Keçmişdən gələn qonaq

9 1 0
                                    

Hilara üzərində uşaqlıq xatirələri olan güzgüdə altı göyərmiş gözlərinə, rəngi boğuq üzünə baxdı. Boynundakı boyunbağa baxıb bir az da olsa gülümsədi.
Telefonun səsi bu gülüşün ani gəlişi kimi ani gedişinə də səbəb oldu. Hilara qaranlıq otağında içəri girən ayın işığına güvənirdi sanki. Güvənirdi ki, daha onun itirəcək heç nəyi yoxdur, zülmət isə ondan heç nə ala bilməz. Mesaj bilmədiyi bir nömrədən gəlmişdi. İlk olaraq sadə bir yazılı mesaj, ardından isə bir media fayl.
"Deyirəm dedektivlə aran kifayət qədər yaxşı imiş. Onun getməsini çox gözlədik bax. Mən dözürəm, gülüm, heç problem deyil, amma Danielinin o qədər də çox ömrü qalmayıb. Onun qum saatı sona doğru yaxınlaşır. Həə, bir də. Medianı açmamışdan əvvəl beyninin bir küncünə yaz. Davidin bundan xəbəri olsa, ya da nəbilim kənar birinin, gələn dəfə sənə bir meyit şəkli atası olacam. Nç. Nç. Nç. Bunu heç istəmirəm. Maraqsız olar. Yəni Dan-ə Əlvida demədən ölməsini istəmərsən deyə düşünürəm. Şəklə bax və sizdən aşağı məhəllədə dayanan sarı taksiyə gəl"
Ardından gələn medianı açanda ilk öncə telefonu kənara atan Hilara sonra onu yenidən götürdü. Qorxaraq şəklə baxdı. Bəli, bu stola bağlanmış Danielin şəkli idi. Bəs bu necə ola bilərdi? O axı həbsdə idi? Bunlar nə demək idi axı?
Hilaranın gözündən damla-damla yaş tökülürdü. Səsi isə demək olar ki çıxmırdı. Təbii ki buna məcburi sıxdığı hıçqırıqlar aid deyildi. Bədənindən istəmsizcə çıxan, ağzını tutub boğmağa çalışdığı hıçqırıqlar. Üstünə bir hoodie geyib yavaşca çölə çıxdı. Xoşbəxtlik mi desək, bədbəxtlik mi bəlli deyil, evdəkilər yatdığından rahatca qapını aça bilmişdi. Sürətlə addımlayıb aşağı məhəlləyə çatanda qarşısında dayanan taksini görüb addımlarını saxladı. Bir iki dəqiqə taksiyə baxdı, bir iki addım geri addımladı, amma taksi işıqları ilə işarə edəndə geriyə yol olmadığını başa düşdü. Əslində qaçıb evə gedə bilərdi, fəqət Danielin başına nə gələcəkdi? Ya da bunu kim edirdi ?Bütün bunlar sual olaraq qalacaqdı. Vicdan əzabı üstünə vicdan əzabı gətirəcəkdi.
Hilara əsə-əsə taksiyə mindi. Sürücü heç nə demədən onu atılmış bir yerə gətirdi və sonra da çıxıb getdi. Elə bu an təəccüb içində qalan Hilara əlində titrəşim hiss etdi. Yeni bir mesaj.

"Telefonunu söndür və qırmızı zibil qutusuna at"

Öz cəlladını dinləyən əlacsız biri tək Hilara tez qırmızı qutunu gözü ilə axtardı. Telefonu söndürüb qutuya atdı. Əslində filmlərdə "Eh,bu niyə belə axmaqlıq edir, belə et" kimi məsləhətlərin bu halda necə mənasız olduğunu Hilara çox gözəl anlayırdı. Yəni məsləhət verməyin həmişə necə asan olduğunu.
Hilara içəri girib ürkək gözləri ilə bu atılmış yeri gözdən keçirdi. Sınıq daşların, sütunların arasından keçdikcə gəldiyi yolu unudurdu sanki. Birdən dayanıb sağa və sola baxdı . Önündə heç nə yox idi. Arxasında isə bir sütun daha. Bu sütunun arxasına boylananda donub qaldı və tərpənə bilmədi. Üzündə həm göz yaşı, həm təbəssüm.
-A,A,Aleks?
-Xoş gəldin
-Nolar mənə bura bizə kömək etmək üçün gəldiyini söylə. Nolar mənə o, əclafı tutduğunu söylə.
-Ahahaha, necə?
-Sən niyə burda ola bilərsən ki? Həm də ayaq üstə. Həm də öz ayaqların üstə. Başqa nə ola bilər ki? Hə? Dayan, dayan. ( Hilara sağa-sola yeriyərək gözündən damlalar bir saniyə olsun dayanmadan danışırdı)
-Şşş, Hilara, şşş (Aleks işarə barmağını dodağına toxundurdu)
-Tapdım. Həə. Tapdım. Siz mənə süpriz etmisiz. Siz tam bir malsız. Tam bir mal. ( Aleksin üstünə qaçıb onun çiyinlərindən tutub sirkələdi)
Mənə niyə bunu etdiz ki? Hə? Lazım idi? Qorxdum mən, dəlilər. Çox qorxdum. Amma sən ayaq üstəsən. Bu mənə bəs edir. Bir də belə etməyin, tamam?
-Bitdi?
-...( Hilara geri addımladı)
-Dramın bitdisə, mən başlayım.
-Nə danışırsan?
-(Aleks arxadan tapanca çıxarıb Hilaraya istiqamətlədi, sonra da Danielə) Həə, indi gəl başlayaq mənim hekayəmə.

Məktublardakı fısıltıHikayelerin yaşadığı yer. Şimdi keşfedin