Vasif Zöhraboğlu deyir ki, Gətir cehizində saf məhəbbəti...Sevgi ki həyatdır, ehtiyac deyil... Sevgi ehtiyacın olduğu üçün deyil, doğrudan da, həyatın olduğu üçün gəlir. Sən onunla nəfəs aldığını hiss edirsən. Əlindəki isti, saçındakı qoxu, nəfəsindəki külək səni məst edib sənə səni unutdurar. Toxunmağa qıya bilmirsən. Baxmağa doya bilmirsən. Gözündən belə qısqanırsan onu. Məhz sevgi budur: sənin həyatındır.
Səlim gözünü astaca açdı və Aylinin üzünü öz üzü bərabərində gördü. Əli isə Səlimin belinə dolanmışdı. Səlim də öz növbəsində Aylini iki əli də qucağına sıxmışdı. Aylinin siması ilə gözlərini açdıqdan sonra heç bir reaksiya verə bilmədi, sadəcə gülümsədi. Onu oyatmağa qıya bilmirdi. Bir müddət beləcə uzandı. Sadəcə Aylini seyr etdi. Onun burnuna, kirpiklərinə, uşaq dərisi kimi ağ dərisini nəzərdən keçirdi. Əlini ehtiyatla Aylinin saçlarına, daha sonra üzünə toxundurdu. Aylin astaca gözlərini açıb Səlimin ona baxan gözləri ilə qarşılaşdı. Əli Aylinin üzündə olan Səlim əlini cəld Aylinin üzündən çəkdi. Aylin yavaş-yavaş olanları dərk etməyə başlayanda diksinib dərhal öz yatdığı tərəfə keçdi. Çaşqın nəzərlərlə Səlimə baxdı. Səlim çarpayıdan qalxdı. Gülməmək üçün özünü zorla saxlayırdı. Axırda dözə bilmədi və qəhqəhə çəkdi.
-Səlim, gülmə!
-Nə oldu bəs? Dünən yaman özündən əmin idin,-dedi gülərək.
Aylin yastığı Səlimə ataraq:
-Gülmə də, - dedi.
-Yaxşı, yaxşı. Gülmürəm, - dedi və özünü saxlaya bilməyib yenə güldü, -ətrimi içinə çəkərək yatmaq xoşuna gəldi, deyəsən,-dedi və qaşının birini qaldıraraq Aylinə baxdı.
-Səlim, əgər ölmək istəmirsənsə, məncə, susmalısan. Yuxu əsnasında olub da. Sən də məni qucaqlamışdın. Elə bil sən mənim ətrimi içinə çəkirdin axı, -dedi və gözlərini süzdü.
- Bihuş edici ətrin var.
- Sən ələ sal elə. Bayıra çıx , əynimi dəyişim.
-Yaxşı, mən aşağı düşürəm. Sən dəyiş əynini,-dedi və qapıdan çıxanda yenə güldü.
-Səlim, gülmə,-dedi və Səlimin arxasınca yastıqçanın birini atdı.
Gülnarə xala səhər yeməyini hazırlamışdı. Hələ heç kim oyanmamışdı. Səlim masada oturub Gülnarə xalanın onun üçün süzdüyü çayı qurtumlayaraq telefonunda gələn mesajları oxumağa başladı.
Aylin otağında var-gəl etməyə başladı. “İlahi, mən bunu necə etdim? Uf!!! Hələ də inana bilmirəm." Çarpayıda oturdu. -Hələ bir bunun dediyinə bax sən. Ətrini çəkərək yatmaq xoşuma gəlibmiş... Bilməmişdim. Yox bir,—Sonra üzünə təbəssüm qondu,-Əslində, xoşuma gəldi, —üzünü ciddiləşdirib,- Aylin, nə axmaq-axmaq danışırsan sən,-deyib əlini alnına vurdu.
Sonra əynini dəyişib güzgünün önündə dayandı.
-Aylin, özünə gəl. Heç bir şey yoxdur burda. Utanma. Yuxu halında baş verən adi refleksdən başqa bir şey deyil bu,-dedi və düşündüyündən məmnun halda gülümsəyib otaqdan çıxdı. Dərin nəfəs alaraq aşağı düşdü. Səlim Aylini görəcək ona sataşmağa başladı.
-Bu sabah yaman gümrah görünürsən,-dedi və hiyləgərcəsinə gülümsədi. Aylinin hədələyici baxışları altında əlini dodaqlarına tutub susduğunu bildirdi. Oturub ikisi də çaylarını içirdilər. Arada Səlimlə baxışırdılar. Səlim gülməmək üçün özünü güclə saxlayırdı. Aylin isə qaşlarını çataraq baxırdı. Elə bu vaxt Aylinə zəng gəldi. Səlimin baxışlarının müşayiəti altında zəngi açdı.
-Alo.
-Sabahın xeyir, Aylin, Turaldır.
-Bilirəm, Tural. Sabahın xeyir. Dünən axı qeyd etdim nömrəni.
-Maşınına görə zəng etmişdim.
-A, o tamam yadımdan çıxıb, Tural.
-Mən onu həll etdim. Narahat olma, dəmir ledi. Çox az bir işi var idi. Təmir olunacaq. Narahat olma.
-Çox sağ ol, Tural. Sənə necə təşəkkür edim, bilmirəm.
-Ehtiyac yoxdur.
- Bu gün taksinin ümidinə qaldım.
- Niyə ki? Mən nə günə dururam? Mən apararam səni. Həm yolboyu söhbət edərdik. Necə düşünürsən?
-Doğrudan? Yaxşı olar.
-Onda, bayıra gəl. Mən səni gözləyirəm.
-Nə? - dedi və masadan qalxıb pəncərəyə yaxınlaşdı. Pəncərədən maşını gördü, - gördüm səni. Sən haradan bilirsən, mən harada yaşayıram?
-Dünən səni yolladığım taksidə sən dedin hara gedəcəyini.
-Necə də çoxbilmişsən,-deyib güldü,-gözlə, gəlirəm indi.
Telefon danışığını bitirib tələsik çayının sonunu da qurtumladı. Bu vaxt Səlim maraqla soruşdu :
-Kim idi ki?
-Tural idi. Mənim sinif yoldaşım olub. Həm də dostumdur.
-Hə, anladım. Bəs indi hara gedirsən?
-Sən məni sorğu- sual edirsən, Səlim?-təəccübləndi.
-Yox, nə danışırsan? Sadəcə maraqlı gəldi.
Aylin hər şeyi qısaca Səlimə danışdı: az qala qəza törədəcəyini, maşınının əzilməsini, Turalın kimliyini.
-İndi də məni işə aparmaq üçün Tural gəlib. Neçə il idi, görüşmürdük. Lap sevindim onu görməyimə.
-Amma səni mən də apara bilərdim işə. Belə doğru olmaz axı.
-Başa düşmədim, Səlim. Nə doğru deyil? Sən nə demək istəyirsən?
-Evlisən sən.
Aylin əsəblə gülərək :
-Zarafat edirsən?- Gülnarə xalanın eşitməsindən ehtiyat edərək pıçıltı ilə, - Biz saxta evliyik,-dedi.
-Demək, elə oldu? Yaxşı. Qoy elə olsun. Necə istəyirsən, elə et.
-Elə də edəcəyəm,-dedi və üst geyimini və çantasını götürüb evdən çıxdı. Səlim hirslə əlini masaya vurdu. Bu vaxt yerə düşüb çiliklənən stəkan səsinə Gülnarə xala mətbəxdən gəldi. Atası və qayınatasıgil də bu vaxt aşağı düşürdü.
-Nə baş verdi Səlim, oğlum?
-Heç nə, ata, əlim dəydi, sındı stəkan,-deyib stəkana işarə etdi.
-Olsun, bala, problem deyil. Əsas sən yaxşısan? - Təlaşla oğluna tərəf gəldi.
-Hə, ata. Yaxşıyam,-dedi. Əsəbiləşdiyini göstərməməyə çalışdı.
-Oğlum, bəs gəlinim hanı?- masaya oturaraq soruşdu.
Hər kəs süfrə başına oturdu.
-İşə tez getməli idi. Ona görə də tez çıxdı.
- Təəssüf, görə bilmədik. Olsun. Eybi yox.
Səlim artıq masada danışılan söhbəti eşitmirdi. Fikri Aylində qalmışdı. "Bu Tural haradan çıxdı belə? Nigar danışmışdı onun haqqında. Aylini sevirdi. İndi xatırladım",- deyə düşündü.
-Oğlum, sən məni dinləyirsən? - sualına cavab ala bilməyən Zakir soruşdu.
-Zakir əmi, bağışlayın. Fikrim başqa yerdə idi.
-Haralarda üzür sənin gəmilərin? -atası soruşdu. Özünü gülməyə məcbur etdi. Əslində isə, fikri dünən Seyran xanımın dediyində idi. "Səlim Sara ilə görüşür , deyəsən."
-Bu gün iş görüşüm var idi. Onu düşünürdüm, ata.
-Hə, bildim, bala. Olsun. Sən təki işlərində uğur əldə et həmişə.
- Mən çıxsam, sizin üçün problem olmaz ki?
-Yox, nə problem? Biz də bir azdan çıxarıq, - dedi Zakir.
Səlim evdən necə çıxdığını bilmədi. Fikri yaman qarışıq idi. Telefonunun zəngini belə eşitmirdi. Birdən özünə gəldi. Telefonu zəng çalırdı. Telefonun ekranına baxdı, Sara yazısını görüb cəld açdı. Dünən axı ona zəng etməli idi. Özünü bağışlaya bilmirdi. Düzgün etmirdi axı.
-Ömrüm, salam.
-Salam, Sara.
-Necəsən, Səlim?
-Yaxşı. Sən necəsən?
-Səlim, dəqiq yaxşısan? Səsin yaxşı gəlmədi axı.
-Yox, yox yaxşıyam. Bir az başım ağrıyır. Fikir vermə.
-Dünən də gözlədim. Zəng etmədin, Səlim,- səsində küskünlük var idi Saranın.
-Sara , dünən atam və qayınatamgil bizdə idi.
-Qayınatan?-dedi. Səsindəki qısqanclığı hiss etməmək mümkün deyildi.
-Sara. Nə deyim? Əskər yoldaşım deyim?Qayınatam sayılır da.
-Nəsə demədim ki. Sən davam et.
-Mən də ona görə aça bilmədim sənin zəngini. Sonra bizim evə oğru girmişdi . Ora getdik. Evə də gec gəldik. Ona görə də zəng edə bilmədim.
-A, nə danışırsan? İndi yaxşıdırmı axı hər şey?
-Narahat olma. İndi hər şey qaydasındadır.
-Bəlkə, bu gün görüşək, Səlim?
-Hə, olar.
-Onda həmişəki görüş yerimizdə?
-Hə, olar.
Danışığı bitirib telefonu cibinə qoydu. Görüşmək istəmirdi, nədənsə. Fikri qarışıq idi. Aylinlə olan mübahisəni düşünürdü. Turalı düşünürdü. Az zaman içində bitməli olan evliliyi düşünürdü. Yolda fikrini nə illah etdisə də, cəmləyə bilmədi. Az qala qəza törədəcəkdi. Maşını saxladı. "Özünə gəl, Səlim. Özünə gəl", - dedi və əsəblə əlini sükana vurdu. Sonra yenə əsəbiləşdi. "Ah, Aylin.."-deyib sükanı döyəcləməyə başladı. Özünə etiraf edə bilməsə də, o, Aylini dəli kimi qısqanırdı. Telefonuna gələn zənglə özünə gəldi.
-Hə, Samir?- özündən asılı olmadan səsi əsəbi və bezgin çıxdı.
-Bu nə səsdir, dost? Elə bil yaxşıca əzişdiriblər səni,- dedi və güldü.
-Nəsə olub, Samir?
-Dayan, dayan. Deyəsən, doğrudan da, nəsə baş verib axı.
-Heç nə olmayıb,-eyni əsəblə cavab verdi
-Gəlmirsən işə?
-Yox, Sara ilə görüşəcəyəm.
-Deyəsən, aranızda nəsə olub.
-Samir, indi tələsirəm. Olar ki, sonra danışaq.
-Yaxşı. Necə istəyirsən.
-Hələlik, - deyib söndürmək istəyəndə Samir dedi:
-Dostum.
-Hə, Samir.
-Heç nə üçün canını sıxma.
Səlimin üzü gülümsədi.
-Yaxşı, dostum.
-Hələlik.
Telefon danışığını bitirib Sara ilə görüşəcəkləri yerə yollandı.
Aylin səhər evdən çıxanda Tural ilə danışdılar, güldülər. Amma fikri Səlimdə qalmışdı. Niyə belə əsəbiləşdiyini heç cürə anlaya bilmirdi. "Özü bütün günü Sara ilədir. İstədiyini edir. Mənə çatanda olmaz amma",-düşündü və fərqinə varmadan, - öküz, - dedi.
Sükan arxasında olan Tural təəccüb etdi.
-Mənə deyirsən?
-Nə?-təəccüb etdi. Aylin dediyi sözü səsli şəkildə dilə gətirdiyini bilmirdi.
-Öküz dedin. Kimə dedin?
-Səsli dedim mən onu? Düşünürdüme.
-Kimdir bu öküz? - Tural qısqanclıqla dedi.
-Boş ver, Tural. Uzun məsələdir,-söhbəti bağlamaq istədi.
-Aylin biz həmişə dost olmuşuq. Mənə danışa bilərsən.
-Yaxşı,-dedi,-bəlkə bir yerdə oturaq. Elə daha rahat danışarıq.
-Olar.
Çay içmək üçün bir məkan tapıb oturdular. Çay içə-içə söhbət etdilər. Aylin ailəsinin istəyi ilə baş verən bu evlilik haqqında danışdı.
-Sən axı necə istəmədən belə bir evliliyə razı oldun, Aylin? Necə belə bir şey edə bilərsən?-Tural Aylinin gözləmədiyi bir reaksiya verdi. Tamamən özündən çıxmışdı. Eyni zamanda bütün xəyalları məhv olmuşdu.
-Özünə gəl, Tural. Bu sadəcə bir oyundur.
-Necə yəni oyun?-dedi və sakitləşdi. Yenidən ümidləri arsızca baş qaldırmışdı.
-6 aylıq bir saziş bağlamışıq Səlim ilə. Daha sonra isə o, öz yoluna, mən öz yoluma. İnan heç özüm də bilmirəm, bu yola niyə girdim. Sadəcə razı olmasam, atam nə deyərdi deyə düşündüm. Atamı bilirsən də sən. Of!
-6 ay niyə ki?
-Heç bilmirəm. Sadəcə belə qərara gəldik.
-Sevmirsiniz bir - birinizi? - sualı verəndə səsində qısqanclıq var idi. Amma Aylin heç bunu sezmədi. Fikri Səlimdə idi.
-Tural, ailəmizin istəyi ilə evlənmişik. Səlim mənə nifrət edirdi, hətta. Yeni - yeni münasibətimiz düzəlib,-belə desə də, Səlimi sevirdi. Sadəcə bunu etiraf edə bilmirdi.
Tural istədi ki, Aylindən Səlimi sevib - sevmədiyini soruşsun. Sonra fikrindən daşındı. Bəlkə də, eşidəcəklərindən qorxdu. Özünü aldadaraq yaşamaq insana daha asan gəlir .
-Üzülmə, Aylin. Hər şey düzələcək, - dedi.
Aylin gülümsədi və Turala baxdı. Amma fikri yenə də Səlimdə idi.
Tural bilmirdi ki, eşitdiklərinə sevinsin, yoxsa üzülsün. Sevdiyi qadın başqası ilə evli idi. Bəlkə, bir - birini zamanla sevərdilər. Eyni evdə qalırdılar. Hər gün bir-birini görürdülər. Bu onu üzürdü. Amma tez zamanda bitəcək olması isə sevindirirdi ." Bircə Səlimə aşiq olmasın",-deyə içindən keçirdi.
***
Sara nə danışırdısa, Səlim heç nə eşitmirdi. Fikri qarışıq idi. Xəyallarda idi. Həyatında Sara olmasaydı, Aylinlə münasibəti necə olardı, görəsən. İlk qarşılaşdıqlarında bir-birini sevməmişdilər. Amma sonra Aylini tanıdıqca onun müsbətlərini gördü. Qəlbi elə saf idi ki. O, pislik edə bilmirdi. Yaxşılıq üçün yaranmışdı sanki. Bütün qüvvəsi ilə Aylini beynindən silib atmaq istəyirdi. Amma alınmırdı. Bütün beyninə, düşüncələrinə hakim kəsilən tək isim Aylin idi. Saraya nəzər saldı. Nəsə danışıb gülürdü. Sonra Səlimə baxıb nəsə soruşurdu.
-Səlim, sən mənə qulaq asmırsan? -deyib küskün nəzər saldı.
Səlim düşüncələrdən ayılıb:
-Yox. Qulaq asıram, - deyib fikrini cəmləməyə çalışdı.
-Səlim, bəsdir görək. Mən görürəm ki, sənin fikrin burda deyil.
-Sara, başım ağrıyır bir az. Ona görə...
Səlimin telefonu zəng çaldı. Gələn zəng bəhanə tapmaqda çətinlik çəkən Səlimin xilaskarına çevrildi. Ekranda Aylin yazısını görəndə isə ürəyi sanki yerindən çıxıb ağzında atmağa başladı.
-Bu zəngi açmalıyam, Sara,- dedi və onun cavabını gözləmədən aralanıb cəld zəngi açdı.
-Alo... - dedi və susdu Aylin. Səlim də nəsə deməkdə çətinlik çəkirdi.
-Səlim, mən səhər olanlar üçün üzr istəyirəm. Mən, bəlkə də, qırdım səni...
Səlim Aylinə cümləsini tamamlamağa imkan vermədi:
-Yox. Niyə ki? Qırılmalı nəsə oldu ki? - heç nə vecinə deyilmiş kimi danışdı. Qəlbi başqa sözlər hayqırırkən dili tamam başqa sözlər söyləyirdi.
-Mən. Sandım ki... Nə isə... Boş ver dediyimi....,-pərt oldu.
-Yaxşı. Boş verdim. Başqa nəsə var?-dedi. Guya danışmaq istəmədiyini göstərsə də, əslində, bu danışığın uzanmasını istəyirdi. Bir ömür Aylinin səsini eşitmək istəyirdi. Sadəcə bunu etiraf edə bilmirdi.
-Yox. Heç nə yoxdur. Hələlik.
Aylin zəng etdiyinə peşman olmuşdu.
-Bu ki əsl öküzdür, - dedi öz - özünə.
Turalla danışdıqdan sonra Tural onu klinikaya gətirdi. Nigara olanları danışdıqdan sonra Nigar Aylini danladı:
-Aylin, sən heç düz eləməmisən. Zəng elə tez, üzr istə.
-Axı niyə, Nigar? O məgər düşüncəli hərəkət edir? Ən son etdiyini nə tez yaddan çıxardın sən?
-Onun kimi etməməlisən də bəs sən. O, səhv edib. Ona deyəndə ki, səhv etmisən, o da qayıdıb deməsin ki, sən də Turalla görüşürsən. Gələcəkdə peşman olacağın şeylər etmə, əzizim. Məncə, o da səni sevir.
-Yaxşı görək, Nigar. Söz tapdın da. Əsl ssenari yazdıne, - deyib güldü.
-Nəyə gülürsən axı sən? Düşün bir, niyə o əsəbiləşib sən Turalla gedəndə.
-Niyə? - dedi və çaşqın nəzərlərlə baxdı Nigara.
-Aylin, bu qədər də saf olma da. Qısqanır səni.
-Nə?-güldü. Amma gülüşü də süni idi. Çox istəyərdi, bu düz olsun.
-Bəli. Səlim səni qısqanır, - hökmlə danışırdı Nigar. (Adama deyərlər, sən haradan bilirsən Səlim Aylini sevir.)
-Yox, Nigar.
-Bəsdir mızıldadın. Tez indi get, Səlimə zəng et. Üzr istə.
-Doğrudan, deyirsən?
-Daha tez ol da, - dedi və telefonu Aylinin əlinə dürtüşdürdü, - mən gedim, sən rahat danış.
Aylin bir müddət tərəddüd etdi. Neçə dəfə Səlimin adına baxdı və zəng et düyməsinə basmaq istəyəndə telefonu kənara qoydu. Sonra oturub stulunda, gözucu telefona baxdı. Axırda dözə bilmədi və zəng etdi. Amma Səlim yaman qaba danışdı. Sanki heç də səhər heç nə olmamışdı. Heç bir şey vecinə deyildi sanki. Səlimin bu danışığı Aylini yamanca qüssələndirmişdi. Qəlbini incitmişdi. "Nahaq Nigarın ağlına aldanıb zəng etdim", - deyib ağlamsındı.
***
Səlim telefon danışığını bitirib Saraya vacib işi olduğunu, mütləq getməsi lazım olduğunu deyib getdi. İşə gəldi. Aylinlə kobud danışdığı üçün peşman olmuşdu. Samirin səsi ilə yenə şənləndi ofisi.
-Əziz dostum! Nə olub, yenə də, Qara dənizdə gəmilərin batıb. Bir az dinamik ol. Aktiv ol,-dedi,-bəlkə ,axşam bir az çıxıb əylənək.
-Yox. Heç o halda deyiləm.
-Sən evlənəndən sonra yaman sıxıcı olmusan ha.
-Yaxşı görək. Sadəcə bu gün heç həvəsim yoxdur.
-Oldu o zaman. Mən gedim. İşlərim var, - dedi və qapıdan çıxarkən, - amma başqa vaxt əlimdən qaça bilməzsən, - deyə barmaq silkələdi.
-Yaxşı, sən deyən olsun, - dedi və Səlim candərdi güldü.
İşdən sonra bir az sahildə gəzdi. Skamyada oturdu. Hava yaman soyuq idi. Bir az çiskin vardı. Səlim isə soyuğu hiss etmirdi. Fikri o qədər qarışıq idi ki, soyuğu hiss edəcək halda belə deyildi. Sükan arxasında oturub evə gələndə hiss etdi ki, halı yaxşı deyil. Evə çatanda saat 11 idi. Səlim evə girib divanda oturdu. Bir az burda uzandı. Aylinin çoxdan yatdığını düşünürdü. Aylin isə Səlimin düşündüyü kimi heç də yatmamışdı. Səlimi gözləyirdi. Pəncərədən maşını görəcək dərhal qaçıb otağına çıxmışdı. Guya yatırdı və baş verənlər qətiyyən onun vecinə deyildi. Əslində isə Səlimdən nigaran qalmışdı. Onun otağa gedib qapını örtmə səsini eşidəndən sonra rahat oldu və bir az düşündükdən, çarpayısında o yan- bu yana çevrildikdən sonra yuxuya daldı. Bu iki ürəkdə fırtınalar qopurdu. Ürəklər bir-birilərindən xəbərsiz can atırdılar digər ürəyə tərəf. Bir - birindən xəbərsiz bir - birinə duyulan hissləri var idi. Onları qıcıqlandıran qısqanclıq idi. Səlimi əsəb edən üçüncü bir şəxsin araya girməsi idi. Onu qəzəbləndirən Aylinin yanında başqa birini görmək idi. Hisslərini özünə belə etiraf edə bilmirdi. Bu ürək çırpıntısı onda ilk dəfə idi. Birinci dəfə idi, birinə baxarkən dili tutulurdu. Susqunluğunun altında o qədər çox məna, o qədər çox söz gizli idi ki. Sadəcə özləri də özlərinə etiraf edə bilmirdi bu gizli hissləri. Qəbul etməkdə çətinlik çəkirdilər. Amma artıq hər şey başqa idi. Artıq bu evdə heç nə əvvəlki kimi olmayacaqdı. Bu evdə artıq günəş başqa yerdən işıq saçacaqdı.
Deyirlər, gözü kor olur sevginin.
Qəlbinə girərsə sevgi hər kimin,
Dəyişər insanı kökdən ucadək.
Ağladar, incidər eşq ölənədək. (Afət Dəniz)
_______Vote və rəylərinizi mənə hədiyyə edə bilərsiniz❤️
ŞİMDİ OKUDUĞUN
Qarşılıqsız sevgi
Romanceİstəmədən, məcburiyyətdən evlənən bu iki gənc bir-birinə qarşı mübarizə apararkən həyat davamlı olaraq onları bir-birinə tərəf sürüyür.