1 Bölüm

686 36 19
                                    

(Həyat Bir anlıqdır unutma) 

Hər şey çox gözəl idi taki anamla atamı itiriənə qədər.. İki il keçməsinə baxmayaraq hələdə çox çətindir. Allah heç bir övladı yetim qoymasın. Çox ağırdı unutması.. Əslində unutmaq mümkün deyil. O dəhşətli gün... Onların Cansız Cəsədləri hələdə göz önündədir.. Ağ kəfənə bürünmüş iki doğma insan.. taleyimə alışmalıyam.. Zorda olsa mümkünsüz olsada alışıram onların yoxluğuna..  -Baxmayaraq ki Anam hər gün gözümə görünür. Ağlara bürünmüş, uzaqda dayanmış, nəmli gözləri ilə mənə baxır. Ağlamağının səbəbi məni 15 yaşımda anasız qoymağıdı yəqin ki.. Ana qayğısına ehtiyac duyan qız uşağı indi tək və tənhadır, heç kimə arxalana bilməyəcək bir qızcığaz.

  ***

     Anam ev xanımı. Atam isə Çiyələk əkib satan bir fəhlə olub. Evimizin arxasında böyük bir topraq sahəsində mənimlə əkib becərdiyimiz çiyələklərlə dolanırdıq. Çox varlı olmasaqda Xanlar kəndində ən namuslu qeyrətli bir ailə kimi tanınırdıq. Atam Vüsal əslən Xanlar kəndində anadan olmuşdu. Atamın atasının atasıda Xanlarda anadan olmuşdu. Amma  Anam Samirə Xocalı qacqını idi. 1989ci ildə anam Universitetə qəbul olmuşdu -Tibb universitetinə qəbul olan anam Bakıda əmisigildə qalırdı. 1992-ci ilin 26-da Xocalıda baş verən qanlı terror onu ailəsindən bir dəfəlik məhrum etmişdi. Ailəsini itirən anam Bakıda yaşamağa davam etmişdi. universiteti bitirdikdən sonra dövlət xəstəxanasında işə başlayan anam özünü dolandırırdı. və günlərin bir günü çox ağır xəsarət almış bir gənc oğlan xəstəxanaya daxil olur. bu mənim atam idi. Xanlarda avto qəzaya düşən atamı Bakıya göndərmişdilər. 4 ay xəstəxanada yatan atam anamın könlünü almışdı. və 1 il keçmədən atam anamla ailə həyatı qurdu. Atam çox qısqanc olduğu üçün anamı işləməyə qoymadı və öz dogma kəndi Xanlara aparmışdı. Anam çox gözəl və zərif bir xanım idi istər- istəməz hər bir kişi belə gözəl qadını qısqanardı. Gözləri dəniz mavisi olan bu qadının çox cəlbedici gülüşü vardı. Saçları qızılı rəngdə' gün ışığındasa alışıb yanardı , incə bədən quruluşuna sahib idi .  Anam bir tərəfdən ruslara oxşayırdı.  Atamda çirkin deyildi onunda haqqını yeməyək indi. uzun boylu yaraşıqlı qara buğdayı bir oğlan idi.  

                                                                                          

1996-cı ildə mən dünyaya gəldim. Evin tək övladı, anam atam məni çox əzizləyirdi. Bəlkədə Evin tək övladı olduğum üçün. Anam atam məni həmşə əllərinin üstündə tuturdular. Bir dəfəsində mənim 6 yaşım olanda həyətdə oynayırammış bu vaxt necə olubsa itmişəm. Anam ilə atam çox pis olmuşdu, 4 saat boyunca onlar məni axtarırlarmış. Anam dayanmadan qışqırırmış. çox qorxmuşdu ki məni həmşəlik itirib. dəli kimi ora bura qacırmış yazıq qadın. hətta yerdə oturub sanki mənimlə danışırmış:

- Gülça yemək yemisən?!

- Gülça soyuq olar get tez üstünə jilet geyin!

- Qızım, Əziz Qızım gəl öpüm səni!

- Ay Allah Qızım necədə gözəldir!

              Həmin vaxt atam çox qorxmuşdu həyat yoldaşını bu vəziyyətdə görəndə. ilk dəfə atam onda ağlamışdı. Heç vaxt ağlamayan dağ kimi kişi həyat yoldaşının fəryadlarına dözə bilməmişdi  və 4 saat sonra məni kəndin çayının yanında tapmışdılar. çox uzaq olmayan Kür çayına özüm getmişdim və orda uzanıb yatmışdım. Polis məni evə gətirəndə anam sevincdən özünü itirmişdi.Heç vaxt yadımdan çıxmır o yaşanan kadr. sanki bir film çəkilir. məndə bu filimdə baş roldayam. İtkin düşən baş qəhraman tapıldı şok şok şok! O indi neynəyəcək?! Ailəsi necə qarşılayacaq onu?! az sonra! hahaha dəyəsən dəli oluram yavaş yavaş. Nəysə.

 O hadisədən sonra anam mənim üstümdə daha çox əsməyə başladı. Əlindən gəlsə idi götürüb məni servanta qoyardı arada bir servantın ağzını açıb tozumu silərdi sonra yenidən şüşəli qapısını örtərdi. Canım anam  qıymırdı biricik qızına. Ev işlərini həmişə özü edirdi ,mən əlimi nəyəsə uzatmaq istəyəndə söylənirdi. Nə yalan deyim mənimdə elə Allahımdan idi.  heç xoşlamıram yemək bişirməyi paltar yuyub ütüləməyi hələ pol silməkdən zəhləm gedir.Mən böyük adam olacam. iş adamı olacam.

Çilek Kokulu (Azerice)Where stories live. Discover now