Qurtar məni

14 0 0
                                    

Bugün qulaqcılarında kədərli mahnı oxumurdu. Qorxudan gözləri formasını dəyişmiş ola bilərdi, fəqət cismən cəsarətli olmağa çalışırdı. Bacarmırdı demək də yanlış olardı. Bəyaz paltarı ona çox yaraşırdı. Bəyaz qu quşuna bənzəyirdi. Qu quşunu bu qədər incidən olmuşdu görəsən?
Sevdiyi insanlardan ayrı düşmüşdü görəsən? Hər gecə yuxuya gedərkən otaq üstünə gəlirdimi görəsən? Ya sevdiyi doğma ev özgələşmişdimi bir gecə içində ona?

Yaxınlıqda müxtəlif paltarlarda gənclər növbələrini gözləyirdilər. Sonunda bugün neçə müddətdir çalışdığı rəqsini nümayiş etdirə biləcəkdi. Yenə də yanlızdı. Baxmayaraq ki, evdəkilər gəlməmişdilər, ona ən uğurlu hesab etdikləri əşyaları verib xeyir-dua ilə yola salmışdılar. Uşaqlarla görüşdükdən sonra yerinə keçdi. Rəqsləri izləyir, növbəsini gözləyirdi. Bir saata yaxın keçən zamanın sonunda öz adını eşitmişdi. Səhnəyə qaçaraq enirdi bir növ. Səhnə dediyimiz, böyük meydançanın ortası sayılırdı.
Bu performansı nostalji yaratmalı idi. Ona görə də seçdiyi musiqi günümüzlə uymurdu.
1993-lərin rəqs meydançalarının ən sevimli parçası "What is Love" Haddaway ilə birlikdə bəyaz donlu qəhramanımız səhnədə görünməyə başladı. Hər kəsin daha yavaş tonlarda gözlədiyi performans başqa cür idi. İndi hər kəs gözlərini açıb ona baxırdı. Bədənin hər bir hissəciyi rəqs edirdi sanki. Bu rəqslə sənətin birləşdiyi yer idi. Ən sonuncu hissəni göstərməli idi. Havada iki dəfə dönüb yenə yerdəki hərəkəti davam edəcəkdi ki, bir ayağı digərinə toqqaşdı və gözləri qapandı. Bu o demək idi ki, gözəlim perfonmasa əlvida...
İçindəki səs yalvarırdı sanki, nə olar bugün yox. Bugün yox, yalvarıram. Ən azı bugün tək qoyma məni. Düşməyimə icazə vermə. Yanlız başıma çalışdığım bütün bunları bir addımda məhv etmə. Qurtar məni. Xilas et. Tut əlimdən....
Haddaway- Baby, don't hurt me dediyi o hissədə, yerdə daşları hiss etməli olduğu tam o anda, belində əl hiss etdi. Bu əl onu düşməyə qoymamışdı. Onu səhnəyə fırladıb, bərabər təkrarlamağa başladı. Budur, məhv olmuş rəqs möhtəşəm partnyorun qatılmağı ilə əfsanəyə çevrilmişdi. Şokda idi. Çünki belə hadisələr yanlız film və kitablarda baş verə bilərdi. Və ən əsası da, Hilara bunun başına gəlməsi mümkün ola biləcək son insan idi. Çünki uğur onun qapısını döyməyi çox zaman unudurdu.
Gözləri belə görsənməyən bu yad, ona çox doğma gəlmişdi. Həyatının ən dəyərli parçasını ona geri gətirmişdi sanki.
Üzünə bağladığı o qara parçanın altından hiss edilən dodaqları Hilarının qulaqlarına yaxınlaşdı.
- Bugün yox!
Tanış bir səs, yad bir bədən, qəribə bir situasiya.
Hilara bilirdi ki, belə bir rəqsi yanlız bir partnyorla həyata keçirə bilərdi. O isə çox uzaqlarda idi...

Məktublardakı fısıltıHikayelerin yaşadığı yer. Şimdi keşfedin