2 Bölüm

344 23 1
                                    

  (itirmək Son Deyilmiş)

2011-ci ilin aprelin 6-sı Qonşumuzdakı Bayram kişinin oğlu evlənirdi və bizidə ailəvi çağırmışdılar . Bayram kişidən heç xoşum gəlmir. Çox arsız biridi. Birinci arvadının üstünə ikinci arvad gətirib daha dogrusu ikinci həyat yoldaşını qaçırıb. Arsız qadını qaçıranda 48 yaşı vardı qadınınsa 21 yaşı vardı .6 ildi evlidilər. Birinci həyat yoldaşısa boşanmadı. Əlbətdə qınanılası qadın deyil. 1 yox 2 yox 3 yox tam 5 uşaq anasıdı. həmdə ayıbdı el aləmə. Elə deyil?! El aləm nə deyər buna?! Bir ayaqı qəbirdədi buysa boşanır! Görəsən ikinci küçədəki Firuzə nə deyər buna?!Bəs 4-cü küçədəki Çinarənin əri nə deyər buna?! o qalsın bir yana 9-cu marketin sahibi Sevinc nə deyər buna?! Əşi bunlar bir yana qonşu kənddəki Leyla,Dilarə,Araz,Sayaz,Əhməd,Məhməd.  yoox yox olmaz!

HAHAHA! Bəsdir ay kişi! nə ayıbee?? belə şey olar?! Mentalitetmize tüpürüm! Yaşayın ölü kimi yaşadır Mentalitetimiz. O ayıb bu ayıb. Donuz oğlu iki qadını birdən bədbax etdib . Yazıq ikinci arvadı elə bu söz söhbətə görə anasıgilə geri dönə bilmiyib. Söz-söhbət bir yana ailəsi imtina edib. Atalarımızın Analarımızın qoyduqları bir qanun var. Ər evindən ancaq tabutun çıxa bilər. Sürəyanın ailəsidə qanunlarla yaşan insanlardılar. Nəysə ee.. özləri bilələr mənə nə.

 Mən toya getmədim anamla atam getdi. 6-sı aprel iki nəfərdən ibarət olan ailəmi , var yoxumu o gün itirdim. Heç vaxt ağlıma gələ bilməzdi ki ailəm yox olacaq. bir gün nə vaxtsa yetim qalacam. bu zalim dünyada tək qalacam..

Çox ümidli idim bu həyata. arzularım vardı. Anamla birlikdə qurduqlarımız arzular . Mənim universtete girməyim. Atamın fəxrlə baxacağı qızı olacaqdım. Evin qüruru olacaqdım.. Vüsal kişinin arzu etdiyi qeyrətli bir oğlu əvəz edəcəkdim.. onlar bunları görmədən ölməməli idilər. nə üçün axı mən tək qaldım. mən hələ balacayam. Bu yalançı, çirkli dünyaya necə tab gətirəcəm ki?! Kimsəsiz bir quş idim.  yuvası agacdan düşmüş bir sərçə. dünyaya yeni göz acmış bu sərçə nə edəcək?!.. 

15 yaşımın olmağına baxmayaraq həyata tez tutundum. Anama verdiyim sözləri yerinə yetirməli idim. Atama zarafatla dediyim sözü həqiqətən dediyimə heç vaxt inanmırdı oysa mən ciddi idim və bu sözlərimi yerinə mütləq yetirməliyəm. O qeyrətli oğul olmalıyam. Ailəm mənimlə qürur duymalıdı. Eyni sözləri içimdə təkrarlamağa başladım:

- Mən bacaracam! Heç kim məni yıxa bilməyəcək! Mən qalxacam o zirvələri! Mən Atamın qurur duya biləcəyi bir oğul olacam!  ( Dəli olmuş kimi tez-tez bu sözləri özümdə təkrar etmək kimi bir məcburiyyət duyurdum.)

 Birinci sinifdən son sinifimə gədər sadəcə 5 alırdım. oxumağa ayrı bir həvəsim vardı. çox bacarıqlı bir tələbə idim. Müəllimlərin sevimlisi Məktəbin qürur mənbəyi idim. 'Mənim və gözəl anamın arzusu vardı ki  mən ADA-da oxuyum. Çox istədiyim üçün məktəbi bitirmədən hazırlaşırdım ora girmək üçün, günlər keçdikcə dahada çox arzu ilə ora daxil olmağı istəyirdim. Ora daxil olmaq üçün ya Nazirin övladı olasan gərək yada çoxlu pulun olsun yada agıllı olasan gərək.

Elə tupoy uşaglar oxuyur ki orda düşündükcə Azərbaycanda nə dərəcədə haqsızlığın olduğunu görürəm. Hər şey pul pul. Əslində Hər ağıllıda ora daxil ola bilmirmiş bunuda öyrənmişdim. bir dəfəsində bir qız ora bal toplayıb daxil olmuşdu amma oranın Müdüriyyəti ondan bir ilə 3.500 azn pul istəmişdi orda oxuması üçün. qız çox kasıb olduğu üçün imtina etmək məcburiyyətində oldu. bunun mənim başıma gəlməməsi üçün mən gərək çox oxuyub Prezident təqayütcüsü olum.

Çilek Kokulu (Azerice)Where stories live. Discover now