İlk qətl

10 1 0
                                    

Biz adətən Bazar ertələrini sevmərik deyilmi? Həftə sonları dincələn insanlar səhər oyanmağı istəməz heç. Bugünə qədər söhbət açdığım insanların çoxu bunu deyib. Düzdür, həftə sonu bilməyən insanlar üçün bu çox da fərq etməz. Yorğunluğu dadan adam üçün nə təqvimdəki qırmızı dairə, nə də günlərin adı maraqlı olmaz.
Fəqət evində oturduğun bir anda bir günə nifrət etmək necə? Hər gün ona gələn günləri saymaq? Vaxtın donması üçün gecələrlə dua etmək.
Çərşənbə günənə qədər olan müddət sanki zülmət bir məzarda diri bir insanın günlərlə kömək gözləməsi kimi keçirdi.
Fərqinə varmadığımız hadisələr baş verir bəzən. Elə kiçik detallar olur ki, bəzən biz dünyadan gedirik və ruhumuz belə duymur baş verənləri. Sual olunur bəzən, niyə də bilək ki?
Əslində sualın cavabı çox sadədir.
-Dəyişmək üçün.
Nələrisə bu həyatda dəyişə bilmək üçün o xırda detalların fərqinə varmaq lazımdır. Bəlkə də ən böyük fəlakətlər sənin o balaca kibrit çöpünü ortadan qaldırmamağınla başlar...
Günləri saymaqla deyəsən onu daha da yaxınlaşdırmışdı. Bugün özünə söz vermişdi. Daha o lənətə gəlmiş qutuları yoxlamayacaqdı. Zatən manyakcık da daha məktubları gizlətməkdən imtina etmişdi.
-Bugün sonunda gözümü rahat yuma biləcəm. İnsanlar bəzən özləri öz sonunu yazır. Mən onlar qədər kor olacağımı düşünmürəm.
Hilara mətbəxə keçdi. Əlində geri gələrkən almış olduğu meyvə torbası vardı. Torbanı masanın üzərinə qoyub anasına yaxınlaşdı. Yanağından öpdü.
-Hilara!
-Nə?)
-Qorxutdun məni, mənim dəcəl qızım!
-Oh, ma! MƏN? Mənim kimi mələk kimi qız?
-Bu nədir?
-Supriz! Mətbəxi bir neçə saatlıq kirayə götürürəm, heç nə ödəməyəcəm, amma indidən deyim!
-Sən və mətbəx?
Anası gülməyə başladı. Hilara yaxınlaşıb alnından öpdü.
-Bu evin hər küncü sənin qızım. Təki sən hər zaman belə qal.
Əlini qurulayıb uzaqlaşdı. Hilara təxmini 3 saat mətbəxdə fırlandıqdan sonra ortaya nəsə çıxara bilmişdi. Elə atası da işdən yorğun qayıtmışdı. Yeməklərini yedikdən sonra növbə Hilaranın surprizində idi. Hilara əlində meyvəli tortla qonaq otağına daxil oldu.
-Ouu, nələr görürəm? Kiminsə ad günüdü? Qaçırmışam?
-Yox əzizim, bugün hansısa tərəfimizdən durmuşuq bilmirəm. Amma deyəsən illərlə o tərəfdən oyanmırıq.
Atası və anası zarafat etməyə başladı.
-Bax inciyirəm, sizə əllərimlə tort hazırlamışam və siz də belə zarafat edirsiz?
-Oh, əzizim, bu xoşbəxtliyimizdəndir qınama!
Bugün yaranan xoşbəxt ailə tablosu əslində Hilaraya bir işarə idi. Biz günləri ən sevimli günümüz edə bilərik əslində. Hətta ən kədərli də. Bunun tarixlə, saatla heç bir əlaqəsi yoxdur. Hamısı yanlız bir yerdən gəlir. O da beynimiz.
Televizorda gülməli bir şouya baxdıqdan sonra Hilara otağa keçməyə qərar verdi. Bugün yuxu dərmanları içməməkdə qərarlı idi. Bunu tərgitməli idi. Normal həyata qayıtmalı idi.
Sevimli pijamalarını geyinib qulaqcıqlarını taxdı. Saat 1-ə işləyirdi. Nədənsə yuxusu gəldiyi üçün qulaqcıqları kənara qoyub yatmağa qərar verdi. Gözlərini yumub üzündə razı bir ifadə ilə yuxuya getdi.

Saçları açıq idi və yastığın üzərini örtmüşdü. Sonuncu işıqlar sönmüşdü. Qəsəbə yatmışdı sanki. Otağı ayın sakitlik verən parıltısı aydınlatdı. Hilaranın gözləri qırpınırdı sanki. Yatağda bir sağa bir sola döndü. Nəhayət gözlərini açdı. Sağına döndü və elə ordaca donub qaldı. Yorğanını başına çəkdi. Fəqət səs dayanmırdı. Zəif gəlirdi, fəqət dayanmırdı. Problem onda idi ki, bu səsi ondan başqa heç kəs eşitməyəcəkdi.
Nəhayət yorğanı kənara çəkdi. İşığı yandırsa, bəlkə pərdənin arxasında görünən siluet yoxa çıxacaqdı, amma o, bunu etmədi. Pəncərəyə yaxınlaşdı və pərdəni açdı.
-Bu, bu ki!
Hilara arxaya yıxıldı. Məktubu əlində tutan şəxs qaçaraq yoxa çıxdı. Hilara əlləri ilə gözlərini ovuşdurdu. Nə arxasından qaça bildi, nə səslənə, nə də ayağa qalxa. Yerindəcə donub qaldı. Başını dizlərinə qoyub ağlamağa başladı.
-Mən nə etmişəm! Axı nə? Hər həftə məni ziyarət edən lənətə gəlmiş biri və onun məktubları. Bu ki, bu ki, lənətə gəlsin! Bu adam mənlə o gecə rəqs etmişdi! Bu geyimdə, hələ qolundakı tatoo da yadımdadı. Lənətə gəlsin hər şey!
Hilara qərar vermişdi, məktubu götürüb oxumayacaqdı. O, oynamaq istəyirdi, Hilara isə ona istədiyini vermək istəmirdi. Yatağına doğru addımlayırdı, amma ağlına batan bir məsələ onu geri apardı. Pəncərəni açıb məktubu götürdü.
-Ya yenə gəlsə, bu manyak, heç nədən qorxmur!
Məktubu alıb oxumağa başladı. Üz qabığında belə yazılmışdı.
-Bir daha o qutunu bizi diqqətdən kənar qoyduğun kimi kənar buraxma, məni otağına qədər gətirmə!
-Lənətə gələsən, manyak! Məktubları artıq oxumayacağımı bilir. Hər hərəkətimi izləyir.
Hilara məktubun içini oxumağa başladı. Hər cümlədə gözləri dəhşətə gəlirdi sanki.
" Söz verdiyim kimi, Gözəlim. Qırmızı T-Shirt. Bax, o artıq gözlərini əbədi olaraq yumdu. Görəsən növbə kimdədir? Sən bunu təxmin edəcək qədər ağıllı qızsan! Yoxsa elə deyil? Aaa, tam əksi olsa. Nç, nç. bax onda necə peşman olaram ki, sənlə oynayıram!"

Hilara bir anlıq özünü itirib möhkəm səslə:
-peşman ol, peşmanlıqda öl. Nə vecimə!
Sonra əli ilə ağzını tutub bir iki dəqiqə gözlədi. Səs gəlmirdi, şükür ki, heç kəs oyanmamışdı.
Məktubda bir qəzet parçası da vardı və bu qəzet parçasında Mahmudun yaxınlıqdakı parkların birində ölü tapıldığı yazılırdı. Hilara sadəcə donmuşdu. Mahmud onun şübhələndiyi gənc idi, fəqət əslində sadəcə sıradaki qurban.
Artıq məsələ ciddiləşmişdi və Hilara əsməyə başlamışdı. Yatağına uzandı, yorğanı boynuna qədər çəkdi. İsti bir yataq onu özünə gətirə bilməmişdi. Bədəni əsirdi. Dişləri bir birinə dəyirdi. O gün oxuduğu cümlələr beynindən çıxmırdı
" Görəsən, görəsən, kimsə həqiqətən mənim nə çəkdiyimi hiss edir? Görəsən, biri həqiqətən məni itirməkdən qorxur?"
Gözlərini bağladı və hər iki gözündən iki damla yastığa süzüldü. Gözləri önündə: Mahmud, işıq, rəqs və gülüş vardı....

Məktublardakı fısıltıHikayelerin yaşadığı yer. Şimdi keşfedin