13. Ad günü

179 18 12
                                    

Corc Melvil deyir ki, biz həmişə inanırıq ki, ilk məhəbbətimiz sonuncu, sonuncu məhəbbətimiz isə ilk məhəbbətimizdir. Mən də Corc bəyin fikri ilə tamamən razıyam. Biz sevəndə onu heç bir zaman unuda bilməyəcəyimizi düşünərək sevirik. Unutduqda isə onu sevmədiyimizi düşünürük. Beləcə Melvilin sözünə qüvvət deyirəm ki, son məhəbbətimiz, əslində, bizim ilkimizdir. İnsan ömrü boyunca sadəcə bir dəfə sevə bilər. Bizim sadəcə bircə dənə ürəyimiz var. Demək, sevgi də bir dəfə o qəlbə gəlib girə bilər. Sadəcə o məhəbbətə gedən yolda çox yollardan keçirik. Çoxlu sayda sevgi zənn etdiyimiz hisslər dadırıq. Əslində isə o məhəbbət sandığımız məhəbbət də deyil, bizim bir həvəsimizdir, bəyənməmizdir. Məhəbbət qəlbimizə düşdüyü andan biz onun artıq ilk və son olduğunu anlaya bilirik. Sevgi ilə digər hisslərin arasında incə bir sərhəd var. Sən sonuncu məhəbbətini sevirsən. İlk məhəbbət isə sevgi deyil. Demək, sənin son məhəbbət dediyin elə sənin ilkindir.

Səlim etdiyi hərəkətin mahiyyətini anladığı vaxt qapıldığı hissdən oyanmağa başladı. Ayrılmaq istəməyən dodaqlarını yavaş-yavaş Aylinin dodaqlarından araladı. Alnını Aylinin alnına dayadı və onun simasına diqqət yetirdi. Saraya haqsızlıq etdiyini düşünürdü. Axı bu doğru deyildi. Aylinə qarşı olan davranışının da yanlış olduğu qənaətində idi. Aylinin qəlbini qırmağa onun axı ümumiyyətlə ixtiyarı yox idi. Aylinə qarşı hisslərinin olması ona ümid verməsinə səbəb deyildi axı. Bunu ona etməyə, ona ümid verməyə haqqı yox idi. Aylin də Səlimin baxışlarına öz baxışları ilə cavab verdi. O da çaşqın idi. Bir nəfəs qədər yaxın dayanmışdılar. Səlim Aylini buraxmadan, üzünü onun üzündən ayırmadan pıçıldadı.
-Aylin, bağışla. Mən belə etmək istəmirdim.
-Narahat olma. Məcbur etmədin ki,- eyni pıçıltı ilə cavab verdi. Amma nə o Səlimdən, nə də Səlim ondan ayrılmaq istəmirdi. Aylinin qolları Səlimin boynuna, Səlimin qolları isə Aylinin belinə dolanmışdı.
-Necə oldu, heç özüm də bilmirəm.
Aylin, onsuz da, bu yuxunun sona çatacağını bilirdi. Ancaq belə tez bitməsini heç istəmirdi.
-Mən... Heç mən də bilmədim... Bir anda oldu... Boş ver,- eyni pıçıltı ilə dedi və sonra gülümsəyərək əlavə etdi,- Bilirsən, bir an mənə elə gəldi ki, Samir indi harada olsa, gəlib qapını döyəcək,- gülməyə başladı və qollarını Səlimin boynundan çəkdi. Səlim də Aylindən aralanaraq güldü.
-O mənim də ağlıma gəlmədi desəm, yalan olar,- güldükdən sonra Aylin gülüşünə ara verib Səlimə baxdı. Səlim də gülüşünü kəsib Aylinə baxırdı.
-Doğrudan da, bağışla, Aylin. Bir anda necə oldu, mən bunu etdim. Bunu olmamış hesab edək, məncə,-desə də, Səlim ürəyində Aylinin ona qarşı çıxmağını istədi. "Niyə görə yox sayaq? Axı bu baş verdi. Niyə sevgimizi danmalıyıq"-deməyini istəyərdi. Dilindən çıxan sözlərin geri dönüşü yox idi artıq. O bu sözləri ilə hisslərini əbədi dəfn etmək istədiyini bildirmiş olurdu. Eləcə də Aylindən də bunu gözləmiş sayılırdı.
-Düz deyirsən, biz bunları olmamış sayaq. Bu ilk olmasa da son olmalıdır.
-Son,- dedi Səlim. Başqa nəsə demək istəyirdi, amma sözləri boğazında düyünlənmişdi.
-Biz ən yaxşı halda sadəcə dost ola bilərik.
-Hə, əlbəttə, dost.
-Yaxşı. Gecən xeyrə, Səlim. Bu gün üçün çox sağ ol,- dedi və stoldakı Səlimin hədiyyə etdiyi gülü götürdü.
-Sən də sağ ol. Çox gözəl bir gün idi,- dedi. Aylin Səlimə sadəcə baxışları ilə cavab verib mətbəxin çıxışına yönəldi.
Səlim də mətbəxdən çıxıb otağına istiqamətləndi, istirahət etmək istəyirdi. Özünü ələ almalı idi. Bu etdiyi nə idi, özü də bir məna verə bilmirdi. Nə qədər Aylindən uzaq durub hisslərini cilovlamağa çalışsa da, ona toxunanda ,ona baxanda, Aylinin incə səsini eşidəndə, mənalı, ədalı baxışlarına tuşlananda Səlim bütün yasaqları aradan götürürdü. Etdiyi isə qətiyyən doğru deyildi. Səlim hisslərini tam olaraq aydınlaşdıra bilmirdi. Kənardan baxanda Aylinlə oynayırmış kimi görünsə də, axı o , əslində, öz ilkini və sonunu tapmışdı.
Səlim otağa daxil olanda telefona gələn zənglərə baxdı. İlahi, Sara düz 11 dəfə zəng etmişdi. Zənglərə cavab gəlməyəndə isə mesaj yazmışdı. "Sildim səni, Səlim". "Offff" deyərək Səlim əlləri ilə başını tutub çarpayı üzərində oturdu. Dəli olmaq həddində idi. Saraya zəng etmək istəsə də, fikrindən daşındı. "İndi heç dalaşmaq istəmirəm" deyərək uzandı və hansı arada yuxuya daldığını da bilmədi.
***
Nigar Əlinin bu günü unutduğunu düşünürdü. Artıq axşam idi və Əlidən nə bir zəng var idi, nə də bir mesaj. Hədiyyə almasın, sadəcə onu sevdiyini desə, bu ona bəs idi... Təəssüf ki, mesaj da yox idi. Bikef halda işdən çıxıb yolu keçərkən arxadan eşitdiyi səsə çevrilib Əlini qarşısında görəndə sevindi.
-Hara gedirsən belə, gözəl həkim?-deyib Əli Nigara yaxın gəldi.
-Əli,-deyərək Nigar sevincək onu qucaqladı,-elə bildim artıq yadından tamam çıxmışam,-deyib qaşqabaq salladı.
-Mən heç öz gözəl həkimimi unuda bilərəmmi,-deyərək onu öpmək istəyəndə bədəni tərpənmədən başını arxaya çəkdi.
-Əli, nə edirsən? Camaat var. Fikrin ingilis xanımlarına gedib ,deyəsən.
-Yaxşı, yaxşı. O günlər də gələr ,-deyib Nigarın alnından öpərək əlindən tutub maşına doğru apardı.
-Hara gedirik?
-Hara istəyirsən?
-Uzun zamandır ki, kinoya getmirik. Bəlkə, gedək,-deyərək nazla Əliyə baxdı.
-Yaxşı. Mənim sevgilim kinoya baxmaq istəyir, qoy baxaq da,-deyib burnunu sıxdı.
Nigar Titanicə baxmağa təkid etsə də, Əli döyüş filmi istəyirdi. Nigar qaşqabaq elədiyi üçün axırda onun dediyi olmuş və Nigar ən sevdiyi filmə baxmaq üçün ön sırada yer almışdı. Artıq film başlamış və hər kəs bu kədərli filmi izləyirdi. Filmin başlanğıcında zala yeni bir adam gəlib öz yerini aldı. Nigar yana çevriləndə Samiri görüb təəccübdən ağzı açıla qaldı.
-Samir, sənin nə işin var burada?-təəccübünü gizləyə bilmədən soruşdu.
-Nigar?-Samir də Nigardan az təəccüblənməmişdi.
-Dostum ,sənin nə işin var burda?-deyərək Əli əsəbi baxışlarını Samirə zillədi.
Arxadan narazıçılıq səsləri gəlirdi.
-Sakit durun, baxaq da.
-Mən bu filmi sevirəm,-Samir halını pozmadan cümləsini tamamladı.
-Necə olur ki, biz hara gedirik, sən də orda bitirsən?-Əli hələ də əsəblə danışırdı.
-Mən başqa yerdə oturum. Sizə narahatçılıq verməyim ,-deyərək Samir arxa sıraya keçdi.
Bu ikilini həyat inadla bir araya gətirirdi. Əli isə bu haldan heç də məmnun deyildi.
-Nigar, dur, buradan gedək,-deyərək Əli Nigarı qolundan çəkişdirməyə başlamışdı. Nigar könülsüz halda yerindən qalxdı. Oturanlar arasında Samiri görüb ona tərəf gözucu baxdı. Samir isə filmi seyr edirdi. Əslindəsə buradan getmək üçün an güdürdü.
Bir az şəhərdə gəzib yemək yedikdən sonra Əli Nigarı evinə aparmışdı. Evə girmək üçün təkid etsə də, Nigar razı olmadığı üçün Əli çıxıb getmişdi. Nigar Əlinin ona aldığı qızıl qolbağa baxaraq düşüncələrə dalmışdı. Samirə ürəyi ağrıyırdı. Samir Nigarı unutmağa çalışdıqca davamlı olaraq rastlaşırdılar. Bu isə Nigarı pərişan edirdi...
***
Səlim yuxudan duranda hələ saat 8 olmamışdı. Gecə üstü açıq yatıb qaldığı üçün bütün bədəni ağrıyırdı. Ayağa qalxıb bir az qacındıqdan sonra hamama gedib gündəlik işlərini bitirib Saraya zəng etdi. Nə qədər zəng etsə də, Sara zənglərini açmırdı. Bu dəfə Saranı çox qırmışdı və heç də bunu etmək istəməzdi. İndi isə ondan üzr istəmək istəyirdi, halbuki, Sara onun zənglərinə cavab vermirdi. Qəlbi qırılmışdı. Səlim o qəlbi yenidən təmir etməli idi. Aylinlə arasına isə bir hədd qoymalı idi. Belə davam edə bilməzdi. Günü-gündən Aylinə daha çox bağlanırdı. Ona görə də artıq çalışıb Aylindən uzaq durmalı idi. Son qərarını verib aşağı düşdü. Aylin oturub çay içirdi. Amma o qədər düşüncəli idi ki, Səlimin "sabahın xeyir " deməsi ilə diksinmişdi.
- Nə oldu? Qorxutdum?
-Fikir vermə. Sadəcə bir az dalmışdım. Gəldiyini eşitmədim,-deyərək masadan qalxdı. Üzünü Səlimdən gizlətməyə çalışırdı. Dünən baş verənlər, onsuz da, onu utandırmışdı. İndi də Səlimin üzünə baxmaq onu daha da utandıra bilərdi. Odur ki, fürsəti tapan kimi yuxarı çıxmaq istədi. Səlim Aylinin önünə keçib:
-Aylin....-dedi. Baxışlarını Səlimə zilləyən Aylin özünü itirdi. Qəlbi yerindən çıxmaq istərcəsinə döyünürdü. Ritmi tənzimlənə bilməyən ürəyinə söz keçmirdi. Heç cürə Səlimi özünə qadağan edə bilmirdi. Səlim də baxışlarını Aylinə çevirərək sözünün davamını gətirməyə çalışdı.
-Bir-birimizlə qaçdı-tutdu oynamayaq, bəlkə,-deməsi ilə Aylin təəccüblü baxışını Səlimə çevirdi. Amma heç nə demədi . Sadəcə susdu,- Aylin, mənim üçün çox əzizsən. Sadəcə ... -nə deyəcəyini də bilmirdi. Peşman olduğunu deyə bilmirdi. Axı Aylinin öpüşü onun üçün heç də peşmanlıq deyildi. Əksinə, bu hiss onun üçün çox dəyərli idi. Hər şeyi dəyişmək istərdi. Sadəcə hələ də özünə sevgisini etiraf edə bilmirdi. Əmin deyildi özündən. İndi də Aylinlə etdiyi bu söhbətə bir məna verə bilmirdi. Tamam başqa sözlər demək istəyirdi. Lakin demirdi. Səlimin danışmaqda çətinlik çəkdiyini görən Aylin özü danışmağa başladı.
-Səlim, narahat olma. Biz axı dünən də hər şeyi danışdıq. Bilirəm bu olmamalı idi. Başa düşürəm ,peşmansan. Narahat olma. Hər şey qaydasındadır,-deyərək özünü gülümsəməyə məcbur etdi. Sonra isə asta-asta pillələri qalxdı. Səlim isə gülümsəyə bilmirdi. Donub qalmışdı. Yenə də hər şey korlanmışdı. Anlamadığı bu hisslər onu əsir almağa davam edirdi... Dünən, doğrudan da, axı söhbəti yekunlaşdırmışdılar. Bəs Səlim nə eşitmək istəyirdi Aylindən?
***
Səlim işdə Saraya yenə də zəng etməyə davam etdi. Artıq əmin idi, onun yanında Sara olmalı idi. Özünü Aylinə layiq də bilmirdi. Zənglərinə cavab ala bilmədiyi üçün iş saatını bitirən kimi Səlim dərhal Saranın evinin yolunu tutdu. Səlim artıq Saradan nigaran qalmışdı. "Bəlkə, nəsə olub Saraya". Sara bina evində qalırdı. Səlim qapı ağzına çatan kimi qapını döydü. Qapı döyülən zaman gözlükdən baxıb Səlimi görən Sara qapını açmadı. İnadla qapını döysə də, açılmadığını görüb artıq getməyə hazırlaşdı. Gedərkən bir daha Saraya zəng etdi. İçəridən Saranın telefon səsini eşidib ayaq saxladı.
-Sara içəridə olduğunu bilirəm. Aç qapını, xahiş edirəm.
Saradan səs gəlmirdi.
-Sara... Qapını sındıracağam, - deyib qapını vəhşicəsinə döyməyə başladı.
Qonşular çıxıb narazılıq etdiyi üçün Sara əlacsız qalıb qapını açdı. Qonşular deyinərək evlərinə girdikdən sonra Səlim danışmağa başladı.
-Sara, icazə ver, danışım.
-Nə deyəcəksən?-Sara əsəblə Səlimə çəmkirdi.
-Sara, sən də dünən düzgün danışmadın. Mən başa düşürəm səni. Sən də məni anla.
-Səlim, sən son zamanlar məni unudursan, - səsində bezginlik var idi.
-Bəlkə, içəridə danışaq.
-Yaxşı gir, - deyərək Sara Səlimə yol verdi.
Səlim divanda oturub Saraya baxdı.
-Çay içirsən? Gətirim?
-Olar.
Sara mətbəxə keçib iki stəkan çayla qayıtdı. Çayları masaya qoyub:
-Hə, danış,-deyib Səlimin yanında oturdu. Bu vaxt yan otaqdan tappıltı səsi gəlməyi ilə Səlim ayağa qalxdı.
-Bu nə səs idi? - deyərək Səlim təəccübləndi.
Sara həyəcanlanaraq heç nə deyə bilmirdi. Səlim ayağa qalxıb otağa girmək istəsə də, Sara onun önünü kəsib,-Səlim sən danışırdın axı,-deyib otağa girməsinə mane olmaq istədi.
-Sara, bir dayan görək,-deyib otağa girəndə yerə düşərək çiliklənən çərçivəni gördü. Pəncərə açıq qalmış, külək pəncərəyə yaxın yerləşən stolun üstündəki çərçivəni yerə salmışdı.
-Pəncərəni niyə açmısan? - deyib Səlim pəncərəni bağladı... Çərçivə də sındı,-deyib sınıq çərçivəni yerdən qaldırıb baxdı.
-Olsun... Heç nə olmaz..-deyib Səlimin əlindəki çərçivəni alıb Səlimi otaqdan çıxardı.
Yenidən salona qayıdıb divanda oturdu. Sara da çərçivəni zibil qabına atıb Səlimin yanında yer aldı.
-Dünən, bizim günümüz idi. Amma sən mənim könlümü almaq yerinə ortada yox idin,-deyərək Sara doluxsundu.
-Sara , bağışla. Mən, həqiqətən, belə olmasını heç istəmirdim. Of!..
-Yaxşı... Gəl, daha dalaşmayaq, Səlim,-deyib Səlimi qucaqladı.
-Məncə də, daha dalaşmayaq.
-Bəlkə, burda qalasan bu gün,-Sara təklif etdi.
-Yox , Sara. Bu düzgün olmaz,-dedi.
-Səlim, bura evdir. Kim nə biləcək axı?
-Sara, gəl bununla bağlı da mübahisə etməyək.
-Yaxşı. Necə istəyirsən,-deyərək üzünə süni təbəssüm yerləşdirdi.
-Yaxşı... Mən daha gedim, Sara... Sabah birlikdəyik?
-Sabah?-deyərək təəccüblə Səlimə baxdı.
-Sara, unutdun, deyəsən?
Sara heç nə anlamadığı üçün çaşqın nəzərlə Səlimə baxıb susurdu.
-Sara, sabah mənim ad günümdür. Mən də səninlə qeyd edim, istəyirəm.
Sara gülərək:
-Hə. Əlbəttə. Yadımda idi. Sadəcə bir anlıq çaşdım. Mənimlə keçirmək istədiyini bilmirdim..
-Əlbəttə, səninlə keçirəcəyəm.
***
Səlim evə gələnə qədər Aylin onu gözləmiş, yatmamışdı. Ondan uzaq durmağa çalışdıqca daha çox aşiq olurdu. Hər gün bir az daha ölürdü sanki. Qarşılıqsız sandığı sevgi onu hər şeydən çox pərişan edirdi. Səlimin bayaq dediyi "Mənə əzizsən" ifadəsini yadına salıb bunun nə məna verdiyini də anlamağa çalışmışdı. Amma Səlimin bunu hansı mənada dediyini dərk edə bilmirdi. Bəzən Səlim Aylinə qarşı o qədər isti olurdu ki, Aylin bir anlıq hər şeyi, hər kəsi: Saranı, saxta evliliyi, Səlimin Aylini sevməməsini unudurdu. Səlimi təkcə özünə aid zənn edirdi. Anidən içindən Səlimi qucaqlamaq, onun əlini tutmaq, eyni çarpayını paylaşmaq, hətta bəzən naz etmək istəyirdi ona. Heç vaxt nazını çəkən olmamışdı. İndi isə bunu Səlimin etməsini istəyirdi.
Qapıda Səlimin maşınını görüncə dərhal yuxarı-otağına qaçdı. Hər zaman Səlim evə gec gələndə Aylin beləcə onu gözləyirdi. Narahat olurdu. Sağ-salamat evə çatdığını biləndə rahat olurdu. Onda daha rahat şəkildə yuxuya dala bilirdi. Səlim isə hər şeydən xəbərsiz idi.
Aylin səhər Səlimə gözəl bir ad günü təşkil etmək istəyirdi. İlk öncə özünü Səlimin ad günüsü olduğunu bilmirmiş kimi göstərmək istəyirdi. Səlim axşam işdən gələndə isə ona əsl sürpriz edəcəkdi. Bunu düşünərək gülümsədi. Səlimin otağının qapısının səsini eşitdikdən sonra yatağına girib şirin yuxuya daldı. Səhər çox işi var idi.
***
Səlim səhər yuxudan oyananda Aylin artıq oyanmışdı. Səhər yeməyi yeyirdi. Səlim Aylini görəndə üzündə sərsəm bir gülümsəmə yaranırdı. Səlim şən əhval-ruhiyyə ilə:
-Sabahın xeyir, həkim xanım,- dedi.
-Ooo. Mister qaraqabaq bu gün sanki Mister gülərüzdür,-deyib gülümsədi.
Səlim masaya yaxınlaşıb Aylinə yaxın gələrək düz gözlərinə zilləndi:
-Mən, əslində, qaraqabaq deyiləm, həkim qız,-dedi.
-Hm... Əmin ola bilmirəm.
Səlim masaya oturanda Aylin qalxıb ona çay süzdü.
-Gülnarə xalaya bir neçə gün icazə vermişəm. Yoldaşını dünən müayinə etdilər klinikada. Bir az müalicə yazdırdım. Xəstəxanada qalır indi. Gülnarə xala da orada onunla qalır.
-Hə, olsun. Yenə sənin ümidinə qaldım ,demək.
-Məmnun deyilsənsə, özünə sənə qulluq edən birini işə götürə bilərsən,-deyərək gözlərini süzüb əli ilə saçını arxaya havalandırdı.
-Yox, lazım deyil. Pulsuz qulluq var da mənə,-deyərək güldü. Sonra əlavə etdi,-İşə tez gedəcəksən, deyəsən.
-Yox, niyə ki?
-Tez durmusan ona görə dedim.
-Hə. Yox. Yəni tez getməyəcəyəm. Amma yuxu tutmadı. Mən də erkən qalxmaq sağlamlıqdır, dedim və durdum. Mən, onsuz da, çox yatmıram axı...
-Hə, lap gözəl. Amma mən tətildə olsaydım, bütün günü yatardım.
Səlim Aylinə ad günüsü olduğunu demədi. Bunun lazımsız olduğunu düşündü.
Səhər yeməyi bitər-bitməz Səlim evdən çıxdı. O, evdən çıxan kimi Aylin işə girişdi. Qaynanası professional birindən kömək alaraq evin bəzənməsinə təkid etsə də, Aylin bundan zövq aldığı üçün özü bəzəmək istədiyini dilə gətirərək artıq heç kimi istəməmişdi. Yeməkləri qaynanası Seyran xanımın özəl olaraq gətirdiyi aşpaz bişirdi. Bütün günü axşama hazırlıq görülmüşdü. Səlim işdən evə gələndə işıqlar sönəcək və o, evə daxil olarkən bir anda ad günü mahnısı səslənərək qarşısına çıxacaqdılar. Aylin belə xəyal edirdi. Heç özü də bilmirdi, necə olmuşdusa, Səlimin Sara ilə getmə ehtimalını gözdən qaçırmışdı.
Aylin bu işə çox böyük həvəslə girişmişdi. Qaynanası ilə məsləhətləşəndə "Səlim buna hədsiz sevinəcək" deməsi də onu sanki daha da həvəsləndirmiş, enerji qaynağı olmuşdu.
Bütün qonaqlar toplaşaraq Səlimin gəlişini gözləyirdi. Səlimin və Aylinin valideynləri, Samir, Səlimin dəyər verdiyi başqa dostları, bir neçə qohum və Nigar var idi. Aylin ən yaxın adamları çağırmışdı. Çox adama ehtiyac duymamışdı. Nə yaxşı ki də belə etmişdi.
Səlimin evə gəlməsinə çox az qalmışdı. Hamı həyəcanla Səlimi gözləyirdi. Aylin daha da həyəcanlı idi. Artıq Səlimin iş saatı bitməsindən yarım saat vaxt keçirdi. Qonaqlar hələ də Səlimi gözləyirdi. Qaynanasının: "zəng elə, öyrən haradadır?" təkidinə: "Narahat olma, Seyran ana harada var, gələcək", - demiş, amma ürəyində Sara ilə birgə olduğuna dair şübhələr cücərmişdi. Artıq bir saata yaxın bir zaman keçirdi. Səlim isə ortalıqda yox idi. Artıq hər kəs gözləməkdən bezmişdi. Aylin yuxarı çıxıb Səlimə zəng etmək qərarına gəldi. Nömrəni yığıb "yes" düyməsini basmağı ilə ürəyi şiddətlə döyünməyə başladı. Ürəyi narahat idi. Səlim zəngi açmaq bilmirdi. Daha zəng etmək istəməsə də, son dəfə də Səlimi yığdı. Zəngin açılmasına yenicə sevinən Aylinin üzündəki sevinc eşitdiyi səsdən kədər ilə əvəz olundu. Qarşı tərəfdən Səlimin səsini eşitməyə hazırlaşsa da, Saranın səsini eşidəndə Aylin özünü itirib heç nə demədən zəngi sonlandırdı. Yanağından qeyri-ixtiyarı axan iki damla yaşı silib aşağı düşdü. Hönkürməmək üçün özünü güclə saxlayırdı. Qəlbində nəsə qırılmışdı. Özünü zorla gülümsəməyə vadar etdi, aşağı düşərək Səlimin plandan kənar başqa bir rayona getməli olduğunu söylədi.
-Qızım, ona dedin ki, biz gəlmişik ad günüsünü təbrik etməyə, - qayınatası bir ümidlə soruşdu.
-Bəli, Kazım əmi, dedim. Çox təəssüf etdi. Artıq rayona çatmasına az qaldığı üçün də qayıda bilməyəcəyini dedi.
-Hansı rayona gedib? Mən anlamıram nə işidir.
-Heç nə olmaz. Niyə əsəbiləşirsiniz?
-Belə məsuliyyətsizlik olar? Heç olmasa öncədən xəbər etsəydi, qoymazdıq da getməyə.
-Olsun. Heç nə olmaz. Biz də başqa vaxt təbrik edərik. Səlim də nə biləydi axı,-deyərək Aylin Səlimin tərəfini tutmağa çalışdı.
-Onun tərəfini tutma. Sən gör necə əziyyət çəkmisən burada. Bəyzadəmiz isə yoxa çıxıb. Dayan, mən özüm ona zəng edəcəyəm, - deyərək telefonu götürdü.
Zəng etmək istəyəndə Aylin ona yaxınlaşıb telefonu astaca alaraq:
-Lazım deyil. Kazım əmi, getmə üstünə,-dedi.
-Yaxşı, qızım. Qoy sən deyən kimi olsun.
Gələn qonaqlar Səlim olmasa da, Aylinin təkidi ilə bir müddət oturdular. Yeməklərdən yeyib bir az əyləndilər. Aylin isə özünü nə qədər şən göstərməyə çalışsa da, ürəyində qopan fəryadları dindirə bilmirdi. Nə çəkdiyini sadəcə özü bilirdi.
Samir isə nəzərlərini Nigardan çəkə bilmirdi. Bu valehedici gözəlliyə baxmaqdan doya bilmirdi. Hara getsə, gözləri ilə bu valehedici gözəlliyi izləyirdi. Sanki tale də onları bir araya gətirməkdən zövq alırmışcasına inadlaşırdı. Samir gözü Nigarda olsa da, ona yaxınlaşmağını heç hiss etmədi. Nigarın:
-Salam...-deməsi ilə Samir nəzərlərini heyran olduğu bu simada cəmlədi. Özünü bir anlıq itirdi.
-Salam...-nə qədər özünü ələ almağa çalışsa da, bacarmırdı. Nigarla danışanda əl-ayağı yerdən kəsilirdi.
-Samir, sən də Səlimlə işləyirsən. Necə oldu, o, harasa getdi, sənin xəbərin olmadı?
-Mən bu gün şirkətdən tez çıxmışam. Ona görə də Səlimdən xəbər tuta bilməmişəm.
-.....
-Sən Aylinin ən yaxın rəfiqəsisən... Yəqin ki, bilirsən,-deyərək Samir susdu.
-Nəyi?-dedi təəccüblə.
-Səlim və Aylinin evliliyi haqqında həqiqətləri bilirsən?
-Hə. Onu deyirsən?-dedi dilxorçuluqla.
-Hə... O məsələ...Yəqin ki, Səlim Sara ilə bərabərdir.
-Of. Sən nə danışırsan, Samir. Bu çox pis oldu. Səlimlə danışıb aşağı düşəndə Aylin gülümsəyirdi, amma mən hiss etdim ki, başqa nəsə olub. Yəqin, Səlim Sara ilə olduğunu deyib,-dedi və kənarda səssiz oturub düşüncələrə dalan rəfiqəsinə tərəf baxdı.
-Mən də hiss etdim. Bilmirəm niyə, amma mən hiss edirəm ki, onlar ikisi də sevir.
-Mən də belə düşünürəm. Düzdür , Aylin inkar edir. Amma mən inanmıram ona.
-Sonları xeyir olsun.
-Amin.
-Onlar ilk dəfə bir kafe önündə rastlaşmışdılar. Aylin Səlimin maşınını əzmişdi,-deyib güldü..
-Hə, yadımdadır.
-Bizim də ilk tanışlığımız o zaman sayılır da onda,- deyib Samir Nigarın gözlərində itdi.
-Hə,- dedi və gözlərini qaçırdı,- Mən Aylinin yanına gedim,-Samirə verəcəyi cavabı olmadığı üçün cəld onun yanından uzaqlaşıb Aylinin yanına gəldi.
-Quzum, yaxşısan?
-Yaxşıyam. Əlbəttə, yaxşıyam,-deyib özünü gülümsəməyə vadar etsə də, Nigar Aylinin kədərini anlayırdı.
-Aylin, səni yaxşı tanıyıram...-araya çökən sükutu yenə Nigar pozaraq: Sara ilədir?-soruşdu.
-Hə. zəng etmişdim. Telefonu Sara götürdü.
-A. Lap elə,-təəccübünü gizlədə bilməyən Nigarın ağzı açıla qalmışdı.
-Boş ver, Nigar, - dedi,- mən artıq öz cızdığım bu yolda gəzməyə öyrəncəliyəm. Nə olur, olsun.
***
Artıq hamı dağılışmışdı. Aylin hər zamankı kimi yenə də tənhalığı ilə baş - başa idi. Qayınanası gecəni onlarda qalması üçün təkid etsə də, Aylin getmək istəməmişdi. Öz evi daha rahat imiş. Evinə öyrəşibmiş. Səlimin evə gələcəyinə heç ümidi olmasa da, getmək istəmirdi. Heç özü də anlamırdı bu inadı. Davamlı Səlimi düşünmək onu incidirdi. Bütün fikirlərini alt üst edən bu ad ona xoşbəxtlik vermirdi. Onu incidirdi. Özünü qürursuz hiss edirdi. Axı onu sevməyən, onu görməyən bir insanı niyə sevirdi, niyə onun üçün bu qədər göz yaşı tökürdü. Həm də Səlimə əsəbiləşməyə də haqqı yox idi. Məgər Səlim başdan ona qarşı dürüst olmadımı? Demədimi ki səni sevən deyiləm? Axı Səlimdən heç nə gözləməməlidir. Aylinin qəlbi sanki nadinc bir uşaq idi. Sözü bir qulağından alıb o birisindən verirdi. Və Aylinin sözü qürursuz qəlbinə keçmirdi.
Səlim ad gününü Sara ilə keçirsə də, Aylin ağlından heç cürə çıxmırdı. Hətta Sara "fikrin başqa yerdədir" deyərək bir ara Səlimdən küsmüşdü də. Bütün fikirlərinə Aylinin hakim kəsilməsi heç də xeyrə əlamət deyildi. Bunu Səlim çox yaxşı baş düşürdü. Bu hisslər onu qorxudurdu. Onunla zaman başqa cür idi. Aylin Səlimə bir sakitlik gətirirdi. O, sakitlik qoxurdu. Onun saçları, gözləri, əlləri, möhtəşəm qəlbi Səlimə sanki düşmən kəsilmişdi. Düşmən deyildisə, niyə bütün ruhuna əzab verirdi? Üzünü gülümsətsə də, vicdan əzabı çəkirdi bu hisslərə görə. İndi o, Saranın evində idi. Amma özünü yad hiss edirdi. Bu hiss etdiyindən isə xəcalət çəkirdi. Bu gün Sara ilə bir az gəzib əyləndikdən sonra Saranın təkidi ilə evə gəlmişdilər. Səlim şəhərdə Sara ilə çox görünməməyə çalışırdı. Ona görə də evə gəlmə təklifi göydəndüşmə olmuşdu. İndi isə buna peşman idi. Sara həzin musiqi qoyub Səlimi rəqsə dəvət etdi. Onlar rəqs etməyə başladı. Sara Səlimə daha da yaxınlaşdı. Səlim Saranın nəfəsini dodaqlarında hiss etməyə başlayanda artıq narahat oldu. Bu yaxınlıq ona heç də xoş təsir etmirdi. Sara Səlimi öpməyə hazırlaşırdı. Səlim bunu etmək istədiyinə əmin deyildi. Sara Səlimə daha da yaxınlaşanda Samirin zəngi Səlimi xilas etdi.
-Sara, açmalıyam,- deyib telefonu götürdü. "Nə əcəbsə tam zamanında zəng etdin, dost",-dodaqaltı sevinərək zəngi açdı.
-Alo. Səlim.
-Hə, Samir.
-Haradasan sən?
-Saranın yanında. Niyə soruşursan ki?
-Daha heç nə.
-Samir, de görək nə olub axı. Elə belə zəng etməzsən sən.
-Bir daha ad günün mübarək .
-Çox sağ ol, Samir. Bayaq təbrik etmisən də... Elə bunun üçün zəng etmişdin?
-Heç olmasa, xəbər edərdin ki, Sara ilə olacaqsan.
-Nə bilim. Nə olub axı?
-Aylin zəng etmişdi?
-Aylin? - təəccüblənmişdi Səlim.
-Hə də Aylin.
-Yox, danışmamışam onunla. Nə olub ki?
-Daha heç nə, Səlim. Evə gedəndə anlayacaqsan, - dedi.
-Axı nə olub?- özündən ixtiyarsız çığırdı.
-Bilirsən, sən Aylinin hisslərini çox çılızlaşdırmısan,- dedi və Samir telefonu söndürdü.
Səlim cəld gələn zənglərə baxaraq Aylinin nömrəsini axtardı. Aylindən gələn bir cavablanmış zəng var idi. Baxışlarını Saranın üzündə cəmləsə də, Sara heç nə anlamırdı. Səlim nəsə demək istəsə də, fikrindən daşındı. Sara zəngi bilərək açmışdı. Əslində haqqı da var idi. Ona görə də Saraya əsəbiləşmədi.
Aylin evdə qərar tuta bilmədiyi üçün tənhalığını da alıb evdən uzaqlaşmaq istəyirdi. Hətta mümkün olsaydı, ölkəni də tərk edərdi. Hal-hazırda özünü hər kəsdən gizlətmək istəyirdi. Bir tək Səlim. Bəlkə də, Səlim olsaydı, onun boynuna sarılıb ona Səlimdən şikayət edərdi. Səlimdə idi onun təsəllisi. Sevgidən korluq çəkən Aylin sevgidən kor olmuşdu. Maşına oturub bilinməz yollarda ağlayaraq maşını sürət ilə sürürdü. Gözündən axan yaşlar sükanı idarə etməkdə ona əngəl olduğu üçün sahil kənarında saxladı maşını. Maşından düşüb bir az burada oturdu. Ağladı. Səhv insanı sevdiyi üçün ağladı. Qəlbi ağrıdığı üçün ağladı. Tənha olduğu üçün ağladı. Əbədi bir yalnızlığa düçar olduğunu düşündü. Sevgi, yəqin ki, budur. İnsana dərd verir. İnsanı ağladır. Jan Jak Russo deyir, dərindən sevmək-özünü unutmaq deməkdir. Aylinin də ruh halı bu idi. Dərindən sevirdi. Elə bir dərinliyə dalmışdı ki, artıq batmaq üzrə idi. Özünü isə unutmuşdu. Xoşbəxtliyini unutmuşdu. Ağlı, düşüncəsi, qəlbi tək bir insanın adını pıçıldayırdı: Səlim
Adını eşitməsi ilə çevrilib yana baxdı. Yanına oturan adamı görəndə təəccübləndi.

Paramparçadır qəlbim,
Məzarına tələsir.
Sənsizlikdir tək dərdim,
Üşüyür qəlbim, əsir. (Afət Dəniz)

______
Yenə bir hissə bitdi.
Ümid edirəm bəyənərsiniz.
Rəylərinizi və votelərinizi böyük səbirsizliklə gözləyirəm.
❤️❤️❤️❤️❤️

Qarşılıqsız sevgiHikayelerin yaşadığı yer. Şimdi keşfedin