3

22 13 1
                                    

Uzun sütunlarla çökməsinə icazə verilməyən tavana bərkidilmiş çilçıraq, hamısını yandırmağın 1 saat aldığı çoxluqdakı şamları öz üzərində saxlayaraq, kralın taxt otağını hər gecə aydınladırdı. Taxtın tam qarşısında 3 metrlik qapılar durur, içəri alınacaq şəxsin təqdimindən sonra açılırdı. Bu otağa təqdimsiz girə biləcək tək insan, kralın özü idi. O elə indi də, yanında "övladı" ilə addımlayan kral, öz taxtına baxdı...

"Allaha and olsun ki danışdığım kimi olub kral həzrətləri" əllərini yuxarıya qaldıraraq yalvaran adam sözlərinə davam etdi "Bu adam məndən qızıllarımı oğurlayıb. Sonra da mən onu tapıb, qazıya aparmışam. Qazı onun cəzasını verib. Bu gün də ondan istəyirdim ki qızıllarımı versin.

"Can qorxusuyla göstərdiyi 12 yaşlı uşağa belə adam deyən adam buradan necə xilas olacağını bilmirdi. Ona tiksinən, sanki bir siçanmış kimi baxan kraliça isə, sanki adamın dediyini dinləmir gözləri ilə onun ruhuna baxıb, əsl olanları ondan sorğu sual edib öyrənirdi. Kişi hələ də danışıb birşeyler çərənləyərkən qadın, üst dodağının sol kənarını kinayə ilə havaya qaldırıb "hıh" səsi çıxartdı.

Əlini uğrunda gözünü qırpmadan öləbiləcəyi adamın taxtın kənarına qoyduğu qoluna yavaşça toxundurub kralın ona baxmasına şərait yaratdı. Yarım gülərək başını əyib icazə istədi. Toxunduğumuz qolun ucundakı əl havaya doğru astaca qalxanda, qadın gülümsəyərək ayağa qalxıb, taxtların qoyulduğu uca yerdən, aşağı uzanan pillələri enib yavaşça adama yaxınlaşdı və gülümsündü.

"Sən deyirsəki, Allaha and olsun. Mən sənə inanıram." Səmimi bir ifadəylə onun çiyninə əlini çəkən qadın üzünü krala tutub təzim etdi və danışdı "Əlahəzrətləri... Bu adam düz deyir. Lakin torpaqlarımızda, qayda qanun bilməyən bir qazı peydah olub. Sizdən xahiş edirəm o qazını yaxalayın."

Kral əlbəttə yoldaşını başa düşüb vəsilə olacağı əzab üçün, ona təsdiq hərəkətini başı ilə verib gülümsədi və yenicə tıxa-basa yemiş qoca, göbəkli kişilər kimi arxasına yaslanıb qadına baxdı. Qadın, bu hərəkətlə arxasına dönüb, diz üstünə çökən uşağa doğru irəlilədi. Əlini yavaşça uzadıb tutması üçün işarə verdi.

Başına gələcəklədən xəbərsiz olan uşaq, yavaşça bu əli tutub, ayağa qalxdı. Qadın bu səfər maraqla digər əlini uşağa uzatdı. Uşaq bu əlini də digər əli ilə tutanda, qəddarlığı ilə bütün ölkədə adını eşitdirmiş kraliça, qarşısındakı uşağın oğruluq etdiyini deyən adama baxıb 32 diş gülümsədi və bir göz qırpımında, belindəki kəmərinə sıxışdırılmış xəncərini havaya qaldırıb, ordan da uşağın sağ əlinə endirdi. Sümüklərin olduğu nöqtəyə girən xəncər, digər tərəfdən çıxmışdı. Uşağın səsi sarayın hər bir küncündə eşidiləcək hündürlükdəydi.

Əsərinə baxıb, sərt bir şəkildə onu yerə atan kraliça, tir-tir titrəyən adama yaxınlaşıb dedi "O necə qazı olub ki, müsəlmanın oğrusunun əlini kəsməyib?" Qorxudan göz bəbəkləri nöqtə qədər kiçilən adam and aman edib, başladı "mən müsəlman deyiləm" deməyə. Qadın titrəyən adama baxarkən kral oturduğu yerdən səsləndi "Bəs "Allaha and olsun"u Anqlikan kilsəsinin ətəklərini öpdüyü mən kral demişəm?"

Bu sözlə gülümsəməsi genişlənən kraliça kraldan üz döndərib tez danışdı "Deməli yalan." Ağzını açan kimi əlindəki xəncəri adamın ağzına keçirib dedi "Siz müsəlmanlar, yalan danışanların dilini kəsirdiniz." Bu hərəkətindən sonra öz taxtına keçib oturan kraliça yüksək səslə danışdı "Gedib yaxşı düşünün. Səhər bizə istədiyimiz cavabları verməsəniz, sizi daha ağır cəzalar gözləyəcək."

JoanneHikayelerin yaşadığı yer. Şimdi keşfedin