19. Gözlənilməz xəbər

153 16 13
                                    

Bəzən heç ummadığımız anda ummadığımız insan tərəfindən qırılırıq. Qəlbimizi param parça edərək gözümüzü də yaşlı qoyur. Sevinclə oyandığımız səhər, xoş keçən dünənimiz gözümüzdən gəlir. Deyəsən, xoşbəxtlik tam olan bir duyğu deyil. Çünki xoşbəxt olduğumuz anda bədbəxtlik baş qaldırıb bütün sevincimizi yerlə-yeksan edir. Bir az sevinc, az hüzn. Həyatın qanunu budur. Bəzən həyat bizi göyün 7-ci qatına qaldırıb bizə xoş duyğular yasadır, biz yenicə sevinməyə başlayanda isə bizi var gücü ilə yerə çırpır. Sevincimiz boğazımızda qalır. Gülüşümüz üzümüzdə solur. İnsan neçə dəfə ölə bilər ki? Bir dəfə? Yox, əslində, insan arsız bir varlıqdır. Bir dəfə qırılan ümidlər yenidən baş qaldırır və insan çox arsızca eyni şeyə ümid edir. Yəni, insan bir dəfə yox, dəfələrlə ölür.

***

Aylin səhər tezdən oyanmışdı. Əslində, heç gözünə düz-əməlli yuxu da getməmişdi. Saat 4-dən bir az keçəndən sonra sevdiyi adama sarılaraq yuxuya gedə bilmişdi. Sevdiyi insanın qollarında olmanın şirin həyəcanı ona tez yatmağa imkan verməmişdi. Bütün gecə sevdiyi insanın simasını izləmişdi. Saçlarını, dodaqlarını, kirpiklərini: bir sözlə, onu incələmişdi. Onu ilk dəfə idi belə yaxından seyr etmə fürsəti əldə etdiyi üçün bu fürsəti yaxşı dəyərləndirmişdi. Yuxuda olan Səlimin saçlarına barmaqlarını daraq edərək sığal çəkmişdi. Necə də yumşaq saçları var idi. Bütün varlığını təslim etdiyi bu kişi onun üçün əvəzolunmaz bir insan idi. Kimisə onun yerinə qoyması mümkün deyildi. Dünənki gecəni düşündü. Bədənini xoş bir gizilti bürüdü. Gecə Səlim əllərini Aylinin saçlarında, dodaqlarında, bütün bədənində gəzdirərək ona sevgisini etiraf etmişdi. Səlimin simasına baxaraq ona olan sevgisinin böyüklüyünü düşündü. Bir neçə dəqiqə beləcə uzandı. Bir müddət sonra yerindən qalxaraq yuyunmaq üçün vanna otağına getdi. Yuyunduqdan sonra isə Səlimə səhər yeməyi hazırlamaq üçün mətbəxə keçdi. Kefi yaman kök idi. Düşünürdü ki, bu gün heç kim onun kefinə soğan doğraya bilməz. Sevdiyi adama ilk dəfə onun qadını kimi səhər yeməyi hazırlayırdı. Səlim sevdiyi üçün ona xüsusi olaraq yumurtalı çörək bişirib süfrəni də hazır etdikdən sonra oturub Səlimi gözləməyə başladı. Amma Səlim hələ də oyanmamışdı. Aylin çox həyəcanlı idi. Eyni zamanda da utanırdı və necə davranacağını bilmirdi. Dünəni düşünəndə utandığından yanaqları qızardı.

Səlim içkinin təsirindən elə yatmışdı ki, telefonuna gələn zəngi belə eşitmirdi. Artıq 5-ci dəfə zəng gələndə Səlim baş ağrısı çəkərək göz qapaqlarını astaca aralayıb ətrafa baxaraq oyandı. Başını tutub: "Bu nə baş ağrıdı belə",-deyib telefonu götürdü. Zəng şirkətdən idi. Zəngi dərhal açdı. Təcili şirkətə çağırırdılar. Necə unutmuşdu axı? Bu gün axı türk iş adamları gələcəkdilər. Tez-tələsik geyindi. Yatağında qalan qan ləkələrinə fikir vermədən tələsik aşağı düşdü. Aylin Səlimin aşağı düşdüyünü görüb özünü itirdi. Daha da qızardı. Səlim Aylini görüb dayandı:

-Sabahın xeyir,- dilindən zorla azad etdiyi kəlimələr soyuq idi.

-Səlim, səhər yeməyi yemirsən?- məyus halda dilləndi.

-Yox. İşim var,-dedi quru və bir o qədər ciddi səs tonu ilə.

-Axşam çox içmişdin,-bunu niyə dedi, heç özü də tam anlamadı. Bəlkə də, gecəni xatırlayıb-xatırlamadığını bilmək istəyirdi.

-Hə, ola bilər. Başım da ona görə ağrıyır, demək,- Səsi çox quru, vecsiz, soyuq idi. Bu soyuqluq Aylinin iliklərinə işləyərək onun qanını dondurdu. Səlimin dünən dediklərini xatırlamaması isə onun qəlbini tamam parçaladı. Qırılmış qəlbində qopan səssiz fəryadlar dilə gəlmək üçün can atırdılar artıq. Gözündən axan yaşlara mane ola bilməyərək onları öz axarına buraxdı. Səlim evdən çıxan kimi isə cəld Səlimin otağına çıxaraq mələfəni dəyişib, başqalarını taxıb digərlərini paltar yuyana atıb hönkür-hönkür ağlamağa başladı. Bütün xəyalları məhv olmuşdu. Arzuları puç olmuşdu. Sevgisi cavabsız qalmışdı. Gözündən yaşlar axdıqca ürəyi daha da parçalanır, hər aldığı nəfəs bir ox olub ürəyinə saplanaraq ona əzab verirdi.

Qarşılıqsız sevgiHikayelerin yaşadığı yer. Şimdi keşfedin