17 Bölüm

141 9 14
                                    


- Eeee yaxşıda. zarafatsız deyirəm mən.

- Sən zarafatsız söhbətini elə məndə gulag asım görüm necə olurmuş bu söhbət.

- Söhbət deyəndə özün haqda nəzərdə tutmuşdum. Səni yaxından tanımaq istəyirəm.

- Yaxşı olsun elə. Onda sən söhbət elə məndə dinləyirəm. ( Dirsəklərimi masanın üstünə qoyaraq. Üzümüdə ovcuma alaraq gülməli bir poza aldım. )

- Biri vardı biri yoxidi bir Çaça vardı. Öküz xəsiyyətli bir donuz idi. Söz demək qeyri mümkün idi. bir gün bu Çaça adlı donuz Oxuduqu universitetin ən yaraşıqlı oğlanı ilə oturub çay içməyə baş..... ( Sözünü kəsərək.: )

- Bu söhbətdəki yaraşığlı sənsənmi? ( Qəhqəhə atmaqa başladım.)

- Minnətin olsun . Sən heç bilirsən arxamça hansı qızlar düşür? Deyim bil Universitetin ən gözəl və cəlbedici qızları. Əlimi sallasam əllisi yaaannii.

- Hə - hə mütləq elədi. Bir şey soruşum sən heç güzgüdə özünə baxmısan? baxmamısansa deyim. Saçlar tökülmək üzərədi. agzını açanda lap banan görmüş meymuna oxşayırsan. Çalış danışıb gülməməyi. Gözlərsə danışanda dananın gözləri kimi böyüyür. Burnun əyri, qulaqın yekə. Mənə maraqlıdı bu özündən razılıq belə çirkin üzə sahib olan adamdan necə gələ bilir ? Çox maraqlı və cəlb edici olsada bu sualın cavabı təsüflər olsun ki dərsə getməliyəm. ( Ayaqa qalxıb ) - Yəgin ki incimədin. həm dost acı söyləyər. sagol mən getdim.

- Sagol. (Pərt bir vaziyətdə sagollaşdı. )

Dəyəsən xətrinə dəydim. Hər kəliməmlə üzü düşdü. amma mən zarafat etdim. Çirkin deyil ki. Əksinə yaraşıglıdı. Nəysə əla oldu məncə. Çox göynən gedir. Birisi onu yerə endirməlidi ya yox.

***

Avtobus dayanacaqında öz avtobusumu gözləyərkən bir maşın dayandı önümdə. Sarı rəngdə xarici maşın. Maşının pəncərəsi asta-asta enməyə başladı. Sürücü Çaça deyə avtobus dayanacığında öz avtobusunu gözləyən bir sürü adam içində sanki bir nəfəri çaqırırdı. Əlbətdə bu axtarılan adam mənəm. Təhmin edirəm bu kimdi yenədə duruhdum. Ayaqa qalxıb enən pənçərəyə yaxınlaşdım. Bu bizim məktəbin ən yaraşıqlı donuzu Royal imiş.

- Nə var nə istəyirsən? ( Qaşımın birini qaldıraraq sualımı verdim. )

- Manikür istəyirəm ( Dişini agartaraq gözlərini gözlərimə dikdi. ) Bu mənimlə zarafat edərkən maşının arxasında avtobuslar signala basırdılar. Royalsa heç veçinə almırdı. Sürüçülər qalsın bir yana sərnişinlərdə ayaqa qalxıb söylənməyə başladılar.

- Zarafatını etdin. indi sür get. Tıxaç yaratma.

- Sən maşına minməsən heç yerə gedən deyiləm. ( Agzında sakkız ciynəyə-ciynəyə vecinə olmadan dilləndi. )

- Mən maşınına falan minən deyiləm. Özün bil istəyirsən qal. İstəyirsən get. Donuz ki donuz. nə deyim. ( Deyib dayanacaqdakı oturacakta oturdum. ) Royalın heç tərpənmək kimi bir niyyəti olmadıqı üz ifadəsindən bəlli idi. Royalın o bahalı maşınının arxasında artıq tıxaç yaranmışdı. avtobuslar yollarına davam edə bilmirdilər. Royalsa sakkızını çiynəməyə davam edirdi. Çox sakit görünürdü. heç deməssən ki arxandakı insanlar sənin haqqında söyüşün kralını işlədillər. Artıq 10 dəqiqə olar avtobuslar bahalı maşının arxasında sıxışıb qalıblar. Nəhayyət sürüçünün birisi dayana bilmədi. 162 nörmrəli avtobusdan orta yaşlı hündür boylu kök bir kişi endi. Başında bıqına yaraşan bir kepka vardı. Çox əsəbi hər addımından bəlli idi. Royalın maşınına yaxınlaşıb sürüçüpənçərəni döyməyə başladı. Royal maşından endi. Bu filimə uzaqdan müşahidə edə bilmədim. Qaca-qaca yanlarına gəldim. Heç bir syujeti qacırmaq istəmirdim. Mən gəlib catana gədər ikisidə əllə qolla danışmaqa başlamışdılar. Kişi ağır söyüşlər havada ucurdurdu. Royalda altda qalmırdı. amma mənim yanlarına gəldiyimi görən Royal dahada qızışıb kişiyə yumruq atdı. Pat deyə dəyən yumruq kişini yerə sərdi. Kişi tez ayaqa qalxıb dodaqındakı qanı silib cumdu Royalın üstünə. Əməlli başlı əl bəyaqa qalxan ikilini ayırmaq üçün ətrafda olan insanlar yetişdi. Royalın qaşı qanıyırdı. Kişiyinsə dodaqı, burunu. Döyüşən iki xoruzu ayırmaq üçün məndə girişdim. ROYAL!ROYAL!DALAŞMA! deyə var səsimlə qışqırmaqa başladım. Çox qorxdum. ilk dəfə bir davanın içində oluram. Bunları ayırır - ayırmaz.

Çilek Kokulu (Azerice)Where stories live. Discover now