Çisələyən yağış təzəcə açmış lalələrin kövrək yarpaqlarını zərbələyərkən, kiçik yaşlı uşaqların da içində olduğu insan topluluğu ortasına kürsü yerləşdirilmiş şəhər meydanının ətrafında izdiham yaratmışdı. Hərkəs maraqla kürsüyə baxarkən tam qarşıdakı iki taxtda kral və kraliça dünən baş vermiş "bədbəxt hadisədən" ötrü yas geyimlərində oturub, at arabalarından günahkarı gətirmələri üçün əsgərlərinə işarə verirdi.
Əsgərlər başı gizlədilmiş adamı kürsüyə çıxardandan sonra qəfəsdə quduz olduğu hər halından bəlli olan iki it gətirilib tam da bu qorxduğu gizlədilmiş başından gələn diş səsləri ilə anlaşılan adamın qarşısına yerləşdirdilər. Səs adamı daha da qorxudarkən, bəzilərinin gözləri kraliçada idi. Üzərində başqa rəng adlandırılacaq sadəcə qırmızı bir cüt göz var idi. Təpədən dırnağa ağ geyinmiş, tac və zinət əşyaları taxmamışdı. Hər gün qırmızılaşdırmaq üçün çox əmək sərf etdiyi dodaqlarını insanlar ilk dəfə ağ görürdü. Əlində sadəcə sevimli kralının nigah günü hədiyyə etdiyi üzük vardı. Nəhəng yaqud daşlı görkəmli bir üzük.
Nəhayət kürsüdəki stulda əyləşdirilən adamın başı açılmış, üzü hərkəsə göstərilmişdi. Heç kəsin haqqında fikri olmayan adamın gözləri ağlamaqdan al-qırmızı olmuş, dodaqları dişlərin arasında əzildiyinə görə çoxdan patlamışdı. Başına gələcəklərdən olduqca qorxan orta yaşlarinı təzəcə ötüb saçlarını ağartma yoluna girmiş adam "qəddar" kraliçaya baxdı. Sanki son ümid idi üzünə gözlərini bir an belə olsun ovundan ayırmayan pələng kimi baxan bu qadının soyuq və ölüm dolu baxışları.
Heçbir mimika olmayan üzündə havaya qalxan eli ilə paralel kiçik bir gülümsəmə yaranmışdı. Cəllad əlindəki haradasa öz gövdəsi qədər böyük olan baltanı daha bərk tutub, yerə doğru enən əllə birlikdə kürsüdəki adamın bağlı əlinin üzərinə endirdi. Uşaqlar ilk dəfə gördükləri bu hadisə qarşısında nə edəcəklərini bilmezken bəzi qadınların halları "pisləşmişdi".
Bu mühitdə ən dözülməz olan şey, şəlalədən axan suyu andıran qan səsinin səsini öz avazı ilə basdıran adam idi. Fəryadı o qədər yüksək idi ki, bəziləri bu dözülməz səsə tab gətirə bilmirdi. Bir göz qırpımında adamın əli öz aqibətini başı ilə paylaşmışdı.
*********
Vaxtilə ağac olan taxta ən mahir nəqqaşlar tərəfindən səbir və ustalıqla oyulmuş, üzərində həqiqi gül bağçasının təsvirini daşıyaraq şahzadənin otağı və koridor arasındakı əlaqəni kəsirdi. Qızıldan tutacaqları olan qapını kənizlərdən biri açıb kralın keçməsinə kömək olmuşdu. Laureni vaxtilə onun üçün nəzərdə tutulan yatağa uzadan atası həkimlərin onunla maraqlanması üçün oranı tərk etmişdi.
Onun çıxmasıyla digər hərkəs dağılışmış, otaqda sadəcə gənc şahzadə və təbibi qalmışdı. Bir qədər sonra o da rahat istirahət etməsi üçün şahzadəni otağında tək buraxmışdı.
İrəliləyən saatlarda öz ətrafına yığdığı ulduzlar və günəşdən əks etdirdiyi işıq ilə gecəni aydınladan ay, pərdələrin arasından özünə yer tapıb işartısını otağa daxil etmişdi. Toxunmasına uzun və əziyyətli vaxt sərf edilən xalçanın üzərində özünə yer tapmis bir cüt balaca ayaq nəhayət daha sərt burada durarkən xalçanın başqa yerlərinə də toxunmağa başlamışdı.
Nəhayət öz həsrətini çəkdiyi sarayında yalnız qalan kraliça əlini kiçik qızı üçün xüsusi diqqət və həssaslıqla seçilən əşyaların üzərində gəzdirərək otaqda addımlayırdı. Nəhayət geniş divarın qarşısına gəldiyində gördüyü böyük tablo ilə gülümsündü və dodaqlarını aralayıb dedi "Bəlkə?"
"Bəlkə bu divarrda xüsusi bir ərmağan hazırlayaq qızımız üçün?" əlini sağ divara yönləndirərək danışan qadının sözü ilə o istiqamətə baxan gənc adam əlini uzun ağ saçlarda gəzdirib məmnun bir ifadəylə başını salladı "İkimizə aid bir şəkil şəkil necə olar?"
İki addım arxasında dayanan adama doğru topuqlarının üzərində dönərək baxan qadın razılıqla güldü "Mən razı"
Kraliça başqa tərəfə doğru addımlayarkən bu səfər gördüyü kiçik taxta qılınca baxdı. O günü heç vaxt unudabilməzdi.
"Kraliçanın... Nəhayət kralımızın adından birisi gəlib." Bununla rahatlayan qadın, dərin bir nəfəs verib oturduğu taxtdan ayağa qalxıb sürətlə qapıya irəliləyərkən qarşısında ona məlumat verən qadın təlaşla arxası ilə qaçmağa başlayır. "Kraliçam axı belə cəld hərəkətlər etməməlisiniz." Qadın kraliçanın qolundan tutduğu anda yorğun saç diblərinin dincəlməsi üçün açıq buraxdığı ağ uzun saçlarını havada döndərərək arxaya dönən kraliçanın qəzəbli və təhdidkar baxışları ilə qarşılaşmışdı.
Taxt otağında öz yerində əyləşmiş qadın qarşısındakı əsgərdən xoş müharibə xəbərləri dinlədikdən sonra kralın onun üçün göndərdiyi qutunun içinə baxmaq üçün hərkəsi qovmuş, əvvəlcə gələn məktubunu oxuduqdan sonra qutunu açmışdı. Qutunun içərisindən taxta bir qılınc və kağız çıxmışdı. Üzərində sevgilisi tərəfindən yazılmış xoş sözlərdən sonra qılıncın mətləbi haqqında olan kəlam kraliçaya daha maraqlı gəlmişdi.
"Sevgilim.. Siz məni müharibəyə, insanların canını almaq uğrunda göndərmisiniz. Lakin siz mənə göndərdiyiniz məktubla, bu oxun yağış əvəzi yağdığı yerdə, kiçik bir ümid, gözəl bir çiçəyin açma xəbərini vermisiniz. Hər gün yüzlərlə can itirilərkən nəhayət məhəbbətimizin ərmağanı bizə çatdırılıb. Nəhayət bu cəhənnəmdə, cənnət ağacının toxumlarının səpələnmiş olduğu ərazidə çıxan yaşıllıq bizə xoşbəxtlik gətirəcək. İstəyim budur ki övladımız qız olsun. Onda bu qılıncı hazırlamaq üçün kəsilən ağacı övladımızın adı ilə başlayan meşəyə mərkəz biləcəyəm. Qızımızın şərəfinə böyük bir meşə salacağam ki daha çox can özünə yaşama yeri tapsın. Övladımız oğlan olsa, daha çox taxta qılınca tələbat yaradacağam ki gələcəkdə ordunun başında duranda daha çox əsgəri olsun"
✓✓✓✓✓✓✓✓✓
ŞİMDİ OKUDUĞUN
Joanne
FantasyKral əlbəttə yoldaşını başa düşüb vəsilə olacağı əzab üçün, ona təsdiq hərəkətini başı ilə verib gülümsədi və yenicə tıxa-basa yemiş qoca, göbəkli kişilər kimi arxasına yaslanıb qadına baxdı. Qadın, bu hərəkətlə arxasına dönüb, diz üstünə çökən uşa...