
- Bunu necə edəcəksən, hə?! Bu mümkün deyil! Məni qurtarmaq üçün məni öldürməlisən! Bunu bacararsan?! Ya da sən niyə evimdə peyda olmusan ki? Heç bunu da bilmirəm bəlkədə elə...
Davamını söyləmədən susdu. Dodaqlarında ikrah dolu bir təbəssüm, gözlərində illərin iztirabı ilə alçaltdıcı nəzərlərini gəncə dikdi. Cavabı bəlli olan sualın qarşılığında kiçik ümidlərə nə qədər ac olduğunu anlaması ilə ağladığında xəbərsiz kimi özünü məzəmmət edirdi sanki. Qarşısında duran gəncin o an ona yaxınlaşıb, soyuq barmaqları ilə göz yaşlarını özünə saxlayacaqmış silməsi Lili üçün gözləmədiyi hərəkət olduğundan onun bu hərəkəti qarşısında ilk diksindisə də, sonra cəld özünü toplayıb, əlinin tərsi ilə sərt bir şəkildə onun əlini geri itələməyə cəht etdi. Lakin sadəcə bir cəht idi bu.
– Burax! – deyə çabalasa da yenə faydasız oldu..
- İnan mənə, Lili!
- Deyərkən, baxışlarında hisslərin dumanlı dalğalarına qarışan parıltılar var idi sanki.
- Mən səni tanımıram.. Adını belə bilmədiyim insana inanmaq nə qədər düzgündür?!
Sanki bu sözləri özünə söyləyirmiş kimi bir halı vardı Lilinin. Buna baxmayaraq onun mırıldanaraq söylədiyi sözləri duyan gənc fısıltı kimi çıxan səsi ilə çəkinərək,
- Vivian! – dedi. Tək bir sözdə nə çox ümid toplanmış idi. – Artıq adımı bilirsən! İnanmağın üçün bu yetərlidir, deyilmi?
Lakin onun ümidlərini, saf inamını, bəlkədə sevgisini görməyən, hətta görməyə cəht belə etməyən Lili düşündü, ya o, həqiqətən axmağın biridir, ya da onu ələ salır. Elə bir insan tapılmazdı ki, sadəcə adını bildiyi birinə güvənsin! Axı, güvənmək üçün bu heç də yetərli bir səbəb deyildi. Hər nə qədər Lili digərlərinin əksinə bir zamanlar, sadəcə, adını bildiyi birinə güvənmiş olsa da, bunun yaşının azlığı ilə əlaqləndirirdi, baxmayaraq ki, hazırkı yaşında da sadəcə yeniyetmə idi o. Amma bu gün əsla adını bildiyi birinə güvən bağları qurması mümkün deyildi deyə özünü inandırmış idi. Lakin düşüncələrinə təzad olaraq bu iradəsindən kənar bir şeymiş kimi susmasını fürsət kimi qəbul edən oğlan,
- Artıq ad problemi də həll edildiyinə görə geriyə tək bir şey qalır.. deyərək, ayağa durub, əllərini bir-birinə vurub, qıza baxdı. Onun bu ani dəyişmələri və baxışlarındakı həyəcan qarışan ciddiyətin səbəbini isə heç cürə anlamadı Lili. Eynilə anidən görünüşünün də bu qədər dəyişməsi kimi. O pasaxlı saçları qısalmış təmiz və səliqəyə salınmışdı. Təmiz üz dərisində gəzdi nəzərləri. Dünən üzünü yumağı bilməyən adam necə bu qədər dəyişə bilərdi axı! Pasaxlı halı ilə yaşını otuzların üzərində görünsə də indi ona sadəcə iyirmi üç bəlkədə iyirmi dörd yaş ancaq vermək olardı, bəlkədə daha az. Buna görədir ki,
- Nə? – deyə təəcübünü bəlli etdi.
- Yemək!
Oğlan həm onun sualını həmdə öz cümləsini tamamladı. Ardınca isə,
- Ahh.. demək olar ki, bütün gün heç nə yeməmişəm. - deyə şikayətlənərək mətbəxə irəlilədi. O an Lili bilmirdi, bilmirdi ki, uzun zaman sonra bu xatirələrin girdabında kaşkilərinə sığınacaq. Bu andakı Lili, sadəcə, başa düşməyə çalışırdı, ki bu oğlan çirk-pasaxlı halda həyatına necə daxil oldu və ani dəyişilmələri ilə niyə ona kömək etmək istəyir, ya da onun adını haradan bilir və ən əsası niyə Lili ona qarşı çıxa bilmir, daha doğrusu bunu niyə istəmir?! Yemək yediyində də, yemək sonrası qabları yuduğunda da ağlında dolanan düşüncələr bunlar idi...
- Hey! Nə düşünürsən belə? yerə düşüb parçalanan boşqabın səsinə qarışdı oğlanın sözləri. Lili isə diksinərək əlindən saldığı boşqaba boş nəzələrlə baxdı.
- Məncə sən dincəlsən daha yaxşı olacaq, bu artıq dördüncü boşqabdır ki, parçalara ayırırsan.
Sözlərində heç bir hiss gizlətməyən oğlan ona yaxınlaşıb boşqabı əlindən aldı və sakit bir tonda,
–Dinlə məni. –dedi. Lili onu dinləyirdi, lakin anlaya bilmirdi. Buna görə də bildiyi kimi davranaraq, əyilib yerdəki qırılmış boşqabın parçalarını yığdı. Filmlərdəki kimi barmağını boşqab kəsməmiş, Vivian da ona kömək etməmişdi. Çünki artıq bilirdi ki, Lili əgər cavab vermirsə, o anda uzaq durmaq daha doğrusudur.
Lili qırıq boşqabı zibil qutusuna atıb təkrar mətbəxə geri döndüyündə Vivian bütün mətbəxi təmizləmiş olduğunu gördü. Və nəsə demək yerinə yataq otağına doğru irəlilədi. Üzərini dəyişib ağır gecə makyajı ilə məsum görünüşünü gizlətdi. Rəngli saçlarını barmaqları ilə dağıdıb otaqdan çıxdığında çıxış qapısının önündə onu gözləyən Vivianda dayandı nəzərləri bir anlıq.
Vivian nə onun üzündəki makyajını, nədə rəngli saçlarını sevmədiyini baxışları və bədən dili ilə hiss etdirmiş oldusa da sözlərlə dilə gətirmədi. Çünki anlamışdı ki, Lili bu boyaların ardında gizlənərək özünü qoruduğuna inanırdı və onun inandığı bu düşüncəsini dəyişmədiyi müddətcə o, heç vaxt özü kimi olmayacaqdı.
Lili onun nə düşündüyünə hətta heç onun özünə belə fikir vermədən yanından keçib qapını açdı. Və tələsik özünü çölə atıb onu arxadan addımbaaddım izləyən Vivian onu beləcə izləməyi sevdiyindən xəbərsiz iş yeri olan o gecə klubuna doğru irəlilədi. Hər gün etdiyi bu deyilmiydi ki?!
Amma Lili bir neçə addım daha irəlilədikdən sonra ayaq saxladı. Onun durması ilə Vivian da durmalı olduğunda Lili onun da dayandığını anlayıb, arxasını döndü və ifadəsiz baxışlarını ona dikib irəlilədi. Tam önünə gəldiyində şəhadət barmağını qaldırıb alnına dayadı oğlanın -boy fərqinə görə ayaqlarını da birazca qaldırmışdı.
- Sən! – dedi, -Sadəcə yanımca yeri.. bəlkə belə yalnız olmadığımı düşünərəm.. Yalan olsada!
Vivian onun sözlərinə təəccüblənsə belə son sözləri qəlbinə təsvir edə bilmədiyi bir kədər gətirmiş, nəfəsi tıxanmışdı.
"Lili sənə heç vaxt inanmayacaq.."
Düşüncələrinin arasındakı bu cümlə onun üçün ən böyük acını təkrar xatırlatdı.
"Onu təkrar tərk edəcəksən çünki, Vivian!"
Unutmaq istədiyi acı gerçəkləri unutması mümkünsüzdü.
Lili anidən başını sağ tərəfində yeriyən adama çevirib xəfif səslə,
-Vivian..- dedi. Onun sözləri ilə düşüncələrindən qurtulan oğlan ona baxdı çaşmış halda. Lili ilk dəfə ona adı ilə səslənirdi.
- Təşəkkür edirəm.. Vivian.
❄❄❄
ŞİMDİ OKUDUĞUN
ButterFly
Fantasy- Gecənin qaranlığına bulaşmış bir kəpənək idi o, mən bəyaz sanmış idim! Story by: ooinone not: üz qabığı əl işimdir