Başlanğıc

957 64 20
                                    

      Bu gün məzun oluram. Gecəni yatmamışam. həyəcanlıyam bir tərəfdəndə qorxuram. Bilmirəm bundan sonra nə olacaq.. bacaracammı?! qızıl medal verəcəklərmi?! off bilmirəm.. kaş Anamla atam yanımda olaydılar.. Çox darıxıram.. içimdə bir sərçə aglayır hal hazırda.. gözlərimdən yaş gəlməsədə içimdə səssiz bir külək əsir. soyuq bir külək. kimsəsiz olduğumu hiss etdirən bir külək. Güzgünün qarşısına keçəndə orda bir yad insan olduğunu ilk dəfə bu gün anladım. soyuq bir ruha sahib olan canlı bir cəsəd durur gözümün qarşısında . əllərini uzadıb gözündəki eynəyi endirib gözlərini ovuşdurub duyğulanmağa başladı sanki.. ağlayan kimi oldu o güzgündəki yad insan. görəsən soruşummu niyə ağlayırsan?! nə üçündü üzündəki bu soyuq ifadə?!  Bu gün Məzun olursan. Sevinməlisən ey sən! güzgüdəki insan! özünü ələ al və hazırlaş bir necə saat sonra sən artıq məzun olacaqsan. həyatının ilk pilləkəni qalxmış olacaqsan. o saxta gülüşünü keçir üzünə.... Yaxşı bəsdi sızıldadın. -Hər şey son dərəcə yaxşıdır.. bu günü 11 ildi gözləyirəm. Xoşbəxtəm əlbət. incə bir təbbəsümə layiqdir bu gün..

Çilek Kokulu (Azerice)Onde histórias criam vida. Descubra agora