Kədərin gizli qapıları

6 1 0
                                    

Bəzən sosial platformalar müəyyən insanlar üçün təsəlli rolunu oynayır, bəziləri üçün həyatının dəhşəti. Hər gün rəqəmsallaşan bir dünya demək olar ki, əksər insanların internətə və sosial şəbəkəyə çıxışını mümkün edir. Əzab, kədər, qüssə... Bu kimi anlayışlar insan həyatında hər zaman mövcud olmuşdur. Bunu nə yeni bir icad, nə də yeni tip insan gətirə bilər. Sadəcə forma, tərz, təqdim və təslim dəyişir.
Bəzən insanlar paylaşdıqları bir video və ya şəkilin qurbanı olurlar. Əslində bu düzgün yanaşma deyil. Qurbanı deyərkən burada ya şəxs özü, ya da cəmiyyət günahkar olur. İnsan iradəsindən asılı olaraq yaranan bir cansız şəkilin, ya da o hərəkətləri təkrar edən videonun günahı nədir? Bu nə qədər məntiqlidir?
Bəzən sosial şəbəkə səni dinləyən olsun deyə içini tökdüyün, heç vaxt birbaşa yazmağa cəsarət etmədiyin fantastik qəhrəmanlarına bütün insanlar timsalında göndərdiyin mesajların toplandığı təsəlli ocağıdır. Fəqət bunu hər zaman edərkən için daha çox yanacaq. Sənin ümidlə gözlədiyin mesaj bəlkə də heç gəlməyəcək. Statuslarına qoyduğun hər bir sətiraltı ifadə elə sadəcə oxunub keçəcək. İnsanlara ümid bağlamağın çox yanlışdı. İnsanlar səni anlamaq istəsələr sənin buna ehtiyac duyduğunu dilinlə deməyini gözləməzlər. İnsanlar anlamaq istəsələr sənin bunun üçün yalvarmağına, gözləməyinə, çabalamağına və hətta bu çırpınışlarda daha çox batmağına icazə verməzdilər. Onlar sənin məhv olmağına göz yumazdılar.
.....David bu gecə rahat yata biləcəyini düşünürdü. Ay və ulduzlar səmada gördüyümüz qədər şeyə sahibkən o qədər sakit idilər ki, xırda bir torpaq sahibinin digərləri üzərində mülkü hesabına diktatorluq etmək istəyinə elə bu susqunluqla cavab vermək olardı.
David gözlərini yumduğu hər an gözləri qarşısında Hilarının üzü canlanırdı. Bu onu yormağa başlamışdı. Bu film deyildi, bu onun oxuduğu kitablar da deyildi. Bu həyat idi. Heç nəyə ümid bağlamamalı olduğun bir həyat. Hilara da bunu bilməli idi. Onun belə ciddi görsənməyən işini üzərinə götürəcək, bütün günü onu xəyal edəcək bir detektiv ya da mələk xəyal etməməli idi. Heç kəs bunu etməməlidir. Çünki o kitablara ümid bağlayaraq özünü məhv etmək olar...
David belə düşünürdü, amma Hilarının gənc və qorxmuş gözləri onun önündə portret kimi asılmışdı. Yuxusunu ala bilməməsi onun əsəbinə toxunurdu. Bundan qurtulmaq istəyirdi. Hilaraya yardım etməyənə qədər bu hislərdən qurtula bilməyəcəkdi. Səbəbini isə çox yaxşı anlamışdı.
Hamısı Mayanın ölümdən sonra çiyinlərinin üzərinə düşən yükdən sonra başlamışdı. Maya ondan ölüm döşəyində xəstə qızına sahib çıxmasını istəmişdi. Yük deyərkən təbii ki də qızı nəzərdə tutmurdu. Yük, bu soyuqqanlı detektivin çiynindəki məsuliyyət idi. Hansı ki zamanla yük fonundan həzzə keçmişdi.
O səhnə hər dəfəsində onun gözünün önünə gələrdi. Mayanın son sözləri və dərhal bu səhnəni Tinanın acısı müşayiət edərdi.
" David ( udqunub), David yalvarıram sənə. Sən mənim( möhkəm öskürməyə başladı) həyatıma girən ən möhtəşəm insansan. Nə qədər xəyalım olduğunu bilirsən.( Danışmağa gücü çatmırdı deyə tez-tez dayanırdı)...
David, mən xəyallarımı yaşaya bilməyəcəm. Amma o, o mənim geriyə qoyub getdiyim mələyimdir. Tina bunu tək bacara bilməyəcək. Nə olar, yalvarıram sənə, David. Mənim xəyallarımı o yaşasın. O, sadəcə yaşasın.( Davidin əlini sinəsinin üstünə qoydu. Ağır nəfəs aldığından sinəsi narahatedici bir şəkildə tərpənirdi.) Söz ver..Söz( David əlləri ilə Mayanın əlini möhkəm tutub söz verdi)"
Maya onun həyatına girən və onun gözündə çox gözəl və bir o qədər də bəxtsiz qadın idi. Övladını dünyaya gətirərkən hələ neçə yaşının olduğunu xatırlamırdı belə. Davidlə də xoşbəxtliyi 3 aydan çox çəkmədi. Görüşləri də çox qəribə olmuşdu. Maya həmişəki kimi çox da yaxşı tanınmayan kafelərin birində administrator kimi işə düzəlmişdi. Bugün də sıradan bir gün olmalıdı idi. David yaxınlıqda bir araşdırma aparırdı və hər yerdə sorğu-sual həyata keçirirdi. Bura da kameralar və hər hansı bir ipucu ümidi ilə daxil oldu. Müştərilərdən biri kifayət qədər içkili şəkildə Mayanın üstünə hücum etdi. Əlindən tutub: " Mən bura kifayət qədər pul tökmüşəm, indi isə bu borcu mənə ödəmək lazımdı". Maya kişini ilk öncə sakit bir tərzdə uzaqlaşdırmağa çalışdı. Bu işə yaramamışdı. Kişi Mayanın əlindən tutub zorla kafedən çıxarmağa çalışırdı. Təbii ki də nə işçilər, nə də dostları ilə bərabər əyləşən kafe sahibi buna müdaxilə etmək istəmirdi. Əksinə sanki filmə gəlmiş kimi izləyirdilər. Maya kişini itələyib: " Özünüzə gəlin, mənim işim var"-dedi. Oysa bunun qarşılığında içki qoxan, pulla hər şeyi satın ala biləcəyini düşünən əyyaş qadına möhkəm bir şillə vurdu. Maya Davidin yaxınlığındakı masanın üzərinə yarı yıxılmış kimi düşdü. Ağzı qanamışdı. Fəqət yenə kənardakılar müdaxilə etmədilər. Kişinin Mayaya yaxınlaşdığını görən David bu işə müdaxilə etdi və təbii ki də ən sonda günahkar öz namusunu qorumağa çalışan qadın hesab olundu. İşdən də azad edilən Maya kafenin yanında bir oturacaqda əyləşib ağlayırdı. David onu evinə qədər ötürməyi təklif etsə də, Maya qəbul etmədi. Bugün evə gedə bilməcəyini dedi. Ortadakı səssizliyi pozan David evə getməmə səbəbini soruşdu. Səbəbi qızına nə cavab verə biləcəyini bilməmək idi. Onların tanışlığı belə başladı və davam etdi. David ilk dəfə birinə belə sevgi dolu baxa bilirdi. Maya çox da möhtəşəm bir qadın deyildi. Gözəlliyə gəldikdə isə tayı-bərabəri olmayan bir üzə və bədənə də sahib deyildi. Dolu bədəni, qızaran yanaqları, qısa qara saçları və yaşıl ilə qəhvəyi arasında gedib gələn gözləri sanki standart bir görünüş yaratmışdı... Həyatı isə tamamilə faciə idi. Onun belə güclü və əzmkar olması Davidin gözündə bu qadına qarşı sonsuz sevgi yaratmışdı. O, sevgi ki, 3 ay çəksə belə, heç vaxt xəyanət olunmayan. O sevgi ki, rahatca " Səni Sevirəm" cümləsinə sığmayan. Bir ömür boyu şəkli belə olmayan, xatirələrində yaşayan qadına sadiqlik rəmzi sevgi. Heç kəs heç kəsə Məcnun qədər fəda et demir ki, heç kəs heç kəsə səndən sonra yaşayar deyə düşündüyün insan üçün öl demir ki. Tək istək "Sevirəm" dedikdən sonra bu qədər qısa müddətdə bir başqası ilə əvəzləyə biləcəyin hissə sevgi deməməyin idi. Səbəbi nə olursa, olsun, xəyalında qurduğun o insana xəyanət etməməlisən. Buna hazır deyilsənsə, o zaman bu hissə " sevgi" adı qoyma, çünki heç kəs nə qədər yaşayacağına, nə qədər yanında olacağına söz verə bilməz. O, bu yeri tərk etdiyi zaman yerini doldurursansa əgər, demək ki sadəcə boşluğu doldurmaqdır sənin hislərinin adı. David, sevirəm sözünü deməsə də, bunu yaşada bilmişdi. Bəlkə hardasa uzaqlarda Maya bunu görürdü.
Mayanın bütün həyatı boyu yığdığı əzablar onun bədənini hər bir xəstəliyə yuva etmişdi. David isə ona bu əzabı bir az unutdura bilmişdi. İndi o, qızını tapşıra biləcəyi adamı tapdıqdan sonra rahat ölə bilərdi.

Amma... Amma David onun əmanətinə sahib çıxa bilməmişdi. Mayanın sevgisinə xəyanət etməsə də, əmanətinə xəyanət etmişdi. Hələ Mayanın ölümündən 7 ay keçməmiş David evə qayıdarkən elə bir səhnə ilə üz-üzə qaldı ki, 1 il işdən ayrılıb divanələr kimi ömür sürür, güzgüdə özünə baxmağa çəkinirdi...

Məktublardakı fısıltıHikayelerin yaşadığı yer. Şimdi keşfedin