22. Həqiqətlər üzə çıxır.

153 12 9
                                    

Bəzən xatırlaya bilmədiyimiz bir həqiqət sevdiyimiz birinin qəlbini qırmaq üçün bəs edə bilər. Bir insanın qəlbini oğurlamaqdan daha asanı o qəlbi qırmaqdır. Qırmadan, incitmədən hər bir şeyi həll etmək mümkündür. Qırmayın, yoxsa qırdığınız bir qəlbi bir daha bərpa edə bilməzsiniz. Bir ömür onun əzabı ilə yaşayarsınız. Qırıq qəlb isə ən əzazil keçmişdir. Qarabaqara izləyir və hər addımda etdiyiniz yanlışı sizə xatırladır. Əsas da sevirsinizsə, daha da ehtiyatlı olun. Birini sevmək onu hər şeyi ilə; səhvləri ilə, qüsurları ilə sevmək deməkdir. Əgər o insanı mükəmməl etməyə çalışırsınızsa, sevmədiyiniz bir xasiyyətini dəyişmək istəyirsinizsə, bu sevgi deyil. Bir insanı sevəndə onu gördüyünüz kimi sevirsiniz. Həmişə də elə sevməyiniz lazımdır. Əksinə, sevmədiyiniz xasiyyəti belə sizə gözəl görünməlidir. Çünki onu o edən həmin qüsurlardır. İnsan mükəmməl ola bilməz axı. Ona görə də sevəndə sadəcə sevin. Başqa heç nəyə ehtiyac yoxdur. Sadəcə sevin!

Səlim əlində tutduğu hamiləlik sənədinə inana bilmirdi. Gözləri hədəqəsindən çıxacaq şəkildə dəfələrlə kağızı oxudu. Aylin Məlikzadə adında ilişib qalırdı. “Bu necə ola bilər. Aylin hamilədir, yəni?” Gözləri əsəbdən qan çanağına dönmüş, ürəyi sürətlə çırpınırdı. Fısıldayaraq nəfəs alırdı. Saçını silərək hamamdan çıxan Aylin Səlimi görüb özünü itirdi. Qısa, çəhrayı hamam xalatından sinəsi göründüyü üçün yaxasını daha yaxşı bağlayaraq :
-Səlim, sənin burada nə işin var? – dedi. Səlimin əlindəki sənədi gördükdə isə az daha müvazinətini itirəcəkdi. Özünü ələ alaraq heç nə olmamış kimi yaxına gəlib sənədi Səlimin əlindən götürməyə çalışdı, - Sən mənim əşyalarımı hansı haqla qarışdırırsan? Ver onu mənə!!!-Səlim kağızı geri çəkərək Aylinin onu almasına icazə verməyərək əsəbi baxışlarını Aylinin simasında gəzdirdi.
-Demək, sənin ürəyin buna görə bulanırdı. Baş gicəllənmələr buna görə idi. Və buna görə boşanmaq istəyirdin, hə? Mənə açıqca deyə bilərdin hər şeyi. Amma demədin, - dedi sakitcə. Sanki öz-özü  danışırdı. Aylin Səlimin bu fırtınadan öncəki səssizlik halını görüb təlaşa düşdü. Səlimin qışqıraraq, - Niyə??? – deməsi ilə Aylin diksindi. Axı hansı ağılla o sənədi açıqda qoymuşdu? Özünə əsəbiləşdi. Səlim öz – özünə nəsə danışaraq oturdu. Aylin Səlimə yaxın gələrək onu yola gətirməyə çalışdı.
-Səlim... Elə deyil... Mənə qulaq as, - Başını aşağı salaraq oturan Səlimin çiyninə əlini qoydu. Səlim ani hərəkətlə Aylinin əlini çəkib ayağa qalxdı.
-Məndən boşanmaq istəmə səbəbin demək bu idi, - deyə təkrar etdi,-mənə əsəbiləşirdin ki, boşanmamış Saranı hamilə qoymuşam. Bəs sənin etdiyinə nə ad vermək olar? Turalla hansı arada yatdın sən? – deməsi ilə Aylinin sərt silləsini üzündə hiss etməsi bir anda baş verdi. Aylinin gözləri dolmuşdu, özünü alçalmış hiss edirdi.  Sadəcə bir sillə ilə hər şeyə son qoymaq istəsə də, bu mümkün ola biləcək bir şey də deyildi axı. Səlim onu çox yaralamış olsa da, özündə də günah görürdü. Axı Səlimə açıq-aydın hər şeyi deməmişdi . Amma yenə də necə düşündü ki, uşaq başqasınındır? Məgər heçmi tanımadı Aylini? Əgər Səlimi sevməsəydi də, belə bir şey etməzdi. Qışqıraraq :
-Çıx otağımdan,- dedi və Səlimi itələyərək otaqdan çıxarmağa çalışdı.
-Həqiqətləri eşitmək xoşuna gəlmir, Aylin xanım?-Səlim otaqdan məcburi çıxarılaraq qışqırdı.
-Səlim, çıx!!! - gözləri əsəblə parıldayırdı.
-Əgər boşanmağı bunun üçün istəyirdinsə, olar, boşanarıq,-Deyib Səlim otağına getdi.
Səlimin içəri girməsi ilə kamodun üstündəki stəkanı güzgüyə vurub sındırması bir an çəkdi. Aylin səsdən diksinərək Səlimin arxasınca getmək istəsə də, ayaqları ürəyindən ixtiyarsız dayandı və getmədi.
***
Nigar Əlinin baxışlarından qorxaraq ehtiyatla ayağa qalxdı. Əlinin onun üstünə gəlməsi ilə o da geriyə doğru hərəkət edirdi. Əlinin amansız baxışlarından zalımlıq yağırdı. Nigar Əliyə qorxaraq baxırdı. İllərdir Əlini tanımamış olması onun qəlbini daha da incidirdi.
-Əli, yalvarıram, eləmə,-Nigar ağlayırdı. Çox çarəsiz idi və zalımdan aman diləyirdi. Ürəyindən ona birinin kömək etməyini keçirdi. Amma kömək edəcək heç kim yox idi. Təkbaşına idi. Əli Nigarın qorxaq nəzərlərinin müşayiəti altında onun üstünə yeriyib zərbə ilə onu yerə yıxdı. Geyindiyi köynəyin yaxasını cıraraq:
-Bilmirsən ki, çox naz aşiqi usandırır,-dedi,-Sən öz xoşunla mənim olsaydın, səni indi aldatmazdım,-deyib Nigarın köynəyini bütünlüklə çıxarıb Nigarın müqavimətinə rəğmən sinəsini öpüşlərə qərq etdi. Nigar bacardığı qədər möhkəm çığırsa da, köməksiz idi. O qışqırdıqca Əli onu döyürdü.
-Səsini kəs. Əlimdən qurtula biləcəyini sanırsan? Səhv edirsən. Heç kim səni xilas edə bilməz,- Nigarın axan göz yaşlarına məhəl qoymadan onun bədəninə sahib olmağa çalışırdı.
Əlinin nəfəsini boynunda, əllərinin təmasını bədənində hiss etdikcə iyrənirdi Nigar. Bir vaxtlar “sevirəm” dediyi insandan iyrənirdi. O əclafdan qurtula bilmirdi. Çarəni sadəcə yalvarmaqda görürdü. Yalvarsa da, bu zalım varlıq ona məhəl qoymadan öz ehtirasını söndürməyə çalışırdı. Nigar çırpındıqca haldan düşür, gücsüzləşirdi, amma heç nəyə nail ola bilmirdi. Dodaqlarında onun öpüşünü hiss etdikcə ürəyi bulanır, ödü ağzına gələcəkmiş kimi olurdu. Namusunu bu xain insandan xilas edə bilmirdi. Axırda qolları Əlini özündən uzaqlaşdırmağa çalışmaqdan taqətdən düşdüyü an Əli Nigarın bakirəliyini pozaraq hər şeyi sona çatdırdı. O öz çirkin əməlini məmnun halda davam etdirir və Nigara zərrə qədər də ürəyi yanmırdı. Nigarın dünyası isə artıq bəyazlığını itirib  qaranlıq dünyaya yelkən açmışdı. O, indi müqavimət etmədən sadəcə ağlaya bilirdi. Çünki üstündəki bu əclafdan qurtulmaq mümkün deyildi. O, sakitcə qarğışlar yağdırır və ağlayırdı. Artıq Nigar əvvəlki Nigar deyildi. Həyatının işıqlarını söndürən Əli, əslində, onun sadəcə qızlığını deyil, gələcəyini də almışdı əlindən.  Əli işini bitirdikdən sonra üzünü ağlayaraq qarğış yağdıran Nigara çevirib :
-Ağlama. Belə olmasını sən istədin, - dedi.
Nigar ayaqlarında, qarnında hiss etdiyi ağrıdan üzünü turşudub ağlayırdı. Divandakı qan ləkələrinə baxdıqca hıçqırıqlara boğulur nəfəsi kəsiləcəkmiş kimi olurdu:
-Allah sənin bəlanı versin!!! Sənə nifrət edirəm, alçaq!!!-deyib tələsik yerə düşən paltarlarını geyindi. Köynəyi yırtıldığı üçün əlləri ilə sinəsini tutdu.
Bu vaxt qapının az qala sınacaq şəkildə döyülməsinə ikisi də diksindi.
-Əli... Aç qapını... – Samir var gücü ilə qapını döyəcləyərək Əlini çağırırdı. Samirin səsini eşidəndə Nigar daha möhkəm ağlamağa başladı. Onu bu vəziyyətdə görməsini istəmirdi. Peşman olmuşdu. Əlini seçdiyi üçün, inandığı üçün peşman olmuşdu. Təmiz bir qız olan Nigar ləkələnmiş bir qadına dönmüşdü. Gözündən yaşlar sel kimi axdıqca Samirin səsinə cavab verə bilmirdi. Hıçqırıq səsi eşidilməsin deyə ağzını möhkəmcə sıxıb dayanmışdı. Əli isə artıq səksəkədə idi. Nə edəcəyini bilmirdi.
-Nigar!!! -key kimi olduğunu görüb Nigarı özünə gətirməyə çalışdı,-Nigar sakit ol. Onsuz da, evlənəcəkdik də. Yenə də evlənərik. Sən məni sevirsən. Mən də səni sevirəm. Gülüm, mənə bax, - Gözlərini bir nöqtəyə zilləyib ağlayan Nigarın başını özünə çevirdi. Nigar onun simasına baxdıqca hər şeyi unudub çığırmağa başladı.
-Əl çək məndən!!! Əl çək!!!Alçaq!!! Toxunma mənə!!!
Samir səsi eşidib qapını qırmağa çalışırdı.
-Nigar!!! Sən ordasan?! Nigar?-İlk cəhdi boşa getsə də, növbəti zərbədə qapı açıldı. Qapının açılması ilə Əli mətbəxə qaçaraq arxa qapıdan qaçdı. Nigarın üz- gözü yaralı, üstü-başı yırtıq, özü isə pərişan halda idi. Samir Nigarı belə vəziyyətdə görüb qorxdu. Asta addımlarla Nigara yaxınlaşdı.
-Nigar, sənə nə olub? O sənə nə edib? – Nigarı qucaqlamaq istəyəndə Nigar qışqırdı :
-Mənə yaxın gəlmə,-gözlərini qaldırıb Samirə baxdı. Gözündən yaşlar axmağa başladı,-Yaxın gəlmə,-hönkürdü. Samir divandakı qan ləkələrini görəndə vəziyyəti anladı. Nigara baxdığı an gözündən saxlamağa çalışdığı yaş axdı. Yumruğunu sıxıb:
-O alçaq sənə... – sözünün ardını dilinə gətirə bilmədi, - O bunu necə edib?-deyərək Nigarı qucaqladı.
-Əl vurma mənə,- inad etməyə cəhd göstərsə də, Samir onu buraxmadı. Daha da möhkəm qucaqladı. Nigar bu günün ağrısı ilə birgə illərin ağrısı ilə də Samirə qısılıb ağlayır, içində yığılıb qalan əzabı tökürdü.
Nigar xəstəxanaya getməyə qəti şəkildə etirazını bildirmişdi. Kiminsə bunu bilməsini istəmirdi.
-Yox, Samir xəstəxanaya istəmirəm. Məni öz evimə apar, - demişdi. Utanırdı Samirdən. Özünü rəzil bir insan kimi hiss edirdi. Bədənini də, ruhunu da kirlənmiş hiss edirdi. Halbuki, o sadəcə bir alçağın məzlum qurbanı idi.
-Yox, Nigar, heç olmasa, bu gün evində qalma. Mənim evimdə... – demişdi ki, Nigarın kəskin baxışını üzündə hiss etdi,-Nigar, məndən sənə zərər gəlməz. Mənə elə baxma. Əgər istəmirsənsə, mən səni məcbur etmirəm. Mənim evimdə rahat olmayacaqsansa, Aylingilə aparım.
-Yox, bu vaxt Aylini təlaşa salmaq istəmirəm... Onun öz dərdi başından aşır. Demə ona,-deyib ağlamağa başladı. Samir onun saçını sığallayaraq təsəlli etməyə çalışdısa da, təsəllilər boş idi. Onun çəkdiyi acının yanında adi təsəllilər zəif qalırdı. Nigar sakitləşərək başını oturacağa qoyub gözlərini yumdu. Samir isə Nigar istəməsə də, onu öz evinə gətirdi. Onun tək qalmağını istəmirdi. Evə çatanda Nigar gözlərini açıb gəldikləri evə baxdı.
-Bura sənin evindir?
-Hə, Nigar, mənim evimdir.
-Yox, Samir. Burada qalmaq istəmirəm. Öz evimə apar, dedim axı.
-Nigar, xahiş edirəm, inad eləmə. Sən məndən pislik gözləyirsən?- küskün baxışlarını Nigara zillədi,-Nigar, mənim ən son istədiyim şey belə deyil sənin canını yandırmaq . Xahiş edirəm, mənə inan. Başa düşürəm, mənə inanmaq, bəlkə, sənə çətin gəlir. Amma...- Nigara ona sözünü tamamlamağa imkan vermədi.
- Sənə inanıram. Məsələ o deyil.
-Onda düş aşağı, evə gəl. Məsələ hər nədirsə də, fərq etməz,- Nigar tərəddüdlə qapıya baxdığını görüb,-Mən gedəcəm, narahat olma. Sən tək qalarsan,-dedi. Ondan sonra Nigar aşağı düşdü. Samir qapını açaraq Nigara öndən yol verdi. Ürəyi niyəsə narahat deyildi. Samirə güvənirdi.
-Sən istəyirsən, yuyun. Yemək də var soyuducuda. Mən gedirəm... Nigar, narahat olma, burda güvəndəsən. Xahiş edirəm bir dəlilik etmə,- dedi və Nigar üçün dəsmal və geyim qoyub evdən çıxdı. Samir çox narahat idi, qorxurdu ki, Nigar özünə nəsə edər.
Samir çıxan kimi Nigar dərhal hamama girdi. Duşu açıb suyun altında dayandı. Bədənini bu yolla təmizləməyə çalışırdı. Dodaqlarını bir neçə dəfə su altında sərt şəkildə yudu. Bədənini heç sayını da bilmədi ki, neçə dəfə sabunladı. Qollarını, boynunu, ayaqlarını dərisi sürtünüb canını ağrıdanadək kisə ilə sürtdü. Sonra bir müddət sadəcə duşun altında dayanaraq suyun bədənindən axmasına şərait yaratdı. Başından aşağı süzülən su ona rahatlıq verdikcə daha da ağlamasına səbəb olurdu. Eyni zamanda Əlinin vurduğu yerlər, özünün kisə ilə sərt formada sürtdüyü yerlər su dəydikcə ağrıyırdı. “Niyə???” -deyə qışqıraraq suyun altında yerə çökdü. O ağlayır, su isə onun göz yaşlarını yuyurdu. Bir az sakitləşdikdən sonra suyu bağlayıb hamam dəsmalına bürüdü özünü. Güzgüdəki əksinə baxdı. Güzgüdə gördüyü pərişan qadın ona yad görünürdü. Üzü göyərmişdi, gözləri ağlamaqdan şişmişdi. Əlini yaralarının üstündə gəzdirdi. Özünü görməyə dözə bilməyərək hamamdan çıxdı. Əyninə geyinməyə paltar yox idi. İçəri keçib Samirin onun üçün qoyduğu ev geyimini əyninə geyindi. Başqa vaxt olsa, bu gülməli halına gülərdi. Amma indi buna da ağladı. Yaraları ağrısa da, ürəyinin ağrısı daha şiddətli idi, dayanmadan ağrıyırdı. İnamı qırılmış, namusu ayaq altında əzilmişdi. Çarəsiz idi. Zamanı geri qaytarmaq mümkün deyildi. Kaş ki ora getməyəydi, deyə düşünürdü. Dizləri üstə çökərək yenidən ağlamağa başladı. Samir kaş indi yanında olaydı, deyə içindən keçirdi.
***
İlk öncə tanışlarından biri zəng edib Əlini qızla gördüyünü dediyi gündən bir müddət sonra bir neçə dəfə Nigara müəmmalı biri zəng edib Əlinin onu aldatdığını demişdi. Nigar buna çox da baş qoşmaq istəmirdi. Amma son dəfə zəng edəndə: Get və öz gözünlə gör,-demişdi. Nigar da Samirlə danışdıqdan sonra ağlına Əlini günahkar vəziyyətdə tutmaq gəlmişdi. Bu zəngin təsiri altında taksiyə minib heç kimə heç nə demədən birbaşa Əlinin evinin yolunu tutmuşdu.
Birinci dəfə Nigar evə gələndə Əli onu pəncərədən görmüşdü. “Bunun burada nə işi var?” – deyib Nigarı aldatdığı qadını hamamda gizlətmişdi. Sonra da Nigar içəri daxil olanda Əlini çılpaq görmüş və aşağı enərkən pilləkəndə müvazinətini itirərək yıxılmışdı. Daha sonra da Nigar xəstəxanaya yerləşdirilmiş və Əli də süddən çıxan ağ qaşıq olmuşdu. Amma ikinci dəfə Nigardan heç nəyi gizlədə bilməmiş və onun ömrünə həmişəlik yadında qalacaq bir iz qoymuşdu.
Qapı döyüləndə diksindi. Sakit şəkildə qapıya yaxınlaşdı.
-Nigar, mənəm, aç,- Samirin səsini eşidən kimi Nigar qapını tələsik açdı,- keçə bilərəm?
-Əlbəttə.
-Heç mənə belə yaraşmır bu geyim,-deyib gülümsəyəndə Nigarın da üzü güldü,- həmişə gül Nigar. Sən buna layiqsən. Ən gözəl şeylərə layiqsən,- deyib əlini yanağındakı yaraya sürtdü,- alçaq,- Əlinin arxasınca söydükdən sonra əlindəki aptek paketinin içindəki dərmanları çıxarıb divana oturdu,- gəl otur, Nigar,- desə də, Nigar tərəddüd etdi,- Nigar, sadəcə yaralarına baxacam. Həkim deyiləm, düzdür, amma cəhd edəcəm,- deyib gülümsəyərək mazı açdı,- Nigar asta addımlarla divanda əyləşdi. Samir ehtiyatlı hərəkətlər ilə Nigarın üzündə olan yaralara maz çəkirdi. Nigar arada ağrıdan üzünü turşudurdu,- incidirəm?
-Yox, narahat olma,- Samir işini görərkən Nigar gözlərini Samirin üzündə gəzdirirdi. Samir işini bitirib Nigara baxanda pis iş üstə tutulmuş kimi Nigar özünü itirib gözlərini yerə zillədi. Samir Nigarın çənəsindən tutub başını qaldırdı:
-Ağlından nə keçirdiyini bilirəm. Amma heç nə üçün gec deyil. Mən səni bir ömür sevəcəm. Sevgimin böyüklüyünü təxmin edə bilməzsən, Nigar.
-Bilirəm, Samir. Amma...
-Amması olmasın- dedi və mazı Nigara uzatdı,- lazım olsa, istifadə edərsən.
- Nigar əlini uzadanda biləyində olan qızartını görüb Samir tez qolunu ani hərəkətlə tutdu və köynəyinin qolunu yuxarı qaldırdı.
-Bu nədir, Nigar. Bunu sən etmisən?
-Heç nə deyil,- deyib Nigar köynəyin qolunu aşağı salmaq istəsə də, Samir imkan vermədi.
- Nigar, sən çirkli deyilsən. Sadəcə su ilə yuyunmaq lazım idi. Özünə belə işgəncə verməyə heç bir ehtiyac yoxdur. Səndən xahiş edirəm, özünü qoru. Özünü incitmə.
-Yaxşı,- deyib Nigar baxışlarını yayındırdı. Samir divandan qalxıb sağollaşaraq evdən çıxıb Nigarı tək qoydu. Amma ürəyi hələ də narahat idi.
Nigar bir müddət divanda oturub nə edəcəyi haqqında düşündü. Əlidən şikayət eləmək istəmirdi. Yoxsa hamı onun təcavüzə məruz qaldığını biləcəkdi. Bu isə onun üçün daha çətin olardı. Hər dəfə ona yazığı gələrək baxmalarını istəmirdi. Əli bu dəqiqə burda olsa, onu öldürməyə hazır idi, ona nifrət edirdi. “Kaş ki başdan Samiri sevəydim”,-deyə düşündü. Bir az divanda uzandı. Gözü yuxuya gedəndə eyni səhnəni yuxuda görüb qışqıraraq oyandı. Qalxıb işığı yandırdı. Bir stəkan su içib pəncərədən baxdı. Gördüyü səhnə onun üzünün gülümsəməsinə səbəb oldu.
***

Qarşılıqsız sevgiHikayelerin yaşadığı yer. Şimdi keşfedin