Atalar demişkən, sonrakı peşmançılıq fayda verməz. Əgər nəsə edəcəksənsə, yüz dəfə düşün. Çünki atdığımız addım əsla geri dönüşü olmayan yoldur. Əgər səhər duranda üzünüzdə təbəssüm yerinə peşmançılıq yer alırsa, o gün ən pis günlərinizdən biridir. Bacardıqca o gün hamıdan qaçın. Qaçın ki, heç kimin qəlbini qırmayasınız. Çünki onda ən çox sevdiklərinizi qıracaqsınız. Və sonda qırılan siz özünüz olacaqsınız...
***
Səlim səhər saat 5:00-ı göstərəndə gözünü açıb tavana zillədi. Tavan yad idi. Axı onun otağının tavanı ağ rəngdə idi. Bu isə mavi idi. Axı bura haradır? Başının ağrısı da onu bir yandan dəli edirdi. Birdən başını çevirəndə Saranı yatağın sol tərəfində yatan görüb yerindən dik atıldı. Gözlərinə inana bilmədiyi üçün bir neçə dəfə gözlərini yumub açdı. Amma Saranın yorğanın altında gizlənən çılpaq bədəni, yastığın üzərinə tökülən uzun qara saçları yoxa çıxmırdı. Səlim cəld yataqdan durub başının ağrısından üzünü turşudaraq dünən nə olduğunu anlamağa çalışdı. Dünən gecə yavaş-yavaş gözü önündə canlanmağa başlayanda özünə olan nifrəti artmağa başladı. Peşmançılığı pik həddə çatmışdı. Əlbəttə ki, onların arasında nəsə olmuşdu. Sara kefindən çılpaq yatmayıb ki. "Bunu necə elədim? " - deyərək tələsik əynini geyinməyə başladı. Sanki geyimini geyindikdən sonra hər şey geridə qalacaqdı. Əynini geyinər - geyinməz Saranı oyatmadan sakit addımlarla otağı tərk etdi. Etdiyi səhvin mahiyyətinə indi varmağa başlayırdı. Axı o bunu necə etmişdi? Qəzəbini bu yolla söndürməyə, Aylinə olan sevgisindən bu yolla xilas olmağa çalışmışdı. Bacara bilmişdimi bəs? Nə əsəbi keçmişdi, nə sevgisi bitmişdi. Bəs onda bu nə idi axı o etdi? Belə bir axmaqlığı necə etmişdi? O, hər şeyi məhv etmişdi. Aylinin saf sevgisini məhv etmişdi. Əslində, bu sevgiyə xəyanət etmişdi. İndi tam olaraq bunu dərk edəcək halda deyildi. Sadəcə burdan getmək istəyirdi. Həm də bacardıqca tez...Burdan gedərək özünü saldığı bu vəziyyətdən qurtulmaq, bütün günahlarını yumağa çalışırdı. Mətbəxə keçib havanın soyuq olmasına məhəl qoymadan içində yanan atəşi söndürməyə çalışarcasına bir stəkan soyuq su içib tələsik gödəkçəsini geyindi. Daha sonra telefonunu götürdükdən sonra özünü küçəyə atdı və maşına oturub dəli kimi sükanı döyəcləməyə başladı. "Sən nə etdin, Səlim? Nə etdin?" Gözləri doldu. Özünü ağlamamaq üçün güclə saxlayaraq dodağını dişinə sıxsa da, alınmırdı. Kişilər də ağlayarmı? Ağlayar, ağlayar. Etdiyi səhvin yükü altında əziləndə elə bir ağlayar ki, için yanar...Səlim də indi nə qədər ağlamamaq üçün dirənsə də, mübarizəsi boşa çıxmışdı. Gözündən yaşlar axmağa başlayanda sanki ürəyinin atəşinə səpilirdi. Amma onun atəşini söndürmək yerinə, daha da alovlandırırdı. "Mən axı ora niyə getdim? Niyə belə etdim?" - Səlim düşündükcə dəli olurdu. Aylinə olan qarşılıqsız sevgisi bir yandan, etdiyi səhv bir yandan, hələ bir azdan Saranın zəngləri gələcək ki, o da bir yandan onu dəli edirdi. Düşüncələrinə son qoyaraq maşını işə saldı. Birbaşa maşını evə sürdü. Evin qapısı önünə çatanda içəri girməyə cəsarət etmədiyi üçün bir az maşında oturdu. Səhər Aylinin gözləri ilə qarşılaşacaq idi. Onun isə o gözlərə baxmağa cəsarəti yox idi, üzü yox idi. Evin işıqları yanmırdı. "Bu saatda işıq yanası deyil ki"- düşündü. Aylin yatırdı, əlbəttə ki. Maşından düşüb asta addımlarla evə girərək ışığı yandırmadan salona keçdi. Televizor yanırdı. Yaxınlaşıb masada duran pultu götürüb televizoru söndürdüyü zaman Aylini divanda oturaq vəziyyətdə qucağında yastıqça ilə yatdığını gördü. Yenidən etdiyi səhv onun içini yeməyə başladı. Aylinin onu sevmədiyini düşünsə belə, başqasına toxunmağı ona xəyanət hesab edirdi. Astadan :"Kaş ki məni sevmiş olaydın. Məni.."-deyərək Aylinin üzünə düşən saçını üzündən çəkmək istədi. Əlini üzünə aparan anda əlini saxladı və əllərinə baxdı. Saranın bədəninə toxunan bu əllərlə Aylinə toxunmaq istəmədi. " Axı Sara necə buna razılıq verdi? Məni göndərmək yerinə necə yatağıma yatdı?"-deyə düşünərək Aylini seyr etdi. Necə də məsum yatırdı. Hər şeydən xəbərsiz. Onsuz da, məsum idi, günahsız idi. "Onun heç bir günahı yox idi. Başqasını sevməsi onu ləkələmir axı. Günahkar etmir axı. Sadəcə mən eqoistcə davranıram",-deyə düşündü. Ayağa qalxıb getmək istəyəndə divanın yanındakı stola dəydi və stolun üstünə qoyduğu pult yerə düşdü. Aylin səsə dik atılaraq gözlərini açıb Səlimi qarşısında görəndə sevincli, bir o qədər da yuxulu təbəssümlə:
ŞİMDİ OKUDUĞUN
Qarşılıqsız sevgi
Romanceİstəmədən, məcburiyyətdən evlənən bu iki gənc bir-birinə qarşı mübarizə apararkən həyat davamlı olaraq onları bir-birinə tərəf sürüyür.