15 Bölüm

80 8 5
                                    


        Dərsim bitdi universitetdən tez cıxıb evə yolumu tutdum. Başıma heçnəyin gəlməməsi üçün universitetdən nətər çıxdımsa heç özümdə bilmədim. Avtobus dayanacıqında öz avtobusumu gözləmək üçün skamyada oturdum. Bu an Lalə zəng etdi. 'Lalə kirayə qaldıqım qızlardan biridi'. Alo dedim .

- Gülça gələndə çörək al. Evdə heç çörək yoxdur.

- Yaxşı ( Deyib telefonu söndürdüm. ) Tam bu sırada telefonuma nəzər yetirdim sanki ilk dəfədi görər kimi. Ən geridə qalmış Nokia markalı telefon. Üstəlik köhnəlmiş. paneli tökülüb itən. Allahdan zəng edənim yoxdur yoxsa məktəbdə hər çıxartıqımda utancımdan yerin dibinə girərdim. Əslində göstərişə önəm verən birisi deyiləm amma ətrafımda millət əlində mini televizor tutanda özümü istər-istəməz köhnəlmiş bir kanserva qutusu kimi hiss edirəm. Ürəyimdən yeni telefon almaq keçir amma qenaətçil olmalıyam. Pullarımı boşu-boşuna xərçləməməliyəm. Həm nə ehtiyaçım var yeni telefona ? Varımdıda. Üstəlik gül kimidə işləyir. Birisi sanki mənə nəsə dedi. Başımı göyə qaldırdım. Yenəmi sən? ..:

- Antikadı? ( Telefonuma baxaraq donuz sual verdi. )

- Bəli antikadı. Səndən bahalıdı. ( Daş üz ifadəmlə cavab verdim. )

- Gəşənqimiş. Elə sənin kimi antikaçıya ancaq belə bir antikvar telefon yaraşırmış. ( Deyərək yanıma əyləşdi. )

- Nə istəyirsən yenə məndən? ( Ayaqa qaxaraq əl-qolla sual verdim. )

- Bizə gedib mənə pedükürla manikür etməyi öyrət istəyirəm. ( Gözlərini qısarağ cavab verdi. ) 

Cavab verməmək gərarına gəldim. bu sıradada xilas edici avtobusum gəldi. arxama baxmadan avtobusa mindim. Buda arxamca mənimlə mindi. Boş bir oturacaqa oturdum. buda gəlib yanımda oturdu. Üzümə donuz kimi baxmaqa başladı. ona baxmamaq üçün üzümü pənçərəyə çevrdim. Bir astanovka keçdikdən sonra sükütü o pozdu:

- Adım Royaldı. ( Üzümə baxmadan adını dedi. )

- Hə nagarım? ( Kəskin və sərt sual verdim. )

- Canına azar gayır. ( Deyib dişlərini ağartdı. )

- Cəhənəm ol burdan gözüm səni görməsin. ( Deyib məndə dişlərimi ağartım. )

- Yaxşıda. Görmürsən dost olmaqa çalışıram? Aramızda xoşagəlməz şeylər baş versədə gördüyün kimi ilk dostluq addımını mən atıram. ( Mülayim və üzüçü üz ifadəsilə. ) Susdum. Görəsən səmimidi? yoxsa nəsə planı var?.. hmm.. bilmirəm baxag görək. Mən artıq düşməliyəm. ayaqa qalxdım. Və :

- Mənimdə adım Gülçadı. ( Deyib avtobusdan düşdüm. ) 

Çilek Kokulu (Azerice)Donde viven las historias. Descúbrelo ahora