Multimedya:
Aaron - Lili
- Ana!
- deyə mırıldandı.
- Ana!
Nazik barmaqları qollarını qavradı və bədəninə sarıldı isinmək ümidi ilə. Solğun bir pıçıltı təkrar qopdu dodaqlarından
- Getmə!
Keçmişə yol alan bir fəryadla yerindən sıçradı. Kabusları onun cəzasımıydı, bilməzkən günahkar idi həmdə.
- Bu sadəcə yuxudur! Sakitləş!
Təsəllimiydi özünü inandırmağa çalışdığı bu sözləri, o ki, təsəllilərdən yoxsul bir yetimdi, ikrah hissi ilə dodaqaltı gülümsünərkən, tələsik üzərini geyinib otaqdan çıxdı gənc qız. Biraz daha gecikmək yeni bir kabusun xəbərçisi ikən, daha cəld olmağa çalışaraq, çəkmələrini ayağına keçirib işə tələsdi..
Adətən belə anlarda həmişə bir tərsliyin olması qaçınılmaz imiş kimi o an qapının önündə ayağının bir şeyə ilişməsi ilə üzü üstə yerə yıxılması da sanki gözlədiyi tərsliklərdən biri idi ki, dodaqları səssiz bir söyüşlə qışın soyuğuna lənət edərək ayağının ilişdiyi adama çevrildi nəzərləri.- Hey!
Çəkməsinin burnu ilə ayağına vurdu adamın.
- Ölübmü..?
Öz-özünə mırıldandığı sualını cavabını tapmaq üçün zamanı çox qısa olan Lili onu kənara çəkmək üçün qamətini əyib, ona yaxınlaşanda təşvişlə qarışan qorxu ilə göz bəbəkləri iriləşdi. Bəlkə qorxduğundan bəlkə yazığı gəldiyindən heç özü də əmin olmasa da onun üstündəki qarları təmizləyib, evə sürüməkdən başqa çarəsi olmadığını düşünən Lili elə bu cür də etdi. Onu sürüyərək içəri çəkib, üzərinə onu isidəcəyinə ümid etdiyi qalın bir yorğan örtdü. Və ona isti olacağından əmin olduqdan sonra açarlarını da götürərək qapını kilidləyib, tələsik ev dediyi bu uçuq binanın çardağından uzaqlaşdı. Bir hekayənin başlanğıcında olduğunu isə heç düşünmədi...
- Lənətə gəlmiş ifritə, hansı cəhənnəmdə qalmısan?!
Sual verməkdən çox hədələyirmiş kimi səsləndi saçlarına yeni yeni dən düşmüş orta yaşlı kişi. Qıyıq gözlərini mümkünmüş kimi daha da qıyaraq bir çox söyüş də bu cümlənin bərabərində gəldi. Və o bu sözləri tüpürürmüşcəsinə söyləyərkən, bir yandanda yumruq etdiyi sol əli ilə qızın başına vurmağı vardı ki, Lili buna alışmış kimi susurdu, sanki bu da elə özünü cəzalandırmağının bir başqa yolu idi.
- Yalnız bu dəfə günahını bağışlayıram, balaca ifritə! Bir daha təkrar olunsa cəzanı özün bilirsən... - dedi, həyatının ən böyük yaxşılığını edirmişcəsinə sözləri vurğulayaraq.
- Rədd ol gözümün önündən!
Əli ilə qızı sərt bir şəkildə geri itələdiyində bir neçə addım arxaya toppallayıb çətinliklə müvazinətini saxlayan Lili sözlərini duymamaq adına tələsik arxasını dönüb, heç nə demədən otaqdan çıxdığında adamın arxadan söylədiyi sözlər qulaqlarında asılı qaldı.
- Atan olan o əyyaş şərəfsiz o qədər borc alanda səni düşünməli idi, mən yox!
Gözlərinə toplanan yaşları gizlədəcək gücü tapmadı öz içində Lili. Hər nə qədər geri göndərməyə çalışsa belə bacarmadı. Bəyaz yanaqlarında balaca damlalar yerini aldı.
Lakin əlinin tərsi ilə o damlaları yox edən Lili qulaqları batıran musiqiyə qəribə rəqsləri yoldaş olan içgili insanların arasından keçərək öz yerinə tərəf irəlilədi. Yenə ona ilişən, onunla əylənməyə çalışan iyrəndiyi bu məxluqların içgilərini doldurmalı, solğun ifadəsiz siması ilə onların nalayiq sözlərinə susaraq, əyləndirməli idi... Donuq baxışlar və ifadəsiz bir sima, beləcə o, mükəmməl bir oyuncaq deyilmiydi ki?!Günəşin səmanı aydınlatmağa başlayan parlaq şüaları ilə birlikdə evə doğru irəliləyən Lili addımlarını qaçarmışcasına yetişməyə çalışdığı bir yerə tələsirmiş kimi daha da sürətli atmağa çabalayırdı elə bil. Halbuki, parlaq günəşin ətrafı aydınladan şüaları qızarmış gözlərini hər qamaşdırdığında onun narıncı şüalarından gizlənməyə çalışan bu yetim qız günəşin bədənini isitməsinə və heç bir duyğu olmayan qəlbindəki buzlarını əritməsini dilədi gizlindən hər zaman. Amma zamanla təkrarlanan bu hal yorucu və bezdirici gəlməyə başladıqca Lilinin düşüncələri gündən günə dəyişdi. Hər gün biraz daha gizlənməyə çalışdı günəşin onu isitməyə gücü yetməyən parlaq narıncı şüalarından və hər kəsdən. Beləliklə həm də özündən uzaqlaşdı, sevgini unutdu, səmimiyyəti xatırlamaz oldu. Beləcə indi qəlbinə sadəcə nifrət hakim ikən, ona inad edərcəsinə günəşin parlaq şüaları gözlərini ağrıdır, o isə, bədənində qalan bütün güclə evə daha tez yetişməyə çalışıraq başını əyib, əzbərə bildiyi binanın qapısına doğru irəlilədi. Uzun pillələri də tələsik dırmanaraq binanın çardağındakı evinin qapısını səbrsizliklə açıb, içəri keçdi. Təşviş dolu nəzərlərlə baxışları axşam evdə elə buradaca qapının önündə qoyub getdiyi adamı axtardı. Evin bir küncündə qatlanmış yorğandan başqa heç bir şeyə rastlamayan Lili təəccüb və qorxu ilə evi axtardısa da, kimsəni tapa bilmədi. Bir halda ki, o getmişdir Lili bunu elə bu cür qəbul etdi, o da heç düşünməməli idi. Elə bu düşüncə ona qəribə narahtlıq gətirsə də, əhəmiyyət vermirmiş kimi davranan Lili özünü vanna otağına saldığında isti bir duş yerinə soyuq suyu açıb, gözlərini möhkəmcə yumdu və bədəni soyuqdan titrəsə belə bu cəzanı doğruluğunu heç bir sorğu-sual etmədən qəbul etdi. O günahsız idi, amma ona günakhar kimi davranıldı hər zaman. Və elə buna görə, bəlkədə o da inandı günahkar olduğuna. Lili, sadəcə, böyüməyən uşaq idi, lakin özü heç vaxt bunu bilməyəcəkdi.
Üzərinə elə da qalın sayılmayan bəyaz bir köynək və dar cins şalvar geyindikdən sonra içəridəki balaca otağa keçib, nəm saçlarını qarışdıraraq unutduğu bir şeyi xatırlamağa çalışdı. İçindəki bu narahatlığın səbəbini anlamaq üçün otağın ortasında ayaq saxlayıb, ətrafına baxdı. Nəzərləri ona inad bir anlıq yenidən axşam gedərkən evdə qoyduğu dilənçini axtardı.
- Unudulmalı ikən, xatırlanmağın da özün kimi qəribədir...
❄❄❄
ŞİMDİ OKUDUĞUN
ButterFly
خيال (فانتازيا)- Gecənin qaranlığına bulaşmış bir kəpənək idi o, mən bəyaz sanmış idim! Story by: ooinone not: üz qabığı əl işimdir