15 il sonra....
"Çəkin bunu qarşımdan!" deyə qışqıran şəhzadə, səsi ilə sarayı inlətmişdi. Üzərindəki qara paltar ətəklərinin ucundan etibarən əl işləmələri ilə bəzədilmişdi. Sarışın bədəninin üzərindəki bu libas, belini biraz sıxırdı. Bu onun dik durması üçün tədbir idi. Başındakı yaqutlarla bəzənmiş kiçik tac, sarı saçlarının tən ortasına yerləşdirilmişdi. İki yerə ayrılmış saçları, belinin altına qədər uzanırdı.
Oturduğu yerdən sürətlə qalxan qəzəbli qız, sürətlə qapıya doğru irəliləyərkən, bu həngaməyə sarayın söz sahibi qadın : Xanım Margaret sərt bir hərəkətlə qapını itələyərək girmişdi. "Nə baş verir burada?" deyib qəzəbli baxışlarıyla ətrafdakı kənizlərə, qullara baxmağa başlamışdı.
Onu görən şəhzadə Lauren tez təzim etmiş və həmişəki yuxarıdan baxan səs tonuyla danışmışdı "Ölən kraliça Joanne adına bu gün keçiriləcək 15 illik ölüm il dönümü üçün ağ dərili bir qul axtarıram. Kraliçamızın adına onu qurban edəcəyik."
Lauren kinayə və soyuqluq dolu baxışlar ilə qadına baxmağa başlarkən bundan xoşu gəlməyən qadın səsini ucaltdı "Ölən kraliça bir küpəgirən idi. Siz şəhzadəmiz də onun bu kirlənmiş qanı ilə dünyaya gəldiyiniz üçün indi atanız kral William'ın sarayında yox, burada yaşayırsınız."
Bir-neçə addım şahzadəyə yaxınlaşdı "Sizin ananız üçün qurban verməyiniz bu sarayın yandırılması demək olar. Həmdə ki, siz bu ölkə üçün haqlara sahib olmayan bir soylusunuz. Bugün kraliçanın ölüm dönümü olduğunu sizdən başqa sadəcə onun səfil edilmiş ailəsi xatırlayır. Başqa heçkim."
Bu sözlərə əsəbləşən şahzadə sadəcə gülümsündü. İllərdir bugünü gözləyirdi. Krallığın qaydalarınca kral onu kraliçanın 15-ci ölüm ilində gəlib öz sarayına aparmalı idi. "Küpəgirən" adlandırılan qadın bunu öz sevimli həyat yoldaşına başa salmışdı. Lakin özünü insanlardan üstün görən bu qadın, bu mövzudan xəbərsiz idi.
Əlini yavaşça qaldırıb çıxması üçün qapını göstərdi "Sözlərinizə diqqət edin Margaret. Siz qarşınızda soylu bir ailənin vərəsəsi yox, birbaşa kralın tək övladı durduğunu unudursunuz. Krallıqda hökmüm olmasaydı kralımız çoxdan başqa biri ilə həyatını birləşdirib varis üçün əlindən gələni edərdi. Mənimlə danışarkən, üzümə baxarkən heç o qara dərinizdən utanmırsınız?" Bunu üzərinə gülmək üçün deyib təkrar əli ilə qapını göstərdi. "Rədd olun hüzurumdan!" deyə səsini yüksəldib, təkrar kənizlərə baxmağa başladı.
Əli ilə bir ağ dərili qadını göstərib seçdiyini bildirdi və otaqdan çıxıb öz otağına doğru irəlilədi.
*********
Uzun ipək kimi saçlarının arasında son dəfə müxtəlif naxışlarla bəzədilmiş fırçasını gəzdirib, ayağa qalxdı. Bu onun həyat yoldaşına geri döndüyünü göstərəbiləcəyi tək şansı ola bilərdi. Güzgüyə baxıb gülümsündü və o gözəl günü xatırladı.
"Bu da yüzüncü." Əlindəki qırmızı qızıl gülün tikanlarını təmizləyib kraliçasına verən kral, onun yanındakı otların arasında əyləşib, arxasını ağaca söykədi. Sevimlisinin artıq çıxmağa başlayan qarnına əlini çəkib gülümsündü "O da bunları çox sevdi"
Qadın gülümsəyərək başını salladı və əlindəki qızıl güllərdən birinin ən ortasındakı bir ləçəyi qopardıb ərinə uzadaraq " Səni çox sevir" dedi.
Adam bununla üzündəki gülümsəməni genişlədib, qadının saçlarını oxşadı "Sizə birşey olsa nə edərəm heç bilmirəm.." Bunu eşidən kimi qadın ona baxdı. "Gəldiyim ailənin inanışına görə anası ölən övlad, 15-ci ildə onun şərəfinə ağ dərili bir qadın kəsməlidir. Bu onun unudulmadığını göstərmək üçün bir simvoldur" deyib qızıl güllərdən birini sevgilisinə verdi.
Kral çaşbaş bu qəribə qadına baxarkən qadın güldü və təkrar dilləndi "İndi uydurdum"
Atası bədənindəki ruh ilə təkrar görüşmək istəyən ruh, bədənin hərəkət etməsini təmin etdi. Ayağa durub gecənin qaranlığını məşəllər və şamların aydınlatdığı koridorda irəliləyərək, at arabasının yanına gəldi. Sarayda ondan başqa kraliçanın qəbrinə getmək istəyən yox idi. Lakin bu onu o qədər də maraqlandırmırdı. Sürətlə atların hərəkət etdirdiyi bahalı arabaya oturub hərəkət əmri verdi.
Faytondan enib yavaş addımlarla qəbir abidəsinə irəliləyən gənc bədən orada dayanmış uzun boylu adamı anında tanımışdı. Sevimli "atası", anasının qəbrini ziyarətə gəlmişdi. Lakin gözləri ətrafda idi.
Atların səslərini eşidən kimi üzünü Laurenin gəldiyi yerə çevirmişdi. Təzim edib, kənizin gətirilməsi üçün işarə verən şəhzadə, gülümsəyərək atasının yanına gəldi. Əlini havaya qaldırıb barmaqlarını şıqlatması ilə öldürülən ağ dərili kənizə baxıb, anasının bədəninin dəfn olunduğu torpağa üzünü çevirdi.
Bu hadisəni əlbəttəki kral xatırlamışdı. Ona ölsə belə geri qayıdacağına söz vermiş qadının uydurması idi bu ritual. Yəni indi o qayıtmışdı? Amma necə? Haradaydı? O anda kralın ağlına dəlicə bir fikir gəldi.
Bəlkə doğum zamanı dünyasını dəyişən kraliça, övladlarının bədənində təkrar dünyaya gəlmişdi? Axı bu mümkün deyildi? Necə olabilərdi?
✓✓✓✓✓✓✓✓✓
ŞİMDİ OKUDUĞUN
Joanne
FantasyKral əlbəttə yoldaşını başa düşüb vəsilə olacağı əzab üçün, ona təsdiq hərəkətini başı ilə verib gülümsədi və yenicə tıxa-basa yemiş qoca, göbəkli kişilər kimi arxasına yaslanıb qadına baxdı. Qadın, bu hərəkətlə arxasına dönüb, diz üstünə çökən uşa...