Vida

8 0 0
                                    

David həyətdə siqaret çəkirdi. Saqqalı uzanmışdı. Arasında bəyaz tüklər də var idi. Amma yaşına rəğmən kifayət qədər xarizmatik görsənirdi.
Gözləri uzaqdan yaxın bir üz sezirdi. Maşın ona doğru yaxınlaşdı. İçindən düşən tanış üz idi.
-Salam yoxdur, Dave?
-Xoş gördük. (Bir iki addım daha yaxınlaşıb)
-Vidalaşmağa gəlmişəm. Bu şəhərdən gedirəm. Axır ki valideynlərimin qərarını dəstəklədim.
-Adına sevindim.
-Buranı mənə sevdirən insanlar çox idi. Amma indi heç kəs və ya heç nə yoxdur. Biri var sadəcə.
-Aleks?
-Xeyr. Alekslə danışdım. Ona əsəbi deyiləm. Sadəcə daha heç nə əvvəlki kimi olmayacaq dedim.
-Əlaqə saxlayacaqsız hər halda.
-Xeyr. Məndən onunla qalmağımı istədi. Ona heç adımı belə eşitməyəcəyini dedim. Sanki heç varolmamışam mən.
-Niyə belə sərt?
-Yumuşaq, saf qızların başına nə gəldiyini gördün.
David siqareti dodaqları arasına apardı.
-Görmədim deməyi çox istərdim.
-Elə mən də. Amma belə sərt olduğuma da üzülmürəm. Ən azından gözləmədiklərini edirəm. Ən azından kimsə mənim nə edəcəyimi daha proqnozlaşdıra bilmir. Həm bir də... Bir də çox yaxşı öyrəndim ki, insanlar məni sevirmiş, məni əldə etmək istəyirmiş kimi davranırlar. Bəziləri dost olmaq istəyirmiş, bəziləri həyatımda yer almaq istəyirmiş. Amma hamısı yalandı. Çünki onları başqaları ilə gülən və halından məmnun, dilində isə yalandan adımı sayıqlayan görürəm. Elə belələrinə həyatımda yer verməsəm yaxşıdır. Bir ömür "bəlkə o olsaydı" düşünsünlər artıq. Onun yanlarında olarkən verə biləcəyi hər şeyi itirdiklərini düşünsünlər ( gülümsəyib). Aleks böyüyüb yaraşıqlı oğlan olsa da, ağıllana bilməyib. 4 ilki Aleks daha ağıllı idi. İndi onlar məni itirdiklərinə üzülsünlər, mən daha etdiklərimə peşman olmayacam. Bu arada) sənin yoluna davam etmək istəyirəm. Artıq diplomumu almağıma da az qalıb.

Hilara maşının baqajına doğru addımladı, böyük bir portret çıxardıb örtüyü üstündən atdı.
Bu portret qarşısında David siqarəti yenidən dodaqları arasına alıb baş barmağı ilə də gözlərini sildi.
-Mənim sağ qalmağım üçün onları pis xatırlamağım lazım idi. Sənin isə yaxşı. Tinanın hər zaman güldüyünü demişdin. Amma ondan bəhs edərkən sən gülmürsən, Dave. Onun gülüşlü yox, acılı anlarını xatırlayırsan. Və bu ona haqsızlıqdır.
Davidi qucaqlayıb portretə baxdı onun çiynində başını saxlayaraq.
- Bax, necə gözəl gülür Tina. Gözlərinin içi belə gülür.
-Çox sağ ol.
-Bu arada boyunbağın hər zaman üstümdə olacaq, Dave. O gün mənə əsəbiləşdin bilirəm. Elə mən də əsəbi idim. Amma daha o qız deyiləm. Bu mənim həyatımı dəyişdi. Burda mənim sevdiyim bir insan qalır demişdim bayaq. O insan sənsən. Amma sənin üçün də yer önəmi olmadığını anlamışam çoxdan. Harda oluramsa olum sən hər zaman yanındaymışsan kimi hiss edəcəm. Məni unutma.

Bir dəfə də möhkəm qucaqlayıb maşına qaçdı. David uzaqlaşan maşının arxasında əl yelləyirdi, siqareti barmaqları arasında tüstüləyir, Tinası isə şəkildən ona gülümsəyirdi.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Sep 29, 2020 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Məktublardakı fısıltıHikayelerin yaşadığı yer. Şimdi keşfedin