Paramparça

16 1 0
                                    

Ayaqsəsləri yaxınlaşırdı. Bu işarət edirdi ki, son ödənişlərdən dərhal sonra gələn qəbzlər bugün də onun qara günlərini xatırladacaqdı.
- Yenə? Bu lənətə gəlmiş klaviaturanın arxasından nə zaman duracaqsan?
Qarşı tərəfdən səs gəlmirdi. Zatən gəlsə belə, nə işə yarardı ki? Günahlamaq istədiyin tərəfin səsini dinlədiyin oldu mu heç? Cizgi filmlərindən gördüyün qəzəbli obrazların başlarındakı tüstü məcazi də olsa, başının üzərində yarandığı zaman heç dinlədinmi qarşıdakının fikrini? Sorğuladın özünü o zaman? Gəl, bir dəqiqə sakitləşək, sonra danışaq deyib vaxt verdinmi heç?
Ya dilindəki zəhər tuluğunu heç of da demədən fırlatdın mı üstünə? Nəfəs almadan açdınmı bütün tarixçəni? Dayandığın an peşman olmadın bəlkə, amma o yolda peşman olduğundan əminəm... Amma təəssüf... Bəzən bəziləri peşman olmağı bacarmır zamanında....

-Sən ailənə baxa bilməyəcək qədər yararsızsan bilirsən də? İnsanların üzünə baxa bilmirəm. Qurduğum xəyalların bu qədər tez qırılması, həm də sənə görə... Dəli oluram, dəli! Sənin bizə edəcəyin yerdə, biz yığışıb sənə edirik fərqindəsən?! Amma göstərdiyin zərrə qədər də irəliləyiş yoxdu. Həmişəki kimisən. Dəyişərdin deyə düşünmüşdüm. Amma daha da geriyə gedirsən! Daha da geriyə!

Bəzən bəzi insanlar nəfəs almağı necə də unudur. Demək ki, onları həyatda tutan başqasının sümüklərinə qədər əzabı və utancı hiss etməsidir. Demək ki, həyatda oksigendən daha çox vacib olanlar var....
Qapı çırpılmışdı üzünə. İlk dəfə deyildi bu, amma hər gün ilk dəfəsindən daha çox ağrıdırdı sanki. Necə bir insana lazımsız olduğunu bu qədər xatırlatmaq olardı. Necə birinə yararsız olduğu incinmədən deyilə bilərdi. Bəs insanları heyvanlardan fərqli edən bir insaf, humanizm deyə anlayışlar vardı. Yoxsa onlar da köhnə telefon və avadanlıqlar kimi dəyişilmişdi. Yerini başqa hislərmi tutmuşdu yoxsa?
Tam parça-parça olmuşkən, qırıq parçalarını yığmaq istəyərsən. Amma onları da alarlar səndən. Sən parçalarda yox olsan da, toz olub uçsan da, onu da bir qaba həbs edərlər. Hərəsi bir tərəfə uçmuş tozların o həbsdən qurtulsa əgər, qayıdarmı zindan kimi bu bədənə? Yanlış yerdə doğulmusan dostum. Çox yanlış yerdə. Yanlış insanlarda...

Qara kapişonlu gənc əlini masaya, sonra da dizinə vurdu. Zərbədən əli göyərsə də, içi qədər qanamırdı bədəni. Ruhu qədər inciməmişdi hələ heç bir orqanı. Qulaqları qədər daşımamışdı heç bir kağız belə ağır sözləri...

Məktublardakı fısıltıHikayelerin yaşadığı yer. Şimdi keşfedin