13 Bölüm

133 12 1
                                    

Məktub:

       Salam Gülça. Səninlə olan son söhbətimizi heç kimə demə. Unut son söhbətimizi.. və mən hər şeyi bilirəm.. Sevdiyim məni yox ən yaxın ən doğma insanı sevir.. Nə olar Gülça məni qınama.. 'O' mənim dünyam idi.. Dünənimlə bu günüm idi taki kimi sevdiyini oyrənənə gədər..Bilirəm məni incitməmək üçün yalan dedin..Nə olar Gülçam özünü günahkar hesab etmə. Sənin xasiyyətini bildiyim üçün son məktubumu sənə yazıram. İnan ki yaşasam daha çox əzab çəkəcəm mənsə güçlü biri deyiləm.. Sənə xoşbəxtlik arzu edirəm. Bacım Umidlərimin, Xəyallarımın yıxılmasına tam imkan vermədən boynumu ipə keçirirəm. Mənimdə taleyim bu imiş.. Məni unutma. O dəniz gözlərindən öpürəm məni  tez- tez düşün...Əlvida..

 

  Bu məktub Aysunun intahar zamanı əlində sıxıb saxladıqı məktubdur. Hər sabah ilk dəfə oxumuş kimi ağlayıb sızlayıram. Məktub yaramı qanadır. Qatil olduqumu anlayıram. Təssəli zaminə oxusamda bu məktubu.  Yenədə alınmır. Sanki bir yarım Mayda qalıb. O ipdə sallanan cəsədin yanında. Acıq pəncərədən hər an qar yağar kimi gözlərim pəncərədə. Ətrafım səssiz. Qışqıran tələbələr sükütda. Mənim əlimdə bicaq. Bicaqdan yerə damlayan qan. Tələbələr qaralara bürünüb. Mənim ağ köynəyim qan ləkəsinə bürünüb.... Unuda bilmirəm.. Yuxularım qara rəngə üstünlük verib. Səssizlik mənim dostumdur. Səssizlik mənim düşmənimdir....

  Dünən olanlardan sonra universitetde getmək istəmirəm. Bir gündə nələr oldu. heç kinoda bu gədər aksyon bir arada olmur. O donuz Allah bilir bu gün başıma nə oyun acacaq. Qorxuram...Qorxmuram! Bir şey etsə mütləq cavabı olacaq onun. Boyun əymiyəcəm ona. Gedim hazırlaşım bir saatdan sonra universitetdə olmalıyam..

   Yenə bütün gözlər üstümdədir. Hər kəs bir köşədə pıçıldayır. Yəgin dünənki hadisəni pıçıldayıllar. Ehh mənə nə. Başımı dik tutub sinifimə qalxdım. Şükür hələ ki başıma heç bir iş gəlmədi. Dərsim başladıda bitdi.  Bufetə düşdüm. Donuzda buradadı. Bufetin lap axrında, künçdə yumuru bir masada əyləşib. Yanında bununla bərabər daha üç oğlan iki dənədə qız oturub. Qızın biri sarı oğlanın əlindən tutub çox səmimi bir şəkildə söhbət edib gülüllər. Digər qız donuzun yanında oturub. donuzda bunun çiynindən tutub. Yəgin sevgilisidi. Qız çox gözəldi. Çayla bulku alıb bufetin girişində onlara ən uzaq olan bir masada arxamı onlara dönük əyləşdim. Ətrafıma göz gəzdirə-gəzdirə çayımı qudum-qudum içməyə başladım. Bu anda sağımda birisi nəsə dedi. başımı sağa çevirdim. bu O :

Çilek Kokulu (Azerice)Tempat cerita menjadi hidup. Temukan sekarang