Bəzən çox xoşbəxt olduğunuz anda sanki həyat sizin paxıllığınızı çəkir, imkan vermir ki, xoşbəxt olduğun anı doya - doya yaşayasınız. Sevinclə coşarkən, sevinib gülərkən anidən xoşbəxtliyinizi çəkib əlinizdən alır. Gülüşünüzü üzünüzdə dondurmaqdan həzz alırmışcasına oynayır həyat sizinlə. Həyat sizi ələ salır. Və ən pisi odur ki, sizin həyata qarşı çıxacaq cəsarətiniz və gücünüz olmur... Həyat yorulmadan, bezmədən sizi əzdikcə siz də boyun əyirsiniz. Addımladığınız yolda büdrəyən ayağınıza söyürsünüz, amma sizi yıxan həyata qarşı çıxa bilmirsiniz. Bəlkə də, sizi yıxan heç həyat deyil, elə siz özünüzsünüz...
***
Dünənki gündən sonra yuxudan sübh tezdən oyanan saxta evli cütlük bir müddət sadəcə yataqda uzanıb düşüncələrə daldılar. Səlim artıq Aylinə olan hisslərini dərk edirdi. İndi o sadəcə bir şey istəyirdi: Aylinlə xoşbəxt olmaq və Saranın qəlbini qırmadan ondan ayrılmaq. Bəs bu mümkün idimi? Vicdan əzabı onun bütün ruhunu gəmirib işgəncə verir, onu məhv edirdi. Etdiyi nə qədər düzgün olmasa da, Aylin yanında olsun, istəyirdi. Etdiyi nə qədər eqoistcə olsa da, o, xoşbəxt olmaq və Aylini xoşbəxt etmək istəyirdi. Aylinin də onu sevdiyini düşünürdü. O utancaq baxışların, titrəyən əllərin, həyəcanlı səsin tək bir səbəbi ola bilərdi. Bu isə sadəcə sevgi ola bilərdi. Səlim Aylinin onu sevdiyini düşünüb gülümsədi.
Aylinin düşüncələri isə artıq nə qərara gələcəyində tərəddüd edirdi. Bəzən Səlimin də onu sevdiyi düşüncəsinə qapılırdı və dərhal da düşündüyündən xəcalət çəkirdi. Sanki Səlim hər şeyi bilirmiş kimi qızarırdı. Sonra başqa fikirlərlə özünə işgəncə verirdi. Səlim onu sevə bilməz, çünki onun qəlbində başqa bir sevgi hökm sürürdü. Bu isə onun ürəyinə dözülməz ağrı verirdi. Bu yükü daşımaq onun üçün çətin idi. Bu fikirlər onu dəli etməmiş yataqdan qalxıb əynini geyindi. Otaqdan çıxıb pillələri tələsmədən endi. Səlim artıq oyanıb divanda oturmuşdu.
-Səlim,-təəccüblə Səlimə baxdı. Saat hələ 6 olduğu üçün Səlimi bu vaxt yuxudan ayılan görmək ona qəribə gəlmişdi,-sabahın xeyir.
Səlim Aylini görəcək özünü itirdi. Ayağa qalxıb Aylinə sarı gəldi. Əl-ayağı dolaşmağa başladı. Sərsəm bir gülümsəmə ilə:
-Sabahın xeyir, həkim xanım,- dedi. Öz-özünə qarşısında duran bu xanımı sevdiyini etiraf etdikdən sonra onu görmək tamam başqa bir təsir bağışlamışdı ona. İndicə qarşısında duran bu xanıma sevdiyini demək istərdi. Amma öncə Sara ilə danışıb bu məsələyə son qoymalı idi. Hər şeyi sahmana saldıqdan sonra Aylinə xüsusi şəkildə sevgisini etiraf etməli idi.
-Nə əcəb belə tez oyanmısan?
-Nə bilim? Heç yuxu tutdu ki? Mən də durdum,-deyərək gülümsədi. Gözlərində xüsusi bir parıltı var idi,- bəs sən nə əcəb bu vaxt durmusan?
-Səlim, mən həmişə tez dururam. Axı bunu demişəm.
-Hə ,doğrudan ha... Erkən qalxmaq sağlamlıqdır deyə, hə?- gülümsədi və qaşının birini qaldırıb Aylinə baxdı.
-Elədir ki, var,- mətbəxə girdi. Səlim isə oturacağa sərildi. Aylin mətbəxdən çıxaraq,- Deyirəm, bəlkə, bundan sonra həmişə belə tez durasan,-deyib saxta ciddiyyətlə Səlimə baxdı.
-Niyə ki?-Səlim təəccübləndi.
-Səhər duranda hazır çay olduğunu görmək lap ayrı aləmdir,-deyib güldü.
-Deyirəm axı, sən elə-belə istəməzsən durmağımı,- o da gülməyə başladı,-sən istə, hər səhər durum,-deyərək baxışlarını Aylinin yaşıllarına zillədi. Bir müddət belə səssizcə bir -birinə baxışları ilə cavab verdilər. Aylinin yanaqları allanmışdı. Özünü ələ alaraq əli ilə üzünə düşən saçını arxaya çəkdi və yenidən mətbəxə keçib səhər yeməyi hazırlamağa başladı.
Bu səhər yeməyi ikisində də fərqli təəssüratlar yaradırdı. Arada bir -birinə baxıb sonra cəld qarşılarında duran yeməyi çəngəlləyirdilər.
Eyni anda ikisinə də zəng gəldikdə real həyata dönüb təəssüflə bir-birinə baxdılar. Öz telefonlarına baxmaq yerinə Səlim Aylinin Aylin də Səlimin telefonuna nəzər yetirəndə birdən nə etdiklərinin fərqinə vardılar. Baxışlarını tez öz telefonlarına çevirdilər. Səlim zəngi aça-aça :"Axı, bu Tural niyə dəqiqəbaşı zəng edir Aylinə",- deyə düşündü. Sonra danışmaq üçün masadan qalxdı... Aylin də telefonu açanda "Əlbəttə ki, dünən, sadəcə, bir gün idi. O, Saraya aiddir",- deyə düşündü..
-Səlim, dünən çıxıb getdin. Mən narahat oldum. Hər şey yaxşıdır?- Saranın nigaran ton qatdığı səsi Səlimin qulaqlarında əks-səda versə də, fikri hələ də Aylində qalmışdı.
-Hə, Sara. Narahat olma. Yaxşıdır hər şey.
-Lap yaxşı. Nə baş vermişdi? Niyə getdin dünən?
-Bu gün görüşərik. Səninlə danışmalıyam. Dünən niyə getdiyimi də başa salaram,-dedi və Səlimin səsində olan ciddiyyət Saraya heç də xoş təsir bağışlamadı. Bu ciddilik heç də xoş şeylərin olmayacağını vəd edirdi.
-Sara, mən indi çıxmalıyam. Sonra danışarıq. Hələlik,-fikri Aylinin danışığında qaldığı üçün tez danışığı bitirib salona girdi. Aylinin hələ də Turalla danışdığını görüb etik qaydalara zidd olsa da, marağına güc gələ bilməyib qulaq asmağa başladı.
-Nə haqda, Tural?
-Aylin, sadəcə onu deyə bilərəm ki, vacib məsələdir. Sənin bilməyini istəyirəm.
-Yaxşı, Tural. Mənim işlədiyim klinikaya yaxın olan kafeni bilirsən? Bax ora gələrsən.
-Saat neçədə münasib olarsan?-dedi Tural həyəcanını gizlədə bilməyərək.
-Saat 1-dən sonra. Onsuz da, nahar edəcəyəm. Birlikdə edərik naharı. Sən də nə danışacaqsansa, danışarsan.
-Oldu, Aylin, - dedi və sevincli şəkildə telefonu söndürdü.
"Demək, görüşəcəklər. Bu Turaldan heç xoşum gəlmir. Yenə nə düşünür bu, görəsən",-düşünərək Səlim yenidən masada yerini aldı. Şübhəcil nəzərlərlə Aylinə baxdı.
-Kim idi ki, zəng edən?-Səlim Turalın zəng etdiyini bilsə də, Aylindən eşitmək istəyirdi.
-Tural idi,- sonra istehza ilə əlavə etdi,-Sara idi sənə də zəng edən , deyəsən.
-Hə ,o idi.
-Lap yaxşı.
-Niyə zəng etmişdi ki Tural ?
-Mən heç soruşuram ki, Sara niyə sənə zəng edib?-deyərək meydan oxuyucu baxışlarını Səlimə zillədi.
- Soruş. Niyə soruşmursan ki? Maraqlı deyiləm sənə?
- Nə danışırsan, Səlim?
-Nə isə.
-Mən sənin şəxsi işinə qarışa bilmərəm. Nəyin olaraq bunu soruşa bilərəm axı?- gözlərini tam Səlimin gözləri bərabərində saxladı. Səlim isə susmağı seçdi. Araya çökən bir neçə dəqiqəlik sükutu Səlim pozdu:
-Mən elə-belə soruşmuşdum. Acığına gələcəyini təxmin edə bilmədim,-deyərək Səlim üzünü turşutdu və düşündü :" Bu Aylinin həyatıdır. Mənə ki aidiyyəti yoxdur"
- Acığıma gəlmədi.
- Yaxşı. Mən çıxıram,- masadan qalxıb üst geyimini geyinərək evdən çıxdı.
***
Tural öz aləmində dolaşmaqdan zövq alır və reallığı görməzdən gəlirdi. Aylini tezliklə bu saxta evlilik bitdikdən sonra öz həyat yoldaşı etmək istəyirdi. İllərdir sevdiyi Aylini. İndi də qərara gəlmişdi ki, evliliyin bitməyini gözləməsin. Nə qədər ki, Aylinin ürəyi Səlimə tərəf qaçmağa başlamayıb tez öz sevgisindən Aylini agah etməli idi. Gözləməyə səbri çatmırdı daha. Hələ Aylinin hisslərindən xəbərsiz idi. Ən göstərişli kostyumunu geyindi. Saçlarını daradı. Güzgüyə baxanda gördüyündən məmnun qaldı. Otaqdan çıxmadan öncə sevimli ətrindən vurub bir daha güzgüdə öz əksinə baxdı. Gülümsəyərək otaqdan çıxdı. Tural çox qıza xoş gələcək bir oğlan idi. Amma o, sevdiyi qadını yanlış seçmişdi. Aylinin qəlbindəki atəşdən xəbərsiz Tural da Aylinin atəşində yanırdı. Bir azdan yıxılmağa hazır olan xəyallarını da götürüb xəyallarını yıxacaq qadının yanına tələsirdi.
***
Səlim şirkətdə gah o yana- gah bu yana hərəkət edirdi. Aylinə olan sevgisini artıq gizli saxlamaq istəmirdi. Sevirdi və sevgisinə sahib çıxmaq istəyirdi. Amma bayaqdan qovmağa çalışdığı dəli düşüncələr hələ də beynini gəmirirdi. Aylinin Turalla olacaq görüşünün səbəbini öyrənmək istəyirdi. Aylinin də sevgisindən o qədər əmin olmuşdu ki, indi Turalı sevmə ehtimalını özünə yaxın belə buraxmağa qorxurdu. Bəlkə də, Aylin Turalı sevirdi. Səlim isə öz – özünü bu sevginin qarşılıqlı olduğuna inandırmışdı. Samirin otağa daxil olması ilə Samir düşüncələrdən ayrıldı.
-Səlim, bir dəqiqə otur. Bayaqdan gəzişirsən. Yenə nə baş verib? Sara ilə...
Səlim ona sözünü bitirməyə imkan verməyib qabaqladı :
-Əşi, nə Sara?- Samirə çəmkirdi.
-Başa düşmədim,-Samir təəccübləndi. Elə təəccüblə baxdı ki, az daha gözləri hədəqəsindən çıxacaqdı. Sonra bir daha qulaqlarına əmin olmaq istədi.
-Səni belə düşündürən şey başqa bir şeydir? - sonra ehtiyatla əlavə etdi,-yoxsa başqa biridir?- sınayıcı baxışlarını Səlimin üzündə gəzdirdi. Amma Səlimin üzündə heç bir reaksiya yox idi.
-Səlim, danışacaqsan nə olub, ya yox?
-Nə deməyimi istəyirsən? - Səlim əsəbi, eyni zamanda çarəsiz bir tonda sözünü deyib Samirə yazıqlıq yağan baxışlarını çevirdi.
-Aylindir bu halının səbəbi?- Samir ehtiyat belə etmədən sözünü birbaşa dedi. Çünki bunun başqa açıqlaması ola bilməzdi.
Səlim oturdu. Samir də onun yanında özünə yer elədi.
-Danış görək. Nə baş verib axı?
-Bilmirəm. Bilmirəm. Lənət olsun. Heç nə bilmirəm,-səsində ən qatı çarəsizlik var idi. Samir onu heç belə görməmişdi. Səsini çıxarmadan onu dinləyirdi,- Mən anlaya bilmirəm, mənə nə olur...
-Sevirsən... - dedi tərəddüd etmədən.. Samirin bu sözünə Səlim anidən ona baxdı. Qorxaraq, çəkinərək baxırdı. Və hədələyici baxırdı. - Səlim, inkar etmə. Mənə danış. Sevirsən onu.
-Samir, mən belə hiss etməmişəm heç. Sevgi deməyə qorxurdum. Bilmirəm çünki. Adını qoya bilmirdim. Amma o, mənə elə gözəl təsir edir ki.
-Onu görəndə zaman dayansın istəyirsən. Hə?- Samir nəzərlərini bir nöqtəyə zilləyib gülümsədi.
-Hə. Zaman dayansın. Hər günüm onunla keçsin. Hər anımda yanımda olsun. Onu görmədən rahat ola bilmirəm. Onunla birlikdə olanda mən hər şeyi unuduram. Bunun düzgün olmadığını düşünürəm. Bu hisslərimə bir son qoymaq istəyirəm. Aylindən uzaq dura bilmək üçün Saranın yanına gedirəm. Bəlkə, hiss etdiklərimi unudaram deyə. Amma yox, orda da Aylin məni qarabaqara izləyir. Gözümü açanda o. Yatıram. Yuxuma gələn o. Səhər oyananda şən səsi ilə qulaqlarımı oxşayan səs o. Hər bir şey o. Onu sevindirmək istəyirəm. Onunla əl-ələ tutmaq istəyirəm. Onunla gülmək istəyirəm. O. O. Yenə də o. Hər şeyim o olub. Məni məndən alır Aylin. Başa düşürsənmi? O mənim həyatımın bütünlüyüdür.
-Onun gülüşündə canlanırsan, hə?-Nigarı düşünərək gülümsəyirdi. Fikrimdə canlanan Nigarın siması ona gülümsəyirdi.
-Hə. Hə. O güləndə mən də özümdən asılı olmadan gülürəm. Mən istəyirəm ki, o həmişə, hər an gülsün. Ona gülmək elə gözəl yaraşır ki. Ağlamasın heç. Bu qədər müddətdə o mənə elə doğma olub ki. Amma mən bilmirəm, bunun sonu necə olacaq.?
-Get, özünə de.
-Sara... Bəs Sara?-dedi çarəsizcə. Vicdan əzabı çəkirdi. Çarəsizliyin dibində üzürdü. Düşüncələr artıq dəli edirdi onu. Bütün bu baş verənlərin sonunun necə olacağı haqqında bir düşüncəyə gələ bilmirdi.
-Səlim, Sara səni anlayacaq.
-Anlayar, deyirsən, yəni? - çarəsiz ümidlə baxdı.
-Əlbəttə.
-Bir azdan Aylin Tural ilə görüşəcək.
-Nə? Aylin sevmir ki səni?- şoku şok üstünə eşidən Samir hər şeyi dərk etməyə çalışırdı,- beynim yandı, Səlim.
-Bilmirəm. Bəlkə, sevir. Səhər Turalla telefon danışığını eşitdim,-dedi və Samirin tənbeh edici baxışları altında,-yaxşı, yaxşı özüm qulaq asdım. Nə edim, mən axı bilməli idim nə danışdıqlarını,-dedi.
-Bəs soruşmadın ki, nə danışır?
-Xanım qız dərhal Saranı atdı ortaya. Demədi heç nə.
-Bəs indi nə edəcəksən?
-Bilmirəm ki, ora gedim, ya yox. Üz-üzə ikisi ilə də danışmış olaram.
-Bilmirəm. Məncə, düzgün deyil..
-Niyə ki?
Səlim saatına baxdı. Saat artıq 2yə işləyirdi. Tez ayağa sıçradı. Saat gec olub. Mən gedirəm.
-Hara?-Təəccüblənən Samir Səlimin geyindiyini görüb, - demə ki, ora gedirsən,-dedi.
-Gedəcəyəm. Qərarlıyam, - dedi və otaqdan çıxdı.
-Səlim, dayan. Məni də gözlə,-deyərək Samir də sürətli addımlarla şirkətdən çıxan Səlimə çatmağa çalışdı.
-Səlim, məncə, getmə. Aylindən soruş. Nə bilmək istəsən, ondan soruş.
-Samir, mən nə qədər ki, fikrimdən daşınmamışam, gedəcəyəm,-deyib maşınına mindi. Maşını işə salanda Samir də cəld maşına əyləşdi.
-Mən də səninlə gəlirəm.
Samir, əslində, Səlim yanlış bir şey etmək istəsə, onu saxlamaq məqsədilə gedirdi. Dostunun “yanından yel ötəndə əsəbiləşmək” xəstəliyini bilirdi. Bu dəfə isə yanından yel yox qasırğa ötə bilərdi.
***
"Aylin, mən artıq dediyin yerdə səni gözləyirəm."
Telefonuna gələn mesajı oxuyan Aylin əynini geyinib otağından çıxdı. Aşağı düşəndə Nigarla rastlaşdı.
-Hara gedirsən, Aylin?
-Tural gözləyir məni. Nə isə deyəcək mənə. Sözü var imiş.
-Nə deyəcək ki?-Nigar təəccübləndi.
-Vallah, heç bir fikrim yoxdur...Səhər zəng etdi, vacib sözü olduğunu dedi. İndi də məni gözləyir. Mən gedim. Gözlətməyim adamı, - dedi və sürətli addımlarla klinikadan çıxdı. Cəld yolu keçib yaxınlıqdakı kafeyə girdi. Tural artıq oturub Aylini gözləyirdi. Aylin içəri girəndə Tural su içib özünü ələ almağa çalışırdı. Aylinin gəldiyini görən kimi cəld yerindən durdu.
-Salam, Tural,-dedi və görüşdülər.
-Xoş gəldin, Aylin, - səsində o qədər ümid, o qədər sevgi vardı ki. Baxışlarında olan bağlılıq hələ... Həyəcanlı idi. Tez bir zamanda sevgisini etiraf edib rahat olmaq istəyirdi. Bir daha su içdi. Astaca öskürdü. Sanki söhbətə giriş üçün bu öskürək ölüm-dirim məsələsi idi.
-Nə sifariş edəcəksən?-Tural heç yemək hayında olmasa da, zaman qazanmağa çalışırdı.
-Salat yeyəcəyəm mən. Elə də aclığım yoxdur.
-Hə mənə də salat gətirin,- bayaqdan onların sifarişini gözləyən ofisianta çevrildi.
Sifarişlərini verdilər. Yeməyə başlayanda Aylin soruşdu:
-Sifarişlər də gəldiyinə görə, bəlkə, danışasan.
Daha da həyəcanlanan Tural bir daha suyundan bir neçə qurtum aldı. Bütün cəsarətini toplamağa çalışdı.
-Tural, nə isə pis şey olmayıb ki? Niyə belə gərginsən? – Aylin artıq qorxmağa başlayırdı.
-Yox. Yox. Pis bir şey olmayıb. Hətta çox yaxşı bir şeydir,-dedi və gülümsədi.
-De də daha. Əsəbiləşirəm
-Yaxşı danışıram..
Aylinin sual dolu baxışları altında bir daha suyunu qurtumladı. Aylin bir anlıq elə zənn etdi ki, bu su içmə mərasimi bitən deyil. Tural bir daha astaca öskürərək sözə giriş etdi :
-Aylin, səni ta kiçik vaxtından tanıyıram. Balaca olanda mən həmişə sənə sataşardım. Səni qıcıqlandırardım. Sən də məni həmişə döyərdin, - gərginliyi aradan qaldırmaq üçün özünü zorla gülməyə məcbur etdi. Aylin onun saxta gülüşü qarşısında ciddiliyini qoruyurdu. Bu məsələnin heç də yaxşı yerə getmədiyini hiss edirdi. Turalın uşaq vaxtı sevgisindən xəbərdar idi. Özü etiraf etmişdi. Amma bunu uşaqlıq hesab edirdi. Böyüdükcə bu sevgi bitər sanmışdı. Uşaqlıq olduğunu düşünürdü. Daha bilmirdi ki, Tural elə o vaxtdan Aylinin xəyalı ilə yaşayır. Ona olan sevgisi ilə yaşayır.
***
Səlim tıxacda ilişib qalmışdı. Əsəbindən dəli olmaq həddinə çatmışdı. Qarşıda dayanan maşınları bildiyi yüksək mərtəbəli söyüşlərlə söyürdü. Samir isə onun bu halını təəccüblə izləyirdi.
-Səlim, sakit ol. Sən heç söyüş söymürdün axı. Özünə gəl.
-Samir, bəlkə də, Aylin məni sevmir,-deyərək çarəsiz baxışlarını dostunun üzünə çevirdi. O simada bir ümid qığılcımı görmək istəyirdi.
-Səlim, özünü ələ al. Bəlkə də, yaxşı olar. Maşınları söyməyi də bir tərəfə qoy.
-Görmürsən ki, getmək bilmirlər. Gör nə qədər vaxtdır, burda dayanmışıq.
-Sadəcə 5 dəqiqə,-deyərək bərəlmiş gözlərini Səlimə çevirdi.
Səlim heç halını pozmadan :
-Hal-hazırda mənim üçün beş dəqiqə beş saata bərabərdir, - dedi.
Nəhayət ki, tıxacdan qurtulub son sürətlə maşını sürməyə başladı.
-Səlim, asta sür. İkimiz də indi o dünyalıq olacağıq. Mən hələ həyatımdan bezməmişəm,-Samir az qala qışqırdı.
-Sus da, Samir. Elə bil dilotu yemisən. Özün istədin də gəlməyi. Artıq az qalıb narahat olma. Çatırıq.
***
-Aylin, biz uşaq olanda da böyüyəndə də birlikdə olmuşuq. Səninlə həmişə bir bağlılığımız olub. Təhsil üçün Rusiyaya gedəndə də orda çox qalmadım. Sənin yaşadığın evə yaxın ev kirayələmişdim. Yadındadır? Universitetimə yaxın olduğunu demişdim. Amma elə deyildi.
-Niyə? - Aylin qorxaq nəzərlərlə baxırdı. Danışarkən səsinin titrəməyinə mane olmağı da bacarmırdı.
Tural Aylinin əlini tutdu. Aylin sanki etiraz etmə qabiliyyətini itirmişdi. Əlini çəkmədi. O an nə baş verdiyini anlamağa çalışdığı üçün etiraz edə bilmirdi. Sadəcə əlini tutan Turala gözlərini bərəldərək baxdı. Bu vaxt Səlim içəri daxil olurdu. Kənarda oturan Turalla Aylini görüb yerindəcə dayandı. Tural hərarətlə danışırdı və Aylinlə bir -birinə baxırdılar. Həm də Tural Aylinin-Səlimin sevdiyi qadının əlini tuturdu. Aylin isə heç də halından narazı deyildi.
-Aylin, mən səni sevirəm. Mən səni hər şeydən, hər kəsdən çox sevirəm. Mən səni parta yoldaşım olanda sevirdim. Sən mənə əsəbiləşəndə mən səni sevirdim. Mən səni çox sevdim. İndi də sevirəm. Rusiyada qalmağım üçün nə qədər təkid etsələr də, mən qalmadım. Çünki sevdiyim qız burda idi. Sən burada idin, Aylin. Ona görə də mən qayıtdım. Evli olduğunu biləndə həyat qaraldı gözümdə. Səni itirdiyimi düşündüm. Sən evliliyinin kağız üstündə olduğunu deyəndə mən nə qədər sevinmişdim, sən təxmin belə edə bilməzsən. Onda qərar verdim ki, sən mənim həyat yoldaşım olacaqsan. Bilirəm ki, sən də mənə qarşı bir şeylər hiss edirsən. Sən də sevirsən. Biz bir-birimizi sevirik...
Səlim bu eşitdikləri qarşısında donub qalmışdı. Daha dözə bilməyib söhbətin ardına qulaq asmadı. Bütün ümidləri puç olmuşdu. Aylini sevdiyini daha yeni özünə etiraf etmişkən Aylinin Turalı sevdiyini öyrənmək onun üçün böyük bir xəyal qırıqlığı olmuşdu. Kafedən necə çıxdığını bilmədi.
-Mən də səni sevirəm, Tural, düzdür, - dedi Aylin.
Bu sözü eşidəndən sonra Samir də Səlimin arxasınca sürətlə getdi. Amma Səlimə çata bilmədi. Yolda qaldı. Arxasından səslənsə də, Səlim heç onu eşitmədi.
-Tural, amma mən səni sənin düşündüyün kimi sevmirəm. Mən səni həmişə dost kimi, qardaş kimi görmüşəm. Başqa bir şey düşünmə.
-Ola bilər, indi sevmirsən. Amma icazə ver, mən özümü sənə sevdirim. Sən də məni sevəcəksən. Əslində, sən də nə isə hiss edirsən. Anlamırsan ,yəqin.
-Tural, bəsdir. Mən səni sevə bilmərəm,-deyərək Aylin səsini yüksəltdi.
-Axı niyə?- deyə Tural üsyan etdi,-nəyim pisdir? Xasiyyətim pisdir? Yaraşıqlı deyiləm? Sənə layiq deyiləm? Yoxsa başqa nə?
-Tural,-Aylin az qala qışqırdı,-ətrafdakıların onlara baxdığını görüb astadan, - Mən səni sevə bilmərəm, Çünki mən Səlimi sevirəm,-dedi.
Üzünə şillə kimi dəyən bu söz Turalı susdurdu. Donuq nəzərlərini Aylinə çevirdi.
-Tural, bağışla. Amma mən ondan başqasını sevə bilmərəm. O məni sevmir. O, başqasını sevir. Bəlkə də, sevir. Bilmirəm, inan ki. O, sevsə də, sevməsə də, mən sevirəm onu. Mən onu sevməkdən əsla əl çəkən deyiləm. Biz boşansaq da, mən onu sevəcəyəm. Çıxıb gedəcəyəm buralardan. Lakin yenə sevəcəyəm. Çünki onu sevmək məni yaşadır. Onu çox sevirəm. Bağışla məni, Tural. Mənə ümid bağlama. Xahiş edirəm,- dedi və masadan qalxıb cəld addımlarla oradan uzaqlaşdı.***
Səlim bu olanları qəbul edə bilmirdi. Ürəyində hiss etdiyi qırıqlığı heç nə ilə ifadə edə bilmirdi. Bir vaxtlar Aylini çox incitmişdi. Yəqin, bu da onun cəzasıdır, deyə düşünürdü. Bacardıqca içmiş , indi də sükan arxasında oturmuşdu. Maşını dəli kimi sürürdü. İki dəfə az qala qəza törədəcəkdi. Maşını kənara çəkib bir müddət başını arxaya söykəyib dayandı. Özündən ixtiyarsız gözündən yaş axanda əsəbiləşdi. Bir qadın ucbatından gözündən yaş axıtdığı üçün əsəbini cilovlamaqda çətinlik çəkirdi. Sərxoş beyninə gələn fikir ilə maşının səmtini döndərdi.
***
Qapının zəngini eşidərək yuxudan duran Sara deyinərək qapını açdı. Heç gözləmədiyi qonağı görəndə donub qaldı.
-Səlim???Səssiz külək fırtınaya dönürdü
Sənin əlin mənə toxunan zaman.
Başqa bir adama çevrilirdim mən
Sənin baxışına tutulan zaman.( Afət Dəniz)_____
Növbəti bölümdə ,sizcə, nələr ola bilər?
Səlimin hərəkətlərinə necə baxırsız?
Vote və rəylərinizi səbirsizliklə gözləyirəm.
Sevilirsiniz❤️❤️❤️💞💞💞
ŞİMDİ OKUDUĞUN
Qarşılıqsız sevgi
Romanceİstəmədən, məcburiyyətdən evlənən bu iki gənc bir-birinə qarşı mübarizə apararkən həyat davamlı olaraq onları bir-birinə tərəf sürüyür.