16 Bölüm

79 8 2
                                    

Dünənki avtobusdakı hadisə nə idi indi? heç aglıma batmır ki o dost olmaq istəyir. Yani bir gün əvvəl məni peşman edəcəyini iddia edirdi. Ərtəsi gün hərkəsin önündə ilk planını həyata keçirmək üçün hərəkətə keçir. Amma mənim nə gədər ağıllı olduqum onun zeytun boyda beyninə heç girmir. Nə deyim əgər həqiqətən pis niyyəti yoxdursa dost olacam amma əgər pis niyyətlidirsə hər an tətikdə olacam. Bunları fikirləşirkən universitetin qapısına girər-girməz Raulu gördüm. heç halım yoxdur onun duz zarafatlarına gulag asmaq. Tez iri addımlarla bufetə qacmaqa calışırkən Raul məni görüb yanıma gəldi. :

- Sabahın xeyir.

- Xər vaxtın xeyir. ( Deyibdə yoluma davam etdim. ) Mənimlə bərabər oda hərəkət etməyə başladı.

- Eeee ??

- Nə eee?

- Adınızı demədiz madam. ( Təbəssümlə mənə baxdı. )

- Borcluyam adımı deməyə? ( Üzünə heç baxmadan dedim. )

- Borclu deyilsən amma mən sənə bir adla müraciyat etməliyəm ya yox? (Pərt olmuş bir vəziyətdə sual verdi. )

- Borclu deyilsən mənimlə danışmaqa və mənə adımla müraciyət etməyə. Özünə əziyyət vermə. ( Soyuq buz kəsmiş bir üz şəkli ilə cavab verdim. )

- Yaxşı sən diyən olsun. Adın cebində qalsın. Bərk saxla yoxsa oğurlayarlar. Amma dünəndən fikirləşirəm ki bu qızı kimə oxşayır. İnanmassan az əvvəl hardasa bir saniyə əvvəl yadıma sala bildim kimə oxşayırsan. ( Dodaqlarını buzmuş qımışmaqa başladı. )

- Eeee? ( Sual verdim. )

- Nə eee?

- Kimə oxşayırammış? ( Balaca uşaq dondurma görər kimi ona baxmaqa başladım. )

- İnciməsən deyərəm.

- İncimərəm de.

- Əminsən ?

- Bəli.

- Bülənt Ersoy'a ( Deyib qəhqəhə atmaqa başladı. )

- İcazənlə Büləntər xanım sənə bir məsləhət vermək istəyir. ( Əsəbi- əsəbi gözlərinin içinə baxmaqa başladım. )

- Həəə. nə məsləhət? həyacanlandım ee. ( Dişlərini ağartaraq üzümə baxmaqa başladı.) Əlimi cebimə salıb bir manat cıxartım. və ona uzatdım.:

- Al bu manatı get magazinə özünə bir paçka duz al. sonra qaşıq - qaşıq ye. Görürəm duzun catışmır. Yaxşımı?! ( Deyib əlinə manatı sıxışdırıb bufetə tərəf yönləndim )

Yenəmi sən:

- Salam Gülça çaça necəsən? ( Royal gülüşlə üzümə baxdı. ) Çaça nedi? bunundə xəyal dunyası multfilimdi ki.

- Saglıgın Royal rol sən necəsən? ( Onun duzsuz zarafatından heçdə geridə qalmadım. )

- Babat pis deyiləm. Neyniyirsən bufetə gedək ?

- Elə məndə bufetə gedirdim. ( Yalanda olsa maraqlı oldu dəyəsən. )

- Əla onda bərabər gedək .

Bufetə düşənə gədər heç birimiz danışmadıq. Bufetə girən kimi masalarda əyləşən bütün tələbələr bizə baxdı. Niyə baxdılar heç düşünməyəcəm. məndə olsam baxardım. Dünənə gədər bu ikili savaşda bir birinə güllə atırdı bu günsə ikisi birdən bufetə giri və üstəlik bir masada əyləşir. Məncədə çox qəribədi. qəribəlik qalsın bir yana bu şüphəlidi.

- Dünəndə bu gündə səni Raulla danışırkən görürəm. xeyirdimi? ( Masaya əyləşir əyləşməz qaşlarını çataraq sual verdi. )

- Xeyir şər. Sənə nə var? ( Çayımı içərək önəmsəmədən cavab verdim. )

- Sadəcə soruşdum çaça.

- Soruşma rol. Həm mənə çaça maça demə!

- Yaxşı əsəbləşmə çaça. Söhbət elə onda.

-Nə söhbəti? ( qaşımın birini qaldıraraq sual verdim. )

- Nə bilim. danışda bir şeylər. ( Başını aşaqı salaraq çayını içməyə başladı. )

- Biri var idi biri yoxidi. Bir Donuz vardı. Bu donuz palçıqı çox sevirdi.... ( Sözümü kəsərək.: )

:............

Çilek Kokulu (Azerice)Tempat cerita menjadi hidup. Temukan sekarang