Tina

5 0 0
                                    

Gözəl qadınların bəxti gözəl olmur deyirlər. Yalandır bunlar hamısı. Gözəl qadınların həyatına girən paxıl varlıqlar məhv edirlər onları. Onların qəlbini fəth edə bilməyəcəklərini düşünürlər. Onlara duyduqları bu qısqanclıqdan incitmək üçün an axtarırlar sadəcə. Gözəllik insana acı gətirirmiş... Ah, nə gözəl bəhanə. Ah, nə gözəl təsəlli. Buraxın artıq təsəllilərlə yalan bir həyat yaşamağı. Gözəl olmadığını düşünüb o izlərə ləkə yaxmağı, bir ömür boyu həsrətlə öz içinizi yeməyi buraxın...

Tina həyata 1:0 geridə başladığını düşünürdü. Atası yanında deyildi. Anası məhv olmuş bir qadın idi. Özünün həyatdakı yerini hələ yeni-yeni tapan bir ananın övladı həyatda ancaq öz təcrübəsi ilə irəliləyə bilərdi ki, bu da Tina üçün qeyri-mümkün hesab olunurdu. Ən acısı isə, Tina anasını qucaqlaya belə bilmirdi. Bədənini tərpətməyin nə olduğunu uşaqlıqdan bəri bilmirdi. İnsanların əlləri ilə nəyisə tutmaqları, kimisə döyməkləri, sevgi və başqa hisləri sadəcə bir neçə hərəkətlə ortaya qoymaqları ona çox qəribə gəlirdi. Oysa insanlar bunun fərqində belə deyillər. Tina üçün bütün hislərin tək ifadəsi sözlər, hətta dəqiq desək,möhtəşəm səsi ilə vəhdət təşkil edən nəğmələr idi.
Təbii ki də illərlə əzab çəkən qadının belə bir zülm sonrası  dünyaya normal, sağlam uşaq gətirməsi mümkün deyildi. Tina da anasının çəkdiyi əzabın qurbanı idi. Tina belə düşünürdü ki, onun bəxti yaxşı gətirməyib. Fəqət onun üzündəki gülüş heç bir zaman əskik olmazdı. O, anlamışdı ki, anası üçün bundan artığı əlindən gəlmir.
David Tinanın həyatında özü də bilmədən çox yüksək bir mərtəbəni fəth etmişdi. Bu bədbəxt ailənin həyatına girəndən ilk dəfə Tina birinə ata deyə müraciət etmək istəyirdi, bunu ona heç vaxt deyə bilməsə də, onu atası kimi görürdü.
Tina günəşbatımının dənizdəki əksi qədər gözəl idi. Səma mavisi gözləri, dalğalı qəhvəyi saçları və məsum gülüşü...Əlil arabası heç bir kəsin nə bacarığını, nə də gözəlliyini əlindən ala bilməz... Yanlız iyrənc insanlar bundan sui-istifadə edə bilərlər. Tina da əlil arabasını bədənin bir parçası hesab edən gözəllərdən biri idi.
Maya vəfat etdikdən sonra belə David Tinanı ağlayan görməmişdi. O, hər zaman gülürdü.
"Anam məni ağlayan görmək istəməzdi" deyib pis hiss edən kimi otağına keçərdi. David də onu yanlız buraxardı. Evlərinə gətirdikləri baxıcı Tinanın bütün işlərini görər, gecə də Tinanın yanında qalardı. Tinaya hər zaman " Tanrı səni bəd nəzərlərdən qorusun, mavi boncuğum" deyərdi. Tina da cavabında ona ən sevdiyi mahnını ifa edərdi. Gözəl səsi bütün otaqların divarlarını aşıb Davidə çatanda David Tinanın otağına yaxınlaşıb gizlincə onları izləyirdi.
Bu dəfə başqa cür idi. Bu gün dumanlı və qaranlıq səhər başlamışdı. Baxıcı oğlunun övladının doğum günü münasibəti ilə istəmsizcəsinə də olsa, Tinanın yanından getməli idi. David də arxayın etmişdi ki, bugün işi yoxdur və Tinanın bütün ehtiyaclarını özü qarşılayacaq... Əslində hər şey olduqca normal idi, o lənətə gəlmiş zənglə Davidi təcili işə çağırmasalar, heç nə baş verməyəcəkdi. David Tinaya yemək, su verib onu pəncərinin önündə uzandırdı. Altında hər ehtimal üçün ehtiyacını ödəyə biləcəyi bez də vardı. Çıxanda geri qayıdıb onu alnından öpdü:
" Geri qayıdacam, özü də tez"...

David işdə 3 saatdan çox qalmışdı. Çox narahat idi, artıq "təcili çıxmalıyam" deyib mübahisə edib çıxdı. Onu işi ilə hədələsələr də, vecinə almadı. Sürətlə maşını hərəkətə gətirdi. Döngələr, svetaforlar onun üçün əhəmiyyətini itirmişdi. Küçələrinə daxil olanda çiyinlərindən sanki böyük bir yük götürüldü. Pencərəyə boylandı, amma ordan Tina görsənmirdi....

Tina Davidi gözləyəni bir saat keçirdi ki, televizorun maraqsız telekanallarından bezib gözlərini pəncərəyə tərəf çevirdi. David gələnə oxşamırdı, televizorda da eyni bir kanal müəyyən müddət sonra sıxıcı gəlir. Baxıcı demişkən " Televizor nə üçündür? Bax, belə bütün kanalları çevirmək üçün. Ya heç nə tapmarsan baxmağa, ya da fərqli kanallarda sevdiyin iki film birdən. Sən də reklam arası hər ikisinə baxmağa çalışarsan, vay halına ki, hər iki reklam birdən ola". Tina gülümsədi və musiqi alətinə ehtiyac duymayan möhtəşəm səsi ilə "Brielle Von Hugel The one that got away"  mahnısını oxumağa başladı. Elə içdən oxuyurdu ki, otaqlardan gələn səsləri eşitmədi.
"In another life, I would make you stay" cümləsini bitirdi ki, gözünü gülərək yana çevirdi. Başının üzərində 2 qəribə geyimli içki qoxan gənc dayanmışdı. Tina qışqırmaq istədi, fəqət dərhal arxa tərəfdən bir əl onun ağzını bağladı. Demək ki, 3 nəfər idilər. İçindən iyrənc gülüşlü biri əlini saqqalına aparıb:
- Bizim bugün sadəcə ot qonaqlağımız olmayacaqmış, David bizə belə hədiyyə də qoyub gedib.
Digərləri də elə iyrənc gülürdülər ki, Tina bir anlıq qaytarmaq istədi. Amma uzandığı üçün hər şey boğazından geriyə qayıtdı. Xəyal belə etməyəcəyiniz qədər böyük bir əzabdır. Tərpənə bilməmək, göz görə-görə əlacsızsa gözlərinlə 3 böyük və güclü bədənə qarşı mübarizə aparmaq. Tina bu iyrənc sifətləri sanki ilk dəfə idi görürdü. İçindən düşündü" Həyatda belə insanlar da mı var?". Sanki bugünə qədər qarşısına çıxan insanların heç birinin üzündə bu qədər şərəfsizlik görməmişdi. Yataqda kilidli qalmış bir gənc qızın əlacsızlığından istifadə edəcək qədər insafsız olmaq nə idisə, bunu Tina yaxından izlədi. Keçən 2 saat Tinanın ömründə uşaqlığından sonra ilk və son dəfə ağlayışları idi.

David içəri girərkən kiminsə evə daxil olduğunu dərhal anladı. Amma onu bu maraqlandırmırdı. İndi ən çox içində dua edirdi ki, Tinanın başından bir tük belə əskik olmasın. Fəqət yarı qapalı otağın qapısını tam açması kifayət etdi ki, qorxduğundan daha artığı başına gəlsin.
Tinanın cansız bədəni... Yerdə uzanmışdı... Mələyin qanadları qırılmışdı sanki bu müharibədə. Sanki bu dəfə şər xeyirin üzərində qələbə çalmışdı. David "Tina" deyə qışqırdı. Qızın yataqdan yıxıldığını güman edirdi. Bu oysa ən axrıncı ehtimal idi. Barmağını belə tərpətməyi bacarmayan biri yataqdan necə düşərdi axı? David bir addım yaxınlaşdı. Geri dönmək istəyirdi. O otağı tərk etmək. Saatlar öncəyə geri qayıtmaq. Əlində Tinanın sevdiyi şokoladla geri gəlmək. Tinanın gülüşünü yenidən görmək. David başını çevirdi. Gözündən istəmsizcə yaş tökülürdü. Yumruğunu dişləri arasına alıb sıxdı... Bir iki dəfə otağın qapısına zərbə yetirdi... Sonra isə... Sonra birdən qulağına ümidin səsi gəlmişdi...Tinanın xırıltısı qulağına gələndə üzünü ona tutdu. Cansız deyildi. Hələ də yaşayırdı. David göz yaşlarına qarışan gülümsəməsi ilə: "Tina, qızım, burdayam. Gözlə, səni aparacam, bir dəqiqə mələyim". Əli əsərək Tinaya yaxınlaşdı, onu qucağına necə ala biləcəyini belə unutmuşdu. Sanki qarışısındakı Tina deyildi. Bədəni və paltarları paramparça olmuş qızı qucağına aldı, fərqinə vardı ki, qız qorxudan altını da batırmışdı. Onu hazırda nə insanlar, nə ev, nə də bütün baş verənlər maraqlandırırdı. Tək bir istəyi var idi ki, Tina nəfəs alsın. Tina gözlərini açıb Davidin üzünə baxdı və ilk dəfə ağzından "Ata" sözü çıxdı. David sadəcə donub qaldı. Əlləri boşaldı. Heç nə deyə bilmədi, dərhal özünü toparlayıb qızı maşına qoydu. Alnından öpüb: " Hər şey yaxşı olacaq"-dedi. Tina utanırdı, gözlərini ondan qaçırıb hönkürməyə başladı. David bugünə qədər nə qədər cinayətlərin şahidi olmuşdu, amma heç nə onun qəlbini belə buz parçası kimi kəsmirdi. Buna əhəmiyyət vermədən maşını ən yaxın xəstəxanaya sürdü. Yol boyu duyduğu bu ağlayış illərin əsəri idi sanki. Hər zaman gülən bir məsum qızın içinə atdığı bütün əzabların birdən partlayışı...
Dəqiqələr necə keçdi bilmirdi, Tina susmuşdu. Güzgüdən ona baxdı. Yatmış olduğunu güman edib onu incitmətdən maşından çıxarıb xəstəxanaya əlində girdi. Tibb bacıları və köməkçilər qaçaraq Tinanı xərdəyə uzatdılar. David onları bir dəqiqəlik dayandırıb, diz çöküb Tinanın buza dönmüş əlindən öpdü. Sonra Tina ondan uzaqlaşdı. Əslində bu onların vidalaşması idi. Çünki bir daha Tina heç vaxt gözünü açmadı. O xoşbəxt qız xəyallarda sadəcə paramparça bir xatirə olaraq qaldı. Həkim Tinanın həm bədəndəki zərbələrə, həm də psixoloji təzyiqə qarşı mübarizə apara bilməyib ürəyinin partladığını bildirdi. Əslində sonda bir şeyi də əlavə etdi: " Bu qədər vəhşiliyi belə gənc qıza edənlər cəzasını mütləq alacaqlar". Adətən həkimlər artıq heç nə danışmazlar, amma hamı Davidin kim olduğunu bilirdi. Tinanın onun yaxını olduğu ağıllarına belə gəlməmişdi. Davidin belə bir cinayəti cavabsız qoymayacağını bilirdilər. Elə bu zavallı qızı da xilas etməyə çalışdığını zənn etmişdilər. Bu sözlər onun qulaqlarında cınqıldayırdı. Dizləri üstündə çöküb başını yerə qoydu. Sonra başını soyuq yerə bir neçə dəfə çırpıb özünü məzəmmət etdi " Lənətə gəl, David. Lənətə"....

Üstündən bir il keçsə belə bu səhnələr hər dəfə onun gözləri önündə canlananda sanki indi hamısını yaşayırdı. Hətta daha artığını. Bu dəfə Tinanın yaşadıqlarını hiss edə bilirdi sanki.
Məhlədəki narkotik bağımlılarına ürəyinə görə dərsi verə bilməmişdi. Bu işə polis qarışıb hər şeyi özləri həll etməyə, Davidi isə bundan uzaq tutmağa çalışırdılar. Əslində bunu həm onun kariyerasına, həm də emosional davranıb qanuna uyğun davranmamasına görə edirdilər.
David isə hər şeydə işini günahlandırıb ərizəsini yazdı və çıxdı. Bir il sonra onu məcburən geri qaytara bilmişdilər. Ən çox da " Tinanın başına gələnlərdən digərlərini qorumaq üçün geri gəlməlisən" cümləsi onu yenidən başlamağa vadar etmişdi. Bu cümlə indi də onun beynində fırlanırdı.
Saatın neçə olmasından asılı olmayaraq Hilaraya sabah görüşmək istədiyi ilə bağlı mesaj yazıb yatağından qalxdı. Eyvanda ona baxan aya üzünü tutub səssizcə onu izlədi...

Məktublardakı fısıltıHikayelerin yaşadığı yer. Şimdi keşfedin