9 Bölüm

137 19 0
                                    

( Fərq ürəkdə deyil cebdədir. )

 37 gün sonra: 

 Sabah universitet həyatımın ilk günüdü. Yurtda qalıram . Bir otaqda 3 qız qalırıq.  Lalə, Gülnarə birdə mən. Yaxşı qızlara oxşayırlar. Lalə çox istiqanlı qızdı. Dəqiqədə bir mənimlə söhbət etməyə çalışır. Şirin sirtıq qızdı. Çalışıram çox üz vermiyim, uzaq dururam. Məsafə saxlayıram. Əgər Lalə öyrənsə ki mən qatiləm o özü məndən uzaq durar.

O bilsə ki bu əllər qana bulanıb. Qorxmaq lazımdı. Səssizliyə qapılmaq lazımdı. Yaddaşda saxlamaq lazımdı həqiqətləri. Həqiqətini yalana cevirə bilərəm, uzaq dur.

Bakı gözəldi demiyəcəm. Çünkü mən qaldıqım yer heç gözəl deyil. Ola bilsin şəhərin mərkəzi gözəl və təmiz olsun.  Amma qıraq məhələlər çox çirkindi. Zibil qablarının ətrafı zibilnən dolu sanki bir ildi zibil orada durur.

Xoş bir yerdə belə bir mənzərə olsa. amma yox. hər küçənin başında bu mənzərə gözə carpır. mənzərə qalsın bir yana. o ifunət iyi insanın başına paket bağlayır.

   ***

Hər kəs sanki mənə baxır. Geyimimmi pisdi? Yoxsa o dərəcədə çirkinəm? Niyə hər kəs mənə baxır? Yoxsa mənə elə gəlir ki hər kəs mənə baxır?...

Ətrafa göz gəzdirməyə başladım. Gözəl məktəb gözəl dizayın. Bahalı geyim, bahalı insanlar, baxalı baxışlar. Kimisi Nazir bəbəsi kimisi bankir balası. əllərində vertut, ayfon. Daş qaş içində məktəb. Sanki Məktəb yox podyumdu.

Universitet çox böyük imiş 20 dəqiqə olar sinifimi axtarıram. Sən demə girişdə birinci kurs tələbələrinin sinifi yazılıbmış mən görməmişəm. Görməmiş kimi ətrafa süzdüyüm üçün fikir verməmişəm. Üçünçü mərtəbədədi mənim sinifim.

İri addımlarla üçünçü mərtəbəyə qalxdım. Sinifimin qapısının önündəyəm. Axır ki arzularıma nail ola bildim. Bir addım qalıb. Ayaqlarım agırlaşdı sanki addım ata bilməyəcəm. Nəfəsimi içimə çəkib qapını açdım. Bu nədii??????........

Çilek Kokulu (Azerice)Kde žijí příběhy. Začni objevovat