8

6 4 0
                                    


Zəif addım, yaxınlıqdakı göldə yaşayan qurbağaların və kiçik gecə həşəratlarının özlərinə xas səsləri, meşənin sadəcə bir neçə ağacının aşağı budağında dayanan bayquşların səslərindən hündür çıxmaqdan aciz idi. Uzun ağacların göyə dəyən uclarının arasından yer səthinə güclə toxunan ay işığı meşənin gecə sakinlərinin görməsi üçün kifayət olsa da bu axşam burada xüsusi hərəkətlilik var idi.

Əllərində məşəl olan iki xanım yarım sürətli addımlayaraq sürətlə irəliləyirdi. Yaşları bir-birindən kəskin fərqlənən xanımlardan birinin haradasa qırx yaşı olardı. Yanında gətirdiyi qızın isə 15 yada 16 yaşı güclə olardı.

"Tələs Samantha. Biz bir neçə saat içərisində sarayda olmalıyıq" deyə yanındakı qadına xatırlatma eləyən şahzadə yüyürməyə davam edərkən üzündə kiçik çürüklər olan qadın səssiz durmadan cavab verdi "Kraliçamız Joanneni bu qədər qorxudan ölümlünün kim olduğu çox maraqlıdır"

Bir qədər qabaqdan irəliləyən gənc şahzadə gülərək arxaya dönüb keçmiş həyatındakı ən yaxını olan qadına baxaraq "Krala qarşı bu çox vacibdir. Və tələsməliyik. Bir neçə gün içərisində onun artıq bir adada tənha həyatının olduğu xəbərini və özümü onun yerinə keçirdiyimi bütün əhaliyə car çəkdirmək istəyirəm" sözlərini səsləndirmişdi.

Gülərək tək qadını qaldıraraq başını mənalı bir tövrlə sallayan qadın əli ilə meşənin bitdiyi yerdəki qayalığın, gözdən kənar yerində olan mağara girişini göstərdi " Demək olar ki çatmışıq." Gülərək başını təsdiq eləmək üçün sallayan Joanne nəhayət sözü keçən mağaraya gəldiklərində durub öz sadiq dostuna baxaraq kiçik oyuğu göstərir "Kimin ağlına gələrdi ki bütün ingilis torpaqlarındakı bitkiləri qanla sulayan, qəddarlığı ilə ad salan cadugər kraliça Joannenin xüsusi sərvətinin bu oyuğun açıldığı nəhəng mağara silsiləsində saxlandığını?"

Samantha gülərək çiynini çəkib yavaşça əyilib "Ölüm xəbərindən sonra bir neçə dəfə buraya gəlib o qoca çürümüşün ağzını bağlamaq üçün qızıl götürmüşəm" dedikdən sonra Joanneyə baxmışdı. Qəribə bir anlamazlıqla özünə baxdığını gördüyündə isə sözünə davam edərək açıqlama eləməyə özünü məcbur hissetmişdi "Təkrar həyata qayıtmaq üçün elədiyin caduya görə uşağının onun oğlundan olduğunu hərkəsə deyəcəyini dedi. Məndə istədiyi qədər qızılı ona verdim"

Başını bir iki dəfə salladıqdan sonra oyuqdan özünü içəri salan Joanne sadəcə "Zərəri yoxdur" demişdi. Ardınca girən Samantha məşəli kənardakı digər məşəllərin yandırılması lazım gələn yerinə tutaraq mağaranı işıqlandırmağa başladı. Bir qədər sonra Joannenin baxışı ona sataşdığında diqqətlə süzməyə başladı. Süd qədər ağ cildinin boyun və yanaq hissəsində yaşıl çürüklər olan qadın qara uzun saçlarını ön tərəfinə salaraq boynunun ətrafındakı çürümüş bədənini gizlətməyə çalışmışdı. Əslində uzun boyu ilə olduqca gözəl bir qadın idi.

Bir qədər sonra gözünü dostundan çəkən Joanne ətrafa baxarkən ortada xüsusi bir hissədə sahibini gözləyən taca baxmağa başladı. Doğum başlamazdan əvvəl sadiq bir adama tacını verib onu Samantha ya çatdırmasını əmr eləmişdi. Onu burada görəndə düz adama güvəndiyi başa düşmüşdü. Bu tac onun xüsusi balda kraliça elan olduğu gecə başına taxılan tac idi. Bildiyinə görə kral hər yerdə onu axtartsa da izini tapa bilməmişdi.

Qırmızı güllərlə bəzədilmiş bal salonunun ən başında qol-qola girib dayanan gənc cütlükdən kişi olan hələ təzəcə kral elan olunduqdan sonra yanında saxladığı qadını zindandan çıxardaraq arvadı elan eləmişdi. Qadının tac qoyma mərasiminə bütün soylular dəvət olunmuşdu. Salon necə deyərlər iynə atsan yerə düşməz tərzdə dolub daşırdı. Kraliça ilə kiçik tanışıqdan sonra hərkəs öz tanış və həmsöhbəti ilə bir kənarda danışmağa gedirdi.

Kraliçanın bədənini tam əhatə edib, beldən aşağı hissəsində qabararaq böyüyən tünd yaşıl rəngli paltarı ağ bədənini daha cazibədar hala gətirmişdi. Uzun saçlarının ucları ustalıqla qırılmış ağ dodaqları qırmızıya boyanmışdı. Kənarda dayanan müsiqiçilərin çaldığı xoş melodiya salona daha gözəl aura qatarkən bir anda dəyişən melodiya ilə birlikdə qapıların açılması ilə içəriyə əlində içərisində xüsusi qayğı göstərilən tacın saxlanıldığı qırmızı platforma tutan orta yaşlı, başı keçən və kök kişi daxil olmuşdu.

Hərkəs söhbəti kənara qoyduqdan sonra tac qoyma mərasimi başlamışdı. Nəhayət kraliçanın ağ saçlarının üzərinə bir-birinə keçirilmiş halqalar və onların ortasındakı yaşıl qiymətli daşlardan təşkil edilmiş tac qoyulması ilə bal da dağılmışdı.

*********

Nəhayət atların ayaq saxlaması ilə dayanan kraliçaya xas hazırlanmış arabanın durması ilə içərisindən enən gənc qız üzərindəki qara plaşı çıxardaraq kənardaki sadiq quluna verdikdən sonra sürətlə irəliləməyə başlamışdı. Davam edərkən yanına gələn kənizi Olivianın səsi təlaşlı gəlirdi "Ülyahəzrətləri kralımız knyazların hamısını taxt otağında yığıncağa çağırıb. Soylulardan bir siz indi orada deyilsiniz."

Başını sadəcə sallayıb üzünü taxt otağına tutan Joanne necə bir oyunla üzbəüz olduğunu düşünürdü. Bəlkə də oradakı hərkəsi şahzadəni sürgün eləmək üçün səs verməyə çağırıb. Yada gecə öz qızını öldürəcək bu kral. Bəlkə də bambaşqa şeylər planlayır. Bəlkə də ona ikinci həyatı bəxş edən qadın gəlib bu sirrin üstünü açıb. Kim bilə bilərdi ki?

Daxil olma zamanı adını təqdim etdirən şahzadə taxt otağına girərkən əmin addımlarla kralın qarşısına doğru irəliləyirdi. Üzündə qorxu, hüzün yada hərhansı bir ifadə yoxidi. Daha çox daşdan hazırlanmış adamın üzü kimi menasızca baxırdı qarşısındakı adama.

Ətrafında ingilis torpaqlarının bir nömrəli torpaq sahibləri və kralı durarkən ayağını nəhayət saxlayan şahzadə təzim edib dilləndi "Bu yığıncaqdan yeni xəbərim oldu. Əhfvinizə sığınıram kralım"

Əli ilə şahzadənin taxtını göstərən kral onu oturmasını bir qədər gözlədi. Joanne oturanda qarşısındakı hərkəsə göz gəzdirdi. Knyazlardan bəziləri pis işlərini gizlətməsi üçün vaxtilə ona yalvarırdı bəziləri isə onun qəddarlığından qorxurdu. Elələri var idi ki sadəcə özü eləyə bilmədiyi vəhşiliyi elədiyi üçün kraliçaya sədaqət sözü vermişdi. Ancaq elələri də var idi ki qadın seçmə kriteriyaları kral ilə tam uyğun gəldiyi üçün bu qadını qəlbinə salıb yenə ona tam sadiq əsgərə çevrilmişdi.

Şahzadə bunların hamısını öz tərəfinə çəkmək üçün nə eləyəcəyini yaxşı bilirdi. Kral nə olduğunu başa düşmədən özünü sürgün sarayında yaşayan vəziyyətdə tapacaqdı.

✓✓✓✓✓✓✓✓✓

JoanneHikayelerin yaşadığı yer. Şimdi keşfedin