Cəhənnəmdən dəvətnamə

28 0 0
                                    

Ayaqqabılar o qədər narahat idi ki, hətta uzaqdan yerişdən belə bunu hiss etmək olurdu. Bu saat küçələr sakit idi, insanlar ya işdə olur, ya da evdə istirahət edirdilər. Tək-tək insanlar yol keçir, maşınla harasa gedirdi. Dərsdən sonra bir az əlavə çalışmaq məqsədi ilə həmişə universitetdə qaldığı üçün evə bu saatda çatırdı. Budur, nəhayət evə yaxınlaşır və gözündə sevinc açıq hiss olunurdu.
-Bu cəhənnəm əzabı kimi ağır gələn ayaqqabıları, nəhayət, ayağımdan kənara tullaya biləcəm. Ah, bu gözəllik həvəsi. Coco Chanel demiş gözəllik özün olmağa qərar verdiyin an başlayır. Yoxsa biz. Ah bu ayaqqabı. Axrıncı tələbəlik ilimdə elə bil mən də hərkəsləşməyə başlamışam.
Qapıya sadəcə 10 addım var idi ki, dayandı. Həm də bir dəqiqə hərəkətsiz. Yerdə xırda çiçək ləçəkləri var idi, gözə çarpamayacaq qədər balaca. Fəqət onun gözündən bunun qaçmaq ehtimalı yox idi. Çünki illərdi ki, bura həmişə təmiz olurdu. Təmizlikçi xala və ya dayı hər səhər süpürüb getsə də, anası da üzərindən həmişə keçərdi. Və bu sözləri təkrar edərdi dəfələrlə uşaqlara dərs keçərək:
-Hər dəfəsində qapını açanda çöldəki çör-çöp də sizlə bərabər evə daxil olur
-Aa, necə ola bilər axı? Qapının girişindəki hissə nə üçündü?
-Ora da sən daxil olmursan məgər? Külək elə oradaca dayanıb yol verir? Mənimlə söz güləşdirməkdənsə, bir dəfə də olsa diqqət edin ki, arxanızdan mən yığışdırası olmayım.
Bu söhbət ona kifayət qədər tanış idi. Anası çox baxımlı, təmizkar və titiz bir qadın idi. Evi də eyni şəkildə olurdu. Hətta küçə qapısının yanına yaxınlaşanda müxtəlif ölkələrdən sifariş edilmiş çiçək və sitrus meyvə aromalı təravətləndiricilərin, ətirli şamların qoxusu könül oxşayırdı.
Budur, gül ləçəkləri səhər onunla bərabər çıxan ailə üzvlərinin hələ də digər qəsəbədə yaşayan qohumlardan geri gəlmədiklərini göstərirdi. Belə ki, çantasını önünə doğru əyib açarı çıxardı. Fəqət gözü çiçəklərin izi ilə gedirdi. Birdən eyni rəngə boyanmış iki daşın istiqamətverərcəsinə yerə atıldığını gördü və qapıdan sağa çevrildi. Köhnə poçt qutusu və üzərində vərəq. Vərəqi götürməyə çalışarkən onu yerə saldı və üzərində heç bir yazının olmadığını anladı.
-Kimsə çox iyrənc bir zarafat etmək istəyir deyəsən.
Əlini qutuya saldı və içindən məktubu çıxarıb içəriyə addımladı. Ev boz rəngdə idi sanki, yaz gəlsə də, soyuq qış günləri birdən ətrafa çökən o qəribə hava şəraiti yaranmışdı. İnsanın bu tip havalarda yuxusu gələr, saatın nəyi göstərməsindən asılı olmayaraq, günorta 3-də belə gecə yatdığı kimi yuxuya gedə bilərdi. Nəysə ki, işığı yandırmaq bir az bu ab-havanı pozdu. Qızılı çiyinlərindən olan saçını nazik qırmızı kurtasından çıxardı. Qara üzərində uşaqlığını xatırladan yapışqanların olduğu, ölçücə böyük çantasını mətbəxdə stolun altına qoydu. İndi üzərində boz cinsi, sarı corabları, qara sadə köynəyi vardı. Sabah üçün enerjili olmalı idi, fəqət yuxusu artıq indidən gəlməyə başlamışdı. Buna görə də, tənbəl bir ifadə ilə olsa da, özünə qəhvə düzəltmək üçün qəhvə maşınına yaxınlaşdı və üzərində H yazılan boz və mavi mərmər təəssüratı yaradan fincanı oraya yerləşdirdi.
Qəhvəsini içə-içə məktubu oxumağa başladı.
Və budur, gözündən qaçmış səni həyatda uğurlu edə biləcək detallar və üstünə gedib öyrənməyə çalışdığın, həyatını cəhənnəmə çevirən detallar. Bu məktub da əslində o cəhənnəmdən gələn bir dəvətnamə idi. Bu onun ilk cəhənnəm qoxan keçmişindən gələn məktub idi.

Məktublardakı fısıltıHikayelerin yaşadığı yer. Şimdi keşfedin