16. Eşqə xəyanət

155 16 13
                                    

16. Eşqə xəyanət

Bəzən eşitdiyimiz tək bir sözlə dəyişər həyatımız. Ya yaxşılığa doğru, ya da pisliyə doğru. Hər zaman yolumuzu biz özümüz seçirik. Qarşımıza seçim qoyular,biz isə həyatımızın necə olacağını o etdiyimiz seçimlə qərarlaşdırmış olarıq. Öz yolumuzu özümüz təyin etdiyimiz halda nəsə düzgün getməsə , günahı atırıq bəxtin, qismətin üstünə. Biri oğurluq edir. Oğurladığı pulu yeyəndə heç bəxtindən giley etmir. Elə ki ələ keçdi,aha bax onda başlayır qismətə yüksək mərtəbəli söyüşlər. Birini sevirsən. Sevəndə yaxşıdır. Ayrılıqda başlayırsan ki,ay bu bəxt belə,helə. Başqa seçimlər varkən bədənini satan qadın elə hey bəxtə söyür. Qəza keçirib şikəst qalır biri. Sonra da ömrünün sonuna qədər qismət də qismət. Yazıq Qismət də baş qaldırıb deyir ki, mən axı səni nə vaxt məcbur etdim? Mən sənə nə etdim axı? Mənmi dedim, get, onu sev? Mənmi dedim, get, oğurluq elə? Mənmi dedim, sürətlə sür maşını? Yoxsa bədənini pulla satmağını mən dedim? Qoyduğum seçənəklərdən birini özün seçmisən. İndi də çək cəzanı.Bəli, biz hər şeyi yıxırıq bəxtin üstünə. Amma elə deyil axı. Əslində,hər şeydə günahkar bizik. Hər hərəkətin məsuliyyətini özümüz daşımalıyıq.Elə bir yol cızmalıyıq ki on il sonra geri dönüb baxanda heyfsilənməyək...Və ən əsası bu həyatda səbr etmək lazımdır. Əsəblə görülən işlər yoxsa  sonradan bizi peşimançılığa düçar edər. Odur ki,səbr edib hər zaman düzgün qərar verməliyik...
***
-Səlim,sənin nə işin var burda? Həm də bu vaxt?
-Sara,-deyərək Səlim sərxoş baxışları ilə Saraya baxdı,-biz ayrılmalıyıq,-dedi və Saranın qolları arasına düşdü.
-Səlim,-deyərək təəccüblə Səlimin tutan Sara heç də yaxşı şeylər olmadığını dərk edirdi. Səlimi içəri gətirib divanda oturtdu. Tamamən içki iyi verən Səlim isə danışırdı.
-Sara,biz ayrılmalıyıq.Mən Aylini sevirəm.Aşiqəm.Dəli kimi aşiqəm.
-Səlim,sən heç nə danışdığını da bilmirsən.Bəsti ,görək.Sevirsən,bəs niyə içmisən?
-O,məni sevmir,Sara. Ona görə...Sevmir...
        ***
   Səlim Saranın evinə gələndə ilk öncə Saranı öz qadını etmək düşüncəsində idi.Dumanlı başı bunu tam dərk etməsə də,ağlına gələn fikirdən ürpərmişdi. Saranın evinə çatıb binaya çıxanda isə tək bir şey düşünürdü."Saraya Aylini sevdiyimi deyib ayrılacam. Aylini də sevgimdən xəbərdar edəcəm. Mübarizə də apara bilərəm axı. Tural məndən öncə davranıb sevgisini etiraf etsə də,mən də öz varlığımı Aylinə hiss etdirməliyəm. Aylin mənə qarşı biganə deyildi. Tural onun beynini oğurlayıb sadəcə.Amma ürəyi hələ ki özündədir. Mən öz sevgimi onun qəlbinə salacam". Düşünsə də,o qədər də ümidli deyildi. Sadəcə özünü inandırmaq istəyirdi. Saranın yanına gəlməklə isə necə böyük səhv etdiyini o hələ səhər anlayacaqdı.
****
Səlim əgər sonuna qədər dinləsəydi söhbəti, hər şey daha yaxşı olacaqdı. Və həyatının səhvini etməyəcəkdi. İnsanların səhvi anlamadan birisinin cəzasını kəsmək deyilmi, onsuzda.
***
Bir neçə saat öncə...

Səlimin arxasınca kafedən çıxsa da,Səlim maşını dəli kimi sürərək getdiyi üçün Samir Səlimə yetişə bilməyib və yolda qaldı. Qarşı tərəfə ötəri nəzər salanda Klinikanın qapısının önündə  hərarətli şəkildə telefonla danışan Nigarı görüb özünü itirdi. Əl-ayağı dolaşmağa başladı. Üzündə sərsəm ifadə əmələ gəldi. Nə vaxt Nigarı görsə,belə olurdu. Bu sevgi lap onun ağlını başından alırdı.
-Əli, artıq bir həftədir, düz- əməlli görmürəm səni. Nə zəng edirsən,nə yazırsan. Elə bil belə də olmalıdır. Sən nə etməyə çalışırsan?
-Nigar, sənə deyirəm ki ,işim olur. Vaxt edə bilmirəm. Bunu anlamaq belə çətindir?
-Mən də işləyirəm. Mənim də çox vaxtım olmur. Amma mən sənə vaxt tapıram,-deyərək daha da sərt danışan Nigar artıq bezmişdi.
-Nigar, heç yaxşı yerə getmir bu söhbət. Görüşmək deyil dərdin?Görüşərik bu gün. Olar?
-Sağ ol da. Elə danışırsan ki. Məni borclu çıxarırsan. Mən sənə nə deyirəm,sən nə anlayırsan.Nəysə, Əli. Heç mən özümü yora bilməyəcəm,-dedi və əsəbiləşib telefonu söndürdü. Əsəblə "adam deyil elə bil" dedi və qarşıda dayanıb gülümsəyərək ona baxan Samiri gördü.Birdən Nigarın ona baxdığını görən Samir cəld özünü yığışdırıb qarşı tərəfə keçib Nigarla salamlaşdı.
-Salam...-deyərək bacardığı ən böyük gülümsəməni Nigara bəxş etdi.
-Salam ,Samir.Burda nə işin var?-Nigar təəccüblə soruşdu. Samiri görmək , əslində,ona xoş təsir bağışlayırdı.Samirdə bir sakitlik vardı. İnsanın ürəyinə işləməyi elə gözəl bacarırdı ki. Onunla ortaq cəhətləri çox idi. Sanki ruh əkizi o idi.
Nə yalan uyduracağını bilmədiyi üçün ağlına gələn ilk şeyi dedi.
-Mən xəstəxanaya gəlmişdim...Hə, xəstəxanaya. Mən hər il mütləq analiz verirəm. Yoxlanış üçün. Bu çox vacibdir,-dedi. Əslində,heç də yoxlanışa gəlmək adəti deyildi. Hətta ,ən son nə vaxt gəlib analiz verdiyini belə xatırlamadı. Amma Səlimlə gəlib Aylinin Turalla olan söhbətini eşitdiklərini deyəsi də deyildi axı. Ona görə də yalan deməyi üstün tutdu. Yalan deməyi sevmədiyi üçün bu xırda yalan da onu ələ verirdi. Gözlərini qaçırıb sağa -sola baxması isə tamamən yalan dediyinin sübutu idi.
-Həə lap yaxşı,-dedi və Nigar sınayıcı nəzərlərlə ona baxdı. Heç də onun dediyinə inanmadı.Samirin başqa yolu qalmadığı üçün söylədiyi yalanın şərtlərinə uyğun olaraq analiz vermək üçün  çarəsiz şəkildə xəstəxanaya daxil oldu. Artıq geri dönüş yox idi. Analiz verməli idi. Onlar söhbət edərkən Aylin fırtına kimi onların yanından keçib yuxarı çıxdı.Nigar onun bu halına çaşdı. Arxasından çağırsa da, Aylin onu eşitmədi. Nigar təşvişə düşərək rəfiqəsinin arxasından baxdı.
-Görəsən, nolub ona? - öz - özünə dedi,-Samir, sən özün analizlərinə başla,sonra mən sənlə maraqlanacam,-dedi və qaçaraq Aylinin arxasından getdi.
-Aylin! Aylin! - Aylinə çatan Nigar nəfəsini dərdi,-Niyə dayanmırsan?—deyib Aylinin ağladığını görüb özünü itirdi. Nə edəcəyini bilmirdi. Son zamanlar,onsuzda,heç üzü gülmürdü. Gah yaxşı,gah pis əhvalda olurdu daima. Bu sevgi ona heç yaramırdı,-Aylin, sən ağlayırsan? -  Aylin daha betər ağlayanda Nigar onu qucaqladı:Axı nə oldu, quzum? Bayaq yaxşı idin axı. Tural nəsə dedi? - Aylindən cavab ala bilməyən Nigar təlaşlandı...
Aylinin otağına keçib oturdular. Aylin bir az ağladıqdan sonra sakitləşmişdi..Hər şeyi olduğu kimi Nigara danışmış və susqun baxışlarını yerə dikmişdi. Özünü ən bəxtsiz insan hesab edirdi. Səlimlə evlənməsə, taleyi necə olardı, görəsən? Bəlkə də,Turala müsbət cavab verə bilərdi. Amma yox, onu heç vaxt sevgili kimi,ər kimi görə bilməmişdi axı Aylin. Yox,o, Səlimsiz həyat düşünə bilmirdi. Hətta,geri dönsə,evlənməmək kimi bir şansı olsaydı belə,yenə də Səlimlə bu qədər zamanı keçirmək üçün,bəlkə də,onunla evlənərdi. Keçən bu neçə müddət ona ağrı-acı da bəxş etmiş olsa,Səlimi görmək ona dünyaları bəxş etmək kimi bir şey idi.Səlim onu çox qırırdı,düzdür. Qırsa belə,elə gözəl könül almağı bacarırdı ki,ondan incimək mümkün olmurdu. Ona görə də Turalı düşünmək belə istəmirdi.
-Mən ona heç vaxt başqa gözlə baxmamışam. Qardaş kimi görmüşəm. Boş ümidlər verməmişəm ona. Uşaq idik o vaxt. Mən elə bilirdim ki,hər şey geridə qalıb. O,böyüyüb,məni unudub. Amma sən demə,heç də elə deyilmiş. Mənə sevgisini etiraf etdi. Heç istəmirdim ondan belə söz eşitmək. Kaş ondan deyil də... - dedi və duruxdu. Sözünü tamamlamamalı idi. Ayağa qalxaraq gözündən axan yaşı sildi.
-Sözünü tamamlamadın, Aylin. Nə deyirdin?
-Heç nə, Nigar.. Boş ver. Sadəcə, bunu gözləmirdim. O, yaxşı dost idi. Amma artıq onunla arama məsafə qoymağa məcburam. Bu gündən mən buna məcburam. Təəssüf ki, ən yaxın dostlarımdan birini itirdim.
-Hər şey xeyirliyə doğru olur,Aylin. Pərişan etmə özünü.
-İstəmirdim, belə şey olsun.
-Aylin,-deyərək Nigar ehtiyatla Aylinə baxdı. Sözünü necə deyəcəyini bilmirdi,-Sən Səlimi sevirsən,hə?
Aylin eşitdiyi ani sözdən tez üzünü Nigara çevirdi.Gözlərini böyüdərək Nigara baxsa da,nəsə deməyə çətinlik çəkirdi. Nə desin axı. Sevmirəm ,desin? Necə desin ?Sevirdi axı. Dəli kimi sevirdi. Heç nə deyə bilmirdi. Əslində,Nigar onu ən yaxşı anlaya biləcək insan idi. Sadəcə deyə bilmirdi. Otağa tibb bacısının girib Nigarı çağırması ilə söhbətləri yarımçıq qalmışdı. Aylin söhbətin yarımçıq qalmasına sevinmişdi. Nigara yalan demək istəmirdi.Amma bir gün mütləq danışacaq idi Nigara.
Samir analizlərini verib nəticələrini gözləyirdi. Nigar da aşağı düşərkən Samiri oturan görüb yanına yaxınlaşdı.
-Vermisən analizləri, Samir?..-hansı ara bir-birinə adları ilə xitab etdiklərini heç özləri də bilmirdi. Amma onların dilinə adları yaraşırdı.
-Hə,Nigar. Indi cavabını gözləyirəm. İşin yoxdursa, bəlkə, aşağıda çay içək. Qan verəndən sonra həmişə başım haylanır,-deyərək gülümsədi.
-Hə. Olar,-deyə Nigar razılıq verəndə Samir sevincək tez ayağa qalxıb Nigarla aşağı düşdü. Nigara olan sevgisini dəfn etməli olduğu halda bunu bacarmırdı. Əksinə,günü -gündən daha da çox sevirdi. Bu sevgi ona, əslində ,yaxşı təsir etmirdi.
Onlar orda çay içəndə Əli dayanmadan Nigara zəng edirdi.Samir Nigarın cavabsız qoyduğu zəngləri görüb narahat olmuşdu.Bəlli idi ki,sevdiyi qadın pərişan idi. Nigar isə inadla telefonu açmırdı. Çox əsəbiləşmişdi Əliyə. İçdən-içə Aylinin bir vaxtlar"Yalnış adamdır Əli. Ona şans verməyin düzgün deyil" deməsinə indi haqq verirdi. O da anlayırdı ki,Əli onun ruh əkizi deyil. Doğrudan da,onunla xoşbəxt deyildi. Onun bir sevgi sözünə həsrət idi. Şirin danışığı yox idi. Nigarı ələ keçirənə qədər min bir şirin dil tökən Əli artıq getmişdi və onun yerini soyuq qəlbli,ruhsuz bir insan almışdı.
-Hər şey yolundadır,Nigar?
-Hə, yaxşıdı...-deyərək gözlərini Samirdən qaçırmağa çalışdı.Əli isə Nigarla danışdıqdan sonra birbaşa klinikaya gəlmiş və Nigarın olduğu yeri tapıb yanına gəlmişdi.Samiri də orda görüb əsəbiləşmişdi. Nigar Əlini görüb təəccübünü heç cürə gizlədə bilmədi. Samirdən üzr istəyib cəld oturduğu yerdən durub Əliyə yaxınlaşdı.
-Burda nə işin var?
-Mən burda yoxam. Sən də oturub onunla burda çay içirsən? Özünə yeni sevgili tapmısan ,deyəsən,ona görə mənimlə elə danışdın,hə?Məndən ayrılıb rahat olasan deyə?-deyərək əsəbi baxışlarını Nigara zillədi.
-Sən nə danışırsan,Əli? Doğru-düzgün danış mənlə. Heç dediyin sözü öz qulağın eşidir?
-Nədir,səhv deyirəm?Onunla niyə oturmusan?
-Sən olsaydın da, sənlə otursaydım, -əsəblə Əliyə çəmkirən Nigar əsəbinə heç cürə hakim ola bilmirdi. Əli artıq neçənci dəfə idi ona belə sözlər deyirdi. Bu isə artıq səbr kasasını daşıran son damla olmuşdu.
-Nigar, sən nə danışırsan? Deyirəm ki, işim olur.
-Bəs nə yaxşı mən sənə zəng edən kimi işin - gücün yaddan çıxdı. Dərhal bura gəldin.
-Mən istəmirəm, sən məndən inciyəsən, - Əli bu dəfə Nigarın qılığına girərək danışmağa çalışdı.
-İncidirsən ,Əli. Başa düşürsən məni?İn-ci-dir-sən!-deyərək küskün nəzərlərini yerə dikdi. Son sözü Əliyə başa salmağa çalışarcasına hecalara böldü.
-Nigar,üzr istəyirəm səndən. Bundan sonra çalışacam ki,belə şeylər yaşanmasın,-deyərək Nigarın əlini tutdu. Nigar da Əlinin üzünə baxdı. Düzü, heç Əlidən üzr gözləmirdi. Çünki Əli nə etsə,düz etdiyini düşünən bir insandır,-bağışlayırsanmı məni,sevgilim?
-Yaxşı. Olsun. Amma mən də diqqət istəyirəm. İki ildir birlikdəyik. Amma saysan, hesablasan, beş- altı ay güclə görmüşəm üzünü. Öncələr çıxıb gedirdin xaricə. İndi də burdasan,amma yoxsan. Mən sənin varlığını hiss edə bilmirəm. Başa düş məni.
-Yaxşı da, Nigar. Bağlayaq söhbəti. Bundan sonra sənə daha çox vaxt ayıracam. Söz verirəm. Biz küsməyək,-deyərək Əli Nigarı qucaqlamaq istəyəndə Nigar onun əlini çəkdi.
-Nə edirsən?Xəstəxanadayıq.
-Ufff yenə də? - bezgin şəkildə dedi.
-Əli, düzgün deyil axı.
-Yaxşı.Olsun.Axşam görüşürük də,axı, hə?
-Yaxşı. Görüşərik.
-Onda mən indi gedirəm,-dedi və sağollaşdılar.

Qarşılıqsız sevgiHikayelerin yaşadığı yer. Şimdi keşfedin