Dalğalı dəniz həmişəkindən daha sakit bir tövrlə öz əsintilərini torpaq parçasına doğru yola salarkən, üzərində ondan daha sürətli gələn qara buludlar havanın pisləşəcəyinə aid inamları gücləndirirdi. Dövrünün ən yaxşılarından olan, olduqca güclü ordu tərəfindən qorunan, iqtisadiyyatı olduqca iç açıcı vəziyyətdə olan dövlətin xalqı bu axmaq buludlardan qorxmurdu.
Xalqın arasında kəskin fərq vardı. Onlar, qara və ağ kimi seçilirlər. Simvolik olaraq demək lazım gəlsə, ağ rəng xalqın dünyanın nemətlərindən istifadə etməsinə comərd davrandığı hissəsini təşkil edir. Dünyəvi biliklərdən bəhrələnməkdə olduqca şanslı olan rəngin ziddi qara rəng isə xalqın səfil halda yaşayan qismidir. Onlar o qədər avamdır ki, kraliçanın ölüm ildönümündən 1 həftə sonra gələn bu qara buludları, onun "oyanan ruhu" ilə əlaqələndirlər.
Vəziyyət belə olanda xalqın böyük hissəsi, şəhər küçələrinə çıxmayıb bu "qara" günü evlərində keçirmə qərarı almışdı. Boş küçələrdə bəzi evlərin qarşısındakı atlar kişnəyirdilər. Lakin onların səsi bu səssizliyi boğmağa çatmazdı. Kral və "küpəgirən" kraliçanın sarayına doğru irəliləyən yollar tamamilə boş idi. Uzun və gur ağaclarla şəhərlə arasında sərhəd saxlayan saray öz əzəmətiylə "şəhərin ən görkəmli tikilisi" titulunu necə əldə etdiyini buradan keçən köçərilərə belə hayqıraraq deyirdi.
Sarayın içərisində buraya yad bir qaça-qaça vardı. Sanki hərkəs, yuvasına qaynar su tökülmüş qarışqa sürüsü kimi o tərəfə bu tərəfə qaçırşırdı. Canlarında bir vəlvələ vardı ve onlar ətrafa baxınaraq bu dərdə dəva axtarırdılar. Onlar qaçadursun, hakim sülalənin xüsusi yemək otağında 15 il sonra ilk dəfə canlılıq vardı. Burada sülalənin iki ən güclü fərdi oturub səhər yeməyini yeyərkən, kral qarşısındakı qızında danılmaz qəribəliklərə olduqca diqqətli nəzarət edirdi.
Onu şübhəyə salan ilk fakt sadəcə arvadı və özünün bildiyi qondarma "ölüyə qurban vermək" məsələsiydi. Ondan sonra heçvaxt ayaqüstə görmədiyi anası ilə eyni şəkildə addımlaması, eyni danışıq və hərəkət tərzi. Əlbəttə ona oxşayabilərdi. Lakin qızının bu hərəkətləri bənzərlik deyildi. O eyniylə anasının hərəkətlərini edirdi. Bu isə mümkün olmamalı bir işiydi. Şahzadənin böyüdüldüyü saraydakı hərkəs kraliçadan xoşu gəlməyənlər olaraq bilinirdi. Ona anası kimi olmağı kimsə öyrədə bilməzdi.Bir həftə boyunca övladı ilə sarayında yaşayan kralın şübhələnmək üçün əlindəki ən böyük səbəb isə qızının kənizlərdən birinə 'Sənə əvvəldə it demişdim" deməsiydi. İlk dəfə qarşılaşdığı qadına belə deməsi kralın ağlına kraliçanın saraydakı ilk vaxtlarını xatırlatmışdı. O vaxtlar kənizlərdən biri "küpəgirən" kraliçanın qəddar üzü ilə qarşılaşmadığı üçün ona ilk dəfə baş qaldırmışdı.
Həmişəki hüzurlu əhvalından əsər qalmayan kraliça qəzəblə bağçaya açılan nəhəng qapını istiqamətində irəliləyirdi. Nəhayət hadisə yerinə gələndə, çığır-bağır dava eləyən iki qulluqçuya eyni anda qışqırdı "Kəsin səsinizi! Bu nə hörmətsizlikdir? Unutmusunuzmu bilmirəm amma xidmət etdiyiniz bu sarayda, hakimiyyəti əlində tutan ailənin ən güclü fərdləri yaşayır. Ölkənin kral və kraliçası! Necə onları boş səsinizlə narahat eləyəbilərsiniz?"
Bu vaxt yanında həmişə onun dediyini eləmək üçün hazırda gözləyən sadiq kənizinə tərəf dönən günəşi işığını ağ bənizində əks etdirən qadın sərt səs tonu ilə dilləndi "İkisini də zindana atın." Yaxa-paça aparılan qadınlardan biri qollarını əsgərdən xilas edib qışqırdı "Axı mən haqsız deyildim?! Nəyə görə məndə cəza almalıyam?"
ŞİMDİ OKUDUĞUN
Joanne
FantasyKral əlbəttə yoldaşını başa düşüb vəsilə olacağı əzab üçün, ona təsdiq hərəkətini başı ilə verib gülümsədi və yenicə tıxa-basa yemiş qoca, göbəkli kişilər kimi arxasına yaslanıb qadına baxdı. Qadın, bu hərəkətlə arxasına dönüb, diz üstünə çökən uşa...