Nəhayət ağ libasının qollarını əhatələndirən hissəsi qırmızı mayeyə bulanmış tibb işçisi içərisindən bir neçə dəqiqə əvvəl qışqırıq səsi gələn otaqdan çıxmışdı. Səslər kəsilsədə, uşağın ağlama səsi gəlmirdi. Hamını, əsas da Williamı narahat edirdi bu səssizlik.
İyirmi beş yaşlarında, vücudu normal bir xanıma aid qıvrımlardan ibarət qadın gözəl çöhrəsinə yaraşmayan narahat və qorxan gözlərlə Williama baxır və çəkinirdi.
Uzun, biraz dolu, qəhvəyi gözlü, qızıl saçlı bu adamın əsəbdən ağ bənizi çoxdan qırmızı olmuşdu. Çiyninə qədər uzadılmış saçları, ortadan iki yana ayrılmışdı. Geyindiyi tünd qəhvəyi rəngli paltar daha qorxunc görünməsi üçün kifayətlənərkən, hələ dirsəyi boyda olan qıza az sonra öldürəsiymiş kimi baxması onu daha da çəkinilməsi gərəkən bir adam halına gətirmişdi.
Səssizliyə dözə bilməyib bir addım atıb, gənc qadının qolundan yapışdı "Nə olub?! Danış!"
Kim ona söz deyə bilərdiki? O, bu torpaqların yeganə sahibi, yeganə söz sahibi, adicə bir tibb işçisi ona nə deyəcəkdi? Əlinin arasında titrəyən qadının qorxusunu göz ardı edib təkrar qışqırdı "Danış!"
Nəhayət dillənmə fikrinə gələn tibb işçisi, başını əyib dedi "Kraliçamızı itirdik... Vərasəniz isə ölü dünyaya gəlib."
Gözü qaralan gənc yaşlı kişi, qadının qolunu itələyərmiş kimi buraxıb kürəyini divara verdi. Bir qızı olmuşdu. Aşiq olub dərdindən özünə yada qarşısına çıxa biləcək hərkəsə hərşeyi edəbiləcəyi qadından istədiyi tək şey gerçək olmuşdu. Eyniylə onun kimi dik başlı, kimsənin sözünə məhəl qoymadan sadəcə öz hissləri və fikirləri ilə hərəkət edəcək mükəmməl bir qız övlad. Sevdiyi qadının uşaqlığını elə özü ilə birgə böyütmək istəyirdi. Lakin istədiyi bu deyildi. O, həyatı boyu sevdiyi tək insanın ölümü fikrindən o qədər qorxurdu ki, bunu heç vaxt ağlının astanasına belə gətirməmişdi.
Hələ dünən kimi xatırlayırdı xəstəliyinin adını belə bilmədiyi bu qadınla necə tanış olduğu. Ağ uzun saçları, qırmızı rəngli gözünün tək fərqli nöqtə olduğu üzünə düşmüş, yerə verdiyi kürəyinin və başının üzərindəki qolunun biləyindən qan axırdı. William, səhərin bu vaxtında burada nə işi olduğunu bilmədiyi bu qəribə qadını görəndə heyrətə gəlmişdi. Üz cizgilərindən gənc olduğu açıq idi lakin ağ saçlar? Bu oğlan üçün tamamiylə müəmmalı olan bihuş halda uzanmış qadının olduğu nöqtə də qəribə idi. Meşənin içində at arabalarının yolunun çoxca uzağında idi bu yer.
"Bu mələyi görən hərkəs onu küpəgirən bilib yandıracaq" deyə düşünən gənc vəliəhd tez onu öz atının üzərinə oturdub sarayına gətirmişdi.
Bəs indi onu torpağa vermə fikrini necə ağlına gətirəcəkdi? Hələ təzəcə doğulmuş körpə qızı necə olub ki mələklərlə getmə qərarı alıb? Ailəsi ki onu hər şeydən çox sevəcəkdi... Anasının dillərə dastan gözəlliyi mələkləri belə qısqandırırdı. Atasının güc, qüdrəti də ki insanların qibtə dolu baxışlarına səbəb olurdu. Onun kiçik qızı niyə belə bir ailədən üz döndərmişdi?
Fikirlərini kənara atıb içəri daxil oldu. Ağ çarpayının üzərində illərdir bir tanrıymış kimi davrandığı qadın yanında təzə doğulmuş cansız övladı ilə əbədiyyətdə oyanmaq üçün yatırdı. Kralın girməsiyle hamı təzim edib hörmətini göstərib, sonra çölə çıxmışdı. Özünü indi "kral" kimi görməyən adam astadan "Axı sən yuxunu sevməzdin?" deyə dillənib ayaqlarını sürüyərək gəldiyi yatağın kenarında oturdu. Cansız qadınının başını dizinin üzərinə qoyub yumşaqlığına aşiq olduğu saçları əllərinin arasından ehmalca keçirdi.
Gözlərindən çoxdan yaşlar gəlməyə başlamışdı. Dodaqlarını bir-birinə basdırıb, səssizcə sevdiyi qadına baxaraq ağlayan adam, özünü birdən bir möcüzənin ortasında tapmışdı. Sevimlisi olan bu qadın, buzlaşmağa başlamışdı ancaq "öldü" deyilən uşağın ağlama səsi otağı bürümüşdü.
✓✓✓✓✓✓✓✓✓
ŞİMDİ OKUDUĞUN
Joanne
FantasyKral əlbəttə yoldaşını başa düşüb vəsilə olacağı əzab üçün, ona təsdiq hərəkətini başı ilə verib gülümsədi və yenicə tıxa-basa yemiş qoca, göbəkli kişilər kimi arxasına yaslanıb qadına baxdı. Qadın, bu hərəkətlə arxasına dönüb, diz üstünə çökən uşa...