~*~ Okean ~*~

29 4 0
                                    

Multimedya:

HAVASI & ENDI - THE STORM

- Sadəcə, bir şans ver... Sənə kömək etmək üçün buradayam mən.

Xəstə insanlara məxsus yorğun və xırıltılı səslə söyləndi illərin topladığı ümid və çarəsizliyi sözlərində daşıyan bir cümlə. Qarşısındakı bağırıb-çığıran qız isə qəribə bir səssizliyin içində yox olurmuşcasına susaraq bir-birinə qarışmış balaca mətbəxin ortasında eləcə donub qalmışdı. Səssizliyi ona yaraşdırmayanlar bilməzdi onun səssizliyinin ardında gizlədilən qorxularını. Və bu səbəbdəndir ki, adam ona doğru bir addım atmağa cəht etdiyində, o səssizliyin içində basdırılan qız bir neçə addım gerilədi. Ancaq onun qorxularının fərqindəymişcəsinə onunla birlikdə geriyə addım atan adamın çirkli və dağınıq uzun saçlarının arasından üzünə dikilən və qəribə parıltı ilə parlayan qəhvəyi gözlərinə dik-dik baxmaqdan çəkinməyən Lilinin simasından tək bir şey aydın sezilirdi o an; o, ad verə bilmədiyi bir tərəddüt içində vurnuxur, mənasızlıq adı verdiyi çuxurda çırpınıb dururdu. Bundan daha arsız və üzsüz birilərini əlbət görmüşdü, lakin bu adamda onlardan fərqli olan nə idi, anlamağa çalışırdı bu on səkkiz yaşlı qız.. Lakin cəmi bir neçə dəqiqə çəkən bu vurnuxmasının yersiz olduğunu qəbul edən Lili ona sərf edəcək bir qərar verməli olduğunun fərqindəliyi ilə dərin düşüncələrindən ayrılaraq fikrini dilə gətirməyə tələsdi.

- Bu qədərmi çətindir məgər sənin üçün?

Mətbəxin ortasında dayanmış bilmədiyi varlığın fısıltı kimi çıxan səsi ilə düşünməyi çoxdan buraxan Lili qollarını sinəsində birləşdirdi və dodağının kənarı xəfif yuxarı dartıldı.

- Səni tanımıram!

  Bayaqdan bəri çək-çevir etdiyi düşüncələrinin nəticəsi laqeyid bir yanaşma olmuşdusa da, onun bu laqeyid halının əksinə qarşısındakı,

- Amma...

- deyə, cəld sözə başladı. Ancaq Lili onun davam etməsinə icazə vermədi.

- Buna baxmayaraq ətrafımdakı kimsəni də tanımıram. Ümumiyyətlə, mən heç kimi tanımıram! Və kimsə də mənə kömək etmək kimi bir söz verməyib...

Son sözlərini fısıldayaraq söyləyən Lili alçaldıcı nəzərlərlə qarşısındakı insana baxdı. Lənət yağdırmağı kəsib evinə girmə səbəbini dinləmək üçün ona söz haqqı tanıdığı anda qəribə bir parıltı ilə gözlərinə baxan o qəhvəyi gözlərdəki parıltıların söndüyünü hiss etmiş olan Lili üçün bu bilmədiyi bir duyğunu içində baş qaldırmasına səbəb olmuşdusa da, tam olaraq təsvir edə bilmədi hisslərini. Bəlkədə peşmanlıq, ya da bunun kimi bənzəri duyğular, dedi.. Lakin o, heç vaxt peşman, ya da özünü günahkar hiss etməmişdi. Çünki buna nə imkanı, nə də zamanı var idi. Amma indi bu çirkaba bulanmış dilənçiyə baxdığında tanımadığı bu özgə duyğular onun duyğulardan yoxsul qəlbində özünə yer etməsi gözlənilməz bir təsadüf idimi? Bəs o, təsadüflərə inanırdımı, məgər?

Beləcə, qolları qoynunda bir neçə addım ataraq bədheybət deyə ad verdiyi varlığa  yaxınlaşdı.
- , - deyərək, davam etdi. - Maraqlıdır, mənə necə kömək edəcəksən, sən?!
Bayaqdan bəri diqqət etmədiyi iki şey isə təəccübünə səbəb oldu; bu çirkaba bulanmış vəhşinin boyu təxmin etdiyindən daha uzun idi və heç də iylənmiş balıq iyi vermirdi. Ağlı heç cür qəbul edə bilməsə belə səhər yağış yağdığında ətrafı bürüyən torpaq iyinə bəzər, amma çox daha təmiz və saf bir ətri bütün hüceyrələrində hiss edən Lili bunu tək bir adla özünə izah etdi; okean. Sərin bir meh vücuduna sarıldığında, dodaqlarında xəfif bir təbəssüm yarandığı kimi də yox oldu. Okeanın ətrini özü ilə daşıyan küləyi bütün varlığı ilə hiss edən Lili elə bu düşüncələrin ağlında yarandığı anda da, "Nə axmaq bənzətmə!" deyə özünü məzəmmət edərək bütün diqqətini qarşısındakı bədheybətə yönəltdi. Necə olsa ondan bir neçə dəqiqə sonra qurtulacaqdı.
- Mənə inanmadığını o qədər aydın göstərirsən ki. Amma mən sənə zərər vermək üçün burda deyiləm, Lili.
Mırıltıya bənzər bir səslə təkrar düşüncələrini sözlərə tökən o çirkli vəhşi də qıza bir neçə addım yaxınlaşdı. Əlbəttə, Lili bu yaxınlıqdan narahat oldusa da, bunu göstərməməyə çalışıb, sınayıcı nəzərlərini onun üzünə dikdi.
- O zaman inandır!
Balaca uşaq kimi ona oyun oynayan Liliyə cavab olaraqsa, okeanın iyinə sahib olan o vəhşi, - Zaman.. -deyə, sözə başladı.
-Zaman bunu edəcək!
Ancaq az əvvəl bütün gücü ilə onu inandırmağa çalışan bu insanın əsl niyyətini anlaya bilmədi Lili. Buna baxmayaraq, gözlənilənin əksinə, ouyununa son verib, qətiyyətlə
- Sadəcə bir ay vaxtın var! - dedi. Axı, Lili üçün yalan söyləmək heçdə çətin deyildi! Və onun sözləri ilə bu cır-cındır içindəki bədheybətin baxışlarındakı qığılcımlar təkrar parıldadı. Bəlkədə bu sadəcə Lili üçün ağlının onu inandırdığı yeni bir yalan idi...
Lakin Lili bilirdi, ya da belə demək daha doğrudursa, əmin idi ki, bu vəhşi heç vaxt ona yardım edə bilməz, elə buna görə onun sözlərini ciddiyə almayaraq,
- Ümidvaram, bu şansını dəyərləndirib boşuna vaxtını itirməkdən əlçəkərsən.. -deyib, getməsini gözlədi. Ancaq onun heç bir reaksiya vermədən Lili kimi bir-birinə qarışmış mətbəxin ortasında dayanıb, baxışlarını bir an belə ondan ayırmadan ona baxmağa davam etdiyini gördüyündə, başını birazca yana əydi və anlamağa çalışdı. Onun çirkli üzündəki gülümsəməsinin səbəbi bir an Lili üçün dünyada maraqlandığı yeganə şeymiş kimi hiss etdirdisə də, bu cəmi bir neçə saniyə belə çəkmədi..

ButterFlyHikayelerin yaşadığı yer. Şimdi keşfedin