~*~ Bəyaz KəpənəK ~*~

22 5 1
                                    


Multimedya:
BTS(방탄소년단)– Butterfly

***

"Hərşeyin canı cəhənnəmə!" - deyə, qışqıraraq, nazik barmaqlarını saçlarının arasına keçirib yolarcasına çəkdiyində, dizlərinin üzərinə çökür. Saçlarının dibi ağrıyır, amma o hiss etmir. Əksinə, içindəki özünə zərər vermə istəyi getdikcə güclənir və onun ağlını bütünlüklə ələ keçirir.
"Niyə mən olmalı idim?!"
Şiddəti getdikcə artan küləyin vıyıltısına qarışır qışqıraraq dediyi sözlər.
"Bu qədər insan varikən, niyə bir tək mən bu halda olmalıydım? Niyə, tanrım?! Lənət olsun!"
Qışqırıqları get-gedə cılızlaşır, səsi küləyin vıyıltısında duyulmaz olur.
"Amma mənə bax! Yaratdığın cəhənnəmin alovlarının mənimlə birlikdə yox olmasını izlə!"
Həyəcan və nifrətin qarışdığı qəribə bir duyğu bədənini ələ keçirir elə bil bu sözlərlə birlikdə.
"Bacarırsan, dayandır məni!"
Yorğun bədəni hərəkət etməyə başlayır, mavi rəngli dalğalara doğru. Və üzündə yaranan soyuq ifadə dekabr ayının şaxtasından daha soyuqdur.
"Mən Lily.. Sadəcə Lily! Yetim Lily! Kimsəsiz Lily! Kimsəyə bir faydası olmayan, əyyaş atasının ona miras qoyduğu borcları balaca vaxtından ödəmək üçün çabalayan, borc sahiblərinin nalayiq sözlərini, iyrənc söyüşlərini duysada, susmağı seçən Lily! Gecə klubunda içkili iyrənc məxluqların əyləndiyi, oyuncaq Lily!"
Qışın şaxtasında buz kimi olan su ilə ayaqları təmas etdiyində, titrəmə ələ keçirir onu. Bədəninin hələdə nəyisə hiss etməsi təəccübünə səbəb olsa da, buna fikir verməməyə çalışır.
"Lənət olsun! Mənim ki, cəmi onsəkkiz yaşım var, buna baxmayraq bu qədər iyrənc bir həyat yaşamağa məcburammış kimi hiss edirəm! Halbuki bu cür hissetməyimə səbəb olan günahımın nə olduğunu belə bilmirəm!"
Sanki soyuq dalğalar onun nifrət və kədərlə qarışıb, bir söyüş kimi dodaqlarından tökülən hər bir sözü ilə daha da şiddətlənir və onu öz ağuşuna alaraq, bəyaz köpüklərin arasında onun əzablarına son vermək üçün can atır. Amma anidən qızın ağlına gələn keçmişin tozlu bir xatirəsi həsrət və solmuş sevgi parçalarını onun üzünə səpələyir.
"Bağışla."
Üzündəki ifadənin tək səbəbidir, bu söz. Keçmişdə verilən sözləri tuta bilmədiyi üçün, sadəcə, bağışla deyir, səsi duyulmasa belə.
Və budur, amansız dalğalar bədəninin yarısına qədər qalxarkən, Lily titrəyir, bəlkədə elə qorxur da. Lakin bir o qədər də, həyəcanlıdır. Hər gün cəhənnəmində ölüb təkrar dirilən biri olsa belə, bu dəfə qovuşacağı azadlığın gözəlliyi və hüzuru ondan xəbərsiz kimi qəlbini həyəcanlandırır. Halbuki, Lily, həyəcan və sevgi dedikləri duyğuları anlamaz! Axı, o ki, sadəcə qorxunu və nifrəti öyrənmişdir. Amma indi qəlbinin titrəməsinin səbəbi nə qorxu, nə də ki, nifrətidir..
"Ah, necə də gözəldir!" Solğun pıçıltısı dalğaların səsində duyulmur, ancaq bu kimə maraqlıdır, axı?
Göydən narın-narın səpələnən qar dənələrini gözlərinin önündə qanad çırpan bəyaz rəngli kəpənəyin qanadlarından tökülən ulduzlar sanan Lily, onun gözəlliyinə heyran olmuş kimi, gözlərini bu balaca bəyaz kəpənəkdən çəkə bilmir. O, indi içindəki duyğuların səbəbinin məhs elə bu kəpənək olduğunu əminliklə söyləyə bilər..
Beləcə, ondan xəbərsiz, çoxdan bütün bədənini titrədən soyuq ölümün kölgəsini daha yaxınında hiss edən, Lily, son anında onu tək qoymayan bu balaca kəpənəyə baxır minnəttarlıqla parlayan baxışlarla. O, ölümün bu qədər gözəl olduğunu heç vaxt düşünə bilməzdi! Bəmbəyaz və soyuq! Amma bunlar sadəcə bir neçə dəqiqə çəkir. Qarşısındakı bəyaz kəpənək yox olduğunda, güclü bir dalğa onun yorğun və zəyif bədənini buz kimi soyuq sulara qərq edir. Və o qarşı çıxmayaraq, sakitcə ölümün qaranlığına təslim olur. Küləyin didib-parçaladığı dalğalar onu qorxunc ağuşuna alır, burulğan onu gölün qaranlıq dibinə çəkir, azğın sualar başının üstündən aşıb, bəyaz bədənini sarıb-sarmalayır.. Lakin Lily buna qarşı çıxmağa belə cəhd etməyərək, bu ucsuz bucaqsız görünən gölün soyuq girdabında yox olmağı öz istəyi ilə qəbul edir. Artıq nəfəs almaq mümkünsüzdür, o, boğulur. İndi bu qızın ehtiyacı olan, bəlkədə, sadəcə onu düşünən bir varlığın olmasıdır. Amma bilir, Lily elə bir canlı, ya da varlığın mövcud olmadığını. Elə buna görə də, ondan əvvəl solub yox olan ümidlərinin ardından ölməyi qərara alan Lily çarpışmır, müqavimət göstərmir, eləcə dalğalar təslim olur; budur qaranlıq sular onu həmişəlik udur, o, yox olur.Beləcə, bu gölün dərin mavisinin içində dəfn edilir, kimsəsiz bir qız!
"Bu dünya mənə nifrət edir, sadəcə! Amma niyə?!"
Ağlından keçən sözlərin artıq ona aid olub-olmadığını belə aydınlaşdıra bilmir. İndi həyatı boyunca yaşadığı hər şey tək-tək gözlərinin önündə canlanır. Sanki, öz qaranlıq cəhənnəmini bir başqası olaraq izləyir kənardan. Lakin artıq indi ağrı, acı və kədər yoxdur. Nifrəti unutmuşdur. O sadəcə ölür! Son anında bu iyrənc yaşamını xatırlayaraq ölmək istəməsə də, bu xatirələrlə birlikdə dəfn edilir!
O isə hələ də susur, çünki buna qarşı çıxmayacaq qədər bezmişdir, hər şeydən və ən çoxda özündən. Ancaq indi bu çürümüş, iy verən dünyadan qurtulduğu üçün az da olsa sevinməsi gərəkirsə də, o bacarmır. Lily, yaşıdları kimi yaşaya bilmədiyi, arzuları olmadığı və digər insanlar kimi gülümsəmədiyi üçün, bəlkədə peşmandır... Amma onu da yaxşı bilir ki, bu dünyaya neçə dəfə gəlirsə gəlsin, hər dəfəsində o, elə belə biri olacaq. Üzünə baxan insanlara təbəssüm etsə, ondan qorxacaq, bəlkədə, elə onun təbəssümündən belə, iyrənəcəklər, özüdən iyrəndikləri kimi. Və o, heç vaxt gülümsəməyəcək sevinclə. Elə buna görə də, minnətdardır, ölümün qaranlığına, onu bu cəhənnəmdən qurtaracağı üçün. Amma xoşbəxt deyil, Lily! Buna baxmayaraq ondan xəbərsiz, gizlin düşmən kimi, xəfif toxunuşlarla ruhunu sarıb-sarmalayan sevinc qığılcımları ilə, son dəfə düşünür, - gülümsəməyi unudan o, indi gülümsəsə, kimsə onun təbəssümünü görməyəcək, ona iyrənərək baxmayacaq. Beləcə, get-gedə gözləri yumulduğunda, üzündə sevinc dolu bir gülümsəmə bütün möhtəşəmliyi ilə parlayır.
Və o an bir tək onun duya biləcəyi yumşaq tonda bir uğultu duyulur, gölün qaranlıq dərinliklərindən..

"Məsum gülümsəmənin ardındakı, toxunmağa çalışdığım xatirələr barmaqlarımın toxunuşları ilə qurumuş çiçək yarpaqları kimi toz olarkən, sənin onları təkrar canlandırmağına ehtiyacım var. Axı, mən yalnız belə, dura bilərəm; yalnız belə, nəfəs ala bilərəm.. Və yalnız belə, səninlə qala bilərəm, Lily!"

❄❄❄

ButterFlyHikayelerin yaşadığı yer. Şimdi keşfedin