Cavabsız

7 0 0
                                    

İnsanlar əslində içdən nə qədər əzab çəkir, nə qədər ağlayır. İnsanlar bu fani dünya adlı fiqurun çox kiçik bir hissəsində, kiçik bir beynin əsiri olmaqla yanaşı, nə qədər iyrənc planların qurbanı olurlar. Bu planlar bəzən paxıllıq bəzən də digər səbəblərdən dolayı olur.
Aha, paxıllıq. Latınca tərcümədə özündə olmayan, fəqət digərlərində olan qazanca, uğura möhtac olduğu üçün, bunu digərlərindən almaq və ya onları da bütün bunlardan məhrum etmək istəyi paxıllıq adlanır. Bəzilərinə görə doğru, bəzilərinə görə yanlış olan hadisələr bir çox ailənin gülüşünü üzündən silir. Gec və ya tez ədalət yerini tapsa da, insanların o anki qırılmış hislərini kimsə bərpa edə bilmir. Bütün bunlar həyatımızdan nəyisə alır gedir və biz arxasından baxmağa belə cürət etmirik. Yerə çırpılıb başını aşağı əyib ağlayırıq sadəcə, onun arxasından getməyə cürətimiz olmadığından. Cəsarət deyirlər, qələbənin yarısı imiş. Qorxularınla üz-üzə dayanmaq bəlkə də ən böyük qalibiyyətin olacaqdı, amma sən dörd divarın daxilindəki azadlığından belə imtina edib özünü qəfəsə həbs edirsən. Sən, ey saf və dövranın anlaşılmayan bəndəsi, öz zəhmətinlə qazandığın hər bir damlanın, tökdüyün tərin arxasında dura bilmədiyindən içdən-içdən yanırsan. Sənin olan gözlərini mənim deyə alsalar, olmaz deyərsən bəlkə də, gözlərinin, bədənin hər bir hüceyrəsinin zəhmətinə sahib çıxmadan isə qurdların ortasına yem olursan.
Kaş bəzi saf insanlar canavar doğulsaydılar da, həyat onları bu qədər dəyişməsə idi. Kaş o saf insanlar zərbələri yedikdən sonra qisas üçün qalxmasa, elə əvvəldən sıravi qurd ailəsinin üzvü olsaydılar. Fəqət kaşlar həqiqəti dəyişmir. Tək dəyişən hələ də əlimizdə olanlardır.
Gözümün önünə gələn səhnələri təsvir etmək belə gəlmir içimdən. Sən bir az düşün acizlik nədir, zənnincə?
Müharibə ortasında gözləri önündə ana, atası öldürülən bir körpənin onlara yalvarışlarımı?
Valideynin ona doğru qaçmağa çalışan körpəsinə yardım edə bilməyib ağlayaraq can verməsimi?
Ya illərdir günahsızam deyib inandıra bilmədiyi həqiqətinə yalan deyə inanmaya başlayan günahsız bir dustağın ömrünün sonuna yaxın günahsız olduğunun təsdiqimi?
Ya ölümündə belə günahkar olaraq tanınan təqsirsizin sızlayan ürəyi və axan göz yaşları?
Nə qədər uzada bilərik bunu? Nə qədər? Ədalət dediyimiz sadə bir ifadədir artıq insanlar üçün. Bacarıq hər zaman hər şəyə üstün gəlir deyə düşünürlər. Fəqət həyat psixoloji bir oyundan başqa heç nə deyil.
Hilara düşünürdü ki, David ona cavab verməyəcək. Həm o, insanların düşündüyü qədər də zəkalı biri deyil. Sadəcə Hilaranın son ümid yeri idi. Təhqir etməsinə rəğmən iş yerinə qədər getdiyi və bütün bunları ilk dəfə dilinə gətirə bildiyi ilk şəxs. Uzaq olsa da, bu qədər yaxın olan David, Hilara üçün bir dayaq hesab olunurdu, fəqət bu doğrudan da elə idi mi?
David yaşanan bıçaqlanma məsələsinin üzərində işləyirdi. Yolun ortasına gözləri və ağzından bıçaqlanaraq atılan yeniyetmə oğlanın nəhayət ki şəxsiyyəti aşkarlanmışdı. Yeniyetmə aldığı zərbələrdən dolayı nə danışa bilir, nə də görürdü. Sadəcə tək hiss etdiyimiz içdən-içdən ağlaması idi. David evdə qəzəbli halda gəzirdi.
-Hər şey gördüm də, insanların bir insanın ağlamaq imkanına da göz tikdiyinə inana bilmirəm. Bir insana qarşı nədən idi bu nifrət.

David bugün yeniyetmə ilə o qədər məşğul idi ki, Hilaranı xatırlamırdı belə.
Duşda bir az sakitləşəcəyini düşünürdü. İsti buxar hər tərəfi bürümüşdü, Davidin gözündə isə hələ də o aciz gəncin üz ifadəsi var idi. David ona yardım edə bilmirdi, bundan sonrakılara da əslində. Elə bunu düşünən zaman Hilara yadına düşdü. O da gənc bir qız idi. Çox ürkək baxırdı. Bəlkə də yalan demirdi. İsti suyu birdən soyuğa çevirdi. Soyuq duş onu özünə gətirdiyi üçün artıq işinə davam edə bilərdi.
İçəri addımlayıb məktubları oxumağa başladı, bir, iki, üç...
Belə bir qısa mətnləri oxumaq onun çox vaxtını almadı. Məzmunu dərk edib. Dərin bir ah çəkdi.
-Bu ki uşaq oyunudur. Amma ən azından rahat yata biləcəyəm.
Əli ilə alnını ovuşdura-ovuşdura yatağına keçdi. Sevimli örtüyünü başına çəkib, şirin yuxu xəyallarını qurdu. Hər gözünü yumanda qarşısına çıxan o məsum və acı çəkən sifətlər artıq o qədər də qeyri-adi gəlmirdi.
Gözləri xəfifcə yumulur, qəhvəyi tonlarında olan qısa saçları alnının üzərinə düşürdü. Nəfəs alış-verişi sakitləşmiş, yuxusu xəfifcə qapısına dayanmışdı....

Məktublardakı fısıltıHikayelerin yaşadığı yer. Şimdi keşfedin