Ziyarətçi

76 6 0
                                    

Yuxu dərmanlarını deyəsən yatağın tamda yanında yerləşən balaca çəkməcəyə qoymuşdu. O qədər yuxulu idi ki, üzərində bu kirli şəhərin tozlu küçələrinin  çirki olsa da, üzünü yumağa ərinmişdi.
Çirk demişkən, biri var insan çirklənə yuya və keçə, biri də var insan "çirkli insan" statusu qazana. Bax o zaman dünyanın ən keyfiyyətli sabunları da təmizləyə bilməz səni. Doğrusu elə əməllər var ki, insan "çirk" sözünə haqsızlıq edir deyə düşünürük, elə əməllər var ki bu sözdən çox-çox ötədir...
Əlini istəksizcə çəkməcəyə uzatdı və dərmanları çıxarmağa çalışdı. Tənbəllik yağan bir üz ifadəsi ilə: "hələ suyu da götürmək lazımdı"-deyə başını bir iki dəfə yastığa vurdu.
Bəli, düz anladın. Yuxulu olsa da yuxu dərmanı içməli idi. Əks halda bugün yenə gecənin bir yarısı oyanıb divara baxacaqdı. Insomnianın hansı növü idi ki bu belə? Həkim təsəllisi bəlkə də. Bəlkə də sadəcə özünü aldatmaq... Boş divar gecənin yanlızlığını artırırdı. Əslində divar boş deyildi. Tam ortasında şəkil asılmışdı. O şəkil güc mənbəyi də sayılırdı, zəiflik nöqtəsi də...
- Bəlkə bugün içməsəm, zatən yuxum gəlir, ehtiyac yoxdu.
Dilinin ucunda cümlələri fırlatdı və səssizlik otağı bürüdü. Deyəsən, yenə yuxuya getmişdi və dərmanları içməyə tənbəllik etmişdi. Ümid varam ki, bugün artıq oyanmazdı. Otağın səssizliyini pozan bir iki nüansı çıxsaq, ortam olduqca ürpərdici idi. Ürpərdici sadəcə qorxulu demək deyil, yox. Gecənin bir yarısı otaqda 15 nəfərlə də eyni yerdə olsan, tək sən oyaq və hər kəs yatıbsa, demək ki yanlızsan. Demək ki, səninlə bərabər qalacaq heç bir ortaq fikirlin yoxdur. Və bir də. Bir də o düşüncələrin. Qara bulud kimi üstündə. Bundan başqa o qədər izahı var ki, ürpərdici sözünün. Bu hələ başlanğıcdır.
Pəncərə anasının açıq qoyub tam bağlamaması səbəbi ilə aralı idi. Bunu görsə, qorxusundan yorğanın altından çıxmazdı, fəqət o kobudlaşmış yorğun gözləri artıq sıx bağlanmışdı. Bayırdan böcək səsləri gəlirdi sanki. Və külək bəyaz şəffaf bir görüntü yaradan çiçəkli pərdəni çox zəif bir toxunuşla tərpədirdi. Pərdənin incə detallarından içəri süzülən işıq saat 3 radələrində sönməli idi. 3ə qədər yaxınlıqdakı son kafe də bağlanır. Daha bu tərəflərdə canlı həyatdan əsər qalmırdı. Əqrəblər qaranlığın yaxınlaşdığını göstərirdi. 2:45...
Pəncərədən içəri düşən işıq birdən qara bir kölgə ilə kəsildi. Və kölgə 10 saniyədən çox olmayaraq durdu sonra yavaşça tərpəndi. O tərpəndikcə otağa bir, ardınca iki daş parçası düşdü. Səs hələ də onu oyada bilməmişdi. Kölgə 5 dəqiqə sonra geri qayıtdı. Pəncərəni iki dəfə döydü və içəri bir məktub atdı. İçəri düşən işıqda yaranmış siluet heç bir cinsi ayırd etməyə yaramırdı. Filmlərdəki ölüm mələyinə bənzəyirdi sanki...
Oyanmağa başlayırdı, fəqət hələ də nə baş verdiyini anlamırdı. Pəncərədən içəri daxil olan zəif külək ona açıq qalmış olan yeri xatırlatdı. Adətən yatağından güclə oyanan bir adam bu dəfə sürətli bir şəkildə yatağından tullanıb pəncərəyə qaçdı. Pərdəni açmağa cürət etmədən, onu pərdə üzərindən bağladı. Və otağın işığını yandırdı. Ətrafa göz gəzdirdi və heç kəsin olmadığına əmin olmaq üçün şkafı və yatağın altını da yoxladı. Qorxu filmlərindən  dərs almışdı ki, heç vaxt nəsə qeyri-adi baş verərsə, yatağın altına baxma, sadəcə qaç. Fəqət bu dəfə uzaqdan da olsa yoxlamağı üstün tutmuşdu.
Kitablar olan rəfə yaxınlaşdı. Üzərində tələsərək tərs geyindiyi mavi rəngli pijama şalvarı yerdəki bütün tozu silmişdi sanki. Yenə də yatağına doğru addımlayıb dərmanı götürmək istəyərkən şalvarın yerlə gedən balağının altından ayağına dəyən soyuq kağızı hiss etdi. Qırmızı yuxulu gözləri dəhşət içində idi. Ayağını xəfifcə kənara çəkdi və kağıza baxdı. Udqunmuşdu. Əsirdi. Amma olmayan cəsarəti ilə əlini kağıza doğru apardı. Özü-özünə təsəlli verib dəstək olurmuşcasına danışmağa başladı.
-Ən son belə bir məktubu bir həftə öncə almışdım. Zarafatdı keçdi-bitdi bilirdim. Bu artıq həddini aşıb, nəyinki göndərir, otağıma qədər gəlib məktublar qoyur. Evimə qədər. Ya yatmış olsaydım? Ya məni öldürmüş olsa, pəncərədən girmiş olsaydı? Yox, yox. Belə olmaz. Hər halda belə bir məqsədi olsa bunu çoxdan edərdi. Nəsə bir iyrənc zarafat olmalıdı bu.

Səsində qorxu hiss olunurdu. Məktubu götürüb zibil qutusuna atmaq üçün otaqdan çıxmaq istəyirdi ki, üstündəki yazını oxumaq məcburiyyətində qaldı. Bu məktub deyildi. Bir tərəfli sadə bir kağız parçası idi. Üzərində isə bu sözlər yazılmışdı.
" Məktubu yaxınlıqda gizlətmişəm. Əvvəlki məktubda dediklərimin həqiqətə çevrildiyini isbat edən sübutları isə birinci məktubu tapdığın yerə qoymuşam. İkincini də asanlıqla tapasan deyə orada sənin üçün ipucular var. Yaxşı ki, bu barədə heç kəsə deməmisən..... Bilirsən də, evdəkilərinin inciməsini mən də istəmirəm"
Çap edilmiş bu yazı, iki məktubun olduğuna işarət edirdi. Təbii ki də, gecənin bir yarısı evlərinin bayır hissəsində yerləşən heç kəsin işlətmədiyi köhnə poçt qutusundan məktub götürəsi deyildi. Ümumiyyətlə, o köhnə lənətə gəlmiş qutunu çıxarsaydılar, bəlkə bunların heç biri olmayacaqdı. İndi qorxudan əsən bədən və buz kimi əllər yerinə gözəl yuxular görəcəkdi.

Məktublardakı fısıltıHikayelerin yaşadığı yer. Şimdi keşfedin