Final

13 4 1
                                    

Günəş bütün əzəmətiylə ən yuxarıdakı pilləyə doğru özünü qaldırıb qaranlığı məğlub edərkən gecə ilə köhnə ərinin yataq otağına gəlib burada qalan kraliça Joanne artıq oyanmışdı. Qarşısındakı xidmətçiləri ona ən təmtəraqlı paltarlarını bəyəndirməyə çalışarkən o da nazlı və seçici bir tövrlə əlini yelləyir xoşunun gəlmədiyini bildirirdi.
Özünə seçdiyi açıq mavi rəngli paltarın açıq sinə hissəsini doldurması üçün zərif bir boyunbağı istəmişdi. İncə və uzun barmaqları üçün xüsusi qiymətli daşlarla bəzədilmiş bir neçə üzük götürəndən sonra nəhayət bu paltarı üçün xüsusi hazırladığı tacını da başına qoydurmuşdu. Güzgüdə özünə baxanda məmnun bir ifadə ilə əlini xidmətçilərinin çıxması üçün yellemişdi.
Nəhayət otaqda tək qalanda Günəşin ilk işıqları ilə illərdir içində olmadığı bu otağa nəzər gəzdirməyə başladı. Hərşey əvvəlki kimi səliqəli təmiz və sadə idi. William arvadının əksinə dəbdəbəni o qədər də sevməsə də arvadında dəbdəbə görməyi çox sevirdi. Otağını olduqca az əşya ilə hazırlatmış olsa da rəfi üçün belə düşünməmiş, buraya bir çox kitab qoydurmuş və oxumuşdu.
Joanne yaxşı xatırlayırdı ki qızını gözlədiyi vaxtda William hər gecə onun üçün müxtəlif kitabların qısa məzmununu danışırdı. Əlbəttə bu kitabları həmin gün ərzində oxuyub elə danışdığı üçün kitablar Joanne hamilə olduğu gündən sonra daha da artmışdı. O bu otaqda olan kitabların hamısı haqqında əri sayəsində yetərincə məlumata sahib idi.
Sadəcə kitablar deyil o bu otaq haqqında ən xırda detalı da çox yaxşı bilirdi lakin yazı masasının üzərində duran sandıqcanı ilk dəfə idi ki görürdü. Maraqla oraya doğru addımlayıb sandığı açdığında burada adına yazılmış məktubları gözləmirdi. 'Kraliçama' adı altında yazılmış on beş dənə məktub.
Bunlardan birini alıb oxumağa başladığında ilk sətirdən artıq niyə yazıldıqlarını başa düşmüşdü.
"Kraliçam.. bu gün tərk edilişimin səkkizinci ili tamam olub. Sizin gülüşünüzdə işardıyan möcüzəvi işığa artıq səkkiz ildir ki həsrətəm"
Yazı belə davam edirdi. Yəni kral hər ölüm günündə kraliçasına məktub yazıbmış. Lakin bu kraliçanın gözündə o qədər də böyüdüləcək bir hərəkət deyildi. Kağızları kənara atıb otaqdan çıxmışdı.
Taxt otağına doğru irəliləyərkən gəldiyini görən növbətçilər qapını açıb keçməsini gözləmişdilər. Şahzadə güman etdilən qızın otağa daxil olması ilə qapılar örtülmüşdü. Otaqda kimsə yox idi.
İrəliləyərkən gözündə William hələ şahzadə olanda atasının hüzuruna gəldikləri gün canlanmışdı. Qaralar içərisində geyinən sevgilisinin yanında geyindiyi ağ paltarla mələyə oxşayırdı. Ancaq bu sadəcə gözlərindən aşağı üçün keçərli idi. Üz-gözünə baxan herkes necə bir düşüncə sisteminə sahib olduğunu açıq aydın başa düşə bilərdi.
Taxtında oturduqdan sonra isə başqa bir gün gəlmişdi ağlına. Taxt otağının koridorunda Williamın anası, Joannenin soylu bir ailədən gəlmədiyi üçün oğlunun gücünə zərər verdiyini deyib ayrılmalarını istəmişdi. Əlbəttə bu ikisi üçün də mənasız bir söz olmuşdu.
Günün irəliləyən qaranlıq saatlarında knyaz James icazə alaraq Joannenin hüzuruna daxil olmuşdu. Diz çökdükdən sonra sözünə başlamışdı "Şahzadəmiz.. Kral Williamın izini tapdıq. O indi meşədədir. Əsgərlərimiz indi onu izləyir. Biz isə indi onun arxasınca gedəcəyik. Arzu edirsinizsə sizdə bizimlə gəlin?"

*********

Bayquşların axşam yeməyindən bir qədər sonra uçaraq uzaqlaşmalarına səbəb olan insan topluluğu pərən-pərən olmuş əsgərlərin sadəcə bir hissəsi idi. Kraliça yanında iki knyaz, altı əsgər, Olivia və Samantha ilə birlikdə meşədə irəliləyərkən gözünü dəqiqə başı ətrafda gəzdirirdi.
Bir tərslik olduğunu artıq başa düşən üç qadın sadəcə nə olduğunu başa düşmək üçün gözləyirdilər. Ətraflarındakı əsgərlər gedikcə onları dairəyə alırdı. Nəhayət ayaq saxlayan Joannenin problem olduğunu başa düşdüyünü başa düşmüşdü bütün kişilər.
"Şahzadəmiz.." dedikdən sonra pauza verən knyaz Ethan gülərək davam elədi "Biz sizin ananız kimi olduğunuzu düşünmüşdük. Lakin siz heçvaxt onun qədər tülkü ola bilməyəcəksiniz" əli ilə əsgərlərə işarə verən knyaz sözünü tamamladı "Knyazlar kraldan qorxur. Sizdə bizi onunla təhdid edirsiniz. Lakin düşünməmisiniz ki 'o getdikdən sonra biz kimdən qorxacağıq?'. Əlbəttə ki heç kimdən."
Ethanın əmri ilə çoxdan qılınclarını qınından çıxardan əsgərlər sözün bitməsi ilə Joanneyə doğru şığımışdı. Lakin bu vaxt Samantha heç kəsin gözləmədiyi bir çətinliklə Joannenin qolundan tutub bir qolunu qabağa verərək halqanı yarmışdı. Qızı burdan çölə atdıqdan sonra isə əlbəyaxa vuruşmağa keçib qışqırmışdı "Qaç! Meşədə məni gözlə. Ruhum belə olsa gələcəm. İndi qaç!"
'Meşənin' nə demək olduğunu yaxşı bilən kraliça isə götürülmüşdü. Bir qədər getdikdən sonra bir-neçə gün əvvəl Samantha ilə birlikdə gəldiyi qayalığın dibindəki oyuğa çatmışdı. Düşünmədən içəriyə girdiyində isə boğazına dayanan xəncəri heç gözləməmişdi.
Başını qaldırıb Williamı görməyi heç gözləmirdi. William isə onu tək görməyi gözləmirdi "Samantha haradadır? Onu ilk bura salarsan deyə düşünmüşdüm mən" deyə xəncəri çəkən William qızın əlindən tutaraq mağaranın içinə doğru irəliləməsinə kömək etdikdən sonra buradakı bütün işıqları söndürüb oyuqdan çölə işığın getməməsinə nail olmuşdu.
Joannenin "Bura gələcəyimi hardan bilirdin sən?" sualına qəribə bir ifadə ilə baxan William yanına gəlib əyləşdi "James sənə meşədə olduğumu demədi?" Bir anda ağlına bir-neçə saat əvvəl olanlar gələn kraliça əlini alnına qoyub yerə çökmüşdü "Sənin sadiq itin olduğunu unutmuşdum"
Joanneyə biraz su verdikdən sonra təkrar soruşmuşdu kral "Samantha haradadır? Sadəcə ölsə səni yalnız buraxar." Başını aşağıya dikmiş Joanne isə demişdi "Ethan meşədə bizi öldürməyə çalışdı. Məni qabağa salıb getməyimi tapşırdı. Özü orda qaldı." Qaşlarını çatıb bu qıza baxan kral isə biraz qəzəbli bir səslə demişdi "Ethana güvənmisən? Əvəzimə kral olmaq istəyən tək axmaq knyaza?"
Bu sözə gülən gənc qız isə başını sağa sola sallayıb dilləndi "Axmaq mənəm ki onları təhdid elədiyim adamı saraydan pələsan salıb, hələ də mənə itaət eləməklərini gözləmişəm." Başını təsdiqləyən şəkildə salladıqdan sonra ayaga qalxıb ətrafdakı qızıllar baxan kral fısıldamışdı "Həqiqətən axmaqsan."
Kənarda duran xəncərlə William arasında gözü gedib gələn kraliça yavaşça əlini oraya uzadıb xəncəri tutacağını ovucunda sıxışdıraraq bir anda ayağa qalxıb kralın üstünə şığımışdı. Hələ nə olduğunu başa düşməyən kral üzünü "qızına" çevirdiyində üzərinə doğru gələn xəncər sinəsinə girmişdi.
Gülərək əli ilə bu adamın boğazını sıxan qız dəfələrlə xəncəri çıxardıb yenidən soxmuşdu. Nəhayət yerə yıxılan kişi ona baxarkən o dillənmişdi "Nə olursa olsun məğlub ola bilmərəm. Sən sağ qalsan Samanthanı öldürəcəkdin."
"Öldürəcəkdim" deyə cavab verən kral isə sadəcə gülümsəməklə kifayətlənmişdi. Bu cavabdan sonra dizlərinin üzərinə çökən kraliça isə təkrar danışmışdı "Knyazlar məni öldürəcək. Onların iyrənc əlləri ilə ölməkdənsə öz canımı alacağam."
Əlindəki xəncəri özünə doğru çevirib ikinci əli ilə sıxıca tutan qız sinəsinin mərkəzinə doğru onu özünə batırmışdı. Hiss etdiyi möhtəşəm ağrı ilə qarşısında yerə uzanan krala baxdığında isə William qolunu çiyni ilə eyni düzdə açıb danışmışdı "Başını qoy"
Keçmiş ərinin dediyini eləyən Joanne başını qoluna qoyub üzünü bu adamın bədəninə doğru döndərmişdi. Həyatında ilk dəfə həqiqətən yaxşı birşey eləmək istəyi gəlmişdi içinə. Bunu isə "Bu bədənin səninlə qan bağı yoxdur" etirafı ilə eləmişdi.
Başını aşağı yuxarı sallayan kral "Knyazları çağırdığım gün cadugər hər şeyi demişdi" deyə bilmişdi. Sonra nədənsə gözləri bağlanmışdı. Gülərək Joanne də başını yuxarı aşağı sallayıb gözlərini yummuşdu.

*********

"O cəsədlər Samantha və knyaz Jamesə aid deyil?" Deyə yanındakı kəndli dostundan soruşan qadın həyacanla ətrafa baxarkən, dostu demişdi "Özüdürki var. Şahzadə və kralın cəsədi yada haqqlarında ən kiçik məlumat hələ də tapılmayıb"
"Geri döndüklərində hərkəsə qan udduracaqlar" deyən qadın əlində meyvə səbəti ilə birlikdə başını bulayaraq yeriməyə davam etmişdi.
Bu iki cəsəd, Joanne və Williamın bədənlərinin yerini bilən yeganə insanlar olsa da bunu deməmək üçün özlərini çoxdan zəhərləyib, bu sirri özləri ilə birgə o biri dünyaya aparmışdı. Kral və kraliça isə birbirlərinin qollarında əbədi çürüməyə məhkum olmuşdu

✓✓✓✓✓✓✓✓✓

JoanneHikayelerin yaşadığı yer. Şimdi keşfedin