Şübhələr

7 0 0
                                    

-Cənab, başqa heç nə demir, elə səhərdən eyni şeyləri təkrar edir.
-Bir az sıxsaydınız siz də
-Əlimizdən gələni etdik. Məktublardan xəbəri olmadığını, hər şeyin bir tələ olduğunu təkrar edir.
-Yaxşı bəs onu buna kim məcbur edib?
-Üzünü görməyib.
-Bu axmaqlıqdır.
David əsəbi halda yan otağa keçdi. Yumruğunu möhkəm bir şəkildə stola vurub Danielə üzünü çevirdi.
-Deməli, xəbərin yoxdu hə?
-Xeyr, daha neçə dəfə təkrar edim? Sizi oyuna gətiriblər. Siz polislər, nə qədər zəif imişsiz.
-Çərənləmə! Xəbərin yoxmuş, tamam. Yoldan keçən maskalı biri sənə götürüb məktub verib. Sənə deyib ki, apar bunu sevdiyin qızın evinə. Sən də qeyrətinin hansı səviyyəsinə arxalandığın  bəlli olmadan gətirmisən bunu onun poçt qutusuna?  Elə?
-Tam elə deyil.
-Sən məni, ya da burdakıları axmaq yerinə qoyursan?
-Sizə dedim axı, üzünü görmədim. Buralarda gəzirəm. Hilaranı hər zaman görmək üçün bura gəlirəm. Sinqapura heç gətməmişəm. Amma bunu Hilara bilmir. Ailəmdə olan problemləri ona deməkdən qaçırdım və sadəcə hər gün onu gizli-gizli izləyirdim. O lənətə gəlmişi də burada gördüm. Mənə məktub gətirdiyini və tələsdiyini dedi. Daha doğrusu, doğruluq cəsarət oyununda uduzduğu üçün bu geyimdə evlərin birinə məktub atmalı olduğunu dedi. Xahiş etdi ki, məktubu poçt qutusuna atım. Nə baş verdiyini həqiqətən də bilmirəm. Hələ də anlamıram. Onun niyə belə dediyini də anlamıram. Yəni doğrusunu desəm, Hilaradan Sinqapura heç getmədiyimlə bağlı hər şeyi gizlətmişəm. Atam haqqında, təhsilim haqqında. Amma mən onun buna belə reaksiya verəcəyini də gözləmirəm. O məktubdə nə var bilmirəm heç.
-Maska niyə taxmısan?
-Ona məktubu özü aparsın dedim. Üzümü görmələrini istəsəydim niyə uzaqdan izləyirdim ki?
- Ya o nə dedi? Maska verdi?
-Bəli. Cibindən bir maska daha çıxardı.
-Tələsən biri səninlə bu qədər söhbət edib. Hər ehtimal üstündə sənin üçün maska da daşıyıb? Sən bizi axmaq sayırsan?
-Eyni şeyi nə qədər təkrar edim, hə? Mən özümdə deyiləm zatən. Ailəm, atam, Hilara. Bu mənim üçün ona daha yaxın olmaq fürsəti idi.
-Onu təhlükəyə atdığını düşünmürdün heç? Yəni, bu qədər ağılsız birisən? Al bax bu məktuba.
-(Məktubu oxuyub) Nə? Hilara buna görə belə əsəbidir? Bu ki hər hansı bir evə yox, elə sırf Hilaraya göndərilib.
-İndi sənin bundan xəbərin yoxdur deyirsən?
-Mənə inanmadığınız təqdirdə suallar niyə verirsiz?
-Sabaha qədər bu otaqda qalarsan və ağıllanarsan. Sualına da cavab taparsan.
-Mən düz deyirəm.
David otağın qapısını Danielin üzünə çırpdı. Polislərə Hilaranın evinin yanında olan bütün təhlükəsizlik kameralarının bir neçə həftəyə olan video çarxlarını tapıb gətirməyi bildirdi. Məktubu götürüb masa üstü lapanı yandırdı və oxumağa başladı.
"Yalanlar... Tələlər...Hilaram...Sən də bədbəxt imişsən...Hələ təzə başlayırıq"
David ilk əvvəllərdən də Danieldən şübhələnmişdi, fəqət bütün araşdırmalarında nəyisə gözdən qaçırdığını düşünürdü. Nədənsə içindəki səs hələ bunun son olmadığını deyirdi. Danielin vəziyyətini təqdiq etmişdi, atasının ruhi vəziyyəti, təhsil almaq üçün heç yerə getməməsi və digər faktları ortaya çıxarsa da, hələ də nəyinsə qaldığına əmin idi. Geriyə nə qalırsa qalsın, Danielə güvənmirdi...
...
Səhərin verdiyi rahatlıq hər kəsi xoşbəxt edə bilmir. Bəziləri bəzən gecənin qaranlığına o qədər batır ki, üzünə düşən hər bir günəş şüası iti bir bıçaq qədər əzab verir.
David qəhvəsini paltarlarını geyinə-geyinə içib güzgünün üstündən asdığı ceviz boyunbağı götürdü. Maşını işə salıb bir siqarət yandırdı.
Mahnıları çevirirdi. Birdən "İrresponsible -İn this T-shirt" səsləndi. David əlini saxlayıb dar küçələrlə siqaretini tüstülədə-tüstülədə hərəkət edirdi və güzgüdən baxan Tinanın gözlərini görürdü.
Hilaranın məhələsində maşını saxlasa da, maşından bir neçə dəqiqə düşmədi. Əli ilə başı üzərində daşıdığı şəkili çıxarıb baş barmağını bu 3:4 olan şəkil üzərində gəzdirdi. Tina indi ona Mayadan da dəyərli idi. Şəkli yerinə qoyub maşından endi. Fəqət... Fəqət Hilara onu qabaqlamışdı. Əlində bir yığın şeylə həyətə çıxdı. Arxasından anası və atası. Qızın indi zombidən fərqi yox idi. Gözlərinin altı qırmızı, üzündə tək bir hərəkət, cizgi yox idi. Boşluq. Boşluq və yenə də boşluq.
-Dayan, qızım, nolar, dayan.
-Yandırıram, bax, ana... Görürsən... Bu bərabər şəklimiz.... Bu doğum günü hədiyyəm... Bu bərabər ilk səyahətimiz... Bu ilk baş-başa getdiyimiz filmdə aldığı hədiyyə... Bu xəyallarımız... Bax, ana, bax... Yandı hər şey...
Hilaranın əlini zədələyəcəyini düşünən Sara qızının üstünə qaçıb onu qucaqladı. Hilara isə onun qolları arasında çırpınaraq hələ də küçənin ortasında əşyaları yandırmaqla məşğul idi. Bu kifayət qədər aydın idi ki, o gecə bu evdə yuxu qonaq olmamışdı.
-Hilara!
Qız bir anlıq ata və anasının səsindən fərqlənən bu səsi tanıya bilmədi.
-Gəl, səni bir yerə götürəcəm
-Onu hara aparırsız? Buna icazə vermirəm. Başa düşürsüz, onu məndən ala bilmərsiz.
-Sara xanım, icazə verin.
Hilara hələ də yanan əşyalara baxırdı. Sanki eşitmir, eşitmək də istəmirdi. Bu vəziyyəti görən atası əlini Saranın çiyninə qoyub üzü ilə Davidə icazə verməsinə işarə etdi. Deyəsən, Davidin kim olduğunu televiziyadan da eşitdiyini xatırlamışdı.

David yanan əşyalara baxan, bədəni səhərin soyuğundan maviyə çalar bir rəng almış qızı maşına doğru apardı. Qapını açıb onu əyləşdirdi. Geri qayıdıb üstünə bir cemper götürmək istəyirdi ki, anası əlində çoxdan qapıda dayanmışdı.
-Ona yaxşı baxın. Üşüməsin
David soyuq bir gülümsəmə ilə başı ilə tamam dedi.
Yola gözünü zilləmiş Hilara üzünü Davidə çevirmədən soruşdu.
-Səbəbini demədi ?
-Yox...
-.. Qız yenə də tərpənmədən pəncərəyə baxırdı.
-Bunu etmədiyini iddia edirdi əslində
-(Güldü) Yalançı... Nə gözəl də adət edib yalanı.... Əslində...(üzünü nəhayət ki Davidə çevirib)...əslində, həyatını belə böyük yalanla yaşayan adamdan belə bir xırda yalanı gözləmək olardı düzdü?
-...( David qızın üzündəki yorğunluqdan donmuşdu sanki. Cavab verməkdən imtina edərək üzünü yola çevirdi)

Pozulmuş sükut bərpa olundu tezliklə. Yollar, binalar, küçələr. Nəhayət ki, maşın sərt qayalarla əhatə olunmuş bir sahilin yanında dayandı.
-Maşından enə bilərsən
-Bunu etmək istəmirəm.
-Sənə bir şey deməliyəm.
Hilara qapını açıb maşından endi. Davidin üzünə baxmadan sahilə tərəf yeridi. David də onu müşayiət edirdi. Sərt bir qayanın üzərində oturub dənizə baxdılar. Bəzən xoşbəxt, bəzən kədərli görünən dənizə. Dalğalarını qayalara vurub sanki danışmaq istəyən dənizə.
-Sanki dəniz də bezib
-Nədən?
-İnsanların dərdindən... Onların bura gəlib dənizə bağırmasından... Əllərindəki üzükləri, məktubları, dəyərli əşyalarını dənizə fırlatmasından....
-Nə günahım varmı deyə düşünür səncə?
-Bəli, eynən mənim kimi. Nə günahım var deyir. İnsanların məndə sakitləşməyə yox, üstümə bağırmağa gəlməsində nə günahım var deyir. Danışmaq istəyir bax. Onun ləpələri bu qayalara illərlə vura-vura formasını dəyişdirir.
-Ya qayaların nə günahı var?
-.....(Biraz duruxub)...Hər kəs birindən çıxar intiqamını.
Hilaranın bu cavabı əslində Davidin ağlına ideya gətirmişdi. Amma bura gəlmə səbəbi başqaydı. Cibindən ceviz boyunbağı çıxardı və ovucu arasında sıxaraq danışmağa başladı.
-Mənim bir mələyim vardı. Qəlbimi qısa zamanda fəth edən, məni tez də tərk edən mələyim. Bilirəm, bilirəm, heç professional deyil sənə həyatımdan bəhs etməyim, amma bu mənim borcumdu deyə hesab edirəm. Sən mənim qızıma bənzəmirsən, amma mən səndə onun ətrini duyuram. Səndə onun qoxusu var, onun gözlərindəki o baxış var. Bəlkə həyatda çoxunda var bu ifadə, amma məni həyat sənlə qarşılaşdırdı. Qızım, mənim sevdiyim qadının xatirəsi. Mənim üçün ilk öncə heç kim idi, indi isə hər şey. (üzünü Hilaraya tutub) Səni yormuram?
Hilara başını tərpətdi. Bu yox demək idi.
-Mən balaca olanda anam bizə cevizdən boyunbağ düzəldərdi və buna baxıb güclü olun deyərdi. Səni parçalamaq bu qədər çətin olsun deyə. İçindəkini hər kəs bilmək üçün bu qədər çabalasın deyə. Əslində bu boyunbağ sadəcə güc verirdi. Başqa bir özəlliyi yox idi. Bir gün gücsüz bədənimlə oğlanlarla davaya girdim. Döyülmüşdüm, amma hər dəfəsində ayağa qalxıb döyməyə də güc tapırdım. Hamısı bir boyunbağ sayəsində. Həyatda bəzən xırda bir şey böyük cəsarət mənbəyi olur.
Böyüdüm və anamın boyunbağını daha da təkmilləşdirdim. Fəqət qızıma bunu vermək ağlımın ucundan belə keçmədi.
-Niyə?
-Ehtiyacı yoxdu sanmışdım. Onu mən qoruyurdum, o isə evdən çölə çıxmazkən buna ehtiyac yox idi. Amma... Amma yanıldım. Həyata yeni başlayıb işimdən sonunda ona da vaxt ayırıb müalicəsinə başlayacaqdıq. Amma gecikdim...Bu boyunbağ onda olsaydı bəlkə, bəlkə başqa cür olacaqdı. Onu parça-parça yerdən götürəndə buna, hətta bundan daha artığına ehtiyacı olduğunu anladım.
-Üzr istəyirəm, şəxsi suala keçdim.
-Lüzum yoxdur. Üzr istəməli mənəm əslində. Sənə öz həyatımdan danışıram.
Bu boyunbağı sənə verə bilərəm? Çox xahiş edirəm?
-Niyə?
-Sən harda olursan ol, başına nəsə gəlsə, mən sənə bu boyunbağ qədər yaxın olacam. Qızıma edə bilmədim. Sənə etmək istəyirəm, xahiş edirəm.
(Hilara boyunbağı götürdü)
-Təşəkkür edirəm.

Məktublardakı fısıltıHikayelerin yaşadığı yer. Şimdi keşfedin